Pharmed
GLISERIN 1,24GR N10 SAM
QLİSERİN rektal suppozitoriyalar GLYCERIN
Beynəlxalq patentləşdirilməmiş adı: Glycerol
Tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 1,24 q və ya 2,11 q qliserol (qliserin) vardır.
Köməkçi maddələr:makroqol 400, stearin turşusu 95, natrium karbonat dekahidrat.
Təsviri
Torpedo şəkilli, şəffaf və ya yarımşəffaf, demək olar ki, rəngsiz və ya sarımtıl-qəhvəyi çalarlı,
səthinin rəngi çıxan, hiqroskopik suppozitoriyadır. Əhəmiyyətsiz miqdarda hava qabarcıqları ilə qıfabənzər dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
İşlədici vasitə.
АТC kodu: A06AX01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
İşlədici vasitədir, bərkimiş nəcis kütlələrini yumşaldır və sürüşkən edir, onların yoğun bağırsaqdan keçməsini asanlaşdırır, bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərir, bağırsağın
motorikasını reflektor olaraq stimullaşdırır.
Farmakokinetikası
Rektal istifadə zamanı praktiki olaraq sorulmur.
İstifadəsinə göstərişlər
Müxtəlif etiologiyalı qəbizliyin simptomatik müalicəsi, o cümlədən hamiləlik və laktasiya dövründə.
Defekasiya zamanı güc verə bilməyən pasiyentlərdə qəbizliyin profilaktikası.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməzliyi, kəskinləşmə mərhələsində babasil, düz bağırsağın iltihabi xəstəlikləri (proktit, paraproktit) və şişi, qarın nahiyəsində müəyyən edilməmiş ağrı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Böyrək çatışmazlığı.
Sistematik istifadəsi məsləhət görülmür. Bağırsağın normal peristaltikası bərpa olunduqdan sonra müalicə dayandırılır. Şamlara mineral maye və ya bərk yağlar sürtmək olmaz. İstifadəsi zamanı suppozitoriyanın qalığı bağırsaqdan nəcislə xaric olur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qliserinli suppozitoriyalar rektal istifadə edilən dərman vasitələrinin təsirini zəiflədə bilər. Digər rektal preparatların istifadəsinə ehtiyac olduqda, onların istifadəsi arasında 1 saatdan az olmayan intervala əməl etmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Qida qəbulundan 15-20 dəqiqə sonra rektal yolla istifadə edilir.
2,11 q-lıq suppozitoriyalar: böyüklər və 7 yaşdan yuxarı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir. 1,24 q-lıq suppozitoriyalar: istifadəsinə həyatın ilk günlərindən icazə verilir. 3 yaşa qədər uşaqlara 1/2 şam, 3-7 yaşlı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir.
Ehtiyac olduqda, dozanı sutkada 2 suppozitoriyaya qədər artırmaq olar.
Əlavə təsirləri
Allergik reaksiyalar, yerli reaksiyalar (dəri qaşınması və yanması). Uzunmüddətli istifadə zamanı fizioloji defekasiya prosesinin zəifləməsi.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları məlum deyil. Preparatı təlimata uyğun istifadə etdikdə, doza həddinin aşılması halı az ehtimal edilir.
Buraxılış forması
1,24 q və ya 2,11 q-lıq rektal suppozitoriyalar.
5 suppozitoriya iki təbəqəli alüminium-polietilen örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/İradları qəbul edən təşkilat
“NİJFARM” SC, Rusiya.
603105, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
E-mail: med@stada.ru