Pharmed
GENOPRIL 5MG N28 TB
GENOPRİL
Beynəlxalq patentləşdirilməmiş adı: Ramipril
GENOPRİL Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq Ramipril vardır.
Köməkçi maddələr: metosel E5 premium HMPC, avisel PH 101, prejelatinləşdirilmiş nişasta, avisel
PH 102, natrium stearil fumarat.
Farmakoterapevtik qrupu
Angiotenzinçevirici fermentin (AÇF) inhibitoru.
İstifadəsinə göstərişlər
• Hipertenziya,
• Durğunluq ürək çatışmazlığı,
• Miokard infarktı, insult və kardiovaskulyar mənşəli ölüm riskinin azaldılması.
• Diabetik və qeyri-diabetik nefropatiya.
Əks göstərişlər
• Təsdiq edilmiş hamiləlik. Hamiləlik təsdiq edilərsə, tez bir zamanda AÇF inhibitoru ilə müalicəni
dayandırılmalısınız, çünki AÇF inhibitorları hamiləliyin ikinci və üçüncü trimestrlərində istifadə
edildikdə dölün və ya yenidoğulmuşun zədələnməsinə, hətta ölümünə səbəb ola bilər.
• Ramiprilə və ya hər hansı bir AÇF inhibitoruna qarşı yüksək həssaslıq.
• AÇF inhibitorundan istifadə zamanı angionevrotik ödem meydana çıxarsa.
• Böyrək arteriyalarının stenozu.
• Ürək qan dövranına təsi göstərən ürək probleminin olması (məsələn, aorta və ya mitral qapağın
stenozu).
• Qan təzyiqinin aşağı düşməsi nəticəsində tez oturub-durma zamanı başgicəllənmənin baş verməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
GENOPRİL-dən aşağıdakı hallarda ehtiyatla istifadə edin:
• Keçmişdə həşarat dişləməsi və sancması ilə bağlı güclü allergik reaksiyalar keçirmisinizsə, bu
allergik reaksiyanın əlamətləri övrə, udma və ya nəfəsalma problemləri, dodaqların, üzün, boğazın
və dilin ödemidir (şişməsi).
• Bağırsaqlarınızda şişkinlik varsa,
• Dializ membranlarının təsirindən allergiya nəticəsində üz və boğazın ödemi baş verərsə,
• Hipertenziya varsa, aşağıdakı xəstə qrupları müşahidə edilməlidir:
• Maye və ya duz çatışmazlığı varsa və ya onların meydana çıxma ehtimalı varsa,
• Diareya və ya qusma baş verərsə,
• Dializ xəstəsisinizsə,
• Durğunluq ürək çatışmazlığınız varsa, qan təzyiqinizin hiss edilə biləcək, aydın ifadə olunmuş
düşməsi və mümkün böyrək funksiyalarının pozulması ehtimalınız artar,
• Qaraciyər çatışmazlığınız varsa, həkimə müraciət etməlisiniz, çünki müalicənin gedişi zamanı
sarılıq baş verərsə və ya qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi ehtimalı varsa,
müalicənin gedişində bu baxımdan qiymətləndiriləcəksiniz.
• Böyrəklərinizdə funksional pozğunluq varsa,
• Qaraciyərinizdə pozğunluq varsa.
Bu hallar hətta keçmişdə olsa belə Sizə aiddirsə, lütfən həkiminizə bildirin.
GENOPRİL-in tərkibində olan bəzi köməkçi maddələr haqqında mühüm məlumatlar
GENOPRİL-in tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslığınız yoxdursa, bu maddələrlə
bağlı arzuolunmaz təsir gözlənilmir.
GENOPRİL-in hər dozasında 0,044 mq natrium vardır. Bu miqdar yüksək dozadan (23 mq) aşağı olduğu
üçün heç bir əlavə təsir gözlənilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
GENOPRİLilə digər dərman vasitələrinin qarşılıqlı təsiri, xüsusilə aşağıdakı dərmanlardan hər hansı biri
ilə müalicə olunduğunuz zaman çox önəmlidir:
Qeyri-steroid iltihabəleyhinə dərman vasitələri (aspirin, ibuprofen və ya indometasin kimi), diuretikler
(spirinolakton, triamteren, amilorid, bendrofluazid və ya furosemid kimi), kalium duzları və kaliumqoruyucu diuretikler, heparin (qan durulaşdırıcı (antikoaqulyant)), litium, oral hipoqlikemik preparatlar
(sülfonilsidikcövhəri törəmələri) və insulin (şəkərli diabet zamanı istifadə olunur). Çünki GENOPRİL, bu
dərmanların təsirini dəyişdirə bilər.
Ayrıca efedra, yoximbin, sarımsaq ve jenşen preparatları ilə birlikdə istifadə etməyin.
GENOPRİL-in aşağıdakı laborator göstəricilərə təsiri barədə də məlumat verilmişdir.
Kreatinin və qan sidik cövhəri azotunu səviyyəsinin yüksəlməsi gözlənilə bilər.
Hemoqlobinin və hemotokritin səviyyəsində nadir olsa da azalma gözlənilə bilər.
Qaraciyər fermentlərinin, zərdab bilirubininin, sidik turşusunun və sidikdə qlükozanın səviyyəsinin
yüksəlməsi.
Nadir hallarda olsa da, leykopeniya, eozinofiliya və proteinuriya kimi hallar baş verə bilər.
Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərman istifadə edirsinizsə və ya yaxın zamanlarda
istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik:
Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
Müalicə vaxtı hamiləlik təsdiq edilərsə, GENOPRİL ilə müalicəni dərhal dayandırmalısınız.
Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçıya bildirin.
Laktasiya:
Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
Əgər uşaq əmizdirirsinizsə, GENOPRİL qəbul etməyin.
Təkrar dozalar ana südündə preparatın toplanmasına səbəb ola biləcəyindən, südəmər uşağı olan analar
preparatdan istifadə etməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
GENOPRİL-dən istifadə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə
edərkən diqqətli olmaq lazımdır.
GENOPRİL İstifadə qaydası və dozası
Həkiminiz başqa cür tövsiyə verməzsə bu təlimata əməl edin.
GENOPRİL, oral qəbul üçündür, çeynənilmədən müəyyən qədər su ilə udulmalıdır.
Miokard infarktı, insult və kardiovaskulyar mənşəli ölüm riskini azaltmaq üçün: ilk bir həftə ərzində
başlanğıc doza kimi gündə 2,5 mq qəbul edilməlidir. Sonrakı 3 həftədə doza 5 mq-a çatdırılır. Xəstə
dözümlülük göstərə bilirsə, gündə 10 mq dozada dəstəkləyici müalicəyə keçilir.
Hipertenziya: diuretik qəbul etməyənlər üçün tövsiyə olunan doza 2,5 mq-dır. Qan təzyiqinin müalicəyə
cavabından asılı olaraq doza 2,5-10 mq arasında birdəfəlik doza (tək doza) şəklində və ya iki bərabər
hissəyə bölünməklə istifadə edilir.
Miokard infarktı sonrası ürək çatışmazlığı: bu halda GENOPRİL gündə iki dəfə 2,5 mq dozada təyin
edilir. Bu doza hipotenziyaya səbəb olarsa, doza gündə 2 dəfə 1,25 mq şəklində istifadə olunur. Əgər
xəstə dözümlülük göstərərsə, məqsədəuyğun dozanın titrlənməsi (3 həftə ərzində saxlanılır) gündə 2 dəfə
5 mq-dır. İcazə verilən ən yüksək gündəlik doza 10 mq-dır.
Müxtəlif yaş qrupları:
Uşaqlarda istifadəsi:
Uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Ona görə də uşaqlarda istifadəsi
tövsiyə olunmur.
Yaşlılarda istifadəsi:
Həkiminiz müalicəni 1,25 mq aşağı doza ilə başlaya bilər, müalicənizdən asılı olaraq dozanı pillə-pillə
yüksəldəcəkdir.
Xüsusi pasiyentlər qrupunda istifadəsi:
Diuretik alan xəstələrdə istifadəsi:
Bir diuretik müalicəsi alan xəstələrdə müalicəyə GENOPRİL-in əlavə edilməsi xəstədə simptomatik
hipotenziyanın yaranmasına səbəb ola bilər. Simptomatik hipotenziyanın başvermə imkanını azaltmaq
üçün GENOPRİL ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl diuretiklə müalicəyə ara verilməlidir. Əgər
qan təzyiqi təkbaşına GENOPRİL istifadə edilməklə nəzarət altına alına bilməzsə müalicəyə diuretik
əlavə edilə bilər.
Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi:
Hipertenziyası və böyrək çatışmazlığı olan xəstələrə başlanğıc doza kimi gündə 1 dəfə 1,25 mq
GENOPRİL tövsiyə edilir. Qan təzyiqini nəzarət altına ala bilmək üçün maksimum gündəlik doza 5 mq-a
qədər çatdırıla bilər.
Ürək çatışmazlığı və böyrək çatışmazlığı olan xəstələrdə tövsiyə edilən başlanğıc doza gündə 1 dəfə 2,5
mq-dır. Doza maksimum gündə 2 dəfə 5 mq-a qədər artırıla bilər.
Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi:
Həkiminiz müalicəyə gündə 1,25 mq-lıq aşağı doza ilə başlamalı və müalicənizi yaxından izləməlidir.
Əgər Sizdə GENOPRİL-in təsirinin çox güclü və ya zəif olması barədə şübhə yaranarsa, həkiminizlə və
ya əczaçınızla məsləhətləşin.
GENOPRİL-in qida və içkilərlə birlikdə qəbulu
Qida və içkilərin GENOPRİL-in qəbuluna təsiri yoxdur.
GENOPRİL ilə müalicə alarkən eyni zamanda alkoqollu içkilər qəbul edilməməlidir.
GENOPRİL-i qəbul etməyi unutmusunuzsa
Əgər GENOPRİL qəbul etməyi unutmusunuzsa və növbəti dozanı qəbul etmə zamanı deyilsə, xatırlayan
kimi unutduğunuz dozanı qəbul edin.
Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
GENOPRİL ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər
Həkiminizin göstərişi olmadan GENOPRİL-in istifadəsini dayandırmayın.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, GENOPRİL-in tərkibində olan maddələrə qarşı həssas olan insanlarda əlavə
təsirlər meydana çıxa bilər.
Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, GENOPRİL-in qəbulunu dayandırın və
dərhal həkiminizə məlumat verin və ya Sizə ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə müraciət
edin:
şiddətli allergiya olduğunu göstərən hallar varsa: üzdə, boğazda, dodaqda udmanı və nəfəsalmanı
çətinləşdirəcək dərəcədə şişkinlik (ödem) və onunla birlikdə övrə və qızartı varsa,
Dodaqlar, gözlər, ağız, burun və cinsiyyət orqanlarının ətrafında qanaxma və ya şişkinlik, qripəbənzər
simptomlar və qızdırma varsa (Stivens-Conson sindromu)
Bunların hamısı çox ciddi əlavə təsirlərdir.
Əgər bunlardan biri sizdə mövcuddursa, bu, Sizin GENOPRİL-ə qarşı ciddi alllergiyanızın olması
deməkdir. Təcili tibbi müdaxilə və ya xəstəxanaya yerləşdirilməyiniz lazım gələ bilər.
Bu çox ciddi əlavə təsirlərin hamısı olduqca nadir hallarda baş verir.
Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, dərhal həkiminizə məlumat verin və ya Sizə
ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə müraciət edin:
mədənizdə və ya kürəyinizdə güclü ağrı olarsa, bu, mədəaltı vəzinin iltihabına işarə ola bilər.
Yüngül göyərmə və normadan artıq qanaxma, dişəti qanaxması və ya dəridə qançır və ya ləkə varsa,
normadan daha tez-tez infeksiyaya yoluxursunuzsa, boğazda iltihab və istilik varsa, bu simptomlar sümük
iliyinin problemlərini və qanazlığına aid problemləri göstərir.
Son iki-üç gündə təngnəfəslik, öksürək, yüksək qızdırma, açlıq hissinin azalması, ağciyər iltihabı da daxil
olmaqla ağciyər problemlərinin simptomları ola bilər,
Yüksək temperatur, yorğunluq, iştahasızlıq, mədə ağrısı, halsızlıq, gözlərdə və üzdə saralma hepatit
(qaraciyərin iltihabı) və ya qaraciyər çatışmazlığının simptomları ola bilər.
Əllərin, ayaqların və topuqların şişməsi,
Dəridə qabarlı səpgilərin yaranması ilə bütün bədəndə geniş açıq yaralar əmələ gələ bilər. Özünüzü yaxşı
hiss etməyə bilərsiniz, qızdırma və ya üşütmə və əzələlərdə ağrı baş verə bilər.
Yüksək temperatur, qan damarlarının iltihabı, əzələ və oynaq ağrıları, qan analizi ilə təsdiq edilmiş qan
xəstəlikləri, dəri səpgisi, günəş işığına qarşı həssaslıq və dəriyə digər təsirlər varsa, vaskulit adlandırılan
xəstəliyiniz ola bilər.
Ürək yığılmalarının tezliyinin artması, qeyri-ritmik və ya güclü ürək yığılmaları, döş qəfəsində ağrı, ürək
çırpıntısı və ürək tutması və şok kimi ciddi hallar varsa.
Bunların hamısı ciddi əlavə təsirlərdir. Təcili tibbi müdaxilə lazım gələ bilər.
Ciddi əlavə təsirlər çox nadir hallarda baş verir.
Aşağıdakılardan hər hansı birini hiss etsəniz, həkiminizə söyləyin:
ani yüksək həssaslıq baş verərsə,
qan hüceyrələrinin sayında və ya ağ qan cisimciklərinin sayında azalma baş verərsə,
qanda kaliumun səviyyəsinin yüksəlməsi,
görmə və eşitmə qabiliyyətinizdə dəyişmə,
topuğun şişməsi,
quru öskürək,
yuxusuzluq, əsəbilik, şüurun dumanlanması, depressiya, əhvalın pozulması, süstlük, narahatlıq və
yuxuyameyillilik,
ürəkbulanma, başgicəllənmə, halsızlıq,
dadbilmə və iybilmə hissinin dəyişməsi,
qulaqlarda cingilti, yorğunluq və tərləmə,
günəş şüalarına qarşı yüksək həssaslıq,
cavab reaksiyasının ləngiməsi,
qan təzyiqinin aşağı düşməsi ilə əlaqədar olaraq müvazinət problemi, bayılma, ani ayağa qalxdıqda
başgicəllənmə kimi durumlar,
başağrısı,
nasazlıq, qızdırma,
burun axması, boğazda ağrı, xırıltı, nəfəsalmanın çətinləşməsi, təngnəfəslik, asqırma və burun tutulması
(bu simptomlar rinit adlandırlır),
nəfəsalmanın çətinləşməsi, təngnəfəslik,
qaşınma, övrə səpgisi,
gözün iltihabı,
qabar törədən və ya törətməyən dəri səpgiləri,
saçların və ya dırnaqların tökülməsi,
qusma, həzmin çətinləşməsi, ishal, qəbizlik, iştahasızlıq, ağızın quruluğu, mədə ağrısı, dilin, dişətinin və
boğazın iltihabı,
bağırsaq və mədə xorası, ürəkbulanma vəziyyətləri (yanğı hissinə və ağrıya səbəb ola bilər.).
Mədə ağrısı, ürəkbulanma və ya qusma kimi simptomlar (bu simptomlar bağırsaq angionevrotik
ödeminizin olduğunu göstərə bilər).
Əzələ qıcolmaları,
ereksiyanın və spermatogenezin çətinləşməsi,
sidik ifrazının artması,
dəridə normal olmayan uyuşmalar, sancma hissi, yandırıcı hiss,
Soyuqda və ya təzyiq altında ayaq və əl barmaqlarınızda rəng dəyişikliyi, ayrıca soyuqda ayaq və əl
barmaqlarınızda ağrı, istidə isə ağrı və qarışqa gəzməsi hissi kimi əlamətlər – bu əlamətlər Reyno
sindromunun ola biləcəyini göstərir.
Bunlar GENOPRİL-in zəif əlavə təsirləridir.
Əgər bu içlik vərəqədə (istifadə üçün təlimatda) qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa,
bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Qan analizi: GENOPRİL qan analizinin nəticələrinə təsir göstərə bilər. GENOPRİL-in təsir göstərdiyi
analizlər bunlardır: qan hüceyrələri və digər elementləri, kaliumun, kreatininin və ya sidik cövhərinin,
natriumun, qaraciyər fermentlərinin və ya bilirubinin səviyyəsi. Əgər qan analizi verəcəksinizsə,
həkiminizə GENOPRİL istifadə etdiyinizi söyləyin.
Doza həddinin aşılması
Əgər lazım olduğundan həddindən artıq miqdarda GENOPRİL qəbul edilərsə, dərmanın arzuolunmaz
təsirləri və təsir gücü arta bilər.
Əgər lazım olduğundan artıq miqdarda GENOPRİL qəbul etmisinizsə, həkim və ya əczaçı ilə
məsləhətləşin.
Buraxılış forması
GENOPRİL 5 mq.
28 tablet, blisterdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.