Pharmed
GENKORT 10MG N60 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“ _____ ”_____________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun,
çünki burada Sizin üçün mühüm məlumatlar vardır.
• Bu içlik vərəqəsini atmayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər.
• Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin.
• Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin.
• Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, həkiminizə bu
dərmandan istifadə etdiyiniz barədə məlumat verin.
• Bu içlik vərəqədə yazılanlara dəqiq əməl edin. Dərmanın Sizin üçün tövsiyə olunan
dozasından yüksək və ya aşağı doza istifadə etməyin.
GENKORT 10 mq tabletlər
GENKORT
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq hidrokortizon vardır
Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza PH (102), natrium
nişastaqlikolyatı, povidon (K-25), polisorbat 80, maqnezium stearat,
eritrozin lakı.
Təsviri
Cəhrayı rəngli, bir tərəfində bölmə xətti olan, digər tərəfi düz, ikitərəfli qabarıq, peroral
(daxilə) istifadə edilən örtüksüz tabletlərdir.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün kortikosteroidlər. Qlükokortikoidlər. Hidrokortizon.
ATC kodu: H02AB09.
Farmakoloji xüsusiyyətləri
GENKORT-un tərkibində 10 mq hidrokortizon vardır. Hidrokortizon hormonu orqanizmdə
böyrəküstü vəzilər tərəfindən hasil olunan təbii və steroid hormonlardan biridir. Hidrokortizon
hormonu qlükokortikoidlər (steroid) kimi tanınır. GENKORT, orqanizmdə təbii olaraq əmələ
gələn hidrokortizon hormonunun sintetik versiyasıdır.
İstifadəsinə göstərişlər
Hidrokortizon orqanizmdə bir çox funksiyanı tənzimləmək və aşağıdakı xəstəlikləri müalicə
etmək üçün istifadə olunur:
• böyrəküstü vəzilərin qeyri-qənaətbəxş fəaliyyət göstərməsi nəticəsində orqanizmdə hidro-
kortizon hormonunun çatışmazlığı (adrenokortikal çatışmazlıq) hallarında birinci xətt müa-
licəsi kimi və ya mineralokortikoid qrupu dərmanları ilə kombinəolunmuş müalicə kimi;
• böyrəküstü vəzilərin anadangəlmə həddindən artıq inkişaf edərək böyüməsi (böyrəküstü
vəzilərin anadangəlmə hiperplaziyası),
•orqanizmdə qalxanabənzər vəzinin qeyri-irinli iltihabı,
• xərçənglə bərabər meydana çıxan hiperkalsiemiya,
• qısa müddətli istifadə zamanı kəskinləşən və proqressivləşən aşağıdakı revmatik xəstəliklə-
rin əlavə müalicəsi üçün: oynaqların psoriaz xəstəliyi ilə birlikdə meydana çıxan iltihabı,
oynaqlarda ağrı və deformasiya şəklində meydana çıxan davamlı bir xəstəlik (revmatoid
artrit), bel fəqərələrində rigidliklə müşayiət olunan ağrılı, proqressivləşən revmatizm xəstəliyi
(ankilozlaşdırıcı spondilit), oynaqətrafı kisələrin kəskin iltihabı, kəskin qeyri-spesifik
tenosinovit, kəskin podaqrik artrit, kirəclənmə ilə birlikdə oynaq mayesinin iltihabları
(sinovit), oynaq üzərindəki strukturların iltihabı (epikondilit),
• dəridə soyulma (qabıqlanma) ilə meydana çıxan bir xəstəlik (sistem qırmızı qurdeşənəyi),
• dərinin və əzələnin ödem və əzələ zəifliyi ilə özünü göstərən iltihabı (sistem dermato-
miozit),
• Revmatizm (kəskin revmatoid kardit) nəticəsində ürəkdə inkişaf edən iltihablar,
• Dəridə inkişaf edən aşağıdakı iltihabi xəstəliklərin müalicəsində: dərinin iltihabi xəstəliyi
(pemfiqus), dərinin qlütenə həssaslıqla birlikdə müşahidə edilən, maye dolu qabarlarla
meydana çıxan iltihabi xəstəliyi (herpes formalı bullyoz dermatit), dəridə və göz ətrafında
qançır, ödem və qızartı ilə müşayiət olunan iltihabi xəstəlik (Stivens-Conson sindromu),
dəridə qabıqlanma ilə meydana çıxan iltihabi vəziyyətlər (eksfoliativ dermatit), üzdə, əllərdə
və bədəndə dərinin limfoması (mikoz fungoides), ağır psoriaz, bədənin tüklü nahiyəələrində
ağır iltihablar ağır dərəcəli (seboreyalı dermatit),
• müvafiq standart müalicəyə cavab verməyən ağır allergik xəstəliklərin, möcümi və ya
xroniki allergik rinitin, zərdab xəstəliyinin, ağciyərlərdə bronxial astmanın, kontakt
dermatitin, atopik dermatitin, dərmana qarşı inkişaf edən yüksək həssaslıq hallarının
müalicəsi;
• gözdə və ya gözün hissələrində inkişaf edən ağır allergik və iltihabi vəziyyətlərin
müalicəsində: gözün allergik iltihabı (allergik konyunktivit), gözün buynuz qişasının iltihabı
(keratit), gözün şəffaf cismində inkişaf edən allergik yaralar (buynuz qişanın allergik
xoraları), gözün virusla bağlı iltihabı (herpes zoster oftalmicus), irit və iridosiklit, xorioretinit,
gözün ön hissəsində iltihablar, diffuz arxa uveit və xorioidit, optik nevrit,
• ağciyərin və ya tənəffüs yollarının müxtəlif ağır və proqressivləşmiş xəstəliklərinin
müalicəsində: ağciyərdə düyünlərlə və zədələrlə inkişaf edən ağciyər xəstəliyi (simptomatik
sarkoidoz), digər üsullarla müalicə edilməyən ağciyər xəstəliyi (Löffler sindromu), ağ
ciyərlərin sürətlə iltihablaşmış və kəskinləşmiş və ya geniş yayılmış vərəmi (müvafiq terapiya
ilə), ağciyərin mədə möhtəviyyatının tənəffüs yollarına çıxması nəticəsində yaranan iltihabı
(aspirasion pnevmonit),
• qızdırma, iynə ucu şəklində qırmızı qançırlar, şüurun qarışması, baş ağrısı və trombositlərin
sayının azalması (idiopatik trombositopenik purpura) ilə meydana çıxan xəstəlik, ikincil
inkişaf edən trombosit-qan lövhəcikləri sayında azalma, qazanılmış autoimmun hemolitik
anemiya, eritroblast adlı qan hüceyrələrinin azalması, anadangəlmə anemiya (anadangəlmə
hipoplastik anemiya),
• böyüklərdə leykemiya və limfoma və limfa düyünlərinin xərçəngi,
• uşaqlıq dövründə kəskin leykoz,
• sistem qırmızı qurdeşənəyi nəticəsində yaranan böyrək xəstəliyi ilə bağlı sidikdə zülal aşkar
edilməsi və ya sidik ifrazının stimullaşdırılması,
• yoğun bağırsaqda iltihabi yaralar, regional bağırsaq iltihabı (xoralı kolit və regional enterit
(Kron xəstəliyi));
• Beynin selikli qişasının vərəm mənşəli iltihabı (vərəmli meningit) zamanı uyğun
vərəməleyhinə müalicə ilə yanaşı, parazitlərin törətdiyi ağır və ölümcül xəstəliklərin
(nevroloji və ya miokard zədələnməsilə trixinellyoz) müalicəsində istifadə olunur.
Əks göstərişlər
Aşağıdakı hallarda GENKORT-un istifadəsi əks göstərişdir.
Əgər,
• Hidrokortizona və ya GENKORT-un tərkibində olan köməkçi maddələrdən hər hansı birinə
qarşı yüksək həssaslığınız varsa,
• orqanizminizdə sistem (daxili orqanlar daxil olmaqla) göbələk xəstəliyiniz varsa,
• Sizə canlı və ya zəiflədilmiş canlı vaksin istifadə edilmişdirsə, GENKORT istifadə etməyin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər,
• Kortikosteroid terapiyası alan xəstələr qeyri-adi stresə məruz qaldıqda (məsələn, cərrahi
əməliyyat, travma və s.), sürətli təsir göstərən kortikosteroidlərin dozası artırılmalıdır.
• Hidrokortizon orqanizmdə bəzi infeksiya və febril (qızdırmalı) xəstəlik əlamətlərini
maskalaya bilər, istifadə zamanı infeksiyalar inkişaf edə bilər və müalicə zamanı bakteriya,
göbələk və ya parazit mənşəli bu iltihabi hallar arta bilər. Bu infeksiyalar bəzən yüngül, bəzən
ölümcül ola bilər. Doza artdıqca infeksiyalar daha da ağırlaşa bilər.
• Uzunmüddətli istifadə zamanı gözdə pərdəəmələ gəlməsi (katarakt), gözdaxili təzyiqin
artması (qlaukoma), göz sinirlərinin zədələnməsi baş verə, gözlərdə infeksiyalar inkişaf edə
bilər.
• Yüksək dozada qan təzyiqinin yüksəlməsi (hipertenziya), orqanizmdə su və duzun ləngiməsi
(saxlanması), ödem, kaliumun orqanizmdən xaric olmasının artması müşahidə edilə bilər.Belə
hallarda, əlavə kalium müalicəsi aparılmalı və duz məhdudlaşdırılmalıdır.
Bütün kortikosteroidlər orqanizmdən kalsiumun xaric olmasını artırır.
• Hidrokortizonu immun sistemi tormozlayan dozalarda qəbul edərkən öldürülmüş və ya
zəiflədilmiş peyvəndlər (vaksinlər)istifadə oluna bilər, ancaq tətbiq olunan peyvəndin təsiri
azalacaq.
• Yayılmış (diffuz) və aktiv vərəm zamanı digər vərəm dərmanları ilə birlikdə istifadə
edilməlidir. Tükənmiş və ya gecikmiş mərhələdə vərəm zamanı xəstəliyin reaktivləşə biləcəyi
üçün daha diqqətli müşahidə zəruridir.Hidrokortizonun uzunmüddətli istifadəsi zamanı bu
xəstələr vərəmə qarşı profilaktik müalicə almalıdırlar.
• Hidrokortizon immun sistemi tormozlayacağından, müalicə alan xəstələr suçiçəyi və qızılca
kimi xəstəliklərin inkişafına daha çox meylli olacaqlar. Uşaq və yetkin xəstələrdə diqqətli
olmaq lazımdır, belə ki, bu xəstəliklər bəzən çox ağır və ya ölümcül ola bilər.
Hidrokortizonun hansı dozada, hansı yolla və müddətdə istifadəsinin bu xəstəliklərə səbəb ola
biləcəyi və xəstələrdə əvvəllər keçirilmiş xəstəliklərin bu infeksiya riskini artırıb-artırma-
yacağı məlum deyil. Əgər suçiçəyi inkişaf edərsə, suçiçəyiəleyhinə immunoqlobulin (VZIG),
qızılca inkişaf edərsə, əzələ daxilinə inyeksiya yolu ilə immunoqlobulin (IG) dərmanı
yeridilməlidir.
• Strongyloides bağırsaq qurdlarının səbəb olduğu xəstəlikləri olan insanlara hidrokortizon
ehtiyatla təyin edilməlidir. Hidrokortizon bu cür xəstələrdə immun sistemi tormozlayaca-
ğından, infeksiyanın artmasına, ağır və ölümcül bağırsaq iltihabına və ya qanın
zəhərlənməsinə səbəb ola bilər.
• Preparatın istifadəsi nəticəsində inkişaf edən adrenal (böyrəküstü vəzi) çatışmazlıq hid-
rokortizonun dozasının azaldılması ilə azalacaq.Bu çatışmazlıq müalicənin dayandırılma-
sından sonra davam edə bilər. Bu halda, əgər stres inkişaf edərsə, hormonal terapiya yenidən
nəzərdən keçirilməlidir.
• Hipotireozu və qaraciyərin sirrozu olan pasiyentlərdə kortikosteroidlərin güclənmiş təsiri
qeyd edilmişdir.
•Gözdə herpes simplex virus infeksiyası olan xəstələrin müalicəsi üçün istifadə ediləcəksə,
ehtiyatla istifadə edilməlidir, çünki gözün buynuz qişasında deşilmələr ola bilər.
• Hidrokortizonla müalicə qəflətən yox, tədricən dozanı azaltmaqla dayandırılmalıdır.
• Hidrokortizonun istifadəsi ilə; həddindən artıq həyəcan, yuxusuzluq, əhval dəyişikliyi,
şəxsiyyət pozğunluğu, ağır depressiya kimi psixi pozğunluqların inkişaf edə biləcəyi və ya
müalicə zamanı kəskinləşə biləcəyi barədə məlumat verilmişdir.
• Hidrokortizon bağırsağın iltihabı, bağırsağın perforasiyası, bağırsaq infeksiyalarıı, yeni ba-
ğırsaq əməliyyatları, mədə xorası, böyrək çatışmazlığı, yüksək qan təzyiqi (hipertoniya),
sümük kütləsinin itkisi, əzələkütləsinin itkisi və əzələ xəstəliklərində ehtiyatla istifadə edil-
məlidir.
• Hidrokortizon istifadə edən uşaqların inkişafı diqqətlə izlənilməlidir.
• Hidrokortizonlamüalicə alan insanlarda bədxassəli şişin inkişafı (Kapoşi sarkoması) qeyd
edilmiş, lakin müalicənin dayandırılması ilə xəstəliyin geriləməsi barədə məlumat veril-
mişdir..
• Sistem kortikosteroid qəbul etdikdən sonra ölümcül ola biləcək feoxromositoma krizi
haqqında məlumat mövcuddur.
• Hidrokortizonun istifadəsi ilə bağlı əlavə təsirlər dozadan və müalicənin müddətindən asılı
olduğundan, hər bir xəstə üçün fərdi olaraq risk / fayda nisbəti qiymətləndirilməli və müalicə
lazım gələrsə, o, hər gün və ya fasilələrlə aparılmalıdır.
Bu xəbərdarlıqlar, keçmişdə hər hansı dönəmdə olmuş olsa belə, Sizin üçün keçərlidirsə,
GENKORT-un tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar
GENKORT-un tərkibində laktoza vardır. Əgər Sizdə qalaktozaya qarşı dözümsüzlük, laktaza
çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliklər varsa, bu
preparatdan istifadə etməməlisiniz.
GENKORT-un hər tabletinin tərkibində 16 mq natrium nişasta qlikolyatı vardır. Nəzarət
olunan natrium pəhrizi saxlayan xəstələr üçün bunu nəzərə almaq lazımdır.
lütfən bunu həkiminizə bildirin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
GENKORT ilə eyni zamanda aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, bu
barədə həkiminizə məlumat verin:
• Qaraciyər fermentlərinə təsir göstərən fenobarbital, fenitoin və rifampisin adlı dərmanlar.
• Troleandomisin və ketokonazol adlı göbələk xəstəliyini müalicə etmək üçün istifadə olunan
dərmanlar.
• Qanın laxtalanmasını təmin edən dərmanlar.
• Antikoaqulyantlar (qanı durulaşdıran dərmanlar).
• Aspirin və digər qeyri-steroid iltihabəleyhinə dərmanlar (yüngüldən orta dərəcəyə qədər
ağrıları müalicə etmək üçün istifadə olunan dərmanlar).
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı
digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, bu
barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, bu barədə həkiminizə məlumat verin.
Həkiminiz hamiləlik və laktasiya dövründə GENKORT istifadə edib-etməməyinizə qərar
verəcəkdir. GENKORT, zərurət olmadıqca hamiləlik dövründə istifadə edilməməlidir.
GENKORT körpəyə təsir edir və inkişafını ləngidir.
Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə
məsləhətləşin.
Laktasiya
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər uşaq əmizdirir və eyni zamanda GENKORT istifadə edirsinizsə, dərman ana südünə
keçə bilər. Laktasiya dövründə (uşağın ana südü ilə qidalandırıldığı dövrdə) aşkar zərurət
olmazsa, GENKORT istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
GENKORT vertiqo (başgicəllənmə hissi), görmədə pozğunluğa və / və ya əzələ zəifliyinə
səbəb ola bilər. Bu hallar baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli
mexanizmləri idarə etməyin.
İstifadə qaydası və dozası
Böyüklər
Həkiminiz tərəfindən başqa bir tövsiyə edilmədiyi halda, müalicə ediləcək xəstəlikdən asılı
olaraq hidrokortizonun başlanğıc dozası gündə 20-240 mq arasında olmalıdır. Doza xəstənin
müalicəyə verdiyi cavaba görə təyin olunmalıdır.
Həkiminiz xəstəliyinizdən asılı olaraq dərmanınızın dozasını təyin edəcək və sizə tətbiq
edəcəkdir.
İstifadə yolu və qaydası
Tabletləri yeməklə və ya yemək arası daxilə qəbul edilə bilər. Yaxşı olar ki, günün eyni
vaxtında qəbul edilsin.
Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
Həkiminiz uşaqlar üçün effektiv ola biləcək aşağı dozaları təyin edəcək və uşaqların
böyüməsini və inkişafını izləyəcəkdir.
Yaşlılarda istifadəsi
Dərmanı istifadə edərkən həkiminiz sizi mütəmadi olaraq yoxlayacaq və xəstəliyinizə görə
sizin üçün uyğun doza təyin edəcəkdir.
Xüsusi hallarda istifadəsi
Böyrək/Qaraciyər çatışmazlığı
Əgər böyrək və ya qaraciyər çatışmazlığınız varsa, xəstəliyinizdən asılı olaraq həkiminiz
dərmanınızın dozasını təyin edəcək və sizə tətbiq edəcəkdir.
GENKORT-un qida və içkilərlə istifadəsi
GENKORT yeməklə və yeməkarası istifadə edilə bilər.
GENKORT ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər
GENKORT tabletlərinin qəbulunu kəskin şəkildə dayandırmayın. Həkiminiz dozanızı
tədricən azaldacaqdır. GENKORT-un qəbulunu qəflətən dayandrmayın (məsələn, qan
təzyiqinizi həddindən artıq aşağı sala biləcək xəstəliklərdən sonra). Dərmanın istifadəsinin
dayandırılması ilə ümumi narahatlıq, qızdırma, əzələlərdə və ya oynaqlarda ağrı kimi simp-
tomlar meydana çıxa bilər. Həkiminiz və ya əczaçı tabletlərin sayını necə azaltmaq lazım
olduğunu Sizə söyləyəcək.
GENKORT-u istifadə etməyi unutmusunuzsa
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin.
Gözləyin və növbəti dozanı adi vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün
ikiqat doza qəbul etməyin. Dərhal həkiminizə və ya əczaçıya məlumat verin.
Əgər GENKORT-un təsirinin çox güclü və ya zəif olduğunu müşahidə edirsinizsə, bunu
həkiminizə və ya əczaçıya bildirin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi GENKORT-un tərkibində olan maddələrdən hər hansı birinə qarşı
həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. Lakin hər xəstədə əlavə təsirlər
müşahidə edilməyə bilər.
Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, GENKORT-u istifadə etməyi da-
yandırın və bu barədə həkiminizə məlumat verin və ya ən yaxın xəstəxananın təcili yardım
şöbəsinə müraciət edin.
• Perforasiya və ya qanaxma ilə mədə-bağırsaq xoraları, qarın ağrısı (xüsusən də belinizə
yayılırsa), anusdan qan gəlməsi, qara və ya qanlı nəcis və / və ya qan qusma.
• Mədəaltı vəzinin iltihabı, qusma ilə müşayiət olunan elə yayılan qarın ağrısı, şok və huşun
itməsi kimi əlamətlər.
• Nəfəs alma çətinliyi, traxeya və ya boğazda tutulma hissi, dəridə geniş yayılmış qızartı ilə
xarakterizə olunan allergik reaksiyalar.
Bunların hamısı çox ciddi əlavə təsirlərdir.
Əgər bunlardan biri Sizdə meydana çıxarsa, deməli, GENKORT-a qarşı yüksək həssaslğınız
var.
Təcili tibbi müdaxiləyə və ya xəstəxanaya yerləşdirilməyə ehtiyacınız ola bilər.
Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif olunur.
Çox tez-tez: 10 xəstənin ən azı 1-ində meydana çıxa bilər.
Tez-tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxundameydanaçıxa bilər.
Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən fazla meydana çıxa bilər.
Nadir: 1 000 xəstənin birindən azında meydana çıxa bilər.
Çox nadir: 10 000 xəstənin birindən azında meydana çıxa bilər.
Məlum deyil: mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün
deyil.
Tez-tez
• Qarında köp
• Xoralı ezofaqit
• Yaranın sağalmasında gecikmə
• Sümüklərdə ərimə (sümük kütləsinin itməsi).
Məlum deyil
• Kuşinq sindromu adlanan xəstəliyin əlamətlərinə bənzər simptomlar
• Uşaqların inkişafında azalma
• Stress, travma, cərrahi əməliyyat və ya xəstəlik nəticəsində böyrəküstü vəzilərin və hipofiz
vəzinin çatışmazlığı
• Qeyri-müntəzəm menstrual qanaxmalar
• Diabetin baş verməsi
• İnsulinə və şəkərli diabetin müalicəsi üçün istifadə olunan digər dərmanlara tələbatın artması
• Tər ifrazının artması
• Karbohidratlara qarşı dözümlülüyün (tolerantlığın) azalması
• Orqanizmdə zülalın parçalanması nəticəsində mənfi azot balansı
• Gözün arxa tərəfində inkişaf edən subkapsulyar katarakta
• Mərkəzi seroz xorioretinopatiya
• Gözdaxili təzyiqin artması
• Göz almasının qabağa doğru böyüməsi
Qlaukoma
• Göz diskində ödem ilə təzahür edən kəllədaxili təzyiqin artması
• Qıcolma tutmaları
• Başgicəllənmə
• Baş ağrısı
• Epidural lipomatoz
• Həssas xəstələrdə ürək çatışmazlığı
• Qan təzyiqinin yüksəlməsi
• Dəridə incəlmə və qırılmalar
• Dəridə nöqtəvi qanaxmalar
• Dəridə zədələnmələr
• Göyərmə (qançır)
• Üzdə qızarma
• Tər ifrazının artması
• Dəri testlərinə verilən cavablarda azalma
• Əzələlərdə zəiflik
• Steroidlərin istifadəsi nəticəsində əzələ xəstəlikləri (miopatiya)
• Əzələ kütləsində azalma
• Əzələlərin yırtılması, vətərlərin yırtılması
• Bədənin onurğa sümüklərində sınıqlar
• Uzun sümüklərdə sınıqlar
• Yuxarı və aşağı ətraf sümüklərinin uclarında hüceyrələrin ölümü
• İnfeksiyanın təhrif edilməsi
• Latent (gizli) infeksiyaların aktivləşməsi
• Opportunistik (fürsətçi) infeksiyalar
• Orqanizmdə natrium və suyun ləngiməsi (tutulması)
• Kaliumun orqanizmdən xaric edilməsi
• Orqanizmdə turşu-qələvi balansının pozulması
• Orqanizmdə qaraciyər fermentlərinin (alanin transaminazalar (ALT, SGPT), aspartat
transaminazalar (AST, SGOT) və qələvi fosfataza) səviyyəsinin artması.
• Leykositoz.
Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə
həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Əgər GENKORT-dan istifadə etməli olduğunuzdan çox istifadə etmisinizsə, həkim və ya
əczaçı ilə məsləhətləşin.
Lazım olduğundan artıq miqdarda GENKORT istifadə etmisinizsə, dərhal həkimlə və ya
əczaçı ilə danışın.
Buraxılış forması
10 tablet, PVX/AL blisterdə. 6 blister (60 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır.
Həddindən artıq istidən, işıqdan və nəmdən qoruyun. Dondurmayın.
Yararlılıq müddəti bitmiş və ya artıq istifadə edilməyən dərman preparatlarını çirkab sularının
və məişət tullantılarının içərisinə atmayın. Onların hara atılmasını əczaçıdan soruşun. Bu
tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. VE TİC. A.Ş.
ASO 2. Ve 3. OSB Alcı Mah. 2013. Cad. No:24 Sincan/ANKARA.
Qeydiyyat vəsiqəsinin sahibi
GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. VE TİC. A.Ş.
Mustafa Kemal Mah., 2119. Sok. No:3, Çankaya/ANKARA.
Tel: + 90 (312) 219 62 19.
Faks: + 90 (312) 219 60 10.