Pharmed
Gənəgərçək yağı 30 ml
İçlik, vərəqəsini saxlayın. Onu yenidən oxumaq lazm gələ bilər.
İçlik tərkibi
Təsiredici maddə: 1 flakonda 30 q gənəgərçək yağı vardır.
İstifadəsinə göstərişlər
- Qısamüddətli simptomatik qəbizliyin müalicəsi; - Diaqnostik prosedurlardan əvvəl bağırsağın hazırlanması.
Əks göstərişlər
- Preparata qarşı hiperhəssaslıq; - Xroniki, spastik qəbizlik, neyrogen və endokrin mənşəli qəbizlik; - bağırsağın kəskin iltihabi xəstəliyi (o cümlədən, apendisit), bağırsaq stenozu və atoniyası; - mədə və onikibarmaq bağırsağın xora xəstəliyi; - bağırsağın iltihabi xəstəliyi (xoralı kolit, Kron xəstəliyi, qıcıqlanmış bağırsaq sindromu, enterit, kolit); - elektrolitlərin itirilməsilə ağır dehidratasiya; - kıskin qızdırmalı vəziyyət; - kaxeksiya; - mexaniki bağırsaq keçməzliyi; - qarın nahiyəsində naməlum genezli ağrı; - əzələ və uşaqlıq qanaxması; - kəskin və xroniki qlomerulonefrit; - tubulointerstisial nefrit; - yağda həll olan zəhərli maddələrlə zəhərlənmə (o cümlədən, benzinlə, karbon dioksidlə); - erkək ayıdöşəyinin ekstraktı ilə qurd invaziyasının müalicəsi; - hamiləlik; - laktasiya dövrü; - 12 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı dərman vasitəsinin istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, bütün müalicə dövrü boyu ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Gənəgərçək yağının qəbulu zamanı effektin əldə edildiyi an diqqətin pozulmasının mümkünlüyü ilə nəqliyyat vasitələrini idarə etməkdən və digər potensial təhlükəli fəaliyyət növlərindən çəkinmək lazımdır.
İçlik istifadə qaydası və dozası
Daxilə qəbul edilir. Böyüklərə 15-30 q (1-2 xörək qaşığı) gündə 1 dəfə istifadə edilir. Preparat 12- 18 yaşlı uşaq və yeniyetmələrə 10-15 q (1 desert-1 xörək qaşığı) gündə bir dəfə həkim tərəfindən təyin edilir. İstifadə müddəti 3 gündən artıq olmamalıdır.