Pharmed
GEDELIKS 100ML SIROP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“____”________________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İstifadə üzrə bütün təlimatı diqqətlə oxuyun, belə ki, onda Sizin üçün mühüm məlumat vardır.
Bu dərman vasitəsi reseptsiz buraxılır. Lakin, maksimal müalicəvi effekt əldə etmək üçün Hedeliks® şərbəti bu təlimata uyğun olaraq istifadə etmək lazımdır.
- Bu təlimatı saxlayın, ola bilsin ki, Siz onu yenidən oxumalı olarsınız.
- Əgər Sizə əlavə məlumat və ya məsləhət lazım olarsa, əczaçıya müraciət edin.
- Əgər Sizin vəziyyətiniz pisləşərsə və ya yaxşılaşma baş verməzsə, həkimə müraciət edin.
- Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
HEDELİKS® ŞƏRBƏT TƏRKİBİ
Təsiredici maddə: 100 ml şərbətin tərkibində 0,8 q sarmaşıq yarpaqlarının ekstraktı (2,2–2,9:1) vardır.
Ekstraksiya mühiti: etanol 50% (v/v), propilen qlikol (98:2).
Köməkçi maddələr: makroqol qliserilhidroksistearat, ulduzşəkilli cirə yağı, hidroksietilsellüloza, 70%-li sorbit məhlulu (kristallaşmayan), propilenqlikol, qliserin, təmizlənmiş su.
TƏSVİRİ
Hedeliks® şərbət – sarıdan sarı-qəhvəyi rəngə qədər özlü mayedir, bulanması və çöküntü verməsi mümkündür ki, bu preparatın keyfiyyətinə təsir etmir.
FARMAKOTERAPEVTİK QRUPU
Bitki mənşəli bəlğəmgətirici vasitə.
ATC kodu: R05СA.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Preparat bitki mənşəli olub, tərkibindəki saponinlərin təsiri nəticəsində, bəlğəmgətirici, mukolitik və spazmolitik effektə malikdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR
Hedeliks® şərbət – bitki mənşəli preparatdır, tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi üçün və bronxların xronik iltihabi xəstəliklərinin simptomatik müalicəsi üçün istifadə edilir.
Əgər şikayətlər uzun müddət saxlanılarsa və ya təngnəfəslik, temperaturun yüksəlməsi baş verərsə, həmçinin irinli seliyin və ya qanlı seliyin baş verməsi zamanı dərhal həkimə müraciət etmək lazımdır.
ƏKS GÖSTƏRİŞLƏR
- Sarmaşıq yarpaqlarına və Hedeliks® şərbət preparatının digər komponentlərinə qarşı yüksək həssaslıq (allergiya);
- Argininsuksinatsintetaza fermentinin çatışmazlığı (sidik cövhəri mübadiləsinin pozulması);
- İrsi fruktoza dözümsüzlüyü zamanı istifadəsi;
- Hamiləlik və laktasiya dövründə istifadəsi.
XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ
Öskürək əleyhinə Hedeliks® şərbətini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Həkimin təyinatı olmadan digər öskürək əleyhinə preparatlarla, məsələn, kodeinlə və ya dekstrometorfanla birlikdə qəbul etmək tövsiyə olunmur.
ƏLAVƏ MƏLUMAT
Hedeliks® şərbətinin tərkibində şəkər və alkoqol yoxdur və ona görə də şəkərli diabeti olan və alkoqol qəbulundan qaçmalı olan xəstələr üçün yararlıdır...
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ
Bu vaxta qədər digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil...
HAMILƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ
Kifayət qədər klinik məlumat olmadığı üçün Hedeliks® şərbəti hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.
NƏQLİYYAT VASİTƏLƏRİNƏ TƏSİRİ
Heç bir xüsusi xəbərdarlıq tədbirləri tələb olunmur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI
Hedeliks® şərbətini həmişə bu təlimata tam uyğun olaraq qəbul etmək lazımdır...
DOZA HƏDDİNİN AŞILMASI
Əgər Siz səhvən lazım olduğundan bir və ya iki doza artıq qəbul etmisinizsə...
BURAXILIŞ FORMASI
100 ml şərbət, şüşə flakonda...
SAXLANMA ŞƏRAİTİ
15-25°С-yə qədər temperaturda işıqdan qorumaqla...
YARARLILIQ MÜDDƏTİ
3 il. Flakonun açılmasından sonra yararlılıq müddəti - 6 ay...
APTEKDƏN BURAXILMA ŞƏRTİ
Reseptsiz buraxılır.
İSTEHSALÇI/QEYDİYYAT VƏSİQƏSİNİN SAHİBİ
Krewel Meuselbach GmbH, Almaniya...