Pharmed
GASTRICUMEEL N50 TB
QASTRİKUMEL, tabletlər
QASTRİKUMEL tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Argentum nitricum D6 30 mq; Acidum arsenicosum D6 30 mq; Pulsatilla pratensis D4 60 mq; Strychnos nuxvomica D4 60 mq; Carbo vegetabilis D6 60 mq; Stibium sulfuratum nigrum D6 60 mq.
İstifadəsinə göstərişlər
Kəskin və xroniki qastrit, mədə qıcqırması, meteorizm.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsirlə bağlı məlumat bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
QASTRİKUMEL istifadə qaydası və dozası
Digər təyinat olmadıqda Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə. Pediatriya 2 yaşından kiçik: 1 tablet gündə 1 dəfə. 2-5 yaş: 1 tablet gündə 1-2 dəfə. 6–11 yaş: 1 tablet gündə 2 dəfə.
Kəskin və ya başlanğıc doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir - gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Pediatriya 2 yaşından kiçik: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 4 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 2-5 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir.
6–11 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.