Pharmed
FUROSEMID 40MG N50 TB (BORISOV)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FUROSEMİD 40 mq tabletlər
FUROSEMIDE
Beynəlxalq patentləşdirilməmiş adı: Furosemide
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq furosemid vardır.
Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, nişasta 1500 (qismən
prejelatinləşdirilmiş qarğıdalı nişastası), maqnezium stearat.
Farmakoterapevtik qrupu
Yüksək aktivliyə malik diuretiklər. Sulfonamidlər.
ATC kodu: С03СА01.
İstifadəsinə göstərişlər
Ürək və ya böyrək mənşəli ödemlər.
Qaraciyər mənşəli ödemlər, adətən, kaliumqoruyucu diuretiklərlə birlikdə.
Tiazid diuretiklərinin təyin olunması əks göstəriş olan xroniki böyrək çatışmazlığından əziyyət
çəkən pasiyentlərdə (xüsusilə, kreatinin klirensi 30 ml/dəqiqədən aşağı olduqda) arterial
hipertenziya.
Əks göstərişlər
- Furosemidə və/və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı
hiperhəssaslıq;
- kəskin böyrək çatışmazlığı;
- qaraciyər ensefalopatiyası;
- sidik yollarının obstruksiyası;
- hipovolemiya və ya dehidratasiya;
- dekompensasiya olunmuş hipokaliemiya;
- dekompensasiya olunmuş hiponatriemiya;
- hamiləlik və laktasiya dövrü;
- litium ilə kombinasiyalar;
- qalaktozemiya, qlükoza-qalaktoza malabsorbsiyası sindromu, laktaza çatışmazlığı;
- ekskresiyası əsasən öd vasitəsi ilə həyata keçirilən furosemidin orqanizmdə toplanma riskini
nəzərə alaraq, ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (kreatinin
klirensi < 30 ml/dəqiqə) hepatit və hepatosellülyar çatışmazlıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman preparatının təsadüfi qəbulu, hipovolemiyaya və dehidratasiyaya gətirib çıxara bilər.
Hepatosellülyar çatışmazlıq zamanı qaraciyər ensefalopatiyası riskini nəzərə alaraq, müalicəni ehtiyatla, elektrolitlərə ciddi nəzarət etməklə aparmaq lazımdır. Zərurət yarandıqda, müalicəni
dərhal dayandırmaq lazımdır.
Sidik yollarının qismən obstruksiyası olduğu halda furosemidin istifadəsi, sidik ifrazının
ləngiməsinə gətirib çıxara bilər. Furosemidlə müalicə aparıldıqda, xüsusilə müalicənin əvvəlində
diurezin hərtərəfli monitorinqini təmin etmək lazımdır.
Sulfonamidlərə və sulfonilkarbamid törəmələrinə yüksək həssaslığa malik pasiyentlərdə
furosemidə qarşı çarpaz sensibilizasiya müşahidə oluna bilər.
Tiazid diuretiklərdən istifadə etdikdə, fotohəssaslıq reaksiyaları halları qeydə alınmışdır.
Fotohəssaslıq reaksiyaları meydana çıxdığı halda, furosemidin istifadəsinin dayandırılması
tövsiyə olunur. Zərurət yarandıqda, günəş şüalarının və ya süni ultrabənövşəyi şüa mənbələrinin
təsirinə məruz qalan dəri nahiyələrini mühafizə etmək tövsiyə olunur.
Dərman preparatının tərkibində laktoza olduğunu nəzərə alaraq, qalaktozaya qarşı dözümsüzlük,
laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromundan əziyət çəkən
pasiyentlərdə preparatı istifadə etmək tövsiyə olunmur.
İdmançılar
Antidopinq nəzarəti aparıldıqda, furosemid müsbət testlər göstərir.
Kurs müalicəsi fonunda arterial təzyiqə, qan plazmasında elektrolitlərin (o cümlədən, natriuma,
kalsiuma, kaliuma, maqneziuma), qalıq azotun , kreatininin, sidik turşusunun miqdarına, turşu-
qələvi vəziyyətinə, qaraciyər funksiyalarına vaxtaşırı nəzarət etmək və müalicənin müvafiq
korreksiyasını həyata keçirmək lazımdır.
Sulfanilamidlərə və sulfonilkarbamid törəmələrinə yüksək həssaslığa malik pasiyentlərdə
furosemidə qarşı çarpaz sensibilizasiya müşahidə oluna bilər.
Furosemidi yüksək dozalarda təyin etdikdə, xörək duzunun istifadəsini məhdudlaşdırmaq
məqsədəuyğun deyil. Hipokaliemiyanın profilaktikası üçün eyni zamanda kalium preparatlarının
və kaliumqoruyucu diuretiklərin (spironolaktonun) təyin olunması və həmçinin, tərkibi kalium
ilə zəngin pəhrizin saxlanılması tövsiyə olunur.
Qaraciyər sirrozu, qaraciyər çatışmazlığı fonunda assitdən əziyyət çəkən pasiyentlərə dozalanma
rejiminin seçilməsini, stasionar şəraitdə aparmaq lazımdır.
Böyrək funksiyaları pozğunluqları meydana çıxdıqda və ya gücləndikdə, müalicəni dayandırmaq
tövsiyə olunur.
Şəkərli diabetdən və ya qlükozaya qarşı aşağı tolerantlıqdan əziyyət çəkən pasiyentlərdə, qanda
və sidikdə qlükozanın səviyəsinə vaxtaşırı nəzarət etmək lazımdır.
Şüursuz vəziyyətdə olan, prostat vəzinin xoşxassəli hiperplaziyasından, sidik axacaqlarının
daralmasından və ya hidronefrozdan əziyyət çəkən pasiyentlərdə, sidik ifrazına nəzarət etmək
vacibdir.
Preparatın uzunmüddətli istifadəsi susuzlaşmaya gətirib çıxara bilər.
Preparatın tərkibində laktoza olduğunu nəzərə alaraq, anadangəlmə qalaktozemiya, qlükoza və
qalaktoza malabsorbsiyası sindromu, laktaza çatışmazlığı halları olduqda, preparatın istifadəsi
əks göstərişdir.
Pediatriya təcrübəsində istifadəsi
Yenidoğulmuşlarda və vaxtından əvvəl doğulmuş uşaqlarda furosemidin yüksək dozalarının
uzunmüddətli istifadəsi nefrokalsinozun və/və ya nefrolitiazın inkişaf etmə riskini yüksəldir.
Böyrəklərin ultrasəs monitorinqi tövsiyə olunur.
Qaraciyər və böyrəklərin funksional pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə istifadəsi
Kəskin böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərə preparatın istifadəsi əks
göstərişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Furosemidin və xloralhidratın, aminoqlikozid antibiotiklərin birlikdə istifadəsi tövsiyə olunmur.
Aşağıdakı preparatlarla müalicə aparıldıqda, xüsusi ehtiyata istifadə etmək lazımdır: sisplatinlə
(böyrəklərin zədələnməsi), AÇF inhibitorları və angiotenzin reseptorlarının blokatorları ilə
(böyrək çatışmazlığı), risperidonla (yaşlı pasiyentlərdə).
Asetilsalisil turşusunun istifadəsi daxil olmaqla, qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) eyni zamanda istifadəsi furosemidin effektini aşağı sala bilər, kəskin böyrək
çatışmazlığına səbəb ola bilər.
Fenitoin, probenesid, metotreksatla eyni zamanda istifadə edildikdə, furosemidin effektivliyi
aşağı düşə bilər və bu dərman preparatlarının toksikliyinin artması müşahidə oluna bilər.
Qlükokortikosteroidlərlə, karbenoksolonla, çox miqdar biyanla eyni zamanda və uzun müddət
ərzində işlədici preparatlarla istifadə etdikdə, hipokaliemiya güclənə bilər.
Furosemidlə eyni zamanda istifadə edildikdə, arterial təzyiqi aşağı salan dərman preparatlarının
(antihipertenziv, diuretik və digər preparatlar) təsiri güclənə bilər. Hipoqlikemik preparatların və
damardaraldıcı aminlərin (epinefrin/adrenalin, norepinefrin/noradrenalin) effektivliyi zəifləyə
bilər, teofillinin və kurareyəbənzər preparatların effektivliyi isə güclənə bilər.
Furosemidlə və yüksək dozalarda bəzi sefalosporinlərlə eyni zamanda müalicə qəbul edən
pasiyentlərdə böyrək funksiyalarının pisləşməsi baş verə bilər.
Siklosporin A-nı və furosemidi eyni zamanda istifadə etdikdə, ikincili podaqrik artritin inkişaf
etmə riski yüksələ bilər.
Furosemidi rentgenkontrast preparatlarla birlikdə istifadə etdikdə, pasiyentlər böyrək
funksiyaları pozğunluqlarına daha çox məruz qala bilərlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin birinci trimestri ərzində, II-III-cü trimestrlərdə furoseminddən həyati göstərişlərə
görə istifadə etmək olar.
Laktasiya dövründə ana südü ilə xaric olunur və bu səbəbdən, preparatla müalicə müddətində
ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri
ilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Göstərişlərdən, klinik vəziyyətdən, pasiyentin yaşından asılı olaraq, dozalanma rejimi fərdi təyin
olunur. Diuretik cavabın göstəricisindən və pasiyentin vəziyyətinin dinamikasından asılı olaraq,
müalicə prosesində dozalanma rejimini korreksiya etmək olar. Preparatı daxilə qəbul etmək
lazımdır.
Böyüklər
Ürək, böyrək və qaraciyər mənşəli ödemlərdə
- pasiyentin vəziyyəti orta dərəcəli olduqda: gündə ½-1 tablet;
- ağır vəziyyətlərdə: gündə 1 və ya 2 dəfə qəbul üçün 2-3 tablet və ya gündə 2 dəfə qəbul üçün 3-
4 tablet.
Arterial təzyiq yüksək olduqda və ya xroniki böyrək çatışmazlığında
Gündə 1 və ya 2 dəfə qəbula ½-3 tablet, digər antihipertenziv preparatlarla (renin-angiotenzin
sistemin antaqonistləri) birlikdə.
Uşaqlar
Ödemlərin müalicəsi üçün sutkalıq doza 1-2 dəfə qəbul etmək üçün 1-2 mq/kq bədən kütləsi.
Yaşlı pasiyentlərdə istifadəsi
Yaşlı pasiyentlərdə doza seçimini və onun tənzimlənməsini, adətən, terapevtik dozalar
diapazonunun aşağı səviyyəsindən başlayaraq, ehtiyatla aparmaq lazımdır.
Əlavə təsirləri
Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial hipotenziya, ortostatik hipotenziya,
kollaps, taxikardiya, aritmiyalar.
Sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə, baş ağrısı, əzələ zəifliyi, baldır
əzələlərinin qıcolmaları (tetaniya), paresteziyalar, apatiya, adinamiya, zəiflik, süstlük, yuxuya
meyllilik, şüurun dumanlanması.
Hissiyat orqanlarında baş verən pozğunluqlar: görmə və eşitmə qabiliyyətinin pozulması.
Həzm sistemində baş verən pozğunluqlar: anoreksiya, ağızda quruluq, susuzluq hissi,
ürəkbulanma, qusma, diareya, qəbizlik, xolestatik sarılıq, pankreatitin kəskinləşməsi.
Sidik-cinsiyyət sistemində baş verən pozğunluqlar: oliquriya, sidik ifrazının kəskin ləngiməsi
(prostat vəzinin adenoması zamanı), interstisial nefrit, hematuriya, impotensiya.
Allergik reaksiyalar: purpura, övrə, eksfoliativ dermatit, multiform eritema, vaskulit,
nekrozlaşan angiit, dəri səpgiləri, üşütmə, qızdırma, fotosensibilizasiya, anafilaktik şok.
Qanyaradıcı orqanlarda baş verən pozğunluqlar: leykopeniya, trombositopeniya, aqranulositoz,
aplastik anemiya.
Su-elektrolit mübadiləsində baş verən pozğunluqlar: hipovolemiya, dehidratasiya,
hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipokalsiemiya, hipomaqneziemiya, metabolik
alkaloz.
Metabolik pozğunluqlar: hiperqlikemiya, hiperxolesterinemiya, hiperurikemiya, qlükozuriya.
Doza həddinin aşılması
Simptomları: arterial təzyiqin aşağı düşməsi, kollaps, şok, hipovolemiya, dehidratasiya,
hemokonsentrasiya, aritmiyalar, anuriya ilə müşayiət olunan kəskin böyrək çatışmazlığı,
tromboz, tromboemboliya, yuxuya meyllilik, şüurun dumanlanması, iflic, apatiya.
Müalicəsi: su-duz balansının və turşu-qələvi vəziyyətinin korreksiyası, dövr edən qanın həcminin
bərpa olunması, simptomatik müalicə. Spesifik antidotu yoxdur.
Doza həddinin aşılması simptomları meydana çıxdıqda, dərhal həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
10 tablet, konturlu-yuvalı qablaşdırmada, 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə
karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası
Minsk vilayəti, Borisov ş., Çapayev k., 64.
Tel.:/Faks: +375 (177) 735612, 731156.