Pharmed

FOSFOGLIV 65/35MG N50 CAP

FOSFOQLİV

Beynəlxalq patentləşdirilməmiş adı: Phospholipides + Glycyrrhizinic acid

 

FOSFOQLİV Tərkibi

Təsiredici maddə: 1 kapsulda 65 mq fosfolipidlər (lipoid C80) (73-79%-i (100%-ə
 nəzərən) fosfatidilxolindən ibarətdir), 35 mq qlisirrizin turşusunun
 trinatrium duzu (natrium qlisirrizinat) vardır.
Köməkçi maddələr:mikrokristallik sellüloza, kalsium karbonat, kalsium stearat, talk,
 kolloidal silisium dioksid (aerosil).
Kapsulanın tərkibi
gövdə: titan dioksid (E171), günəş qürubu sarısı boya maddəsi (E110), jelatin.
qapaq: titan dioksid (E171), qara dəmir oksidi (E172), jelatin.

 

Farmakoterapevtik qrupu

Hepatoprotektor dərman vasitəsi.

ATC kodu: A05BA.

 

Farmakoloji xüsusiyyətləri.

Farmakodinamikası:
Kombinəolunmuş preparatdır. Hepatoprotektor, membranstabilləşdirici, və virus əleyhinə təsir göstərir.
Qlisirrizin turşusu antioksidant, iltihab əleyhinə təsir və fibrogenezə təsir etməklə hepatoprotektor təsir
göstərir.
Antioksidant təsir. Qlisirrizin turşusu sərbəst oksigen radikalları ilə birləşir və hepatositlərdə lipidlərin
peroksidləşməsində(LPO) iştrak edən fermentləri inhibə edir.
İltihab əleyhinə təsir. Qlisirrizin turşusu iltihabı aşağıdakı yollarla azaldır: NF-kB- və TLR4- siqnal
yollarını inhibə etmək, iltihab sitokinlərinin (ŞNF-α, İL-1, İL-6, İL-8) produksiyasını azaltmaq, iltihab
əleyhinə sitokinlərin (İL-2, İL-10, İL-12) hasil edilməsini stimulə etməklə. Bundan başqa qlisirrizin turşusu
11β-oksisteroiddehidrogenazanı inhibə etməklə qanda endogen kortizolun miqdarını artırır
(psevdokortikosteroid effekt).
Fibrogenezə təsir 1-ci tip kollagen geninin ekspressiyasını azaltmaq, qaraciyərin ulduzabənzər hüceyrələri
(İto hüceyrələri) tərəfindən kollagenin produksiyasını azaltmaq, həmçinin aktivləşmiş İto hüceyrələrinin
təbii killerlər sistemi vasitəsilə dağıdılması ilə əlaqədardır ki, bu da fibrozun proqressivləşməsinin
ləngiməsinə səbəb olur.
İnterferonların produksiyasını stimulə etmək, faqositozu artırmaq, təbii killer-hüceyrələrin aktivliyini
artırmaqla qaraciyərdə virusların reproduksiyasını azaldır.
Dəri zədələnmələri zamanı iltihab əleyhinə təsir hesabına prosesin yayılmasını məhdudlaşdırır və xəstəliyin
reqressiyasına səbəb olur.
Fosfatidilxolin (fosfolipidlərin təsiredici maddəsi) hüceyrə və hüceyrədaxili membranların əsas quruluş
elementidir, zədələnmə zamanı sitoprotektor təsir göstərməklə onların quruluşunu və funksiyalarını bərpa
edir, membranostabilləşdirici təsir göstərir. Zülal və lipid mübadiləsini normallaşdırır, hepatositlərin
fermentləri və digər aktiv maddələri itirməsinin qarşısını alır, qaraciyərin funksiyaslarını bərpa edir.
Farmakokinetikası:
Qlisirrizin turşusu:
Daxilə peroral qəbuldan sonra bağırsağın normal mikroflorasının bakteriyaları tərəfindən hasil edilən βqlükuronidaza fermentinin təsiri ilə qlisirrizin turşusundan aktiv metabolit β-qlisirret turşusu əmələ gəlir və
sistemli qan dövranına sorulur. β-qlisirret turşusu qanda albuminlə birləşərək praktiki olaraq tamamilə
qaraciyərə ötürülür. β-qlisirret turşusu orqanizmdən əsasən ödlə, cüzi miqdarda isə sidiklə xaric olur.
Tədqiqatlara əsasən fosfolipidlər qlisirrizin turşusunun lipofil xüsusiyyətlərini onun sorulma intensivliyi və
sürətini 2 dəfədən çox artırmaqla yaxşılaşdırır
Fosfatidilxolin:
Daxilə qəbul edilən fosfolipidlərin 90%-dən çoxu nazik bağırsaqdan sorulur. Onların çox hissəsi
fosfolipaza A-nın təsirilə 1-asetil-lizofosfatidilxolinə qədər parçalanır ki, bunun da 50%-i bağırsağın selikli
qişasından sorularkən yenidən asetilləşməyə məruz qalaraq polidoymamış fosfatidilxolinə çevrilir.
Polidoymamış fosfatidilxolin limfa sistemi vasitəsilə qana düşərək buradan əsas etibarilə yüksək qatılıqlı
lipoproteinlərlə (YQL) birləşmiş şəkildə qaraciyərə keçir. İnsanlarda farmakokinetikası 3Н (xolin hissə)
və 14С (linol turşusunun qalığı) ilə radiaktiv nişanlanmış dilenoleilfosfatidilxolinin köməyi ilə
öyrənilmişdir. 3H-in maksimal konsentrasiyası 6-24 saat sonra əldə edilir və qəbul edilən dozanın 19,9%-ni
təşkil edir; 14С – 4-12 saat sonra, 27,9% təşkil edir. Yarımparçalanma dövrü xolin hissə üçün 66 saat, linol
turşusu qalığı üçün 32 saatdır. Nəcisdə 2%-i və
14С -in 4,5%-i; sidikdə
3Н -in 6%-i, 14С -in isə minimal
miqdarı tapılır. Hər iki izotopun bağırsaqdan sorulması 90%-dən çoxdur.

 

İstifadəsinə göstərişlər

- Qaraciyərin piy degenerasiyası (hepatoz), qaraciyərin alkoqol, toksik, o cümlədən digər dərman
zədələnmələri
- Virus hepatitləri, qaraciyərin sirrozu və psoriazın kompleks müalicəsi

 

Əks göstərişlər

- Qlisirrizin turşusuna, fosfatidilxolinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
- Antifosfolipid sindromu.
- Hamiləlik (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar kifayət qədər deyil).
- Laktasiya dövrü (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar kifayət qədər deyil).
- 12 yaşdan aşağı yaş həddi (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar kifayət qədər deyil).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Arterial təzyiq yüksələrsə preparatın qəbulu dayandırılmaq və həkimə müraciət etmək lazımdır.
Ehtiyyatla:
Portal hipertenziya olan xəstələrdə. Arterial hipertonya olan xəstələrdə. Göstərilən xəstəliklər müşahidə
olunduqda istifadədən qabaq həkimlə məsləhətləşmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Öyrənilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə qəbulu

Hamiləlik və laktasiya dövründə qəbulu əks-göstərişdir (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar
kifayət qədər deyil).

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini idarə etmək və digər yüksək diqqət və sürətli psixomotor reaksiya tələb
edən işləri yerinə yetirmə qabiliyyətinə mənfi təsiri yoxdur.

 

FOSFOQLİV İstifadə qaydası və dozası

Daxilə yemək zamanı, çeynəmədən, bir qədər su ilə qəbul olunur.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara tövsiyə olunan doza rejimi gündə 3 dəfə 1-2 kapsuldur. Müalicə
kursunun müddəti 6 aya qədər davam edə bilər, orta hesabla - 3 ay təşkil edir.

 

Əlavə təsirləri

Fosfoqliv preparatı adətən xəstələr tərəfindən yaxşı qəbul edilir və əlavə təsirlər çox nadir halda baş verir,
qeydiyyatsonrası müşahidələrdən alınan məlumatlara əsasən baş vermə tezliyi <1/10000.
Allergik reaksiyalar: dəri səpgisi, burundan nəfəsalmanın çətinləşməsi, konyunktivit, öskürək.
Ürək-damar sisteminə: arterial təzyiqin tranzitor (müvəqqəti) yüksəlməsi, periferik ödemlər.
Həzm sisteminə: dispepsiya (gəyirmə, ürəkbulanma, qarında köp), qarında narahatlıq hissi.
Göstərilən əlamətlər meydana çıxarsa preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək
tövsiyə edilir.

 

Doza həddinin aşılması

Müşahidə edilməmişdir.

 

Buraxılış forması

Kapsullar.
30, 50, 100, 200 və ya 300 kapsul yüksək təzyiq altında polietilen, yaxud propilen qapaqlarla örtülmüş
plastik konteynerlərdə.
10 kapsul, polivinilxlorid lövfədən və laklı çap olunmuş alüminium folqadan hazırlanmış konturlu-yuvalı
qablaşdırmada.
1 konteyner və ya 2, 3, 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti.

Reseptsiz buraxılır.