Pharmed
FLUKOFAST 150MG N1 CAP
FLUKOFAST
150 mq kapsullar FLUCOFAST
Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole
FLUKOFAST Tərkibi
Təsiredici maddə: 1 kapsulda 150 mq flukonazol vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnezium stearat, natrium laurilsulfat.
Kapsulun örtüyü: jelatin, titan dioksid (Е 171).
Təsviri
Ağ və ya krem rəngli, ucları dairəvi silindrik formalı, № 1 ölçülü bərk kapsullardır. Kapsulun möhtəviyyatı ağ rəngli qranullardan ibarətdir.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələkəleyhinə dərman vasitələri, triazol törəmələri.
ATC kodu: J02AC01.
Farmakoloji xüsusiyyətləri
Təsir mexanizmi
Flukonazol triazol qrupuna aid göbələkəleyhinə dərman vasitəsidir. Onun göbələkəleyhinə təsiri göbələklərin hüceyrə divarında erqosterolun biosintezini tormozlamasına əsaslanır. Tədqiqatlarda flukonazol kişilərdə testosteronun, həmçinin, doğuş qabiliyyətli qadınlarda cinsiyyət hormonlarının plazma konsentrasiyasına təsir göstərməmişdir, endogen steroid hormonların konsentrasiyasına, həmçinin, sağlam könüllü kişilərdə AKTH ilə stimullaşdırmadan sonra hormonal cavaba klinik əhəmiyyətli təsir göstərməmişdir. Fenazonla qarşılıqlı təsirinə dair tədqiqatlar göstərir ki, 50 mq flukonazolun birdəfəlik və ya çoxsaylı yeridilməsi onun metabolizminə təsir göstərmir.
In vitro həssaslıq
In vitro flukonazol Candida-nın (C. albicans, C. parapsilosis, C. Tropicalis daxil olmaqla) ən çox yayılmış klinik ştammlarına qarşı göbələkəleyhinə təsir göstərir. C. glabrata ştammları geniş diapazonda həssaslıq göstərir, halbuki C. krusei ştammları flukonazolun təsirinə qarşı davamlıdır. Flukonazol in vitro Cryptococcus neoformans və Cryptococcus gattii-yə münasibətdə, həmçinin Blastomyces dermatiditis, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioides brasiliensis endemik kif göbələklərinə münasibətdə aktivlik göstərir.
Farmakokinetik/farmakodinamik (FK/FD) parametrlər
Heyvanlar üzərində aparılan tədqiqatlarda minimal inhibəedici konsentrasiya (MİK) ilə Candida spp. tərəfindən törədilən mikozlar zamanı effektivlik arasında korrelyasiya qeyd edilmişdir. Tədqiqatlarda AUC ilə flukonazolun dozası arasında demək olar ki, 1:1 nisbətində xətti asılılıq qeyd edilmişdir. Həmçinin, AUC və doza, həmçinin ağız boşluğunun kandidozu zamanı və müəyyən dərəcədə kandidemiya zamanı effektiv klinik cavab arasında birbaşa, qeyri-müəyyən asılılıq mövcuddur.
Flukonazolun MİK-inin yüksək qiymətinə malik ştammlar tərəfindən törədilən infeksiyalar zamanı sağalma az ehtimal edilir.
Rezistentliyin mexanizmi
Candida spp. ştammı azollara qarşı bir neçə rezistentlik mexanizmi inkişaf etdirmişdir. Bir və ya bir neçə rezistentlik mexanizmi inkişaf etdirən göbələk ştammları flukonazolun MİK-inin yüksək qiyməti ilə xarakterizə olunur ki, bu da in vivo klinik effektivliyə də təsir göstərir. C. albicans ilə yox Candida- nın digərnövləri tərəfindən törədilən, tez-tez flukonazola təbii rezistentliklə (məsələn, C. krusei) müşayiət olunan superinfeksiya halları qeyd edilmişdir. Belə infeksiyalar zamanı göbələkəleyhinə alternativ müalicənin istifadə edilməsi tələb oluna bilər.
Sərhəd konsentrasiyaları (EUCAST-a görə)
Farmakokinetik və farmakodinamik (FK/FD) analizlərdən götürülmüş in vitro həssaslıq və klinik effektivlik məlumatlarına əsasən, EUCAST-AFST Candida ştammları üçün flukonazolun sərhəd konsentrasiyalarını təyin etmişdir. Aşağıdakı cədvəldə hər şeydən əvvəl göbələk infeksiyası törədən növlər üçün sərhəd konsentrasiyaları və MİK üzrə bölünmədən FK/FD məlumatları əsasında müəyyən edilmiş, müəyyən növlərlə bağlı olmayan sərhəd konsentrasiyaları nəzərə alınmışdır.
S = Həssas, R = Rezistent
А= MİK üzrə bölünmədən FK/FD məlumatları əsasında müəyyən edilmiş, müəyyən növlərlə bağlı olmayan sərhəd konsentrasiyaları. Onlar müstəsna olaraq MİK-in spesifik sərhəd konsentrasiyaları müəyyən edilməmiş mikroorqanizmlər üçün tətbiq edilmişdir.
― = Нəssaslıq testlərinin aparılması tövsiyə olunmur, belə ki, flukonazol bu növ tərəfindən törədilən infeksiyaların müalicəsi üçün nəzərdə tutulmamışdır.
IE = Bu növ tərəfindən törədilən infeksiyaların flukonazolla müalicəsinin məqsədəuyğunlu-ğunu təsdiq edən kifayət qədər məlumat yoxdur.
Farmakokinetikası
Flukonazolun farmakokinetik xassələri venadaxili yeridilmə və daxilə qəbul zamanı oxşardır. Daxilə qəbul edildikdən sonra flukonazol yaxşı sorulur; plazmada konsentrasiyası (və sistem biomənimsənilməsi) venadaxili yeridilmə zamanı yaranan konsentrasiyanın 90%-ni təşkil edir. Qida qəbulu preparatın sorulmasına təsir göstərmir. Acqarına qəbul edildikdən sonra plazmada maksimal konsentrasiya qəbul edildikdən 0,5-1,5 saat sonra yaranır. Preparatın plazmada konsentrasiyası onun dozası ilə düz mütənasibdir. Birdəfəlik gündəlik dozanın çoxsaylı istifadəsindən sonra tarazlıq konsentrasiyasının 90%-nə bərabər olan konsentrasiya 4-5 gündən sonra əldə edilir. 1-ci sutka ərzində yüklənmə dozasının ikiqat gündəlik doza şəklində istifadəsi istifadənin 2-ci günü tarazlıq vəziyyətinin 90%-nə bərabər olan konsentrasiya əldə etməyə imkan verir. Tarazlıq vəziyyətində preparatın zahiri paylanma həcmidemək olar ki, orqanizmdə olan suyun ümumi həcminə bərabərdir. Preparat plazma zülalları ilə zəif birləşir (11-12%). Flukonazol orqanizmin bütün mayelərinə yaxşı nüfuz edir. Ağız suyunda və nəmdə konsentrasiyası plazma konsentrasiyası ilə müqayisə olunandır. Göbələk meningiti olan pasiyentlərdə flukonazolun onurğa beynində konsentrasiyası plazma konsentrasiyasının təqribən 80%-nə çatır. Flukonazolun zərdab konsentrasiyalarından yüksək konsentrasiyaları dəridə buynuz qişada, epidermisdə və tər vəzilərində qeyd edilir. Buynuz qişada flukonazolun kumulyasiyası qeyd edilir. Preparat əsasənböyrəklər vasitəsilə xaric olunur, istifadə olunmuş dozanın təqribən 80%-i sidikdə dəyişilməmiş şəkildə aşkar edilir. Flukonazolun klirensi kreatinin klirensinə düz mütənasibdir. Dövr edən qanda metabolitləri aşkar edilməmişdir.
Flukonazolun plazmadan uzunmüddətli yarımxaricolma dövrü vaginal kandidoz zamanı birdəfəlik dozanın istifadə olunmasını və digər infeksiyalar zamanı preparatın gündə və ya həftədə bir dəfə istifadə olunmasını əsaslandırır.
Böyrək funksiyası pozulmuş pasiyentlərdə farmakokinetikası
Ağır böyrək çatışmazlığı (kreatinin klirensi <20 ml/dəq) olan pasiyentlərdə yarımxaricolma dövrü 30- dan 98 saata qədər artır. Müvafiq olaraq dozanı azaltmaq lazımdır. Flukonazol hemodializin köməyilə və az dərəcədə peritoneal dializ vasitəsilə xaric olur. 3-saatlıq hemodializ seansı müddətində təqribən 50% flukonazol xaric olur.
Uşaqlarda farmakokinetikası
2-8 mq/kq bədən kütləsi dozada flukonazolun uşaqlara (9 aylıqdan 15 yaşa qədər) yeridilməsindən sonra əyri altındakı sahənin (AUC) qiyməti hər bir yeridilmiş 1 mq/kq b.k. dozaya təqribən 38 mkq s/ml təşkil etmişdir. Plazmadan eliminasiya fazasında flukonazolun orta yarımxaricolma dövrü 15-18 saat sərhədində yerləşmişdir; çoxsaylı istifadədən sonra paylanma həcmi təqribən 880 ml/kq b.k. təşkil etmişdir. Eliminasiya fazasında (təqribən 24 saat) flukonazolun uzun yarımxaricolma dövrü birdəfəlik dozanın istifadəsi zamanı müşahidə edilmişdir. 3 mq/kq b.k. hesabı ilə birdəfəlik dozanın venadaxili yeridilməsindən sonra eliminasiya fazasında fukonazolun plazmadan yarımxaricolma dövrünün müqayisə olunan qiyməti 11 günlükdən 11 aylığa qədər uşaqlarda qeyd edilmişdir. Bu yaş qrupunda paylanma həcmi təqribən 950 ml/kq b.k. təşkil etmişdir. Flukonazolun yenidoğulmuşlarda istifadə təcrübəsi vaxtındanəvvəl doğulmuş uşaqlarda farmakokinetik tədqiqatlarla məhdudlaşır.
Ahıl yaşlı pasiyentlərdə farmakokinetikası
Ahıl yaşlı pasiyentlər üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, Cmax konsentrasiya, AUC-un orta qiyməti və orta yarımxaricolma dövrü cavan könüllülərdəki analoji qiymətlərlə müqayisədə yüksək olmuşdur. Eyni zamanda diuretiklərin istifadəsi AUC və Cmax-un qiymətlərini əhəmiyyətli dərəcədə dəyişdirməmişdir. Həmçinin, kreatinin klirensinin (74 ml/dəq), preparatın sidiklə dəyişilməmiş şəkildə xaric olan faizlə miqdarının və flukonazolun klirensinin aşağı olduğu qeyd edilmişdir. Ahıl yaşlı pasiyentlərdə flukonazolun farmakokinetikasında baş verən dəyişikliklər, yəqin ki, bu qrup üçün xarakterik olan böyrək funksiyasının aşağı düşməsi ilə bağlıdır.
İstifadəsinə göstərişlər
Flukofast böyük pasiyentlərdə aşağıdakı infeksiyaların müalicəsi üçün göstərişdir:
Vaginal kandidoz (uşaqlıq yolunun selikli qişasının göbələk infeksiyası) – vulvit və/və ya vaginit, uşaqlıq yolundan ifrazatın xaric olması.
Kişilərdə kandidoz balanit.
Göbələkəleyhinə vasitələrin lazımi qaydada istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
FLUKOFAST Əks göstərişlər
Təsiredici maddəyə, digər oxşar azol birləşmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik.
Flukonazolun, QT-intervalını uzadan və sitoxrom Р450 (CYP3F4 izofermenti) vasitəsilə biotransformasiya olunan sizaprid, astemizol, pimozid, xinidin və eritromisin kimi digər preparatlarla eyni zamanda istifadə olunması əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Flukofastdan istifadə zamanı aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır.
Böyrəklər: böyrək funksiyaları pozulmuş pasiyentlərdə flukonazolun istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı: ketokonazol böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığına səbəb ola bilər, oxşar effekt nadir hallarda flukonazolun istifadəsindən sonra da müşahidə edilə bilər.
Eyni zamanda prednozolonun istifadəsi ilə bağlı böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı
«Digər dərman vasitələri ilə qarşılıqlı təsiri» bölməsində təsvir edilmişdir.
Qaraciyər və öd yolları: qaraciyərin funksional pozğunluğu olan pasiyentlərdə flukonazolun istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Flukonazolun istifadəsi nadir hallarda qaraciyərin ağır toksik zədələnmələrinə (həmçinin ölümlə nəticələnən) səbəb olmuşdur, bu, əsasən ağır əsas xəstəliyi olanlara aid olmuşdur. Flukonazolun hepatotoksik təsiri zamanı preparatın ümumi sutkalıq dozası ilə, müalicənin davametmə müddəti ilə, pasiyentin cinsi və yaşı ilə birmənalı əlaqə qeyd edilməmişdir. Flukonazolun hepatotoksik təsiri adətən preparatın ləğv edilməsindən sonra aradan qalxmışdır. Qaraciyər transaminazalarının aktivliyinin yüksəlməsi müalicənin ilk günlərində müşahidə edilir, ona görə də müalicənin başlanmasından sonra 7-14 gün müddətində qaraciyər transaminazalarının (ALT, AST) analizini aparmaq tövsiyə olunur. Əgər flukonazolla müalicə zamanı qaraciyər funksiyasının
pozulması baş verərsə, bu orqanın ciddi zədələnməsinin baş verməsini yoxlamaq üçün pasiyentin vəziyyətinin ciddi qiymətləndirilməsini aparmaq lazımdır.Aydın ifadə olunmuş asteniya, anoreksiya, davamlı ürəkbulanma, qusma və sarılıq kimi simptomlar meydana çıxarsa, flukonazolun istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır, bunlar qaraciyər funksiyasının pozulmasının simptomları ola bilər.
Ürək-damar sistemi: flukonazol daxil olmaqla bəzi azolların istifadəsi, elektrokardioqramda QT- intervalının uzanmasına səbəb olmuşdur. Flukonazolla aparılan tədqiqatlarda flukonazol istifadə edən pasiyentlərdə nadir hallarda QT-intervalının uzanması və ürək ritminin torsades de pointes tipli pozulması qeyd edilmişdir. Bu, miokardın xəstəliyi, elektrolit pozğunluğu və eyni zamanda ürək aritmiyasına apara bilən preparatların qəbulu kimi, bir çox risk faktorları olan ağır xəstələrə də aid olmuşdur. Flukonazolun ürək ritmi pozulmasının göstərilən risk faktorları qeyd olunan pasiyentlərdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. QT-intervalını uzadan digər preparatların və Р450 sitoxrom (CYP3F4 izofermenti) vasitəsilə biotransformasiya olunan preparatların birlikdə istifadəsi əks göstərişdir.
Halofantrin: tövsiyə olunan müalicəvi dozada istifadə olunan Halofantrin QTc-intervalını uzadır və CYP3A4 izofermenti üçün substratdır. Flukonazolla halofantrinin birlikdə istifadəsi tövsiyə olunmur. Dəri reaksiyaları: Flukonazolla müalicə zamanı nadir hallarda Stivens-Conson sindromu və toksik epidermal nekroliz (Layell sindromu) kimi allergik dəri reaksiyalarının meydana çıxması müşahidə edilmişdir. QİÇS xəstələri müxtəlif dərman vasitələrinin istifadəsi zamanı ağır dəri reaksiyalarının inkişafına daha meyillidirlər. Əgər flukonazolla müalicə alan pasiyentdə səpgi meydana çıxarsa, qabarlı dəyişiklik və ya polimorf eritema inkişaf edərsə, flukonazolun istifadəsini dayandırmaq lazımdır.
Yüksək həssaslıq: nadir hallarda anafilaktik reaksiyanın meydana çıxması halları təsvir edilmişdir. Sitoxrom P450: Flukonazol CYP2С9-un güclü inhibitoru, CYP3A4-ün mülayim inhibitoru və CYP2C19-un inhibitorudur. Eyni zamanda flukonazol və CYP2C9, CYP2C19 və CYP3A4 izofermentlərinin iştirakı ilə biotransformasiya olunan, dar müalicəvi indeksə malik preparatlar istifadə edən pasiyentlərin vəziyyətinə nəzarət etmək lazımdır.
Terfenadin: eyni zamanda terfenadin və gündə 400 mq-dan aşağı dozalardaflukonazol istifadə edən pasiyentləri diqqətlə müşahidə etmək lazımdır.
Laktoza: Flukofastın tərkibində laktoza monohidrat vardır. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu kimi nadir irsi problemləri olan pasiyentlər bu preparatdan istifadə etməməlidirlər.
Əgər yuxarıda qeyd edilən hallardan hər hansı biri Sizdə hətta keçmişdə baş vermiş hallara aid olsa belə, həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan preparatlar da daxil olmaqla, son zamanlar istifadə olunan bütün preparatlar barədə həkimə məlumat vermək lazımdır.
Flukonazolla birlikdə istifadəsi əks göstəriş olan preparatlar
Sizaprid: flukonazolla sizapridin birlikdə istifadəsi zamanı torsades de pointes tipli ürək aritmiyaları daxil olmaqla, kardioloji pozğunluqlar qeyd edilmişdir. Nəzarət olunan tədqiqatda gündə bir dəfə 200 mq flukonazolun gündə 4 dəfə 20 mq sizapridlə birlikdə istifadəsi zamanı plazmada sizapridin konsentrasiyasının əhəmiyyətli yüksəlməsi və QTc intervalının uzanması qeyd edilmişdir. Sizapridin və flukonazolun birlikdə istifadəsi əks göstərişdir.
Terfenadin: korreksiya olunmuş QTc intervalından asılı olan ağır ürək aritmiyalarının meydana çıxması ilə əlaqədar olaraq, eyni zamanda azol göbələkəleyhinə vasitə və terfenadin istifadə edən pasiyentlərdə dərman qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmışdır. 200 mq/gün dozada flukonazolla aparılan tədqiqatda QTc intervalına təsir qeyd edilməmişdir. 400 mq və 800 mq/gün dozalarla aparılan tədqiqatlarda qeyd edilmişdir ki, flukonazol 400 mq/gün və daha yüksək dozada eyni zamanda istifadə olunan terfenadinin plazma konsentrasiyasını əhəmiyyətli dərəcədə yüksəldir. Terfenadinin 400 mq və ya yüksək dozalarda istifadə olunan flukonazolla birlikdə istifadəsi əks göstərişdir. Terfenadinin və gündə 400 mq-dan aşağı dozalarda istifadə olunan flukonazolun birlikdə istifadəsi zamanı pasiyentləri ciddi müşahidə etmək lazımdır.
Astemizol: flukonazolla astemizolun birlikdə istifadəsi zamanı astemizolun klirensinin azalması mümkündür. Astemizolun konsentrasiyasının artması QT-intervalının uzanmasına vənadir hallarda ürək ritminin torsades de pointes tipli pozğunluqlarına gətirib çıxara bilər. Astemizolun flukonazolla birlikdə istifadəsi əks göstərişdir.
Pimozid: flukonazolun pimozidlə birlikdə istifadəsi pimozidin metabolizminin tormozlanmasına səbəb ola bilər, baxmayaraq ki, in vitro və ya in vivo tədqiqatlar aparılmamışdır. Pimozidin konsentrasiyasının artması QT-intervalının uzanmasına vənadir hallarda ürək ritminin torsades de pointes tipli pozğunluqlarına gətirib çıxara bilər. Pimozidin flukonazolla birlikdə istifadəsi əks göstərişdir.
Xinidin: flukonazolun xinidinlə birlikdə istifadəsi xinidinin metabolizminin tormozlanmasına səbəb ola bilər, baxmayaraq ki, in vitro və ya in vivo tədqiqatlar aparılmamışdır. Xinidinin istifadəsi QT- intervalının uzanmasına və nadir hallarda ürək ritminin torsades de pointes tipli pozğunluqlarına gətirib çıxara bilər. Xinidinin flukonazolla birlikdə istifadəsi əks göstərişdir.
Eritromisin: flukonazolla eritromisinin birlikdə istifadəsi kardiotoksik təsir riskini yüksəldə bilər (QT- intervalının uzanması, torsades de pointes) ki, bu, nəticədə ürəklə bağlı qəfil ölümün baş verməsinə gətirib çıxara bilər. Eritromisinlə flukonazolun birlikdə istifadəsi əks göstərişdir.
Flukonazolla birlikdə istifadəsi tövsiyə olunmayan preparatlar.
Halofantrin: Flukonazol CYP3A4-ə tormozlayıcı təsirlə bağlı olaraq, halofantrinin plazma konsentrasiyasını yüksəldə bilər. Flukonazolla halofantrinin birlikdə istifadəsi kardiotoksik təsir riskini (QT intervalının uzanması, torsades de pointes) və ürəklə bağlı qəfil ölüm riskini yüksəldə bilər. Bu dərman preparatlarının birlikdə istifadəsindən qaçmaq lazımdır.
Amiodaron: flukonazolla amiodaronun birlikdə istifadəsi QT-intervalının uzanmasına səbəb ola bilər. Flukonazolla amiodaronun birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır, xüsusilə yüksək dozalarda (800 mq).
Flukonazolla birlikdə istifadə zamanı ehtiyat tədbirlərinə əməl edilməsi və dozaya düzəliş edilməsi lazım olan preparatlar
Digər dərman vasitələrinin flukonazola təsiri
Hidroxlortiazid: flukonazol alan sağlam könüllülərdə eyni zamanda hidroxlortiazidin çoxsaylı dozalarının istifadəsi plazmada flukonazolun konsentrasiyasının 40% artmasına gətirib çıxarır. Bu artma, eyni zamanda diuretiklər qəbul edən pasiyentlərdə adətən flukonazolun dozalanmasında dəyişiklik edilməsini tələb etmir.
Rifampisin: rifampisinlə flukonazolun birlikdə istifadəsiflukonazolun AUC-nun 25% azalmasına və flukonazolun yarımxaricolma dövrünün (t½) 20% qısalmasına səbəb olmuşdur. Eyni zamanda rifampisin istifadə edən pasiyentlərdə flukonazolun dozasının artırılmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır.
Flukonazolun qida ilə, simetidinlə, antasidlərlə birlikdə və ya sümük iliyinin transplantasiyasından əvvəl bədənin ümumi şüalandırılmasından sonra daxilə qəbulu flukonazolun sorulmasına əhəmiyyətli təsir göstərmir.
Flukonazolun digər preparatlara təsiri
Flukonazol CYP2С9-un, sitoxrom Р450-nin güclü inhibitoru və izoferment CYP3A4-ün mülayim inhibitorudur. Flukonazol həmçinin, CYP2C19 izofermentin inhibitorudur. Aşağıda göstərilən sənədləşdirilmiş qarşılıqlı təsirlərdən başqa, flukonazolla kombinasiyada istifadə zamanı, CYP2C9, CYP2C19 və CYP3A4 izofermentləri vasitəsilə biotrasformasiya olunan digər preparatların plazmada konsentrasiyalarının yüksəlməsi riski mövcuddur. Belə preparatların birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq və pasiyentlərin vəziyyətinə ciddi nəzarət etmək lazımdır. Fermentlərin aktivliyinin flukonazol tərəfindən tormozlanması uzunmüddətli yarımxaricolma dövrü ilə əlaqədar olaraq, flukonazolun ləğvindən sonra 4-5 gün müddətində saxlanılır.
Alfentanil: sağlam könüllülərdə flukonazolla (400 mq) venadaxili yeridilən (20 mkq/kq b.k.) alfentanilin kombinəolunmuş istifadəsi zamanı, alfentanilin AUC10-u iki dəfə artmışdır (yəqin ki, CYP3A4 izofermentinin tormozlanması nəticəsində). Alfentanilin dozasına düzəliş etmək lazım gələ bilər.
Amitriptilin, nortriptilin: flukonazol amitriptilinin və nortriptilinin təsirini gücləndirir. Kombinəolunmuş istifadənin başlanğıcında, sonra isə bir həftədən sonra 5-nortriptilinin və (və ya) S- amitriptilinin konsentrasiyasını təyin etmək lazımdır. Lazım gələrsə, amitriptilinin və nortriptilinin dozalanmasını korreksiyə etmək lazımdır.
Amfoterisin B: flukonazolla amfoterisin B-nin normal və zəifləmiş immunitetə malik, infeksiyalaşdırılmış siçanlara eyni zamanda yeridilməsi aşağıdakı nəticələrə gətirib çıxarmışdır:
Candida albicans tərəfindən törədilmiş sistem infeksiya zamanı əhəmiyyətsiz dərəcədə additiv göbələkəleyhinə təsir, Cryptococcus neoformans tərəfindən törədilən kəllədaxili infeksiya zamanı dərman qaşılıqlı təsirinin olmaması və Aspergillus fumigatus tərəfindən törədilən sistem infeksiya zamanı hər iki preparatın antaqonizmi. Bu tədqiqatların nəticələrinin klinik əhəmiyyəti öyrənilməmişdir.
Antikoaqulyantlar: flukonazolun dövriyyəyə buraxılmasından sonra, digər göbələkəleyhinə azol birləşmələri ilə olduğu kimi, flukonazol və varfarin istifadə edən pasiyentlərdə protrombin vaxtının artması ilə qansızma təsvir edilmişdir (göyərmələr, burundan qanaxma, MBT-dən qanaxma, hematuriya və qətranabənzər nəcis). Flukonazolla varfarinin birlikdə istifadəsi zamanı protrombin vaxtı iki dəfə artmışdır (yəqin ki, CYP2C9 izofermenti ilə varfarinin metabolizminin tormozlanması nəticəsində). Eyni zamanda kumarin və ya indandion törəmələri ilə flukonazol istifadə edən pasiyentlərdə protrombin vaxtına nəzarət etmək lazımdır. Antikoaqulyantın dozasına düzəliş edilməsi lazım gələ bilər.
Qısamüddətli təsirə malik benzodiazepinlər (məsələn, midazolam, triazolam): midazolamın daxilə qəbul edilməsindən sonra flukonazol midazolamın konsentrasiyasını artırmış və onun psixomotor funksiyalara təsirini gücləndirmişdir. 200 mq dozada flukonazolun və 7,5 mq dozadadaxilə qəbul olunan midazolamın birlikdə istifadəsi, midazolamın AUC-unu 3,7 dəfə artırmış və yarımxaricolma dövrünü 2,2 dəfə uzatmışdır. Gündə 200 mq dozada flukonazolun və 0,25 mq dozadadaxilə qəbul olunan triazolamın birlikdə istifadəsi, triazolamın AUC-unu 4,4 dəfə artırmış və yarımxaricolma dövrünü 2,3 dəfə uzatmışdır. Fukonazolla triazolamın birlikdə istifadəsi zamanı triazolamın təsirinin güclənməsi və təsir müddətinin uzanması müşahidə edilmişdir. Əgər benzodiazepinlə flukonazolun birlikdə istifadəsi zəruri olarsa, benzodiazepinin dozasının azaldılmasını və müvafiq olaraq pasiyentə nəzarət edilməsini nəzərdən keçirmək lazımdır.
Karbamazepin: flukonazol karbamazepinin biotransformasiyasını tormozlayır. Zərdabda karbamazepinin konsentrasiyasının 30% artması qeyd edilmişdir. Karbamazepinin toksikliyinin inkişaf riski mövcuddur. Konsentrasiyanın təyininin nəticələrindən və (və ya) preparatın təsirindən asılı olaraq karbamazepinin dozasına düzəliş edilməsi lazım gələ bilər.
Kalsiumun antaqonistləri: kalsiumun selektiv antaqonistləri qrupundan olan bəzi preparatlar (nifedipin, isradipin, amlodipin, verapamil və felodipin) CYP3A4 izofermenti vasitəsilə biotransformasiya olunur. Flukonazol kalsiumun antaqonistlərinin sistem təsirini gücləndirə bilər. Əlavə təsirlərin meydana çıxmasına görə pasiyentin vəziyyətinə tez-tez nəzarət etmək tövsiyə olunur. Selekoksib: flukonazol (gündə 200 mq) və selekoksiblə (200 mq) kombinəolunmuş müalicə zamanı selekoksibin Cmax. və AUC qiymətləri müvafiq olaraq 68% və 134% artmışdır. Flukonazolla birlikdə istifadə zamanı selekoksibin dozasını yarıya qədər azaltmaq lazım gələ bilər.
Siklofosfamid: flukonazolla siklofosfamidin kombinəolunmuş müalicəsi zərdabda bilirubinin və kreatininin konsentrasiyasının artmasına səbəb olur. Əgər bu preparatlar eyni zamanda istifadə edilərsə, zərdabda bilirubinin və kreatininin konsentrasiyasının yüksəlməsi riskinə xüsusi diqqət yetirmək lazımdır.
Fentanil: bir ölüm hadisəsi barədə məlumat verilmişdir (yəqin ki, fentanillə flukonazolun qarşılıqlı təsirinin nəticəsində). Sağlam könüllülərdə flukonazol fantanilin orqanizmdən xaric olmasını əhəmiyyətli dərəcədə ləngitmişdir. Fentanilin yüksəlmiş konsentrasiyası respirator depressiyanın inkişafına gətirib çıxara bilər. Respirator depressiyanın inkişaf riski ilə əlaqədar olaraq, pasiyentin vəziyyətinə ciddi nəzarət etmək lazımdır. Fentanilin dozasına düzəliş edilməsi lazım gələ bilər.
HMQ-KoA-reduktazanın inhibitorları: flukonazolun HMQ-KoA-reduktazanın CYP3A4 izofermentinin iştirakı ilə biotransormasiya olunan atorvastatin və simvastatin kimi və ya CYP2C9 izofermentinin iştirakı ilə biotransformasiya olunan fluvastatin kimi inhibitorları ilə birlikdə istifadəsi zamanı miopatiya və rabdomioliz riski yüksəlir. Əgər kombinəolunmuş müalicə zəruri olarsa, pasiyentdə miopatiya və rabdomiolizin mümkün simptomlarının inkişafını müşahidə etmək, həmçinin kreatinkinazanın aktivliyinə nəzarət etmək lazımdır. Əgər pasiyentdə ümumi kreatinkinazanın aktivliyi əhəmiyyətli dərəcədə yüksələrsə və ya miopatiya/rabdomioliz diaqnozlaşdırılarsa və ya ona şübhə yaranarsa, HMQ-KoA-reduktazanın inhibitorlarının istifadəsini dayandırmaq lazımdır.
İmmunodepressantlar (məsələn, siklosporin, everolimus, sirolimus və takrolimus)
Siklosporin: flukonazol siklosporinin konsentrasiyasını və AUC-unu əhəmiyyətli dərəcədə yüksəltmişdir. Gündə 200 mq dozada flukonazol və siklosporinlə (gündə 2,7 mq/kq b.k.) kombinəolunmuş müalicə zamanı siklosporinin AUC-unun 1,8 dəfə yüksəlməsi qeyd edilmişdir
Siklosporinin konsentrasiyasından asılı olaraq, onun dozasını azaltmaqla, preparatları birlikdə istifadə etmək olar.
Everolimus: flukonazol CYP3A4 fermentini inhibə etməklə, plazmada everolimusun konsentrasiyasını artıra bilər; in vitro və in vivo tədqiqatlar aparılmamışdır.
Sirolimus: flukonazol plazmada sirolimusun konsentrasiyasını yüksəldir (yəqin ki, CYP3A4 və P- qlikoproteinin iştirakı ilə onun biotransformasiyasını tormozlamaqla). Əgər preparatın konsentrasiyasından və/və ya təsirindən asılı olaraq sirolimusun dozasını seçmək mümkün olarsa, o zaman bu preparatları birlikdə istifadə etmək olar.
Takrolimus: flukonazol takrolimusun biotransformasiyasına CYP3A4 vasitəsilə tormozlayıcı təsir göstərməklə, zərdabda onun konsentrasiyasını hətta 5 dəfə yüksəldə bilər. Takrolimusun venadaxili yeridilməsindən sonra farmakokinetik parametrlərin əhəmiyyətli dəyişikliyi müşahidə edilməmişdir. Takrolimusun konsentrasiyasının yüksəlməsi ilə onun nefrotoksik təsiri yüksəlir. Takrolimusun peroral dozasını onun konsentrasiyasından asılı olaraq azaltmaq lazımdır.
Lozartan: flukonazol lozartanın biotransformasiyasını aktiv metabolitə qədər (E-31 74) tormozlayır. Bu metabolit angiotenzin II reseptorlarına münasibətdə antaqonist təsir göstərir. Arterial təzyiqə müntəzəm olaraq nəzarət etmək lazımdır.
Metadon: Flukonazol zərdabda metadonun konsentrasiyasını yüksəldə bilər. Metadonun dozasına düzəliş edilməsi tələb oluna bilər.
Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP): flubiprofen və flukonazolun birlikdə istifadəsi zamanı, flubiprofenin Cmax və AUC qiymətləri yalnız flubiprofenin istifadəsi zamanı olduğundan, müvafiq olaraq 23% və 81% yüksək olmuşdur. Buna oxşar olaraq, flukonazolun və ibuprofenin rasemik qarışığının (400 mq) birlikdə istifadəsi zamanı, farmakoloji aktiv izomerin [S(+)-ibuprofen] Cmax və AUC qiymətləri, müstəsna olaraq ibuprofenin rasemik qarışığının istifadəsi zamanı olduğundan müvafiq olaraq, 15% və 82% yüksək olmuşdur.
Qeyd edilmişdir ki, flukonazol CYP2C9 vasitəsilə metabolizə olunan digər QSİƏP-lərin (məsələn, naproksen, lornoksikam, meloksikam, diklofenak) sistem təsir riskini yüksəldə bilər. Pasiyentdə əlavə təsirlərin və ya QSİƏP-in toksik təsir simptomlarının meydana çıxmasını yoxlamaq üçün pasiyentə tez-tez nəzarət etmək tövsiyə olunur. QSİƏP qrupuna aid preparatların dozasına düzəliş edilməsi lazım gələ bilər.
Fenitoin: flukonazol fenitoinin qaraciyər biotransformasiyasını tormozlayır. Venadaxili yeridilən 200 mq flukonazolun və 250 mq fenitoinin eyni zamanda çoxsaylı istifadəsi, fenitoinin AUC24 göstəricisinin 75% və Сmin-unun 128% yüksəlməsinə gətirib çıxarır. Fenitoinlə birlikdə istifadə zamanı fenitoinin toksik təsirinin qarşısını almaq üçün zərdabda onun konsentrasiyasının monitorinqini aparmaq lazımdır.
Prednizolon: qaraciyərin transplantasiyasından sonra prednizolonla müalicə alan pasiyentdə flukonazolla 3-aylıq kurs müalicəsinin dayandırılmasından sonra böyrəküstü vəzilərin qabıq maddəsinin kəskin çatışmazlığı qeyd edilmişdir. Flukonazolun ləğv edilməsi ehtimala görə CYP3A4- ün aktivliyinin güclənməsinə səbəb olmuşdur ki, bu da prednizolonun biotransformasiyasının yüksəlməsinə gətirib çıxarmışdır. Uzun müddət flukonazol alan pasiyentlərdə flukonazolun ləğvindən sonra böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığının klinik simptomlarına ciddi nəzarət etmək lazımdır.
Rifabutin: flukonazol zərdabda rifabutinin konsentrasiyasını yüksəldir və bu, rifabutinin AUC-unun hətta 80% yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda rifabutin və flukonazol istifadə edən pasiyentlərdə uveit qeyd edilmişdir. Birlikdə müalicə zamanı rifabutinin toksik təsirinin simptomlarının meydana çıxmasını nəzərə almaq lazımdır.
Sakvinavir: flukonazol CYP3A4 izofermenti vasitəsilə qaraciyər biotransformasiyasını tormozlamaqla və P-qlikoproteini tormozlamaqla, sakvinavirin AUC-unu təqribən 50% və Cmax-unu təqribən 55% yüksəldir. Sakvinavirlə ritonavirin qarşılıqlı təsirləri tədqiq edilməmişdir və onlar, daha aydın ifadə oluna bilər. Sakvinavirin dozasına düzəliş edilməsi tələb oluna bilər.
Sulfonilsidik cövhərinin törəmələri: sağlam könüllülərdə flukonazol sulfonilsidik cövhərinin törəmələrinin peroral dərman formalarının (məsələn, xlorpropamid, qlibenklamid, qlipizid və tolbutamid) zərdabda yarımxaricolma dövrünü uzadır. Birlikdə istifadə zamanı qanda qlükozanın monitorinqini tez-tez keçirmək və müvafiq olaraq sulfonilsidik cövhəri törəmələrinin dozasını azaltmaq tövsiyə olunur.
Teofillin: 200 mq dozada flukonazolun 14 gün ərzində qarşılıqlı təsirinə dair tədqiqatlarda flukonazol teofillinin orta plazma klirensini 18% azaltmışdır. Flukonazolla eyni zamanda teofillinin yüksək dozalarını alan pasiyentləri və ya müxtəlif səbəblərdən teofillinin toksikliyinin yüksək inkişaf riski olan pasiyentləri teofillinin toksikliyini aşkar etmək üçün müşahidə etmək lazımdır. Вelə simptomlar meydana çıxarsa, müalicəyə müvafiq dəyişiklik etmək lazımdır.
Çəhrayı qıfotu alkaloidləri: hər hansı tədqiqatın aparılmamasına baxmayaraq, güman edilir ki, flukonazol plazmada cəzair bənövşəsi alkaloidlərinin (məsələn, vinkristinin və vinblastinin) konsentrasiyasını yüksəldə bilər ki, bu da yəqin ki, CYP3A4 izofermentinə tormozlayıcı təsir nəticəsində neyrotoksikliyin meydana çıxmasına gətirib çıxara bilər.
Vitamin A: transretinoy turşusu (A vitamininin turşu forması) ilə flukonazolun bir kombinəolunmuş müalicəsi barədə məlumat verilmişdir, bu zaman MSS-də baş beynin yalançı şişləri formasında əlavə təsirlər meydana çıxmışdır. Flukonazolun ləğv edilməsindən sonra bu əlavə təsirlər aradan qalxmışdır. Bu preparatların kombinasiyası istifadə oluna bilər, lakin, MSS-ə əlavə təsirlərin inkişaf etməsi ehtimalını nəzərə almaq lazımdır.
Vorikonazol: CYP2C9, CYP2C19 və CYP3A4 izofermentlərin inhibitoru. Vorikonazolun (gün ərzində hər 12 saatdan bir 400 mq, sonra 2,5 gün ərzində hər 12 saatdan bir 200 mq) və flukonazolun (ilk günlərdə 400 mq, sonra 4 gün ərzində hər 24 saatdan bir 200 mq) 8 sağlam kişidə eyni zamanda daxilə istifadəsi Cmax və AUC-un orta hesabla 57% (90% Eİ: 20%, 107%) və 79% (90% Eİ: 40%, 128%) yüksəlməsinə səbəb olmuşdur. Vorikonazolun və flukonazolun bu təsiri azaltmağa imkan verən dozası və istifadə tezliyi müəyyən olunmamışdır.Əgər vorikonazol flukonazolun istifadəsindən sonra istifadə edilərsə, o halda vorikonazolla bağlı əlavə təsirlərin monitorinqini aparmaq tövsiyə olunur.
Zidovudin: flukonazol zidovudinin klirensini 45%-ə yaxın azaltmaqla, zidovudinin Cmax və AUC qiymətlərini müvafiq olaraq 84% və 74% yüksəldir. Flukonazolla birlikdə istifadə zamanı zidovudinin yarımxaricolma dövrü dətəqribən 128% yüksəlmişdir. Zidovudinin qəbulu ilə bağlı əlavə təsirlərin aşkar edilməsi məqsədilə bu preparatların kombinasiyasını istifadə edən pasiyentləri müşahidə etmək lazımdır. Zidovudinin dozasının azaldılması imkanını nəzərdən keçirmək lazımdır.
Azitromisin: 18 sağlam könüllünün iştirakı ilə aparılan tədqiqatda 1200 mq dozada daxilə qəbul edilmiş azitromisinin 800 mq birdəfəlik dozada daxilə qəbul edilmiş flukonazolun farmakokinetikasına təsiri, həmçinin, flukonazolun azitromisinin farmakokinetikasına təsiri qiymətləndirilmişdir. Flukonazolla azitromisin arasında klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir qeyd edilməmişdir. Peroral kontraseptivlər: 50 mq dozada flukonazolun istifadəsindən sonra hormonlardan heç birinə onun təsiri qeyd edilməmişdir, lakin gündə 200 mq doza etinilestradiolun və levonorqestrelin AUC göstəricisini müvafiq olaraq, 40% və 24% yüksəltmişdir. Flukonazolun belə dozalarda istifadəsinin, kombinəolunmuş peroral kontraseptivlərin effektivliyinə təsir göstərməsi ehtimal olunmur.
İvakaflüor: CFTR zülalının təsirini gücləndirən ivakaflüorun eyni zamanda istifadəsi ivakaflüorun ekspozisiyasını 3 dəfə və hidroksimetil-ivakaflüorun (M1) ekspozisiyasını 1,9 dəfə artırmışdır. Eyni zamanda CYP3A4 izofermentinin flukonazol və eritromisin kimi mülayim inhibitorlarını istifadə edən pasiyentlərdə ivakaflüorun dozasını gündə bir dəfə 150 mq-a qədər azaltmaq tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik
Hamiləliyin birinci trimestrində flukonazol istifadə edən qadınlarda hamilləliyin erkən mərhələsində düşük riskinin yüksəlməsi mümkündür.
Anaları koksidioidomikoza görəflukonazolun yüksək dozaları ilə (gündə 400-800 mq) 3 ay və ya daha çox müddət ərzində müalicə almış uşaqlarda çoxlu anadangəlmə qüsurların (braxisefaliya, xarici qulağın displaziyası, böyük ön əmgək, bud sümüyünün əyriliyi və radioulnar sinestoz daxil olmaqla) medana çıxması halları təsvir edilmişdir. Flukonazolun istifadəsi ilə anadangəlmə qüsurların inkişafı arasında asılılıq müəyyən edilməmişdir.
Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduksiyaya mənfi təsir aşkar edilmişdir.
Flukonazol standart dozalarda və qısa müddət ərzində son dərəcə zəruri hallar istisna olmaqla, hamiləlik dövründə istifadə edilməməlidir.
Hamiləlik dövründə həyat üçün təhlükəli infeksiyalar istisna olmaqla, flukonazol uzun müddət və ya yüksək dozalarda istifadə edilməməlidir.
Laktasiya dövrü
Flukonazol ana südünə nüfuz edərək orada plazmada olduğundan aşağı konsentrasiyada aşkar edilir. Flukonazolun 200 mq və ya daha az təşkil edən birdəfəlik standart dozasının qəbulundan sonra ana südü ilə qidalandırmanı davam etdirmək olar. Flukonazolun bir neçə dozasının qəbulundan və ya yüksək dozalarının qəbulundan sonra ana südü ilə qidalandırma tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Flukonazolun nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri tədqiq edilməmişdir.
Flukofast preparatından istifadə zamanı başgicəllənmə və ya qıcolmalar baş verə bilər. Əgər bu simptomlardan hər hansı biri baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
FLUKOFAST İstifadə qaydası və dozası
Flukofast preparatını həkimin tövsiyələrinə uyğun olaraq istifadə etmək lazımdır. Şübhə olarsa, həkimlə məsləhətləşmək lazımdır.
Doza
Böyüklər
Birdəfəlik 150 mq (bir kapsul).
Qadınlarda kandidozun (göbələk mənşəli iltihab) ilk simptomlarının intensivliyi ilk dozanın qəbulundan 22 saat keçdikdən sonra azalmalıdır.
Xəstəliyin simptomlarının tam aradan qalxması qadınlarda 2-günlük müalicə müddətində və kişilərdə 7-günlük müalicə müddətində baş verməlidir.
Əgər flukonazolun qəbulundan sonra 7 gün müddətində klinik yaxşılaşma baş verməzsə, həkimlə məsləhətləşmək lazımdır.
Həmçinin, əgər klinik vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmışdırsa, lakin, preparatın qəbulundan sonra 7 gün müddətində tam sağalma baş verməmişdirsə, həkimlə məsləhətləşmək lazımdır.
Əgər göbələk infeksiyasının residivləşməsi baş verərsə, növbəti kapsul 7-günlük intervaldan sonra qəbul edilə bilər.
Xüsusi pasiyent qrupları
Uşaqlar və yeniyetmələr
Preparatın uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur Ahıl yaşlı pasiyentlər
Preparatın 65 yaşdan böyük pasiyentlərdə istifadəsi tövsiyə olunmur Böyrək funksiyası pozulmuş pasiyentlər.
Əgər tək-tək dozalardan istifadə edilirsə, dozaya düzəliş edilməsi tələb olunmur.
Qaraciyər funksiyası pozulmuş pasiyentlər
Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə istifadəyə dair məlumatlar məhduddur, ona görə dəflukonazolu belə pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.
İstifadə qaydası
Daxilə qəbul edilir.
Kapsulları bütöv halda qida qəbulundan asılı olmayaraq udmaq lazımdır. Kapsulu bir stəkan su ilə içmək lazımdır.
Flukofast preparatının dozasının istifadəsi buraxılarsa
Əgər preparat dəqiq təyin edildiyi vaxtda istifadə edilməmişdirsə, onu mümkün qədər tez istifadə etmək (əgər preparatın növbəti dozasının istifadəsinə kifayət qədər vaxt qalmışdırsa) və ya preparatın müntəzəm istifadəsini davam etdirmək lazımdır.
Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz.
Əgər preparatdan istifadə zamanı pasiyentə elə gəlsə ki, preparatın təsiri həddindən artıq dərəcədə güclü və ya zəifdir, o həkimə müraciət etməlidir.
Əlavə təsirləri
Hər bir preparat kimi, Flukofast da əlavə təsirlər törədə bilər, lakin, bu hər kəsdə baş verməyə bilər. Haqqında ən çox məlumat verilən (˃1/10) əlavə təsirlər baş ağrısı, qarında ağrı, diareya, qusma, alaninaminotransferazanın (ALT), aspartataminotransferazanın (AST), qələvi fosfatazanın (QF) aktivliyinin yüksəlməsi və dəri səpgisi olmuşdur.
Flukonazolla müalicə zamanı aşağıdakı başvermə tezliyi ilə meydana çıxan aşağıda qeyd edilən əlavə təsirlər barədə məlumat verilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 - <1/10), bəzən (≥1/1 000 -
<1/100), nadir (≥1/10 000 - <1/1 000), çox nadir (<1/10 000), tezliyi məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirmək mümkün deyil).
Qanda və limfa sistemində baş verən pozğunluqlar
Bəzən: anemiya
Nadir: aqranulositoz, leykopeniya, neytropeniya, trombositopeniya
İmmun sistemdə baş verən pozğunluqlar
Nadir: anafilaksiya
Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar
Bəzən: iştahanın azalması
Nadir: hiperxolesterinemiya, hipertriqliseridemiya, hipokaliemiya
Psixikada baş verən pozğunluqlar
Bəzən: yuxusuzluq, yuxululuq
Sinir sistemində baş verən pozğunluqlar
Tez-tez: baş ağrısı
Bəzən: qıcolmalar, paresteziyalar, başgicəllənmə, dadbilmənin pozulması Nadir: tremor
Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar
Bəzən: periferik mənşəli başgicəllənmə
Ürəkdə baş verən pozğunluqlar
Nadir: ürək ritminin torsades de pointes tipli pozulması, QT-intervalının uzanması
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
Tez-tez: qarında ağrı, qusma, diareya, ürəkbulanma Bəzən: qəbizlik, dispepsiya, meteorizm, ağızda quruluq
Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar
Tez-tez: АLT, АSТ, QF-in aktivliyinin yüksəlməsi
Bəzən: xolestaz, sarılıq, bilirubinin konsentrasiyasının yüksəlməsi
Nadir: qaraciyər çatışmazlığı, hepatositlərin nekrozu, hepatit, hepatositlərin zədələnməsi
Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar
Tez-tez: səpgi
Bəzən: dərman dermatiti (daimi lokalizasiya ilə dərman dermatiti daxil olmaqla), övrə, qaşınma, tər ifrazının yüksəlməsi
Nadir: toksik epidermal nekroliz (Layell sindromu), Stivens-Conson sindromu, kəskin generalizəolunmuş pustulyoz ekzantema, eksfoliativ dermatit, angionevrotik ödem, üzün ödemi, alopesiya.
Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar
Bəzən: mialgiya
Ümumi pozğunluqlar və yeridilmə yerində pozğunluqlar
Bəzən: yorğunluq, pis əhval-ruhiyyə, asteniya, qızdırma
Bəzi pasiyentlərdə Flukofast preparatı ilə müalicə zamanı digər əlavə təsirlər meydana çıxa bilər. Yuxarıda qeyd edilən və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Flukonazolun doza həddinin aşılması halları təsvir edilmiş və bu zaman hallüsinasiyaların və paranoidal pozğunluqların baş verməsi barədə məlumat verilmişdir.
Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq tövsiyə olunur (həyati vacib funksiyaların dəstəklənməsinə yönəlmiş müalicə, lazım gələrsə, mədənin yuyulması).
Flukonazol əsasən sidiklə xaric olur; sürətləndirilmiş diurezin preparatın xaricolma dərəcəsini artıracağı güman edilir. 3-saatlıq hemodializdən sonra plazmada preparatın konsentrasiyası təqribən 50% azalır.
Preparatın təyin edildiyindən yüksək dozalarda istifadəsi zamanı həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Buraxılış forması
1 kapsul, Аlüminium/PVX blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Əczaçılıq zavodu «POLFARMA» SC. Nova Dembada istehsalat şöbəsi Metalovtsa küç. 2,
39-460 Nova Demba, Polşa.
Əczaçılıq zavodu «POLFARMA» SC. Sieradzda Medana istehsalat şöbəsi
Vlasislava Loketka küç. 10, 98-200 Sieradz, Polşa.
Qeydiyyat vəsiqəsinin sahibi
«POLFARMA» əczaçılıq zavodu SC.
Pelplinskaya küç.,19, 83-200 Staroqard Qdansk, Polşa.