Pharmed

FINLEPSIN RETARD 400MG N50 TB

FİNLEPSİN RETARD

Beynəlxalq patentləşdirilməmiş adı: Carbamazepine

 

FİNLEPSİN RETARD Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 200,00 və ya 400,00 mq karbamazepin vardır. Köməkçi maddələr:ammonium-matakrilat kopolimer (B tipi) dispersiyası Eudragit RS 30 D), triasetin (qliserol triasetat), talk, metakril turşusu və etilakrilat sopolimer (1:1) deispersiyası 30% (Eudragit L 30 D-55), krospovidon, kolloidal silisium dioksid (susuz kolloidal silisium dioksid), maqnezium stearat, mikrokristallik sellüloza.

 

Farmakoterapevtik qrupu

Epilepsiyaəleyhinə vasitə.

ATC kodu: N03AF01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: Finlepsin retard preparatının təsiredici maddəsi olan karbamazepin – dibenzoazepin törəməsidir. Epilepsiyaəleyhinə təsirlə yanaşı, preparat həmçinin neyrotrop və psixotrop təsirlərə də malikdir. Hazırda, karbamazepinin təsir mexanizmi yalnız qismən izah edilmişdir. Karbamazepin həddindən artıq oyanıq neyronların membranlarını stabilləşdirir, neyronların ardıcıl boşalmasını tormozlayır və oyadıcı impulsların sinaptik ötürülməsini aşağı salır. Ehtimal ki, karbamazepinin əsas təsir mexanizi açıq, potensialdan asılı natrium kanallarının blokadaya alınması hesabına depolyarizasiyaya məruz qalmış neyronlarda natriumdan asılı təsir potensiallarının təkrar meydana çıxmasının qarşısının alınmasına əsaslanır. Epilepsiyadan əziyyət çəkən pasiyentlərdə (xüsusilə, uşaqlarda və yeniyetmələrdə) monoterapiya şəklində istifadə edildikdə, preparatın, həyəcan və depressiya simptomlarına müsbət təsiri və eləcədə, qıcıqlanmanın və aqressivliyin aşağı salınmasını əhatə edən psixotrop təsiri qeyd olunmuşdur. Preparatın koqnitiv və psixomotor funksiyalara təsiri barədə birmənalı məlumat yoxdur: müəyyən tədqiqatlarda, preparatın dozasından asılı olan ikitərəfli və ya neqativ təsir nümayiş etdirilmişdir; digər tədqiqatlarda isə preparatın diqqətə və yaddaşa müsbət təsiri aşkar edilmişdir. Bir sıra nevroloji xəstəliklər zamanı preparat, neyrotrop vasitə şəklində effektivdir. Belə ki, məsələn, üçlü sinirin idiopatik və ikincili nevralgiyası qeyd olunduğu halda, preparat paroksizmal ağrı tutmalarının meydana çıxmasının qarşısını alır. Alkoqol abstinensiyası sindromu zamanı preparat, göstərilən vəziyyətdə adətən aşağı olan qıcolmaya hazırlıq qapısını yüksəldir və sindromun, yüksək oyanıqlıq, tremor, yerişin pozulması kimi klinik təzahürlərinin şiddətinin zəifləməsinə səbəb olur. Şəkərsiz diabetdən əziyyət çəkən pasiyentlərdə preparat diurezi və susuzluq hissini aşağı salır. Psixotrop vasitə şəklində preparat affektiv pozğunluqlar zamanı, xüsusilə, kəskin maniakal vəziyyətlərin müalicəsində, bipolyar affektiv (maniakal-depressiv) pozğunluqların dəstəkləyici müalicəsində (həm monoterapiya şəklində, həm də neyroleptik preparatlarla, antidepressantlarla və ya litium preparatları ilə birlikdə istifadə edildikdə), şizoaffektiv psixoz tutmaları zamanı, neyroleptiklərlə kombinasiya şəklində istifadə edilən maniakal tutmalar zamanı və eləcədə, sürətli sikllərlə müşayiət olunan maniakal-depressiv psixoz zamanı effektivdir. Preparatın maniakal təzahürləri tormozlaması qabiliyyəti dofamin və noradrenalin mübadiləsinin tormozlanması ilə əlaqəlidir.

Farmakokinetikası: Sorulması: Daxilə qəbul edildikdən sonra, karbamazepin demək olar ki, tamamilə sorulur; preparatın tablet formasının istifadəsi zamanı sorulma nisbətən ləng baş verir. Karbamazepinin birdəfəlik istifadəsindən sonra, preparatın qan plazmasında orta maksimal konsentrasiyası (Cmax göstəricisi) 12 saatdan sonra əldə olunur. Karbamazepinin 400 mq dozada tabletlərinin birdəfəlik istifadəsindən sonra, dəyişilməmiş təsiredici maddənin Cmax göstəricisinin orta qiyməti 4,5 mkq/ml təşkil edir. Karbamazepinin daxilə istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif dərman formalarının qəbulundan sonra, orqanizmə sorulan təsiredici maddənin miqdarında klinik əhəmiyyətli fərqlər qeyd olunmamışdır. Preparatın istənilən dərman formasının istifadəsi müddətində qida qəbulu karbamazepinin sorulma sürətinə və dərəcəsinə əhəmiyyətli təsir göstərmir. Qan plazmasında karbamazepinin tarazlıq konsentrasiyası 1-2 həftə müddətində əldə olunur. Tarazlıq konsentrasiyasının əldə olunma müddəti fərdidir və qaraciyərin ferment sistemlərinin karbamazepin tərəfindən autoinduksiyası dərəcəsindən, eyni zamanda istifadə edilən digər dərman preparatları ilə heteroinduksiyadan və eləcədə, müalicəyə başlamazdan əvvəl pasiyentin vəziyyətindən, preparatın dozasından və müalicənin davametmə müddətindən asılıdır. Terapevtik diapazon çərçivəsində tarazlıq konsentrasiyaları göstəricilərinin qiymətlərində əhəmiyyətli fərdi fərqlər müşahidə olunur – pasiyentlərin əksəriyyətində həmin göstəricilər 4 mkq/ml-dən 12 mkq/ml-ə (17-50 mkmol/l) qədər dəyişir. Paylanması və qan plazmasının zülalları ilə birləşməsi :Karbamazepinin qan plazmasının zülalları ilə birləşmə dərəcəsi 70-80 % təşkil edir. Onurğa beyin mayesində və ağız suyunda dəyişilməmiş karbamazepinin konsentrasiyası, qan plazmasının zülalları ilə birləşməyən təsiredici maddənin payına proporsionaldır (20-30 %). Ana südündə karbamazepinin konsentrasiyası, onun qan plazmasında qeyd olunan göstəricisinin 25- 60 %-ni təşkil edir. Karbamazepin plasentrar baryerdən nüfuz edir. Karbamazepinin tam absorbsiyasını nəzərə alaraq, preparatın zahiri paylanma həcmi 0,8-1,9 l/kq təşkil edir. Metabolizmi: Karbamazepin qaraciyərdə metabolizmə məruz qalır. Preparatın biotransformasiyasının əsas yolu epoksiddiol yoludur ki, bunun nəticəsində də preparatın əsas metabolitləri əmələ gəlir: 10,11- transdiol törəməsi və onun qlükuron turşusu ilə konyuqatı. İnsan orqanizmində karbamazepin10,11-epoksidin karbamazepin-10,11-transdiola çevrilməsi epoksidhidrolaza mikrosomal ferment vasitəsi ilə baş verir. Karbamazepin-10,11-epoksidin (aktiv metabolitin) miqdarı, qan plazmasında karbamazepinin konsentrasiyasının təxminən 30 %-ni təşkil edir. Karbamazepinin karbamazepin-10,11- epoksidinə biotransformasiyasını təmin edən əsas izoferment sitoxrom P4503A4-dür. Bundan əlavə, göstərilən metabolik reaksiyalar nəticəsində həmçinin, əhəmiyyət kəsb etməyən miqdarda digər metabolit – 9-hidroksi-metil-10-karbamoilakridandır. Karbamazepin metabolizminin digər mühüm yolu – UGT2B7 izofermentin təsiri altında müxtəlif monohidroksilləşmiş törəmələrin və eləcədə, N-qlükuronidlərin əmələ gəlməsidir. Xaric olması: Preparatın daxilə birdəfəlik istifadəsindən sonra dəyişilməmiş karbamazepinin yarımxaricolma dövrü orta hesabla 36 saat təşkil edir; preparatın dəfələrlə təkrar istifadəsindən sonra isə yarımxaricolma dövrü, müalicənin davametmə müddətindən asılı olaraq, orta hesabla 16-24 saat təşkil edir (qaraciyərin monooksigenaza sisteminin autoinduksiyası nəticəsində). Qeyd olunmuşdur ki, eyni zamanda qaraciyərin mikrosomal fermentlərini induksiya edən digər preparatlardan (məsələn, fenitoindən, fenobarbitaldan) istifadə edən pasiyentlərdə karbamazepinin yarımxaricolma dövrü orta hesabla 9-10 saat təşkil edir. Karbamazepin-10,11-epoksidini daxilə qəbul etdikdə, onun orta yarımxaricolma dövrü təxminən 6 saat təşkil edir. Karbamazepini 400 mq dozada bir dəfə daxilə qəbul etdikdən sonra, istifadə edilən dozanın 72 %-i böyrəklər vasitəsi ilə və 28 %-i bağırsaq vasitəsi ilə orqanizmdən xaric olunur. Daxilə qəbul edilən dozanın təxminən 2 %-i orqanizmdən dəyişilməmiş karbamazepin şəklində, təxminən 1 %-i farmakoloji cəhətdən aktiv 10,11-epoksid metabolit şəklində xaric olunur. Preparatı bir dəfə daxilə qəbul etdikdən sonra, karbamazepinin 30 %-i orqanizmdən sidiklə, metabolizmin epoksiddiol yolunun son məhsulları şəklində xaric olunur. Müxtəlif pasiyent qruplarında preparatın farmakokinetikasının xüsusiyyətləri Uşaqlarda karbamazepinin daha sürətli eliminasiyası səbəbindən, böyüklərlə müqayisədə, bədən kütləsi kiloqramı hesabı ilə preparatın daha yüksək dozalarının istifadəsi tələb oluna bilər. Yaşlı pasiyentlərdə (yetkin yaşlı gənc pasiyentlərlə müqayisədə) karbamazepinin farmakokinetikasının dəyişməsini təsdiq edən heç bir məlumat yoxdur. Böyrək və ya qaraciyər pozğunluqları qeyd olunan pasiyentlərdə karbamazepinin farmakokinetikası barədə hazırda heç bir məlumat yoxdur.

 

İstifadəsinə göstərişlər

Epilepsiya:

- ikincili generalizasiyalı və ya generalizasiya olmadan mürəkkəb və ya sadə parsial epilepsiya tutmaları (şüurun itirilməsi ilə müşayiət olunan və ya şüuür itirilmədən);

- generalizəolunmuş toniki-kloniki epilepsiya tutmaları;

- epileptik tutmaların qarışıq formaları. Finlepsin retard preparatı, bir qayda olaraq, absansların və mioklonik epilepsiyanın müalicəsi zamanı qeyri-effektivdir. Kəskin maniakal vəziyyətlər və kəskinləşmələrin profilaktikası və ya kəskinləşmənin klinik təzahürlərinin zəiflədilməsi məqsədi ilə bipolyar affektiv pozğunluqların dəstəkləyici müalicəsi. Alkoqol abstinensiyası sindromu. Üçlü sinirin idiopatik nevralgiyası və dağınıq skleroz zamanı üçlü sinirin nevralgiyası (tipik və atipik). Dil-udlaq sinirinin idiopatik nevralgiyası.

 

Əks göstərişlər

Karbamazepinə və ya kimyəvi cəhətdən bənzər dərman vasitələrinə (məsələn, trisikli antidepressantlar) və ya preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Atrioventrikulyar blokada. Anamnezdə sümük iliyində qanyaranmanın zəifləməsi epizodlarının olması. Qaraciyər porfiriyası (məsələn, kəskin aralıq porfiriya, gecikmiş dəri porfiriyası, varieqat porfiriya). Monoaminooksidaza inhibitorları ilə kombinasiyada istifadəsi (trisiklik antidepressantlarla striktur oxşarlığı). 4 yaşa qədər uşaqlar (bu kateqoriyadan olan pasiyentlərdə digər dərman formasından istifadə etmək lazımdır).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Anamnezində ürək (dekompensasiyalı xroniki ürək çatışmazlığı daxil olmaqla), qaraciyər (qaraciyər çatışmazlığı daxil olmaqla), böyrək (böyrək çatışmazlı daxil olmaqla) xəstəlikləri, digər dərman vasitələrinə qarşı hematoloji əlavə təsirləri olan və ya karbamazepinlə ilə əvvəl aparılmış terapiyanın ləğv edilməsi barədə məlumat olan pasiyentlərə Finlepsin Retard preparatını, yalnız müalicədən gözlənilən effektlə terapiyanın mümkün risk nisbəti ciddi analiz edildikdən və pasiyentin vəziyyətinə ciddi və müntəzəm nəzarət təmin edildikdən sonra təyin etmək olar. Aşağıdakı hallarda preparatı ehtiyatla təyin etmək lazımdır: hiponatriemiyalı, hipotireozlu pasiyentlər; yaşlı pasiyentlər (dərman qarşılıqlı təsirini və epilepsiyaəleyhinə preparatların müxtəlif farmakokinetikasını nəzərə alaraq); absans, tipik və ya atipik və mioklonik tutmalar daxil olan epileptik tutmanın qarışıq formaları olan pasiyentlər (tutmaların mümkün güclənməsini nəzərə alaraq); yüksəlmiş gözdaxili təzyiqi, sidiyin ləngiməsi və prostat vəzinin hiperplaziyası olan pasiyentlər (karbamazepinin zəif m-xolinoblokadaedici aktivliyini nəzərə alaraq); qıcolmaəleyhinə preparatlar qəbul edən pasiyentlər; HLA-A*3101 və HLA-B*1502 daşıyıcısı olan pasiyentlər; hamiləlik və laktasiya dövrü (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Preparat yalnız həkim nəzarəti altında istifadə edilə bilər. Absanslar və mioklonik tutmalar da daxil olmaqla, epileptik tutmaların qarışıq formaları qeyd olunan pasiyentlər Absanslar (petit mal) və mioklonik tutmalar zamanı preparat adətən qeyri-effektivdir. Epileptik tutmaların qarışıq formaları qeyd olunan pasiyentlərdə preparat ehtiyatla və yalnız müntəzəm tibbi müşahidə şəraiti təmin olunduğu halda istifadə edilməlidir (tutmaların güclənməsi ehtimalını nəzərə alaraq). Tutmalar gücləndiyi təqdirdə, Finlepsin retard preparatının istifadəsini dayandırmaq lazımdır. Trombositlərin və leykositlərin miqdarının azalması Karbamazepinin istifadəsi müddətində trombositlərin və ya leykositlərin miqdarının müvəqqəti və ya davamlı azalması halları müxtəlif tezliklə qeyd olunur. Lakin, əksər hallarda bu təzahürlər müvəqqətidir və adətən, aplastik anemiyanın və ya aqranulositozun başlanması barədə xəbər vermirlər. Müalicəyə başlamazdan əvvəl və eləcədə, müalicə prosesində vaxtaşırı trombositlərin və ehtimal ki, retikulositlərin miqdarının hesablanması da daxil olmaqla, qanın klinik analizlərini həyata keçirmək və eləcədə, qan zərdabında dəmirin konsentrasiyasını müəyyən etmək lazımdır. Pasiyentlərin nəzərinə, ehtimal edilən hematoloji pozğunluqlara xas olan erkən toksiklik əlamətləri və eləcədə, dəri örtüyü üzərində və qaraciyərdə qeyd oluna biləcək simptomlar barədə məlumat çatdırılmalıdır. Pasiyentlər məlumatlandırılmalıdırlar ki, arzuolunmayan reaksiyalar, məsələn, qızdırma, boğaz ağrısı, səpgilər, ağız boşluğunda xoralar, qeyri-müəyyən səbəbli qansızmalar, petexiyalar və ya purpura şəklində hemorragiyalar meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Müalicə müddətində leykositlərin və ya trombositlərin miqdarının azalması (və ya azalmasına meyllilik) qeyd olunduğu hallarda, pasiyentlərin vəziyyətlərinə və qanın ətraflı klinik analizinin göstəricilərinə diqqətlə nəzarət edilməlidir. Sümük iliyinin əhəmiyyətli dərəcədə tormozlanması əlamətləri aşkar olunduğu halda, Finlepsin retard preparatının istifadəsi dayandırılmalıdır. Dermatoloji reaksiyalar Karbamazepindən istifadə etdikdə, çox nadir hallarda, Stivens-Conson sindromu və toksik epidermal nekroliz (Layell sindromu) da daxil olmaqla, ağır dermatoloji reaksiyalar qeyd olunmuşdur. Ehtimal ki, ağır dermatoloji reaksiyaların, məsələn, Stivens-Conson sindromunun və ya Layell sindromunun inkişaf etməsini təsdiq edən əlamətlər və simptomlar qeyd olunduğu halda, Finlepsin retard preparatının istifadəsi dərhal dayandırılmalıdır və alternativ müalicə seçimi aparılmalıdır. Ağır (bir sıra hallarda pasiyentin həyatı üçün təhlükəli ola bilən) dəri reaksiyaları inkişaf etdiyi hallarda, pasiyent stasionara hospitalizasiya olunmalıdır. Bir çox hallarda, Stivens-Conson sindromu və Layell sindromu preparatın istifadəsi ilə aparılan müalicənin ilk aylarında inkişaf etmişdir. Göstərilən reaksiyalar əsasən, əhalisi avropeoid irqinin nümayəndələri olan ölkələrdə preparatı ilk dəfə qəbul edən 10000 pasiyentin təxminən 1-6-da inkişaf etmişdir. Yapon milliyətindən olan pasiyentlərdə və Şimali Avropa əhalisində aparılan retrospektiv analizin məlumatlarında, insan leykositar antigenin (HLA) geni olan HLA-А*3101 allel daşıyıcılarında ağır dəri zədələnmələri (Stivens-Conson sindromu, Layell sindromu, DRESS sindrom, kəskin generalizəolunmuş ekzantematoz pustullyoz və xallı-düyünlü səpgilər) və karbamazepinin istifadəsi arasında əlaqənin mövcudluğu nümayiş etdirilmişdir. İnsan leykositar antigenin (HLA) geni olan HLA-А*3101 allelin rastgəlmə tezliyi müxtəlif etnik qrup nümayəndələrində fərqli ola bilər: Avropa əhalisinin təxminən 2-5 %-də, yaponların təxminən 10 %-də. Avstraliya, Asiya, Afrika və Şimali Amerika əhalisinin əksəriyyətində göstərilən allelin rastgəlmə tezliyi 5 %-dən az təşkil edir, bununla belə, 5 %-dən 12 %-ə qədər istisna təşkil edir. Allelin rastgəlmə tezliyi Cənubi Amerika əhalisinin bəzi etnik qruplarında (Argentina və Braziliya), Şimali Amerikanın yerli əhalisində (Navaxo və Sioks tayfaları, Meksikada – Sanora Seri tayfası), Cənubi Hindistanda (Tamil Nadu) 15 %-dən artıq təşkil etmişdir və göstərilən bölgələrin digər yerli əhalisi arasında 10-15 % olmuşdur. HLA-A*3101 allelin ehtimal edilən daşıyıcılarında (məsələn, yapon milliyətinin nümayəndələrində, avropeoidlərdə, Amerikanın yerli əhalisində, Latın amerikalılarında, Hindistanın cənubunda yaşayan xalqlarda və ərəblərdə) karbamazepindən istifadə etdikdə, göstərilən allel əsasında genotipləşmənin aparılması tövsiyə olunur. Göstərilən allelin daşıyıcılarında preparat yalnız, müalicənin faydası ehtimal edilən riskdən üstün olduğu hallarda istifadə edilə bilər. Ağır dəri reaksiyalarının bir çox hallarda preparatın istifadəsinin ilk aylarında müşahidə olunmasını nəzərə alaraq, karbamazepindən artıq istifadə edən pasiyentlərdə göstərilən allel əsasında genotipləşmənin aparılması (HLA-A*3101-in mövcudluğundan asılı olmayaraq) tövsiyə edilmir. Çin və tay milliyətindən olan pasiyentlərdə karbamazepinin istifadəsinin retrospektiv analizinin məlumatlarına əsasən, Stivens-Conson sindromunun və Layell sindromunun inkişaf etmə tezliyi və pasiyentin genomunda insan leykositar antigenin (HLA) geni olan HLA-B*1502 allelin mövcudluğu arasında korrelyasiya qeyd olunmuşdur. Göstərilən allelin rastgəlmə tezliyi çin milliyətindən olan pasiyentlərdə 2-12 %, tay milliyətindən olan pasiyentlərdə isə təxminən 8 % təşkil edir. HLA-B*1502 allelin yüksək yayılma dərəcəsi qeyd olunan Asiya bölgəsi (Tayvan, Malayziya, Filippin adaları) ölkələrindən olan pasiyentlərdə karbamazepindən istifadə etdikdə, StivenConson sindromunun inkişaf etmə tezliyinin (“çox nadir hallarda” dərəcəsindən “nadir hallarda” dərəcəsinə qədər) yüksəlməsi aşkar edilmişdir. HLA-B*1502 allelin yayılma tezliyi Filippin adalarında və Malayziya əhalisinin bəzi qruplarında 15 %-dən artıq olmuşdur. HLA-B*1502 allelin Koreyada və Hindistanda yayılma tezliyi müvafiq olaraq, 2 % və 6 % təşkil edir. Göstərilən allelin avropeoid və neqroid irqinin nümayələrində, latın amerikalılarında, hindlilərdə və yaponlarda yayılma dərəcəsi əhəmiyyətli deyildir (< 1 %). Göstərilən allellərin rastgəlmə tezlikləri, allelin daşıyıcıları olan əhalinin müəyyən populyasiyalarında xromosomların faiz göstəricisini nümayiş etdirir. Bu o deməkdir ki, iki xromosomdan ən azı birində allel nüsxəsinin daşıyıcısı olan pasiyentlərin faiz göstəricisi, allelin rastgəlmə tezliyindən demək olar ki, 2 dəfə yüksəkdir. Beləliklə, təhlükə altında ola bilən pasiyentlərin faiz göstəricisi, allellərin rastgəlmə tezliyindən demək olar ki, 2 dəfə yüksəkdir. HLA-B*1502 allelin ehtimal edilən daşıyıcılarında karbamazepindən istifadə etdikdə, göstərilən allel əsasında genotipləşmənin aparılması tövsiyə olunur. Göstərilən genin daşıyıcılarında preparat yalnız, müalicənin faydası ehtimal edilən riskdən üstün olduğu hallarda istifadə edilə bilər. Əhalisi arasında göstərilən allelin rastgəlmə tezliyi aşağı olan populyasiyada genotipləşmənin aparılması tövsiyə edilmir. Ağır dəri reaksiyalarının bir çox hallarda preparatın istifadəsinin ilk aylarında müşahidə olunmasını nəzərə alaraq, karbamazepindən artıq istifadə edən pasiyentlərdə göstərilən allel əsasında genotipləşmənin aparılması (HLA-B*1502-nin mövcudluğundan asılı olmayaraq) tövsiyə olunmur. Göstərilmişdir ki, HLA-B*1502 allel mövcud olan pasiyentlərin aşkar olunması və həmin pasiyentlərdə karbamazepinin istrifadə edilməməsi, karbamazepin tərəfindən induksiya olunmuş Stivens-Conson sindromunun və ya Layell sindromunun meydana çıxması hallarının aşağı düşməsinə səbəb olur. Bununla belə, genotipləşmənin nəticələri pasiyentin vəziyyətinə nəzarətin aparılması və həkimin ağır dəri reaksiyalarının meydana çıxmasına qarşı ehtiyatlılıq dərəcəsinə təsir göstərməməlidir. Allellərə görə mənfi olan pasiyentlərdə ağır dəri zədələnmələrinin inkişaf etməsi ehtimal edilir. Bundan əlavə, HLA-B*1502 və ya HLA-A*3101 allellərə görə müsbət olan pasiyentlərdə karbamazepindən istifadə etdikdə, bir çox hallarda ağır dəri reaksiyalarının inkişaf etməsi qeyd olunmamışdır. Digər faktorların, məsələn, qıcolmaəleyhinə dərman preparatlarının dozası, pasiyentlərin komplayentliyi (meylliliyi), digər preparatların istifadəsi ilə eyni zamanda aparılan müalicə, yanaşı xəstəliklərin mövcudluğu və ya dermatoloji reaksiyalara nəzarət səviyyəsi kimi faktorların ağır dəri reaksiyalarının inkişaf etmə tezliyinə və yayılma dərəcəsinə təsiri müəyyən edilməmişdir. Zəif ifadə olunmuş dəri reaksiyaları, məsələn, təcrid olunmuş makulyoz və ya makulopapulyoz ekzantema bir çox hallarda tranzitor (müvəqqəti) və yüngül olur və adətən, müalicə davam etdirildikdə və ya preparatın dozası aşağı salındıqdan sonra, bir neçə gün və ya bir neçə həftə müddətində aradan qalxır. Bununla belə, ağır dəri reaksiyalarının erkən təzahürləri və zəif ifadə olunmuş müvəqqəti dəri səpgiləri arasında differensial diaqnostikanın çətinliklərini nəzərə alaraq, istənilən dəri reaksiyaları inkişaf etdiyi hallarda pasiyent (pasiyentin vəziyyəti pisləşdiyi təqdirdə, preparatın istifadəsi ilə müalicənin vaxtında dayandırılması məqsədi ilə) həkim nəzarəti altında saxlanılmalıdır. Pasiyentin genomunda HLA-A*3101 allelin mövcudluğu və nisbətən yüngül dəri reaksiyalarının (məsələn, epilepsiyaəleyhinə preparatlara qarşı hiperhəssaslıq sindromunun və ya ağır olmayan makulopapulyoz ekzantemanın) inkişaf etməsi arasında qarşılıqlı əlaqə qeyd olunur; HLAB*1502 allel üçün göstərilən qarşılıqlı əlaqə isə müəyyən edilməmişdir. Hiperhəssaslıq reaksiyaları Karbamazepinə qarşı hiperhəssaslıq inkişaf etdiyi halda, pasiyentlərdə DRESS-sindrom, qızdırmanın, dəri üzərində səpgilərin vaskulitin, limfadenopatiyanın, psevdolimfomanın, artralgiyanın, leykopeniyanın, eozinofiliyanın, hepatosplenomeqaliyanın, qaraciyər funksiyaları göstəricilərinin dəyişiklikləri ilə müşayiət olunan hiperhəssaslıq reaksiyalarının gecikmiş poliorqan təzahürləri daxil olmaqla, müxtəlif reaksiyalar və öd axacaqlarının sayının azalması ilə müşayiət olunan öd axacaqlarının destruksiyası sindromu müşahidə oluna bilər ki, bunlar da istənilən müxtəlif kombinasiyalarda meydana çıxa bilər. Bundan əlavə, digər daxili orqanların (o cümlədən, ağciyərlərin, böyrəklərin, mədəaltı vəzinin, miokardın, yoğun bağırsağın) zədələnməsi də ehtimal edilir. Finlepsin retard preparatına qarşı hiperhəssaslıq təzahürləri və simptomları inkişaf etdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq lazımdır. Karbamazepinə qarşı məlum hiperhəssaslıq qeyd olunan pasiyentlər 25-30 % hallarda okskarbazepinə qarşı yüksək həssaslıq reaksiyalarının inkişaf etməsinin mümkünlüyü barədə məlumatlandırılmalıdırlar. Karbamazepin və aromatik epilepsiyaəleyhinə preparatlar (məsələn, fenitoin, pirimidon və fenobarbital) arasında çarpaz hiperhəssaslıq reaksiyalarının inkişaf etməsi ehtimal edilir. Hiponatriumemiya: Karbamazepinin istifadəsi ilə hiponatriumemiyanın inkişaf etməsi assosiasiya olunur. Qan zərdabında natriumun miqdarının azalması ilə əlaqəli böyrəklərin artıq mövcud zədələnmələri qeyd olunan pasiyentlərdə və ya eyni zamanda natriumun miqdarının azalmasına səbəb olan dərman preparatlarından (məsələn, diuretiklərdən, antidiuretik hormonun sekresiyasına təsir göstərən dərman preparatlarından) istifadə edən pasiyentlərdə karbamazepinlə müalicəyə başlamazdan əvvəl, qan zərdabında natriumun miqdarını müəyyən etmək lazımdır. Daha sonra, natriumun miqdarı təxminən 2 həftədən sonra və gələcəkdə, müalicənin ilk 3 ayı müddətində ayda 1 dəfə və ya klinik zərurətə müvafiq müəyyən edilməlidir. Yuxarıda qeyd olunan risk faktorları xüsusilə tez-tez yaşlı pasiyentlərdə müşahidə olunur. Hiponatriumemiya zamanı maye istifadəsinin məhdudlaşdırılması, klinik göstərişlər mövcud olduğu halda vəziyyətin müəyyən edilməsi üçün əhəmiyyətlidir. Hipotireoz Karbamazepin qaraciyərin mikrosomal fermentlərinin induksiyası yolu ilə qan zərdabında qalxanabənzər vəzinin konsentrasiyasını aşağı sala bilər və bu zaman, hipotireozdan əziyyət çəkən pasiyentlərdə əvəzedici müalicə üçün istifadə olunan preparatların dozalarının artırılması tələb olunur. Göstərilən kateqoriyadan olan pasiyentlərdə əvəzedici müalicə preparatlarının dozalarının seçilməsi üçün qalxanabənzər vəzi funksiyalarının monitorinqi aparılmalıdır. Qaraciyər funksiyalarının pozğunluqları: Finlepsin retard preparatının istifadəsindən əvvəl və müalicə prosesində, xüsusilə, anamnezlərində qaraciyər xəstəlikləri barədə məlumat qeyd olunan pasiyentlərdə və eləcədə, yaşlı pasiyentlərdə qaraciyər funksiyalarının müayinələrini aparmaq lazımdır. Qaraciyər funksiyalarının artıq mövcud pozğunluqları qeyd olunduqda və ya aktiv qaraciyər xəstəliyi inkişaf etdiyi halda, Finlepsin retard preparatının istifadəsi dərhal dayandırılmalıdır. Böyrək funksiyalarının pozğunluqları Preparatın istifadəsi ilə müalicəyə başlamazdan əvvəl və müalicə prosesində vaxtaşırı sidiyin ümumi analizinin aparılması və qanda sidik cövhərinin konsentrasiyasının müəyyən edilməsi tövsiyə olunur. M-xolinoblokadayaalıcı aktivliyi Prpearat yüngül M-xolinoblokadayaalıcı aktivliyə malikdir və bu səbəbdən, göstərilən preparatların eyni zamanda istifadəsi müddətində gözdaxili təzyiqin yüksəlməsi, prostat vəzinin hiperplaziyası və sidik ifrazının ləngiməsi qeyd olunan pasiyentlərin vəziyyətlərini hərtərəfli müşahidə etmək lazımdır. Psixi pozğunluqlar Preparatın istifadəsi fonunda latent (gizli) psixi pozğunluqların kəskinləşməsi ehtimalını nəzərə alaraq, şüurun dumanlanması və psixomotor oyanıqlıq kimi simptomatikanın vaxtında aşkar edilməsi məqsədi ilə yaşlı pasiyentlərin müşahidəsinin aparılması təmin edilməlidir. Suisidal davranış və ya düşüncələr Bir sıra göstərişlər əsasında qıcolmaəleyhinə preparatlardan istifadə edən pasiyentlərdə suisidal davranış və ya düşüncələr qeyd olunmuşdur. Randomizə olunmuş plasebo-nəzarətli tədqiqatların metaanalizinin nəticələrində qıcolmaəleyhinə preparatlardan istifadə edən pasiyentlərdə suisidal davranışın inkişaf etmə riskinin bir qədər yüksəlməsi nümayiş etdirilmişdir. Göstərilən kateqoriyadan olan pasiyentlərdə suisidal davranışın güclənməsi mexanizmi müəyyən edilməmişdir. Bu səbəbdən, suisidal davranışın və düşüncələrin meydana çıxması simptomlarını hərtərəfli müşahidə etmək və müvafiq müalicənin aparılması barədə qərar qəbul etmək lazımdır. Pasiyentlərə (və onlara qulluq edən şəxslərə) israrla tövsiyə etmək lazımdır ki, suisidal davranış və ya düşüncələr kimi simptomlar meydana çıxdığı halda, həkimə müraciət edilməlidir. Endokrinoloji pozğunluqlar: Qaraciyərin mikrosomal fermentlərinin induksiyası ilə əlaqəli karbamazepin estrogen və/və ya progesteron tərkibli peroral kontraseptivlərin terapevtik effektlərinin zəifləməsinə səbəb ola bilər. Preparatın istifadəsi ilə müalicə müddətində reproduktiv potensiala malik olan qadın pasiyentlərə alternativ kontrasepsiya metodlarından istifadə etmək tövsiyə olunmalıdır. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Karbamazepini monoaminooksidaza (MAO) fermentinin inhibitorları ilə eyni zamanda istifadə etmək tövsiyə olunmur. Preparatın istifadəsindən minimum 2 həftə və ya klinik vəziyyət imkan verdiyi təqdirdə, hətta daha çox müddət əvvəl MAO fermentinin inhibitorlarının istifadəsi dayandırılmalıdır. Karbamazepin-10,11-epoksidin (aktiv metabolitin) əmələ gəlməsini təmin edən əsas izoferment sitoxrom P4503A4-dür (CYP3A4). Preparatla eyni zamanda CYP3A4 izofermentinin inhibitorlarının istifadəsi, qan plazmasında karbamazepinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər ki, bu da öz növbəsində, əlavə reaksiyaların meydana çıxmasına səbəb ola bilər. CYP3A4 izofermentinin induktorlarının eyni zamanda istifadəsi karbamazepinin metabolizminin sürətlənməsinə gətirib çıxara bilər və beləliklə, ehtimal ki, qan plazmasında onun konsentrasiyasının aşağı düşməsinə və nəticədə, preparatın terapevtik effektinin şiddətinin zəifləməsinə səbəb ola bilər. Eyni zamanda istifadə edilən CYP3A4 izofermentinin induktorlarının istifadəsinin dayandırılması karbamazepinin biotransformasiya sürətini aşağı sala bilər və nəticədə, qan plazmasında karbamazepinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Karbamazepin CYP3A4 izofermentinin və dərman preparatlarının metabolizminin birinci və ikinci mərhələlərinin digər qaraciyər ferment sistemlərinin güclü induktorudur və CYP3A4 izoferment vasitəsi ilə metabolizmə məruz qalan preparatlarla eyni zamanda istifadə edildikdə, həmin preparatların metabolizminin induksiyasına və qan plazmasında onların konsentrasiyalarının aşağı düşməsinə səbəb ola bilər. Karbamazepin-10,11-epoksidin karbamazepin-10,11-transdiola çevrilməsi mikrosomal epoksidhidrolaza fermenti vasitəsi ilə baş verir və bu səbəbdən, karbamazepinin mikrosomal epoksidhidrolaza fermentinin inhibitorları ilə eyni zamanda istifadəsi qan plazmasında karbamazepin-10,11-epoksidin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Qan plazmasında karbamazepinin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilən preparatlar:

- analgeziyaedici və qeyri-steroid iltihabəleyhinə dərman preparatları – dekstropropoksifen, ibuprofen;

- şişəleyhinə preparatlar (androgenlər) – danazol;

- antibiotiklər – makrolid antibiotiklər (məsələn, eritromisin, troleandomisin, cozamisin, klaritromisin), siprofloksasin;

- antidepressantlar – ehtimal ki, dezipramin, fluoksetin, fluvoksamin, nefazodon, paroksetin, trazodon, viloksazin;

- epilepsiyaəleyhinə preparatlar – stiripentol, viqabatrin

- göbələkəleyhinə preparatlar – azol törəmələri (məsələn, itrakonazol, ketokonazol, flukonazol, vorikonazol). Vorikonazoldan və ya itrakonazoldan istifadə edən pasiyentlərə alternativ antikonvulsantlar (qıcolmaəleyhinə preparatlar) tövsiyə oluna bilər;

- H2-histamin reseptorlarının blokatorları – loratadin, terfenadin;

- antipsixotik preparatlar (neyroleptiklər) – olanzapin;

- vərəməleyhinə preparatlar – izoniazid;

- virusəleyhinə preparatlar – İİV proteazasının inhibitorları (məsələn, ritonavir);

- qlaukomaəleyhinə preparatlar (karboanhidraza fermentinin inhibitorları) – asetazolamid;

- hipotenziv preparatlar (“ləng” kalsium kanallarının blokatorları) – verapamil, diltiazem;

- xoraəleyhinə preparatlar (proton pompasının inhibitorları, H2-histamin reseptorlarının blokatorları) – omeprazol, ehtimal ki, simetidin;

- miorelaksantlar – oksibutinin, dantrolen;

- antiaqreqant preparatlar – tiklopidin;

- digər dərman preparatları və qida məhsulları – qreypfrut şirəsi, nikotinamid (yalnız yüksək dozalarda). Qan plazmasında karbamazepinin konsentrasiyasının yüksəlməsi arzuolunmayan reaksiyaların (məsələn, başgicəllənmənin, yuxuya meylliliyin, ataksiyanın, diplopiyanın) meydana çıxmasına səbəb ola bilər və bunu nəzərə alaraq, göstərilən vəziyyətlərdə preparatın dozasını korreksiya etmək və/və ya qan plazmasında karbamazepinin konsentrasiyasına müntəzəm şəkildə nəzarət etmək lazımdır. Qan plazmasında karbamazepin-10,11-epoksidin konsentrasiyasını yüksəlməsinə səbəb ola bilən preparatlar: loksapin, kvetiapin, primidon, proqabid, valproy turşusu, valnoktamid və valpromid. Qan plazmasında karbamazepin-10,11-epoksidin konsentrasiyasının yüksəlməsi arzuolunmayan reaksiyaların (məsələn, başgicəllənmənin, yuxuya meylliliyin, ataksiyanın, diplopiyanın) meydana çıxmasına səbəb ola bilər və bunu nəzərə alaraq, göstərilən vəziyyətlərdə preparatın dozasını korreksiya etmək və/və ya qan plazmasında karbamazepin-10,11-epoksidin konsentrasiyasına müntəzəm şəkildə nəzarət etmək lazımdır. Qan plazmasında karbamazepinin konsentrasiyasının azalmasına səbəb ola bilən preparatlar

- epilepsiyaəleyhinə preparatlar – felbamat, mezuksimid, okskarbazepin, fenobarbital, fensuksimid, fenitoin (fenitoinin istifadəsi ilə əlaqəli intoksikasiyanın baş verməsindən və karbamazepinin subterapevtik konsentrasiyalarının meydana çıxmasından qaçınmaq məqsədi ilə, müalicəyə karbamazepin əlavə edilməzdən əvvəl qan plazmasında fenitoinin tövsiyə olunan konsentrasiyası 13 mkq/ml-dən yüksək olmamalıdır) və fosfenitoin, primidon və məlumatların qismən ziddiyyətli olmasına baxmayaraq, klonazepam;

- şişəleyhinə preparatlar – sisplatin və ya doksorubisin;

- vərəməleyhinə preparatlar – rifampisin;

- bronxodilatasiyaedici (bronxgenişləndirici) preparatlar – teofillin, aminofillin;

- sızanaqlı səpgilərin müalicəsi üçün istifadə olunan preparatlar (retinoidlər) – izotretinoin;

- digər dərman preparatları və qida məhsulları –deşikli dazıotu tərkibli bitki mənşəli preparatlar. Yuxarıda göstərilən preparatlarla eyni zamanda istifadə edildikdə, karbamazepinin dozasının korreksiyası tələb oluna bilər. Karbamazepinin eyni zamanda istifadə edilən dərman preparatlarının plazma konsentrasiyalarına təsiri Karbamazepinlə eyni zamanda istifadə edildikdə, qan plazmasında bəzi dərman preparatlarının konsentrasiyalarının aşağı düşməsi, təsirlərinin zəifləməsi və ya hətta tamamilə dayanması ehtimal edilir. Karbamazepinlə eyni zamanda istifadə edildikdə, aşağıda göstərilən preparatların dozalarının korreksiyası tələb oluna bilər:

- analgeziyaedici və qeyri-steroid iltihabəleyhinə dərman preparatları – buprenorfin, metadon, parasetamol (karbamazepinin və parasetamolun (asetaminofenin) uzunmüddətli istifadəsi hepatotoksik effektlərin meydana çıxmasına səbəb ola bilər), fenazon, tramadol;

- tetrasiklin qrupu antibiotikləri – doksisiklin, rifabutin;

- antikoaqulyantlar – peroral yolla istifadə edilən antikoaqulyantlar (məsələn, varfarin, fenprokumon, dikumarol və asenokumarol, rivaroksaban, dabiqatran, apiksaban, edoksaban) ;

- antidepressantlar – bupropion, sitalopram, mianserin, nefazodon, sertralin, trazodon, trisiklik antidepressantlar (imipramin, amitriptilin, nortriptilin, klomipramin); - qusmaəleyhinə preparatlar – aprepitant;

- epilepsiyaəleyhinə preparatlar – klobazam, klonazepam, eslikarbazepin, etosuksimid, felbamat, lamotricin, okskarbazepin, primidon, tiaqabin, topiramat, valproy turşusu, zonizamid. Fenitoinin istifadəsi ilə əlaqəli intoksikasiyanın baş verməsindən və karbamazepinin subterapevtik konsentrasiyalarının meydana çıxmasından qaçınmaq məqsədi ilə, müalicəyə karbamazepin əlavə edilməzdən əvvəl qan plazmasında fenitoinin tövsiyə olunan konsentrasiyası 13 mkq/mldən yüksək olmamalıdır. Karbamazepinin istifadəsi fonunda qan plazmasında mefenitoninin konsentrasiyasının yüksəlməsi (nadir hallarda) ehtimalı barədə məlumatlar mövcuddur;

- göbələkəleyhinə preparatlar – itrakonazol, vorikonazol. Vorikonazoldan və ya itrakonazoldan istifadə edən pasiyentlərə alternativ antikonvulsantlar tövsiyə oluna bilər;

- antihelmint preparatlar – prazikvantel, albendazol;

- şişəleyhinə preparatlar – imatinib, siklofosfamid, lapatinib, temsirolimus;

- antipsixotik preparatlar (neyroleptiklər) – klozapin, haloperidol, bromperidol, olanzapin, kvetiapin, risperidon, ziprasidon, aripiprazol, paliperidon;

- virusəleyhinə preparatlar – İİV proteazası inhibitorları (indinavir, ritonavir, sakvinavir);

- anksiolitik preparatlar – alprazolam, midazolam;

- bronxodilatasiyaedici preparatlar – teofillin;

- kontraseptiv preparatlar – hormonal kontraseptivlər (alternativ kontrasepsiya metodlarının seçilməsi tələb olunur);

- ürək-damar sistemi xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar – dihidropiridinlər qrupundan olan “ləng” kalsium kanallarının blokatorları (felodipin); simvastatin, atorvastatin, lovastatin, serivastatin, ivabradin;

- ürək qlikozidləri – diqoksin;

- qlükokortikosteroidlər – prednizolon, deksametazon;

- erektil disfunksiyanın müalicəsi üçün istifadə olunan preparatlar – tadalafil;

- immunodepressiv preparatlar – siklosporin, everolimus, takrolimus, sirolimus;

- qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar – levotiroksin;

- digər dərman preparatları və qida məhsulları – estrogen və/və ya progesteron tərkibli preparatlar. Aşağıda göstərilən kombinasiyalara diqqət yetirilməlidir Karbamazepin levetirasetamla eyni zamanda istifadə edildikdə, bəzi hallarda karbamazepinin toksik təsirinin güclənməsi qeyd olunmuşdur. Karbamazepin izoniazidlə eyni zamanda istifadə edildikdə, izoniazidin təsiri nəticəsində meydana çıxan hepatotoksikliyin güclənməsi barədə məlumatlar daxil olmuşdur. Karbamazepinin və litiumun və ya metoklopramidin və eləcədə karbamazepinin və neyroleptik preparatların (haloperidolun, tioridazinin) kombinəolunmuş istifadəsi arzuolunmayan nevroloji reaksiyaların tezliyinin yüksəlməsinə gətirib çıxara bilər (son kombinasiyanın istifadəsi zamanı – hətta qan plazmasında aktiv maddələrin terapevtik konsentrasiyaları qeyd olunduqda belə). Karbamazepinin bəzi diuretik preparatlarla (hidroxlorotiazidlə, furosemidlə) eyni zamanda istifadəsi, klinik təzahürlərlə müşayiət olunan hiponatriumemiyanın inkişaf etməsinə gətirib çıxara bilər. Karbamazepin antidepolyarizəedici miorelaksantların (məsələn, pankuronium bromidin) təsirinə qarşı antaqonizm nümayiş etdirə bilər. Göstərilən dərman preparatlarının kombinasiyasından istifadə edildiyi halda, yuxarıda qeyd olunan miorelaksantların dozalarının artırılması üçün zərurət meydana çıxa bilər – miorelaksantların təsirinin gözlənildiyindən daha sürətlə sona çatmasının mümkünlüyünü nəzərə alaraq, pasiyentlərin diqqətli müşahidəsi aparılmalıdır. Preparat hormonal kontraseptivlərlə eyni zamanda istifadə edildiyi halda, qadınlarda menstruasiyalar arasındakı dövr ərzində qanaxmaların meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Preparat, qaraciyərin mikrosomal fermentlərinin induksiyası nəticəsində hormonal kontraseptivlərin effektlərini zəiflədə bilər. Digər psixotrop preparatlar kimi, karbamazepin alkoqola qarşı tolerantlığın zəifləməsinə səbəb ola bilər. Bunu nəzərə alaraq, pasiyentlərə alkoqolun istifadəsindən çəkinmək tövsiyə olunur. Karbamazepinin və daxilə qəbul edilən birbaşa təsirli antikoaqulyantların (məsələn, rivaroksabanın, dabiqatranın, apiksabanın, edoksabanın) eyni zamanda istifadəsi, qan plazmasında birbaşa təsirə malik peroral antikoaqulyantın konsentrasiyasının aşağı düşməsinə səbəb ola bilər ki, bu da, trombozun inkişaf etməsinə gətirib çıxarır. Beləliklə, yuxarıda göstərilən preparatların eyni zamanda istifadəsi üçün zərurət yarandığı halda, trombozun meydana çıxmasının əlamətlərinə və simptomlarına qarşı diqqətli olmaq lazımdır. Preparatın seroloji tədqiqatlara təsiri Karbamazepin yüksək effektiv maye xromatoqrafiya metodunun istifadəsi ilə perfenazinin konsentrasiyasının müəyyən edilməsinin yanlış-müsbət nəticəsinə gətirib çıxara bilər. Karbamazepin və karbamazepin-10,11- epoksid polyarizasion flüoressent immunoanaliz metodu ilə trisiklik antidepressantın konsentrasiyasının müəyyən edilməsinin yanlış-müsbət nəticələrinə gətirib çıxara bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü: Risklərin xülasəsi Karbamazepin hematoplasentar baryerdən sürətlə nüfuz edir və yüksək konsentrasiyalarda dölün toxumalarında, xüsusilə də qaraciyərdə və böyrəklərdə aşkar olunur. Epilepsiyalı qadın pasiyentlərin uşaqları, digər uşaqlarla müqayisədə, pozğunluqların, o cümlədən, anadangəlmə qüsurların inkişaf etməsinə daha çox meyllidirlər. Nəzarət olunan tədqiqatlarda karbamazepini monoterapiya şəklində istifadə edən analarda göstərilən pozğunluqlarla səbəb-nəticə əlaqəsinin mövcudluğunu təsdiq edən kifayət qədər əsaslı məlumatların olmamasına baxmayaraq, preparatın istifadəsi fonunda, anadangəlmə xəstəliklərin və fəqərə qövslərinin yarığı (spina bifida) da daxil olmaqla, inkişaf qüsurlarının və eləcədə, kəllə-üz strukturlarının və ürək-damar sisiteminin və digər orqan sistemlərinin inkişaf qüsurları, hipospadiya kimi digər anadangəlmə qüsurların meydana çıxması barədə məlumatlar qeydə alınmışdır. Hamilə qadınların Şimali Amerika registrinin məlumatlarına əsasən, dünyaya gəldikdən sonra 12 həftə müddətində diaqnozu təsdiq edilmiş cərrahi, medikamentoz və ya kosmetik korreksiyanın aparılması tələb olunan struktur çatışmazlıqlara aid olan kobud inkişaf qüsurlarının baş vermə tezliyi hamiləlik dövrünün birinci trimestri müddətində karbamazepini monoterapiya şəklində istifadə edən analarda 3,0 % və heç bir epilepsiyaəleyhinə preparatlardan istifadə etməyən analarda 1,1 % təşkil etmişdir. Klinik əhəmiyyəti Epilepsiyadan əziyyət çəkən hamilə qadınlarda Finlepsin® retard preparatı xüsusi ehtiyatla istifadə edilməlidir. Preparatın hamilə qadınlarda istifadəsi tələb olunduğu halda və eləcədə, hamiləlik, preparatın istifadəsi müddətində təsdiq olunduğu təqdirdə və ya qadın pasiyent hamilə olmağı planlaşdırdıqda, xüsusilə, hamiləlik dövrünün birinci trimestrində gözlənilən fayda və ehtimal edilən risk nisbətini hərtərəfli qiymətləndirmək lazımdır. Kombinəolunmuş epilepsiyaəleyhinə preparatların istifadəsi ilə müalicə zamanı döldə anadangəlmə qüsurların inkişaf etmə tezliyinin, həmin preparatlarla monoterapiya ilə müqayisədə daha yüksək olduğunu nəzərə alaraq, reproduktiv potensiala malik olan qadın pasiyentlərdə yetərli klinik effektivlik qeyd olunduğu halda, Finlepsin retard preparatı monoterapiya şəklində istifadə edilməlidir. Kombinəolunmuş müalicənin tərkibinə daxil olan preparatlardan asılı olaraq, xüsusilə, müalicəyə valproat əlavə edildiyi halda, anadangəlmə qüsurların inkişaf etmə riski yüksələ bilər. Finlepsin retard preparatı minimal effektiv dozada istifadə edilməlidir. Qan plazmasında təsiredici maddənin konsentrasiyasının müntəzəm nəzarəti tövsiyə olunur. Qıcolmaəleyhinə effektiv nəzarət aparıldıqda, hamilə qadında qan plazmasında karbamazepinin minimal konsentrasiyasının saxlanılmasını (terapevtik diapazon 4-12 mkq/ml) dəstəkləmək lazımdır; çünki, anadangəlmə qüsurların inkişaf etmə riskinin dozadan asılı olması barədə məlumatlar (məsələn, yüksək dozaların istifadəsi ilə müqayisədə, preparatı sutkada 400 mq-dan aşağı dozalarda istifadə etdikdə, inkişaf qüsurlarının meydana çıxma tezliyi daha yüksəkdir) mövcuddur. Qadın pasiyentlər, inkişaf qüsurları riskinin yüksəlməsi ehtimalı barədə və bu səbəbdən, antenatal diaqnostikanın aparılmasının zəruriliyi barədə məlumatlandırılmalıdırlar. Hamiləlik dövründə epilepsiyaəleyhinə aparılan effektiv müalicəni dayandırmaq olmaz; bu zaman nəzərə almaq lazımdır ki, xəstəliyin proqressivləşməsi anaya və dölə mənfi təsir göstərə bilər. Nəzarət və profilaktikanın aparılması Hamiləlik dövründə fol turşusu çatışmazlığının inkişaf etməsi məlum haldır. Epilepsiyaəleyhinə preparatların bu çatışmazlığın güclənməsinə səbəb olduğu barədə məlumatlar mövcuddur. Fol turşusunun çatışmazlığı, epilepsiyaəleyhinə preparatlardan istifadə edən qadınların dünyaya gətirdikləri uşaqlarda anadangəlmə qüsurların tezliyinin yüksəlməsinə gətirib çıxara bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hamiləlikdən əvvəl və hamiləlik dövründə əlavə olaraq, fol turşusunun istifadəsi tövsiyə olunur. Yenidoğulmuşlarda qanaxmalara meylliliyin yüksəlməsinin profilaktikası məqsədi ilə hamiləlik dövrünün sonuncu həftələrində qadınlara və eləcədə, yenidoğulmuşlara K1 vitamininin istifadəsi tövsiyə olunur. Yenidoğulmuşlar: Karbamazepinlə eyni zamanda digər qıcolmaəleyhinə preparatlardan istifadə edən anaların yenidoğulmuş körpələrində epilepsiya tutmalarının və/və ya tənəffüs tormozlanmasının bir neçə hadisəsi təsvir olunmuşdur. Bundan əlavə, karbamazepindən istifadə edən anaların yenidoğulmuş körpələrində bir neçə hallarda qusma, diareya və/və ya hipotrofiya kimi əlamətlərin meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Ehtimal ki, yenidoğulmuşlarda müşahidə olunan həmin reaksiyalar “ləğvetmə” sindromunun təzahürləridir. Preklinik məlumatlar Müxtəlif preklinik tədqiqatlardan əldə olunan ümumiləşdirilmiş məlumatlara əsasən, insanlarda istifadə edilən dozalara müvafiq dozalarda heyvanlarda (siçanlarda, siçovullarda, evdovşanlarında) istifadə edildiyi halda, karbamazepinin teratogen potensialı aşağıdır və ya heç yoxdur. Bununla belə, karbamazepinin teratogen effektinin istisna edilməsi üçün preklinik tədqiqatlardan əldə olunan məlumatlar kifayət qədər deyildir. Preparatın reproduktiv toksikliyinin öyrənilməsi istiqamətində aparılan tədqiqatda karbamazepin sutkada 192 mq/kq dozada süd verən siçovullarda istifadə edildiyi halda, nəsildə bədən kütləsi artımının ləngiməsi qeyd olunmuşdur. Laktasiya dövrü: Karbamazepin ana südünə nüfuz edir və burada onun konsentrasiyası qan plazmasında qeyd olunan konsentrasiyasının 25-60 %-ni təşkil edir. Yuxarıda göstərilənlərlə əlaqəli, laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, təbii qidalanmanın gözlənilən faydası və preparatın əlavə effektlərinin inkişaf etmə riskinin ehtimalı nisbətini hərtərəfli qiymətləndirmək lazımdır. Əlavə effektlərin (məsələn, yuxuya güclü meylliliyin, allergik dəri reaksiyalarının) mümkün qədər erkən diaqnostikası məqsədi ilə, ana südü ilə qidalanan uşaqların müşahidəsi aparılmalıdır. Antenatal dövrdə və ya ana südü ilə karbamazepin qəbul edən uşaqlarda xolestatik hepatit halları təsvir edilmişdir və bununla əlaqəli, hepatobiliar sistemdə əlavə effektlərin mümkün qədər erkən diaqnostikası məqsədi ilə, həmin uşaqların müşahidəsi aparılmalıdır. Kontrasepsiya: Reproduktiv potensiala malik olan qadın pasiyentlər preparatla müalicə müddətində və preparatın sonuncu dozasının istifadəsindən sonra 2 həftə müddətində etibarlı kontrasepsiya metodlarından istifadə etməlidirlər. Qaraciyərin mikrosomal fermentlərinin induksiyası ilə əlaqəli karbamazepin estrogen və/və ya progesteron tərkibli peroral kontraseptivlərin terapevtik effektlərinin zəifləməsinə səbəb ola bilər. Preparatın istifadəsi ilə müalicə müddətində reproduktiv potensiala malik olan qadın pasiyentlərə alternativ kontrasepsiya metodlarından istifadə etmək tövsiyə olunmalıdır. Preparatın reproduktiv potensiala təsiri Preparatın istifadəsi ilə əlaqəli kişi fertilliyinin zəifləməsi və/və ya spermatogenezin pozulması barədə çox nadir məlumatlar qeydə alınmışdır.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Finlepsin retard preparatından istifadə edən pasiyentlərdə, xüsusilə, müalicənin əvvəlində və ya preparatın dozası seçildiyi dövrdə pasiyentlərin sürətli reaksiya qabiliyyəti həm fərdi xəstəlik (məsələn, qıcolmalar) nəticəsində, həm də əlavə reaksiyalar, məsələn, başgicəllənmə, yuxuya meyllilik, ataksiya, diplopiya, akkomodasiya pozğunluğu və görmə qabiliyyətinin pozulması kimi reaksiyalar nəticəsində pozula bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, pasiyent ehtiyat tədbirlərinə riayət etməlidir.

 

FİNLEPSİN RETARD İstifadə qaydası və dozası

Preparat daxilə qəbul edilir. Preparatı yemək zamanı, yeməkdən sonra və ya qida qəbulu arasında istifadə etmək olar. Tabletləri az miqdar maye ilə birlikdə istifadə etmək lazımdır. Preparat həm monoterapiya şəklində, həm də kombinəolunmuş müalicənin tərkibində istifadə edilə bilər. Digər dərman preparatları ilə qarşılıqlı təsirlərin mövcudluğunu və epilepsiyaəleyhinə preparatların farmakokinetik xüsusiyyətlərini nəzərə alaraq, yaşlı pasiyentlərdə Finlepsin retard preparatının dozaları ehtiyatla seçilməlidir. Epilepsiya Preparat mümkün qədər monoterapiya şəklində istifadə edilməlidir. Preparatı kiçik tutmalar (petit mal, absanslar) və mioklonik tutmalar zamanı istifadə etmək olmaz. Müalicəni aşağı sutkalıq dozanın istifadəsindən başlamaq və gələcəkdə, optimal effekt əldə olunana qədər tədricən artırmaq lazımdır. Qıcolmalarla əlaqəli vəziyyətlərin müvafiq nəzarətini əldə etmək məqsədi ilə karbamazepinin dozası fərdi qaydada seçilir. Preparatın optimal dozasını seçmək üçün qan plazmasında təsiredici maddənin konsentrasiyasının müəyyən edilməsi tövsiyə olunur. Epilepsiyanın müalicəsi zamanı karbamazepinin tələb olunan dozası, karbamazepinin qan plazmasında ümumi konsentrasiyasının 4-12 mkq/ml (17-50 mkmol/l) səviyyəsinə müvafiq olmalıdır. Finlepsin retard preparatını digər epilepsiyaəleyhinə preparatlara əlavə etdikdə, Finlepsin retard preparatının dozasını tədricən artırmaq lazımdır. Zərurət yarandığı halda, istifadə edilən preparatların dozalarının müvafiq korreksiyası aparılmalıdır. Böyüklərə və yaşı 16-dan yuxarı olan uşaqlarda karbamazepinin başlanğıc dozası sutkada 1 və ya 2 dəfə 100-200 mq təşkil edir. Sonra həmin doza, optimal müalicəvi effekt əldə olunana qədər tədricən artırılmalıdır və adətən, bu vəziyyət, sutkada 2-3 dəfə 400 mq dozanın istifadəsi ilə əldə olunur. Bəzi pasiyentlərdə sutkalıq dozanın 1600 mq-a və ya 2000 mq-a qədər artırılması tələb oluna bilər. Üçlü sinirin nevralgiyası Böyüklər üçün preparatın başalnğıc dozası sutkada 200-400 mq təşkil edir. Bu doza, ağrı hissi aradan qalxana qədər (adətən, sutkada 3-4 dəfə 200 mq dozaya qədər) tədricən artırıla bilər. Sonra həmin doza, minimal dəstəkləyici dozaya qədər tədricən aşağı salına bilər. Böyüklər üçün preparatın maksimal tövsiyə olunan dozası 1200 mq/sutkada təşkil edir. Ağrı sindromu aradan qalxdıqdan sonra, növbəti ağrı tutması meydana çıxana qədər preparatın istifadəsi ilə müalicə tədricən dayandırılmalıdır. Yaşlı pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 2 dəfə 100 mq təşkil edir; sonra bu doza, ağrı sindromu aradan qalxana qədər tədricən artırılır və bu vəziyyət, adətən, sutkada 3-4 dəfə 200 mq dozanın istifadəsi ilə əldə olunur. Sonra həmin doza, minimal dəstəkləyici dozaya qədər tədricən aşağı salınmalıdır. Göstərilən kateqoriyadan olan pasiyentlərdə üçlü sinirin nevralgiyası zamanı preparatın maksimal tövsiyə olunan dozası 1200 mq/sutkada təşkil edir. Ağrı sindromu aradan qalxdıqdan sonra, növbəti ağrı tutması meydana çıxana qədər preparatın istifadəsi ilə müalicə tədricən dayandırılmalıdır. Alkoqol abstinensiyası sindromu Preparatın orta dozası sutkada 3 dəfə 200 mq təşkil edir. Ağır vəziyyətlərdə ilk bir neçə gün müddətində bu dozanı artırmaq olar (məsələn, sutkada 3 dəfə 400 mq dozaya qədər). Alkoqol abstinensiyasının ağır təzahürlərində müalicəni, preparatın sedativ və yuxugətirici təsirə malik preparatlarla (məsələn, klometiazolla, xlordiazepoksidlə) kombinasiyada istifadəsi ilə başlamaq lazımdır. Kəskin mərhələ başa çatdıqdan sonra, preparatın istifadəsi ilə müalicə monoterapiya şəklində davam etdirilə bilər. Kəskin maniakal vəziyyətlər və affektiv (bipolyar) pozğunluqların dəstəkləyici müalicəsi Preparatın sutkalıq dozası 400-1600 mq təşkil edir. Orta sutkalıq doza 400-600 mq (2-3 dəfəyə qəbul edilir) təşkil edir. Kəskin maniakal vəziyyət zamanı doza mümkün qədər sürətlə artırılmalıdır. Bipolyar pozğunluqların dəstəkləyici müalicəsi aparıldıqda, optimal tolerantlığın təmin edilməsi məqsədi ilə, dozanın hər bir növbəti artırılması kiçik olmaqla, sutkalıq doza tədricən artırılmalıdır. Uşaqlarda istifadəs:i Uşaqlarda Finlepsin retard preparatının istifadəsi üçün əsas göstəriş – epilepsiyadır. 4 yaşlı və daha kiçik uşaqlarda karbamazepini digər dərman formaları (şərbət) şəklində istifadə etmək tövsiyə olunur. Yaşı 4-dən yuxarı olan uşaqlarda müalicəni Finlepsin retard preparatının 100 mq/sutkada dozasından başlamaq və sonra dozanı tədricən, həftədə 100 mq-dan çox olmamaqla artırmaq lazımdır. Dəstəkləyici dozalar: uşaqlar üçün preparatın dozası sutkada 10-20 mq/kq bədən kütləsi hesabı ilə müəyyən edilməlidir (bir neçə dəfəyə qəbul edilir). Uşağın yaşı Preparatın sutkalıq dozası 4-5 yaş sutkada 200-400 mq 6-10 yaş sutkada 400-600 mq 11-15 yaş sutkada 600-1000 mq > 15 yaş 800-1200 mq (böyüklərdə olduğu kimi) Maksimal dozaları: < 6 yaşlı uşaqlarda – 35 mq/kq/sutkada, 6-15 yaşlı uşaqlarda – 1000 mq/sutkada, > 15 – 1200 mq/sutkada təşkil edir. Preparatın uşaqlarda digər göstərişlər əsasında istifadəsi ilə bağlı kifayət qədər etibarlı məlumatın olmamasını nəzərə alaraq, preparatın dozalanma rejimini, aşağıda göstərilən cədvəldə qeyd olunan dozalanmaları aşmamaq şərti ilə uşağın yaşına və bədən kütləsinə müvafiq seçmək tövsiyə olunur. Preparatın istifadəsinin dayandırılması Preparatın istifadəsinin qəflətən dayandırılması epileptik tutmaların meydana çıxmasını təhrik edə bilər və bu səbəbdən, karbamazepinin istifadəsi 6 ay və daha çox müddət ərzində tədricən dayandırılmalıdır. Epilepsiyalı pasiyentlərdə preparatın istifadəsinin dayandırılması üçün zərurət yarandığı halda, pasiyentin digər epilepsiyaəleyhinə preparatın istifadəsinə keçirilməsi, belə vəziyyətlərdə göstəriş olan preparatın istifadəsi ilə həyata keçirilməlidir.

 

Əlavə təsirləri

Müəyyən növ, məsələn, MSS-də (başgicəllənmə, başağrı, ataksiya, yuxululuq, yorğunluq hissi, diplopiya), mədə-bağırsaq sistemində (ürəkbulanma, qusma) baş verən əlavə təsirlər, eləcə də, allergik dəri reaksiyalarına, xüsusilə preparatla müalicənin əvvəlində və ya preparatın həddindən artıq yüksək birdəfəlik dozalarının istifadəsi və ya yaşlı pasiyentlərin müalicəsi zamanı çox teztez və ya tez-tez rast gəlinir. Dozadanasılı əlavə təsirlər, spontan olduğu kimi preparatın dozasının müvəqqəti azaldılmasından sonra da adətən bir neçə gün ərzində aradan qalxır. MSS-də baş verən əlavə təsirlərin inkişafı preparatın doza həddinin aşılmasının və ya qan plazmasında təsiredici maddənin konsentrasiyasının əhəmiyyətli dərəcədə dəyişməsinin nəticəsi ola bilər. Belə hallarda qan plazmasında təsiredici maddənin konsentrasiyasının monitorinqini aparmaq məsləhət görülür. Arzuolunmayan dərman reaksiyaları MedDRA təsnifatı ilə orqanlar və orqanlar sisteminə müvafiq qruplaşdırılıb, hər qrup daxilində rastgəlmə tezliyi azalma sırasında sadalanıb. Hər qrup daxilində arzuounmayan dərman reaksiyalarının tezliyi onların dərəcəsinə görə azalması sırasında qeyd edilib. Müxtəlif əlavə təsirlərin rastgəlmə tezliyinin qiymətləndirilməsi zamanı aşağıdakı bölgüdən istifadə edilir: Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥ 1/10000 - < 1/1000); o cümlədən, ayrıayrı hallar.

Psixikada baş verən pozuntular: nadir hallarda-halüsinasiya (görmə və ya eşitmə), depressiya, aqressiya, narahatlıq, ajitasiya, şüurun dumanlanması; çox nadir hallarda-psixozun aktivləşməsi.

Sinir sistemində baş verən pozuntular: çox tez-tez-ataksiya, başgicəllənmə, şüur pozuntusu; teztez-diplopiya, başağrı; bəzən-anomal qeyri-iradi hərəkətlər (məsələn, tremor, “çırpınan” tremor (asterixis), əzələ distoniyası, tiklər), nistaqm; nadir hallarda-diskineziya, gözün hərəki pozuntusu, nitqin pozulması (məsələn, disartriya, dolaşıq nite), xoreoatetoz, periferik nevropatiya, paresteziya, pares; çox nadir hallarda-bədxassəli neyroleptik sindrom, mioklonusla və periferik eozinofiliya ilə aseptik meningit, disgevziya.

Dəridə və dərialtı toxumada baş verən pozuntular: çox tez-tez-əhəmiyyətli dərəcədə təzahür edən övrə, allergik dermatit bəzən-eksfoliativ dermatit; nadir hallarda-sistem qırmızı qurdeşənəyi, dəri qaşınması; çox nadir hallarda-Stivens-Conson sindromu (Aziyanın bəzi ölkələrində “Nadir hallarda” kimi təsnif edilib), toksik epidermal nekroliz (Layell sindromu), fotosensibilizasiya reaksiyaları, multiformalı eritema, düyünlü eritema, dəri piqmentasiyasının pozulması, purpura, akne, hiperhidroz, alopesiya, hirsutizm.

Qanda və limfa sistemində baş verən pozuntular: çox tez-tez-leykopeniya; tez-teztrombositopeniya, eozinofiliya; nadir hallarda-leykositoz, limfaadenopatiya; çox nadir hallardaaqranulositoz, aplastik anemiya, pansitopeniya, həqiqi eritrositar aplaziya, anemiya, meqaloblast anemiya, retikulositoz, hemolitik anemiya. Preparatın qəbulu zamanı aqranulositoz və aplastik anemiya inkişaf edə bilər. Lakin bu vəziyyətin çox nadir hallarda baş verməsilə əlaqədar onların yaranması riskinin miqdarı qiymətləndirilməsi çətinlik törədir. Məlumdur ki, müalicə almayan ümumi populyasiyada aqranulositozun yekun inkişaf riski ildə bir milyon əhaliyə 4,7 hal, aplastik anemiya isə ildə bir milyon əhaliyə 2,0 hal təşkil edir.

Mədə-bağırsaq sistemində baş verən pozuntular: çox tez-tez-ürəkbulanma, qusma; tez-tezağızda quruluq; bəzən-diareya, qəbizlik; nadir hallarda-qarın nahiyəsində ağrı; çox nadir hallarda-qlossit, stomatit, pankreatit. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular: nadir hallarda-parenximatoz (hepatosellyulyar) və ya qarışıq tipli xolestatik hepatit, sayının azalması ilə qaraciyərdaxili öd axarlarının destruksiyası; çox nadir hallarda-qaraciyər çatışmazlığı, qaraciyərin qranulematoz zədələnməsi.

İmmun sistemdə baş verən pozuntular: nadir hallarda-qızdırma ilə, dəri səpgisi, vaskulitlə, limfadenopatiya ilə, psevdolimfoma ilə, artralgiya ilə, leykopeniya ilə, eozinofiliya ilə, hepatosplenomeqaliya və qaraciyər funksiyasının göstəricilərinin dəyişməsilə və sayının azalması ilə öd axarlarının qaraciyərdaxili destruksiyası ilə (sadalanan təzahürlər müxtəlif kombinasiyalarda rast gəlinir) ləng tipli poliorqan hiperhəssaslığı, eləcə də, digər orqanlar da daxil ola bilər (məsələn, ağciyərlər, böyrəklər, mədəaltı vəzi, miokard, yoğun bağırsaq); çox nadir hallarda-anafilaktik reaksiya, angionevrotik ödem, hipoqammaqlobulinemiya. Yuxarıda qeyd edilən yüksək həssaslıq reaksiyalarının yaranması zaman preparatın istifadəsi dayandırılmalıdır.

Ürəkdə baş verən pozuntular: nadir hallarda-ürəkdaxili keçiriciliyin pozulması; çox nadir hallarda-aritmiya, bayılma ilə atrioventrikulyar blokada, bradikardiya, xroniki ürək çatışmazlığı, ürəyin işemik xəstəliyinin kəskinləşməsi.

Damarlarda baş verən pozuntular: nadir hallarda-arterial hipertenziya və ya hipotenziya; çox nadir hallarda-sirkulyator kollaps, tromboflebit, tromboemboliya (məsələn, ağciyər arteriyasının tromboemboliyası).

Endokrin sistemdə baş verən pozuntular: tez-tez-ödem, maye ləngiməsi, bədən çəkisinin artması, hiponatriemiya və antidiuretik hormonun təsirinə bənzər effektin nəticəsində qanın osmolyarlığının azalması, bu da, nadir hallarda letargiya, qusma, başağrı dezoriyentasiya və nevroloji pozuntu ilə müşayiət edilən su intoksikasiyasına səbəb olur (hiponatriemiya); çox nadir hallarda-qalaktoreya, ginekomastiya.

Maddələr mübadiləsində baş verən pozuntular: nadir hallarda-fol turşusunun defisiti, iştahanın azalması; çox nadir hallarda-kəskin porfiriya (kəskin aralıq porfiriya və qarışıq porfiriya), qeyrikəskin porfiriya (gecikmiç dəri porfiriyası).

Böyrəklərdə və sidiçıxarıcı yollarda baş verən pozuntular: çox nadir hallarda-tubulointerstisial nefrit, böyrək çatışmazlığı, böyrək funksiyasının pozulması (məsələn, albuminuriya, hematuriya, oliquriya, sidik cövhərinin yüksəlməsi/azotemiya), sidiyin ləngiməsi, sidikburaxmanın artması.

Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozuntular: çox nadir hallarda-cinsi funksiyanın pozulması/erektil disfunksiya, spermatogenezin pozulması (spermatozoidlərin miqdarının və onların hərəkətliliyinin azalması).

Görmə orqanında baş verən pozuntular: tez-tez-akkomodasiyanın pozulması (o cümlədən, dumanlı görmə); çox nadir hallarda-büllur qişanın bulanması, komyunktivit.

Eşitmə orqanında və labirintdə baş verən pozuntular: çox nadir hallarda-eşitmənin pozulması, o cümlədən, qulaqlarda küy, hiperakuziya, hipoakuziya, səs dalğasının qavramasının dəyişməsi.

Skelet-əzələ sistemində vəbirləşdirici toxumada baş verən pozuntular: nadir hallarda-əzələ zəifliyi; çox nadir hallarda-sümük metabolizminin pozulması (osteomalyasiyaya/osteoporoza səbəb olan qan plazmasında kalsiumun miqdarının və 25-hidroksixolekalssiferolun azalması), artralgiya, mialgiya və əzələ spazmı.

Tənəffüssistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular: çox nadir hallarda-qızdırma, təngnəfəslik, pnevmonitlə və ya pnevmoniya ilə xarakterizə olunan hiperhəssaslıq reaksiyaları.

Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: çox tez-tez-yüksək yorğunluq.

Laborator və instrumental məlumatlar: çox tez-tez-qammaqlutamiltransferazanın aktivliyinin artması (qaraciyərdə bu fermentin induksiyası nəticəsində), bu da, adətən klinik əhəmiyyətə malik deyil; tez-tez-qanın qələvi fosfotazasının aktivliyinin artması; bəzən-transaminazaların aktivliyinin yüksəlməsi; çox nadir hallarda-gözdaxili təzyiqin yüksəlməsi, yüksək sıxlıqlı xolesterin lipoproteidlər və triqliseridlər daxil olmaqla, xolesterinin konsentrasiyasının artması, qalxanabənzər vəzinin funksiyasının göstəricilərinin dəyişməsi-tiroksinin (sərbəst və əlaqəli fraksiya) vvə triyodtironinin konsentrasiyasının azalması və tireotrop hormonun konsentrasiyasının artması, bu da, klinik təzahürlə müşayiət edilmir, qan zərdabında prolaktinin konsentrasiyasının yüksəlməsi. Qeydiyyatdan sonrakı dövrdə aşkar edilən əlavə təsirlər (məlumatlar naməlum ölçülü populyasiyadan əldə edilmişdir ki, bunun da nəticəsində rastgəlmə tezliyini müəyyən etmək mümkün deyil, “məlum deyil”)

İnfeksion və parazitar xəstəliklər: 6 tip sadə herpes virusunun reaktivasiyası.

Qanda və limfatik sistemdə baş verən pozuntular: sümük iliyinin çatışmazlığı.

Travmalar, intoksikasiyalar və manipulyasiyanın çətinləşməsi: yıxılma (preparatın qəbulu ilə törənən ataksiya, başgicəllənmə, şüur pozuntusu, arterial hipotenziya, şüurun dumanlanması, sedasiya ilə əlaqədar). Sinir sistemində baş verən pozuntular: sedasiya, yaddaşın pozulması.

Mədə-bağırsaq sistemində baş verən pozuntular: kolit.

İmmun sistemdə baş verən pozuntular: eozinofiliya və sistem təzahürlərlə (DRESS sindrom) dərman səpgisi.

Dəridə və dərialtı toxumada baş verən pozuntular: kəskin yayılmış ekzantematoz pustulyoz, lixenoid keratoz, onixomadezis.

Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: sümüklərin qırılması.

Laborator və instrumental məlumatlar: sümük toxumasının sıxlığının azalması. Qeyd edilən istənilən əlavə təsir dərinləşdikdə və ya təlimatda qeyd edilməyən istənilən digər əlavə təsir aşkar edildikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

 

Doza həddinin aşılması

Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması özünü adətən, MSS-də (mərkəzi sinir sistemində), ürək-damar və tənəffüs sistemlərində baş verən pozğunluqlarla və eləcədə, “Əlavə təsirləri” bölməsində göstərilən hallarla biruzə verir. Doza həddinin aşılması baş verdiyi halda, aşağıda göstərilən simptomların və şikayətlərin meydana çıxması mümkündür.

Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: MSS-nin funksiyalarının tormozlanması; şüurun pozulması, dezoriyentasiya, yuxuya meyllilik, ajitasiya, hallyusinasiyalar, koma; görmənin dumanlanması, qeyri-aydın nitq, dizartriya, nistaqm, ataksiya, diskineziya, hiperrefleksiya (başlanğıcda), hiporefleksiya (bir qədər gec); qıcolmalar, psixomotor pozğunluqlar, mioklonus, hipotermiya, midriaz.

Tənəffüs sistemində baş verən pozğunluqlar: tənəffüsün tormozlanması, ağciyər ödemi.

Ürək-damar sistemində baş verən pozğunluqlar: taxikardiya, arterial hipotenziya və ya ayrı-ayrı hallarda arterial hipertenziya, QRS kompleksin genişlənməsi ilə müşayiət olunan keçiricilik qabiliyyətinin pozulması; ürəyin dayanması və ürəyin dayanması nəticəsində meydana çıxan bayğınlıqlar.

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: qusma, mədə möhtəviyyatının boşalmasının ləngiməsi, yoğun bağırsağın motorikasının aşağı düşməsi.

Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: orqanizmdə sidiyin ləngiməsi, oliquriya və ya anuriya; orqanizmdə mayenin ləngiməsi; karbamazepinin effekti nəticəsində meydana çıxan və antidiuretik hormonun təsiri ilə oxşar olan su intoksikasiyası (durulaşma hiponatriumemiyası).

Skelet-əzələ sistemində baş verən pozğunluqlar: karbamazepinin istifadəsi ilə əlaqəli rabdomioliz barədə məlumatlar mövcuddur.

Laborator göstəricilərdə qeyd olunan dəyişikliklər: hiponatriumemiya, metabolik asidozun meydana çıxması mümkündür, hiperqlikemiyanın inkişaf etməsi mümkündür, kreatinfosfokinaza fermentinin əzələ fraksiyasının aktivliyinin yüksəlməsi. Müalicəsi: Preparatın spesifik antidotu yoxdur. Başlanğıc müalicənin aparılması pasiyentin klinik vəziyyətinə əsaslanmalıdır – hospitalizsiya göstərişdir. Zəhərlənmənin göstərilən preparatın istifadəsi nəticəsində baş verməsinin təsdiq olunması və doza həddinin aşılmasının qiymətləndirilməsi məqsədi ilə qan plazmasında karbamazepinin konsentrasiyasının müəyyən edilməsi aparılır. Mədə möhtəviyyatının boşaldılması və mədənin yuyulması həyata keçirilməli və aktivləşdirilmiş kömür qəbul edilməlidir. Mədə möhtəviyyatının geçikmiş boşaldılması sorulmanın ləngiməsinə və sağalma dövründə intoksikasiya simptomlarının təkrar meydana çıxmasına gətirib çıxara bilər. İntensiv terapiya şöbəsində simptomatik dəstəkləyici müalicə aparılır; ürək funksiyalarının monitorinqi təyin olunur və su-elektrolit balans pozğunluqlarının dəqiq korreksiyası aparılır. Kömür sorbentləri əsasında hemosorbsiyanın aparılması tövsiyə olunur. Hemodializ – karbamazepinin istifadəsi ilə əlaqəli doza həddinin aşılmasının effektiv müalicə metodudur. Doza həddinin aşılması baş verdikdən sonra 2-ci və 3-cü günlərdə simptomların təkrar güclənməsi mümkündür ki, bu da karbamazepinin ləng sorulması ilə əlaqəlidir.

 

Buraxılış forması

Uzunmüddətli təsirə malik tabletlər 200 mq, 400 mq. 10 tablet, PVX/PVDX/laminatlı alüminium folqalı blisterdə. 3, 4 və ya 5 blister, içlik vərəqə ilə birlikdə ilkin açılmaya nəzarəti olan karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.