Pharmed
FEMINES N10 SAM
FEMİNES, vaginal şam
FEMİNES tərkibi
Təsiredici maddə: 1 vaginal şamın tərkibində 500 mq metronidazol, 100 mq neomisin sulfat, 100 000 BV nistatin, 5 mq hidrokortizon asetat vardır.
İstifadəsinə göstərişlər
Vaginal şamlar forma sında Femines preparatı aşağıda qeyd edilmiş müxtəlif səbəblərdən yaranan vaginitlərin müalicəsində yüksək dərəcədə effektivdir: • Xüsusilə kandidoz və ya bakterial infeksiyaya şübhə olduqda, vaginada və vulvada qaşınma və yanma hissi ilə müşayiət olunan leykorreya. • Anaerob bakteriyalar tərəfindən yaranan hallar da daxil olmaqla (anaerob vaginozlar) bakterial vaginitlər. • Trixomonad vaginiti. • Vaginal və ya vulvovaginal kandidozlar.
• Trichomonas vaginalis, göbələklər və/ və ya bakteriyalar tərəfindən yaranan qarışıq vaginal infeksiyalar.
Əks göstərişlər
Preparatın hər hansı komponentlərinə qarşı yüksək həssaslıq halları.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Femines vaginal şamlarının hamiləlik və laktasiya dövrü istifadəsi tövsiyə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
FEMİNES istifadə qaydası və dozası
Femines vaginal şamları, gündə bir dəfə (yataq vəziyyətində) və ya gündə iki dəfə ardıcıl 5 -10 gün ərzində və ya həkim tərəfindən təyin edildiyi müddət ərzində vaginaya dərinə daxil edilməlidir. Müalicə zamanı menstruasiya baş versə belə, tövsiyə olunan müddətə davam etdirilməlidir.