Pharmed
FEMILEKS 100MG N10 SAM
FEMİLEKS, vaginal suppozitoriyalar
FEMİLEKS tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq süd turşusu vardır.
İstifadəsinə göstərişlər
Uşaqlıq yolunun mikroflorasının və p H-nın pozulmasının normallaşdırılması, o cümlədən, bakterial vaginoz zamanı (kompleks terapiyanın tərkibində).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, kandidoz vulvovaginit, 18 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Femileks® preparatının hamiləlik və laktasiya dövründə istifadəsinə dair xüsusi tədqiqatlar aparılmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlarda süd turşusunun dölə hər hansı toksik təsirinin əlamətləri aşkar edilməyib. Klinik tədqiqatlarda süd turşusunun intravaginal yeridilmə üçün müxtəlif dərman formaları şəklində təhlükəsizliklə əlaqədar heç bir problem aşkar edilməyib. Süd turşusunun məməlilərin metabolizminin aralıq məhsulu və insan orqanizmində normal miqdarda olduğu faktı nəzərə alınsa, o cümlədən, dölətrafı suda, ana südündə, Femileks® preparatının hamiləlik və laktasiya dövründə istifadəsi ana üçün potensial fayda və dölə və körpəyə olan riski qiymətləndirildikdən sonra mümkündür.
İstifadədən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
FEMİLEKS istifadə qaydası və dozası
İntravaginal istifadə edilir. Suppozitoriyaları istifadə etməzdən əvvəl konturlu qablaşdırmadan azad etmək lazımdır. 1 vaginal suppozitoriya sutkada 1 dəfə uşaqlıq yoluna yeridilir (ayaqları azacıq qatlamaqla kürəyi üstə uzanmış). Müalicə kursu 10 gündür.
Müalicədən sonra yaxşılaşma müşahidə edilmədikdə və ya yeni simptomlar təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir. Preparatı, yalnız içlik vərəqədə qeyd edilən göstərişi üzrə, istifadə qaydası və eyni dozada istifadə etmək lazımdır.