PharmEd

Pharmed

EVINOL 400IU N30 CAP

EVİNOL 

Beynəlxalq patentləşdirilməmiş adı: Vitamin E (d-alpha Tocopheril Acetate Ph. Eur.)

 

EVİNOL Tərkibi

Təsiredici maddə: 1 kapsulda 400 BV təbii E vitamininə ekvivalent 294,12 mq d-alfa tokoferilasetat vardır.
Köməkçi maddələr: günəbaxan yağı, jelatin, qliserin, təmizlənmiş su.


Farmakoterapevtik qrupu

Vitamin preparatı.

ATC kodu: A11HA03.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
E vitamini orqanizmdə antioksidant funksiyasını həyata keçirən mühüm bir maddədir. O,
doymamış yağ turşularını, həmçinin hüceyrə membranının fosfolipidlərini və digər oksigenə
həssas maddələri (vitamin A və askorbin turşusu kimi) sərbəst radikallardan qoruyur.
Farmakokinetikası:
E vitamininin mədə-bağırsaq traktından absorbsiyası ödün və mədəaltı vəzinin fermentativ
aktivliyindən asılıdır. E vitamininin dozası artdıqda, onun absorbsiya olunan miqdarı da çoxalır.
Sorulandan sonra E vitamini limfa xilomikronları ilə dövr edir, sonra alfa- və beta-lipoproteidlərlə
birləşərək bütün toxumalara geniş yayılır və əsasən piy toxumasında ehtiyat şəklində yığılır.
E vitaminin bir hissəsi qaraciyərdə metabolizmə uğrayaraq, nəticədə tokoferon turşusunun
qlükoronidləri və qamma-lakton yaranır, hansı ki sidiklə, əsas hissəsi isə tədricən ödlə xaric
olunur. E vitamini ana südündə aşkar olunur, lakin ciftdən zəif keçir.

 

İstifadəsinə göstərişlər

E vitamin çatışmazlığı və profilaktikası, həmçinin antioksidant xüsusiyyəti sayəsində ümumi
sağlamlığın qorunması.

 

Əks göstərişlər

• EVİNOL dərman vasitəsinin təsiredici maddəsi olan E vitamininə və ya hər hansı bir digər
komponentinə qarşı yüksək həssaslıq (allergiya).
• Hamiləlik və laktasiya dövründə (xüsusi göstərişlər zamanı) yalnız həkim nəzarəti altında
istifadə oluna bilər.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

E vitamini antikoaqulyantların (varfarin və ya indandion törəməli dərman vasitələri), estrogenlərin
effektini gücləndirə, həmçinin aspirinin antiaqreqant təsirini potensiallaşdıra bilər.
E vitamini K vitamininin antaqonisti kimi müəyyən pasiyentlərdə qanın laxtalanma müddətinin
artmasına səbəb ola bilər.
Peroral kontraseptiv vasitələr qəbul edən qadınlarda, qanın laxtalanma prosesində pozğunluqları
zamanı, yüksək dozada antikoaqulyant müalicə qəbul edən xəstələrdə, həmçinin K vitamini
çatışmazlığı kimi hallarda ehtiyatla istifadə olunmalıdır. Bu kimi hallarda qanaxmaya meyillilik
yarana bilər. Tokoferol qəbul edən xəstərdə tromboflebit müşahidə oluna bilər.
E vitamininin terapevtik istifadəsi hemorragik insultun yaranma təhlükəsi ilə əlaqələndirilir.
Bəzi klinik mənbələrdə E vitamini ilə uzunmüddətli müalicənin çəkisi az olaraq doğulmuş
uşaqlarda nekrotik enterokolitin inkişaf riskini artırdığı bildirilir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Evinol preparatı ilə aşağıda qeyd edilən dərman preparatlarını yanaşı qəbul etsəniz dərhal
həkiminizə söyləyin:
- Antikoaqulyant preparatlar
- Trombolitik preparatlar
- A vitamini və K vitamini
- Xolestiramin
- Kimyaterapiya preparatları
- Peroral kontraseptivlər

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman preparatını qəbul etməkdən öncə həkiminizə məlumat verin.
Hamiləlik zamanı preparatın qəbulu mümkündür.
Müalicə dövründə ana südü ilə qidaladırmanı dayandırmaq lazımdır.
Pediatriyada istifadəsi
Uşaqlarda istifadə etmək məsləhət görülmür.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir
göstərmir.

 

EVİNOL  İstifadə qaydası və dozası

Gündə 1 kapsul daxilə qəbul edilir. Müalicə müddətini həkim təyin etməlidir.

 

Əlavə təsirləri

Adətən E vitamini orqanizm tərəfindən yaxşı qəbul olunur.
Yüksək dozalarda istifadə olunduğu zaman aşağıda qeyd olunan hallar rast gələ bilər:
- Diareya;
- Abdominal ağrılar;
- Mədə-bağırsaq pozğunluqları;
- Baş ağrısı;
- Dumanlı görmə;
- Allergik reaksiyalar;
- Qripəbənzər simptomlar;
- Yorğunluq və zəiflik meydana çıxa bilər.
Bu hallardan hər hansı biri meydana çıxarsa, dərhal həkimə müraciət etməlisiniz.

 

Buraxılış forması

10 kapsul blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.