Pharmed
EUTİROKS TB
EUTİROKS 25 mkq, 50 mkq, 75 mkq, 100 mkq, 125 mkq və ya 150 mkq tabletlər
EUTİROKS tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25, 50, 75, 100, 125 və ya 150 mkq levotiroksin
natrium* vardır.
Köməkçi maddələr: mannitol, qarğıdalı nişastası, jelatin, natrium kroskarmelloza, limon turşusu,
maqnezium stearat.
*stabillik üçün 5% artıq levotiroksin əlavə edilir.
İstifadəsinə göstərişlər
Eutiroks® 25-150 mkq
- Xoşxassəli eutireoid zobun müalicəsi;
- əməliyyatdan sonrakı hormonal statusdan asılı olaraq, cərrahi müalicədən sonrakı eutireoid
zobun residivinin profilaktikası;
- hipotireoz zamanı əvəzedici terapiya;
- qalxanabənzər vəzi xərçənginin supressiv terapiyası.
Eutiroks® 25-100 mkq
- Hipertireozun antitireoid preparatlarla müalicəsi zamanı yanaşı terapiya.
Eutiroks® 100/150 mkq
- Tireoid supressiya testinin aparılması zamanı diaqnostik vasitə qismində istifadəsi.
Əks göstərişlər
- Təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq;
- müalicə olunmamış böyrəküstü vəzi çatışmazlığı;
- müalicə olunmamış hipofizar çatışmazlıq;
- müalicə olunmamış tireotoksikoz;
- hipertireoz zamanı hamiləlik dövründə levotiroksinlə və antitireoid vasitələrlə kombinəolunmuş
terapiya (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax);
- kəskin miokard infarktı, kəskin miokardit və kəskin pankardit zamanı Eutiroks ilə müalicəyə
başlamamalısınız.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə və xüsusilə, laktasiya dövründə levotiroksinin istifadəsini davam etdirmək
lazımdır. Hamiləlik dövründə preparatın dozasının artırılması tələb oluna bilər.
Hamiləliyin artıq 4-cü həftəsində qan zərdabında TTH səviyyəsinin yüksələ bilməsini nəzərə alaraq,
levotiroksindən istifadə edən hamilə qadınlarda qan zərdabında TTH səviyyəsinin göstəricilərinin
trimestr-spesifik normal göstəricilər çərçivəsindən kənara çıxmamasına əmin olmaq məqsədi ilə
hamiləlik dövrünün hər bir trimestri müddətində TTH səviyyəsinə nəzarət etmək lazımdır. Qan
zərdabında TTH-nin yüksək səviyyəsini levotiroksinin dozasının artırılması yolu ilə korreksiya
etmək lazımdır. Doğuşdan sonra TTH səviyyəsi hamiləlik baş verməzdən əvvəl qeyd olunan TTH
səviyyəsinə müvafiq olmalıdır və bu səbəbdən, doğuşdan dərhal sonra levotiroksinin dozalanması
ilkin dozalanma səviyyəsinə qaytarılmalıdır. Doğuşdan 6-8 həftə sonra, qan zərdabında TTH-nin
ilkin səviyyəsi əldə olunur.
Hamiləlik dövrü
Preparatı tövsiyə olunan terapevtik dozalarda istifadə etdikdə, teratogen və fetotoksik effektlərin
meydana çıxması barədə heç bir məlumat yoxdur. Hamiləlik dövründə preparatın həddindən artıq
yüksək dozalarının istifadəsi, dölə və postnatal inkişafa neqativ təsir göstərə bilər.
Levotiroksin natriumun istifadəsi zamanı antitireoid preparatların dozalarının artırılması tələb oluna
bilər və bu səbəbdən, hamiləlik dövründə preparatın antitireoid vasitələrlə kombinasiyada istifadəsi
əks göstərişdir. Levotiroksin natriumdan fərqli olaraq, antitireoid preparatlar plasentadan keçə
bilərlər və nəticədə döldə hipotireoz inkişaf edə bilər.
Hamilə qadınlarda radioaktiv maddələrin istifadəsinin əks göstəriş olduğunu nəzərə alaraq,
hamiləlik dövründə diaqnostik tireoid supressiya testinin aparılması tövsiyə olunmur.
Laktasiya dövrü
Laktasiya dövründə levotiroksin ana südünə sekresiya olunur, lakin, tövsiyə olunan terapevtik
dozalarda istifadə edildikdə Eutiroks® preparatının konsentrasiyaları südəmər körpədə hipertireozun
inkişaf etməsi üçün və ya TTH-nin sekresiyasının tormozlanması üçün yetərli deyil.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsirini öyrənən
tədqiqatlar aparılmayıb. Buna baxmayaraq, levotiroksin natrium təbi tireoid hormona identik olduğu
üçün nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə mənfi təsiri gözlənilmir.
EUTİROKS istifadə qaydası və dozası
Dozalanması
Pasiyentlərin fərdi tələbatları əsasında müalicənin aparılması üçün miqdarına görə müxtəlif tərkibli
levotiroksin natrium tabletləri mövcuddur – 25 mkq-dan 150 mkq-a qədər. Bu səbəbdən, pasiyentlər
adətən, sutkada cəmi 1 tablet qəbul etməlidirlər.
Preparatın dozalanmasına dair tövsiyələr aşağıda göstərilən cədvəllərdə göstərilmişdir.
Preparatın sutkalıq dozası, laborator testlərin və klinik müayinələrin cavabından asılı olaraq, fərdi
şəkildə müəyyən edilir.
Pasiyentlərin əksəriyyətində T4-ün və FT4-ün yüksək konsentrasiyalarının müşahidə olunmasını
nəzərə alaraq, qan zərdabında tireotrop hormonun bazal konsentrasiyası müalicə kursunu müəyyən
etmək üçün daha etibarlı əsası təmin edir.
Tireoid hormonların istifadəsi ilə müalicəni aşağı dozalardan başlamaq və tam əvəzedici doza əldə
edilənə qədər, hər 2-4 həftədən bir dozanı tədricən artırmaq lazımdır.
Pediatrik populyasiya
Anadangəlmə hipotireoz qeyd olunan yenidoğulmuşlarda və uşaqlarda sürətli əvəzedici müalicənin
aparılması tələb olunduğu halda, preparatın başlanğıc tövsiyə olunan dozası ilk 3 ay müddətində
sutkada 10-15 mkq/kq bədən kütləsinə təşkil edir. Sonra, preparatın dozasını klinik nəticələrdən,
TTH-nin və tireoid hormonların səviyyəsindən asılı olaraq, fərdi qaydada korreksiya etmək
lazımdır.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə və ağır dərəcəli və
uzun müddət ərzində mövcud olan hipotireozdan əziyyət çəkən pasiyentlərdə müalicəni preparatın
aşağı dozalarının (məsələn, 12,5 mkq/sutkada) istifadəsindən başlamaq və həmin dozaları, tireoid
hormonların tez-tez monitorinqini aparmaqla uzunmüddətli fasilələrlə (məsələn, dozanın, iki
həftədən bir 12,5 mkq/sutkada tədricən artırılması) tədricən artırmaq lazımdır. Bu səbəbdən, həmin
pasiyentlərdə TTH səviyyəsinin tam korreksiyasına gətirib çıxarmayan, tam əvəzedici müalicəni
təmin etməyən daha aşağı dozanın təyin edilməsini nəzərdən keçirmək mümkündür.
Preparatın istifadə təcrübəsi onu göstərir ki, aşağı bədən kütləsinə malik pasiyentlər və iri ölçülü
düyünlü zob qeyd olunan pasiyentlər üçün preparatın daha aşağı dozalanması yetərlidir.
İstifadə qaydası
Preparatın sutkalıq dozalarını birdəfəyə qəbul etmək olar.
Preparat aşağıda göstərildiyi qaydada daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur: bir sutkalıq
dozanı səhər yeməyindən 30 dəqiqə əvvəl, əsasən acqarına az miqdar (yarım stəkan) su ilə birlikdə
qəbul etmək lazımdır.
Südəmər körpələrə sutkalıq dozanı birinci səhər qida qəbulundan 30 dəqiqə əvvəl birdəfəyə qəbul
etdirmək lazımdır. Tabletlər suda həll edilir və əmələ gəlmiş suspenziya daha bir qədər su ilə
birlikdə daxilə qəbul edilir.
Hipotireozun əvəzedici müalicəsi aparıldıqda və strumektomiyadan və ya tireoidektomiyadan sonra
və eləcə də, eutireozdan əziyyət çəkən pasiyentlərdə zobun residivləşməsinin profilaktikası məqsədi
ilə preparatın istifadəsi, bir qayda olaraq, ömrün sonuna qədər davam etdirilir. Eutireoid vəziyyət
əldə edildikdən sonra, hipertireozun kombinəolunmuş müalicəsi, antitireoid preparatların təyin
edildiyi müddət ərzində göstərişdir. Xoşxassəli eutireoid zob zamanı müalicənin davametmə
müddəti 6 aydan 2 ilə qədər təşkil edir. Göstərilən müddət ərzində istənilən müalicəvi effekt əldə
olunmadığı halda, cərrahi müdaxilənin və ya zobun radioaktiv yodla müalicəsinin mümkünlüyünü
nəzərdən keçirmək lazımdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merck Healthcare KGaA , Germany.
Merck Healthcare KGaA Frankfurter Strasse 250, 64293 Darmstadt, Germany.
Qeydiyyat vəsiqəsinin sahibi
Merck LLC, Russian Federation.
Merck LLC, Valovaya Str. 35, 115054, Moscow, Russian Federation.
Dərman vasitəsinin keyfiyyəti üzrə istehlakçılardan iradları qəbul edən və Azərbaycan
Respublikası ərazisində dərman vasitəsinin təhlükəsizliyi üzrə qeydiyyatdan sonrakı
müşahidəyə cavabdeh olan təşkilat
Azərbaycandakı nümayəndəlik Acino Pharma AG (İsveçrə Konfederasiyası).
Bakı ş., Azərbaycan, İzmir k., 1033,
HYATT Tower II, 1-ci mərtəbə.
Tel.: +994 (12) 504 00 44.
E-mail: PV_AZ@acino.swiss