Pharmed

ETOFLEKS 50MG 40GR GEL

ETOFLEKS® xaricə istifadə üçün gel
ETOFLEX

 


Beynəlxalq patentləşdirilməmiş adı: Etofenamate

 

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 50 mq etofenamat vardır.
Köməkçi maddələr: evkalipt efir yağı, şam ağacının efir yağı, polietilenqlikol 400, emulgin 
 M8, karbomer, trietanolamin, izopropil spirti və ionsuzlaşdırılmış su.

 

Farmakoterapevtik qrupu

Xaricə istifadə üçün iltihabəleyhinə qeyri-steroid preparat.

 

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli kəskin ağrılar 
*Ağrı, oynaqların iltihabı və yumşaq toxumanın travma zamanı zədələnməsi, degenerativ və revmatik xəstəliklər (dartılma, çıxıqlar, əzilmələr, lümbaqo, bursit, miozit, tendovaginit, 
mialgiya, artrit).
*boyun və çiyin ağrıları

 

Əks göstərişlər

Etofenamata, flufenam turşusuna və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Hamiləliyin altıncı ayından sonra ETOFLEKS ®-dən istifadə edilməməlidir. Həmçinin bu 
müddətdən əvvəl də həkiminiz zərurət olduğunu bildirməzsə, ETOFLEKS ®-dən istifadə 
etməyin.
Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə, həkiminizlə və ya 
əczaçınızla məsləhətləşin.
Etofenamat ana südünə kiçik miqdarda keçdiyi üçün, ETOFLEKS ®-dən uzun müddət istifadə 
etməyin və gündəlik doza həddini aşmayın. Dərmanın körpənizə təsir etməsinə yol verməmək 
üçün körpənizi əmizdirdiyiniz müddət ərzində ETOFLEKS ®-i döş qəfəsi nahiyənizə çəkməyin. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri

ETOFLEKS ®-in avtomobili və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir 
məlumat yoxdur. 

 

İstifadə qaydası və dozası

ETOFLEKS ® yalnız xaricə, dəri üzərinə istifadə üçündür. Geli udmaq olmaz!
ETOFLEKS ®-i bədəninizin zədələnmiş nahiyələrinə nazik təbəqə şəklində çəkin və yüngül
masaj hərəkətləri ilə dəriyə yeridin. 
ETOFLEKS ®-i çəkdikdən sonra bir neçə dəqiqə dəridə qurumasını gözləyin. Həkiminiz söylə-
mədiyi təqdirdə, müalicə edilən dəri nahiyəsini sarğı ilə örtməyin. 
Həkiminiz ETOFLEKS ® ilə müalicə müddətini sizə bildirəcəkdir. İdman xəsarətləri kimi küt 
travmalar zamanı, adətən, bir həftəlik müalicə kifayət edir.
Revmatik xəstəliklər zamanı əksər hallarda 3-4 həftəlik müalicə kifayət edir. Əgər şikayətləriniz 
davam edərsə, əlavə müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün həkiminizlə 
məsləhətləşin.

 

Buraxılış forması

40 q gel, tubda. 1 tub, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C -dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çaymayan yerdə 
saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

SantaFarma İlac Sanayii A.S. 
Okmeydanı, Boruciçegi Sokak, No: 16 34382.
Şişli-ISTANBUL.
Tel.: (+90 212) 220 64 00.
Faks: (+90 212) 222 57 59.

 

Ünvan

SantaFarma İlaç Sanayii A.Ş. 
GEBKİM 41455 Dilovası – KOCAELİ.
Tel.: (+90 262) 674 23 00.
Faks: (+90 262) 674 23 21.