Pharmed
Estolam 10 Mg N28 tablet
ESTOLAM 10 mq örtüklü tabletlər
ESTOLAM
Beynəlxalq patentləşdirilməmiş adı: Escitalopram
Tərkibi
Təsiredici maddə: 1 tabletin təkibində 10 mq essitaloprama ekvivalent miqdarda essitalopram
oksalat vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, kolloidal susuz silisium dioksid,
kroskarmelloza natrium, PVP K30, maqnezium stearat, HPMC 15cP, talk, titan
dioksid (E171), makroqol (PEG 6000).
Farmakoterapevtik qrupu
Antidepressant.
İstifadəsinə göstərişlər
ESTOLAM-ın tərkibində essitalopram vardır və o, depressiya (böyük depressiv epizodlar) və
həyəcan pozğunluqları (aqorafobiyalı və aqorafobiyasız panik pozğunluq, sosial həyəcan
pozğunluğu, generalizəolunmuş həyəcan pozğunluğu və obsessiv-kompulsiv pozğunluq kimi)
zamanı göstərişdir.
Əks göstərişlər
• Essitaloprama və ya ESTOLAM-ın köməkçi maddələrindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı
yüksək həssaslıq (allergiya).
• Selegilin (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur), moklobemid (depressiyanın
müalicəsi üçün istifadə olunur) və MAO-nun inhibitorları adlanan qrupa daxil olan linezolid
(antibiotik) ilə birlikdə istifadə .
• Pimozidlə (antipsixotik) birlikdə istifadə.
• Əgər Siz qeyri-normal ürək ritmi ilə doğulmusunuzsa və ya anamnezinizdə qeyri-normal ürək
ritmi epizodu varsa (EKQ-də görünən; ürəyin necə fəaliyyət göstərməsini qiymətləndirmək üçün
müayinə metodu).
• Əgər Siz ürək ritminin problemləri ilə əlaqədar və ya ürək ritminə təsir göstərə bilən dərman
vasitəsi qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizə və ya əczaçıya müraciət edin.
Əgər hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bu barədə həkimi məlumatlandırın.
Əgər Siz hamiləsinizsə, həkiminizlə müalicənin risk və faydası ilə bağlı müzakirə aparmadan
ESTOLAM qəbul etməyin.
Əgər Siz hamiləliyin son trimestrində ESTOLAM istifadə edirsinizsə, bilməlisiniz ki, Sizin
yenidoğulmuş uşağınızda aşağıdakı hallar müşahidə edilə bilər: tənəffüsün çətinləşməsi, göyümtül
dəri, qıcolmalar, bədən temperaturunun dəyişməsi, qida qəbulu ilə bağlı çətinlik, qanda şəkərin
səviyyəsinin aşağı düşməsi, əzələlərin bərkiməsi və ya passiv olması, həddindən artıq canlı
reflekslər, tremor, narahatlıq, əsəbilik, letargiya, ağlağanlıq, yuxululuq və yuxuyagetmənin
çətinləşməsi. Əgər bu simptomlardan hər hansı biri Sizin uşağınızda meydana çıxarsa, dərhal
həkimə müraciət edin.
Əgər Siz ESTOLAM qəbul edirsinizsə, mütləq bu barədə həkiminizə məlumat verin. Hamiləlik
dövründə, xüsusilə hamiləliyin son trimestrində ESTOLAM kimi dərmanların istifadə edilməsi
körpələrdə yenidoğulmuşun persistəedici ağciyər hipertenziyası adlanan ciddi xəstəliyin yaranması
riskini yüksəldə bilər. Bu, uşağı sürətlə nəfəs almağa məcbur edir və uşaq göyərmiş kimi görünür.
Bu simptomlar adətən uşağın doğulmasından sonra ilk 24 saat müddətində meydana çıxır. Əgər
Sizin uşağınızda bu baş verərsə, dərhal həkimə müraciət edin.
Əgər Siz hamiləlik dövründə ESTOLAM istifadə edirsinizsə, heç bir zaman onun istifadəsini kəskin
şəkildə dayandırmayın.
Əgər Siz müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə
məsləhətləşin.
Laktasiya dövrü
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər Siz uşaq əmizdirirsinizsə, həkiminizlə müalicənin risk və faydası ilə bağlı müzakirə
aparmadan ESTOLAM qəbul etməyin. Müalicə zamanı südvermə tövsiyə olunmur.
18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadəsi
ESTOLAM bir qayda olaraq, 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir.
Bundan başqa, nəzərə almaq lazımdır ki, 18 yaşa qədər pasiyentlərdə belə dərmanlardan istifadə
zamanı intihara cəhd, intihar barədə fikirlər və düşmənçilik (əsasən aqressiya, müxalif mövqe və
qəzəb) kimi əlavə təsirlərin başvermə riski daha yüksək olur. Buna baxmayaraq, həkim 18 yaşa
qədər pasiyentlər üçün bu müalicənin daha yaxşı olduğunu hesab edərsə, ESTOLAM təyin edə
bilər. Əgər həkim 18 yaşa qədər pasiyentə ESTOLAM təyin etmişdirsə və Siz bunu müzakirə etmək
istəyirsinizsə, bu barədə həkimə məlumat verin. Əgər Siz 18 yaşdan aşağı yaşdasınızsa və
ESTOLAM qəbul edərkən yuxarıda sadalanan simtomlardan hər hansı biri inkişaf edərsə və ya
pisləşərsə, bu barədə həkiminizə məlumat verin. Bundan başqa, boyatma ilə, yetişkənliklə və
davranışla bağlı inkişafla əlaqədar essitalopramın bu yaş qrupunda uzun vədəli təhlükəsizlik
effektləri bu vaxta qədər nümayiş etdirilməmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
ESTOLAM-ın Sizə necə təsir etdiyini bilməyənə qədər nəqliyyat vasitələrini və digər potensial
təhlükəli mexanizmləri idarəetmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Həmişə ESTOLAM-ı həkiminizin tövsiyələlərinə dəqiq əməl etməklə qəbul edin. Əmin
deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin.
ESTOLAM qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Tabletləri bir stəkan su ilə udaraq qəbul
etmək lazımdır. Onu çeynəməyin, dadı acıdır. Əgər lazım gələrsə, tableti bölmə xətti yuxarı
olmaqla düz səth üzərinə qoyub, şəhadət barmaqları ilə kənarlarından basmaqla iki bərabər hissəyə
bölmək olar.
Böyüklərdə depressiya
ESTOLAM-ın tövsiyə olunan dozası gündə 1 dəfə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən
gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər.
Panik pozğunluq
ESTOLAM-ın başlanğıc dozası birinci həftə ərzində dozanın gündə 10 mq-a qədər yüksəldilməsinə
qədər bir gündəlik doza şəklində 5 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum
20 mq-a qədər yüksəldilə bilər.
Sosial həyəcan pozğunluğu
ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 10 mq təşkil edir. Sizin
dərmana cavab reaksiyanızdan asılı olaraq, həkiminiz dozanı ya gündə 5 mq-a qədər azalda, ya da
20 mq/gün-ə qədər artıra bilər.
Generalizəolunmuş həyəcan pozğunluğu
ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 10 mq təşkil edir.
Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər.
Obsessiv-kompulsiv pozğunluq
ESTOLAM-ın tövsiyə olunan dozası gündə 1 dəfə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən
gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər.
Müxtəlif yaş qrupları
Uşaqlar və yeniyetmələr (18 yaşdan aşağı)
ESTOLAM uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Əlavə məlumat üçün “Əks
göstərişlər” bölməsinə baxın.
Yaşlı pasientlər (65 yaşdan yuxarı)
ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 5 mq təşkil edir. Doza
həkiminiz tərəfindən gündə 10 mq-a qədər yüksəldilə bilər.
Müalicə müddəti
Özünüzü daha yaxşı hiss etməyiniz üçün bir neçə həftə vaxt lazım gələ bilər. Vəziyyətinizdə hər
hansı bir yaxşılaşma hiss etməyiniz üçün müəyyən vaxt lazım gəlsə də ESTOLAM istifadə etməyə
davam edin. Həkiminizlə danışmadan dərmanınızın dozasını dəyişdirməyin.
Həkiminizin tövsiyə etdiyi müddət ərzində ESTOLAM-ın qəbulunu davam etdirin. Əgər müalicəni
lazım olduğundan əvvəl dayandırsanız, xəstəliyin əlamətləri təkrarlana bilər. Özünüzü yenidən
yaxşı hiss etdikdən sonra müalicəni ən azı 6 ay davam etdirməyiniz tövsiyə olunur.
ESTOLAM-ın qida və içkilərlə birlikdə istifadəsi
ESTOLAM qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər (bax: “İstifadə qaydası və dozası”).
ESTOLAM-ın alkoqolla qarşılıqlı təsiri gözlənilmir. Lakin, bir çox dərmanlar kimi, ESTOLAM-ın
alkoqolla birlikdə qəbul edilməsi tövsiyə olunmur.
ESTOLAM-ın təsirinin çox güclü və ya çox zəif olduğunu düşünürsünüzsə, zəhmət olmasa, bu
barədə həkiminizə və ya əczacınıza məlumat verin.
ESTOLAM-ın qəbulu unudularsa
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Əgər Siz dozanın qəbulunu unutmusunuzsa və onu yatmazdan qabaq xatırlamısınızsa, onu dərhal
qəbul edin. Növbəti gün preparatın qəbulunu adi qaydasında qəbul edin. Əgər Siz unutduğunuz
dozanı gecə və ya növbəti gün xatırlamısınızsa, unudulmuş dozanı buraxıb preparatın qəbulunu adi
qaydada davam etdirin.
ESTOLAM-la müalicəni dayandırmazdan əvvəl
Həkiminizin tövsiyəsi olmadan, ESTOLAM-ın qəbulunu dayandırmayın. Əgər Siz müalicə kursunu
bitirmisinizsə, ESTOLAM-ın dozasını bir neçə həftə ərzində tədricən azaltmaq tövsiyə olunur.
Əgər ESTOLAM-ın qəbulunu qəfil dayandırsanız, Siz ləğvetmə simptomu hiss edə bilərsiniz. Bu
simptomlar adətən ESTOLAM-la müalicə kəskin şəkildə (qəfil) dayandırıldıqdan sonra meydana
çıxır. ESTOLAM-dan uzun müddət və ya yüksək dozalarda istifadə etdikdə və ya dozanın sürətlə
azaldılması zamanı bu risk daha yüksək olur. Əksər pasiyentlərdə simptomlar yüngül olur və iki
həftə müddətində öz-özünə keçib gedir. Lakin, bəzi pasiyentlərdə onlar daha ağır və ya daha
uzunmüddətli (23 ay və daha çox) ola bilər. Əgər ESTOLAM-ın qəbulunu dayandırdıqda Sizdə
ciddi ləğvetmə simptomlar baş verərsə, həkiminizə müraciət edin. Həkiminiz tabletlərinizi yenidən
qəbul etməyə başlamağınızı və onların qəbulunu daha yavaş-yavaş dayandırmağı məsləhət görə
bilər.
Ləğvetmə simptomları aşağıdakılardır: başgicəllənmə (müvazinətin pozulmasıvə ya disbalans),
iynəsancmaya oxşar hisslər, yanma hissi və elektrik cərəyanı ilə zədələnmə hissi, o cümlədən başda
(nadir hallarda), yuxunun pozulması (parlaq yuxular, gecə qorxulu yuxugörmələri, yata bilməmək),
narahatlıq, baş ağrıları, ürəkbulanma, tərləmə (o cümlədən gecələr tərləmə), narahatlıq və ya
oyanıqlıq, tremor, çaşqınlıq, emosiya və ya əsəbilik, diareya (duru nəcis), görmə pozğunluqları,
çarpıntı və ya palpitasiya (ürəkdöyünmə hissi).
Əgər Sizin bu dərman preparatının istifadəsinə dair hər hansı əlavə sualınız olarsa, həkiminizdən və
ya əczaçıdan soruşun.
Buraxılış forması
14 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın/xarici qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonraistifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Santa Farma İlaç Sanayii A.Ş., Turkey.
Kocaeli-Gebze V (Kimya) İhtisas OSB Erol Kiresepi Cad. No 8, Dilovası-Kocaeli, Turkey.
Tel.: (+90 262) 674 23 00.
Faks: (+90 262) 674 23 21.
Qeydiyyat vəsiqəsinin sahibi
Santa Farma İlaç Sanayii A.Ş., Turkey.
Okmeydanı, Boru Çiçeyi Sok. No-16, Şişli, İstanbul, Turkey.
Tel.: (+90 212) 220 64 00.
Faks: (+90 212) 222 57 59 .