Pharmed

ERITROMISIN 200MG N16 TB (POLSA)

ERİTROMİSİN

Beynəlxalq patentləşdirilməmiş adı: Erythromycin

 

ERİTROMİSİN Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 200mq eritromisin vardır. Köməkçi maddələr: düyü nişastası, natrium karboksimetilnişasta, jelatin, polisorbat 80, kartof nişastası, maqnezium stearat, talk. Örtük: eudrajit L30-D55, trietilsitrat, talk.

 

Farmakoloji xüsusiyyətləri

Eritromisin makrolid antibiotiklər qrupuna aiddir. Bakteriostatik təsir göstərir. Eritromisin in vitro şəraitdə aşağıdakı mikroorqanizmlərə təsir göstərir: -qrammüsbət bakteriyalar Listeria monocytogenes, Corynebacterium diphtheriae, Staphylococcus spp., Streptococcus spp. (o cümlədən, Enterococcus spp.); -qrammənfi bakteriyalar Neisseria meningitidis, Neisseria gonorrhoeae, Legionella pneumophila, Moraxella catarrhalis, Bordetella pertussis, Campylobacter spp., Mycoplasma pneumoniae, Ureaplasma urealyticum, Treponema pallidum, Chlamydia spp., Clostridium spp.. Haemophilus influenzae-nin əksər ştammlarının eradikasiyası eritromisinin yalnız yüksək konsentrasiyalarında müşahidə edilir. Göbələklərlə, viruslarla və mayalarla törədilmiş infeksiyaların müalicəsində eritromisin effektsizdir. Eritromisin turş mühitdə davamsızdır, buna görə bağırsaqda həll olan örtüklü tablet şəklində istifadə edilir. Eritromisin orqan və toxumaların əksəriyyətinə yaxşı keçir. Plasentar baryeri keçir və ana südü ilə xaric olur. Həmçinin hüceyrə daxilinə keçmə qabiliyyətinə malikdir. Eritromisin dəyişilməmiş şəkildə xaric olur, əsasən öd və nəcislə.

 

İstifadəsinə göstərişlər

- Aşağı və yuxarı tənəffüs yollarının infeksiyaları, məsələn Mycoplasma pneumoniae, Chlamydia pneumoniae ilə törədilmiş.

- Göyöskürək (Bordetella pertussis) – xəstə ilə bilavasitə kontaktda olan şəxslərin müalicə və profilaktikası.

- Ureaplasma urealyticum və Chlamydia trachomatis ilə törədilmiş qeyri-spesifik uretrit.

- Həzm traktının Campylobacter jejunii, Сampylobakter coli ilə törədilmiş infeksiyaları.

- Eritrazma (Corynebacterium minutissimum).

- Haemophilus ducreyi ilə törədilmiş yumşaq şankr.

- Entamoeba histolytica ilə törədilmiş bağırsaq infeksiyaları, bağırsaqdankənar infeksiyalar zamanı eritromisin digər preparatlarla birlikdə təyin olunmalıdır.

- Orta və xarici qulağın otiti.

- Qinqivit, Vensan anginası.

- Blefarit.

- Dəri və yümşaq toxumaların infeksiyaları (məsələn, penisillinə qarşı davamlı stafilokokklarla törədilmiş infeksiyalar və ya penisillinlərə qarşı allergiya hallarında).

- Pustulyoz akne (Propionibacterium acnes). Streptokokk faringiti zamanı penisillinə qarşı yüksək həssaslıq hallarında, skarlatina (Streptococcus pyogenes – eritrogen ştamları), Streptococcus pneumoniae törədilmiş infeksiyalar, difteriya (Corynebacterium diphtheriae), erizipeloid (Erysipelothrix rusiopathiae), qonoreya (Neisseria gonorrhoese) və erkən sifilis (Treponema pallidum) zamanı, stomatoloji müdaxilələr zamanı xəstələrdə endokarditin profilaktikası üçün eritromisin alternativ antibiotik hesab edilir. Köməkçi vasitə kimi xora xəstəliyinin müalicəsində istifadə edilə bilər (Helicobacter pylori ilə törədilmiş şiddətlənmələrin profilaktikası).

 

Əks göstərişlər

Eritromisinə və ya digər makrolid antibiotiklərə və ya preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Eritromisin simvastatin, tolterodin, mizolastin, amisulprid, astemizol, terfenadin, domperidon, sizaprid və ya pimozid, həmçinin erqotamin və ya dihidroerqotamin qəbul edən xəstələtə əks göstərişdir.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Eritromisini istifadə edərkən aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır Eritromisinlə müalicəyə başlamazdan əvvəl aşkar edilmiş törədicinin həssaslığını müəyyən etmək lazımdır. Mikroorqanizmin həssaslıq analizlərinin nəticələrinin alınmasına qədər müalicəyə başlamaq mümkündür. Antibiotikoqramdan sonra preparatın müvafiq əvəz olunması tələb edilə bilər. Eritromisinə, digər makrolid antibiotiklərə və ya digər allergenlərə qarşı allergik reaksiyaları olan xəstələr müalicədən əvvəl bu haqda həkimə məlumat verməlidir. Qaraciyər funksiyasının pozulması olan xəstələrdə və ya hepatotoksik təsir göstərən preparatları eyni zamanda qəbul edən xəstələrdə eritromisin qaraciyər funksiyasının pozulmasını gücləndirə bilər. Qaraciyər funksiyasının pozulması olan xəstələr eritromisinlə müalicəyə başlamazdan əvvəl bu xəstəlik barədə həkimə məlumat verməlidir. Eritromisinlə uzunmüddətli müalicə zamanı qaraciyərin funksional sınaqları keçirilməlidir. Sifilisdən əziyyət çəkən hamilə qadınlara təyin edilən eritromisin döldə müalicəvi konsentrasiyalara çatmır. Buna görə belə hallarda həkim doğuşdan sonra anası daxilə eritromisin qəbul etmiş uşağa dərhal penisillin təyin edəcək. Miasteniyalı xəstələr eritromisinlə müalicəyə başlamazdan əvvəl bu xəstəliyin olduğu barədə həkimə məlumat verməlidir. Eritromisin bu xəstəliyin simptomlarını gücləndirə bilər. Geniş antibakterial təsir spektrinə malik olan antibiotiklər (məsələn, makrolidlər, yarımsintetik penisillinlər, sefalosporinlər) bəzi hallarda psevdomembranoz kolitin yaranmasına gətirə bilər. Bağırsaqlarda normal mikrofloranın inhibə olunması Clostridium difficile-nin əmələ gəlməsinə səbəb olur ki, onun da toksinləri psevdomembranoz kolitin simptomlarını törədir. Buna görə antibiotiklərlə müalicə zamanı və ya dərhal sonra xəstələrdə ishal əmələ gəldikdə həkimə müraciət etmək lazımdır. Əgər psevdomembranoz kolit diaqnozu təsdiq olunarsa, eritromisinin qəbulunu dərhal ləğv edib, müvafiq müalicəyə başlamaq lazımdır. Daha yüngül hallarda preparatın ləğv olunması kifayət edir, daha ağır hallarda isə - daxilə metronidazol və ya vankomisin istifadə edilir. Bağırsaqların peristaltikasını tormozlayan və ya büzücü təsirə malik olan digər vasitələri qəbul etmək olmaz. Antibiotikləri uzun müddət istifadə etdikdə preparata qarşı davamlı bakteriya və göbələklərlə törədilmiş superinfeksiya əmələ gələ bilər. Eritromisinlə müalicə zamanı yeni göbələk və ya bakterial infeksiyaların əmələ gəlməsi hallarında preparatın qəbulunu ləğv edib, həkimə müraciət etmək lazımdır. Eritromisini və lovastatini eyni zamanda qəbul edən ağır xəstələrdə rabdomioliz halları müşahidə olunub (eninə-zolaqlı əzələlərin nekrozu). Eritromisin keçirilmiş sidikdə katexolaminlərin səviyyəsinin flüorometrik üsul ilə müəyyən olunmasının nəticələrini dəyişdirə bilər. Yuxarıda göstərilən xəbərdarlıqlar keçmişdəki hər hansı zamanda belə Sizin üçün keçərlidirsə, həkiminizlə məsləhətləşmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər resept əsasında və ya reseptsiz buraxılan hər hansı digər dərman vasitəsi qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, bu barədə həkiminizə məlumat verin. Eritromisinin biotransformasiyası əsasən qaraciyərdə baş verir. Eritromisin qaraciyər enzimlərinin aktivliyini azaldaraq, nəticədə həm özünün, həm də onunla eyni zamanda istifadə edilən digər preparatların, məsələn, mizolastinin, bromkriptinin, heksobarbitalın, midazolamın, takrolimusun, triazolamın, valproy turşusunun, rifabutinin, zopiklonun metabolizmini (təsirini) dəyişdirə bilər. Eritromisin P-450 sitoxromun aktivliyinə təsir edərkən, aşağıdaki preparatlarla farmakokinetik qarşılıqlı təsir göstərir: teofillin ilə: onun zərdab konsentrasiyasının yüksəlməsinə səbəb olaraq, toksikliyin artmasına gətirir. Hər iki preparatın eyni zamanda istifadəsi hallarında teofillinin dozasını azaltmaq və zərdabda onun səviyyəsini yoxlamaq lazımdır; diqoksin ilə: onun absorbsiyasını və zərdabdakı konsentrasiyasını artırır; siklosporin ilə: onun konsentrasiyasını artırır və nefrotoksikliyini gücləndirir; karbamazepin ilə: eritromisin karbamazepinin böyrək metabolizmini azaltma qabiliyyətinə malikdir. Hər iki preparatın eyni zamanda istifadəsi hallarında karbamazepinin dozası 50% azaldılmalıdır; fenitoin, alfentanil, metilprednizolon və ya benzodiazepinlər ilə: onların toksikliyini gücləndirə bilər; dizopiramid, xinidin, prokainamid, sisaprid, terfenadin və astemizol ilə: ürək ritminin ağır pozulmalarına səbəb ola bilər. Bundan əlavə eritromisinin aşağıdakı preparatlarla eyni zamanda istifadəsi: peroral kontraseptiv vasitələrlə - onların effektivliyini azaldır və hepatotoksikliyin əmələ gəlməsi riskini artırır; antikoaqulyantlar ilə (məsələn, varfarin, asenokumarol)- xüsusən yaşlı xəstələrdə protrombin vaxtını uzada bilər və qanaxmaların əmələ gəlməsi riskini artıra bilər. Eritromisin ilə birlikdə qanın laxtalanmasını azaldan digər preparatları qəbul etdikdə protrombin vaxtını müntəzəm olaraq yoxlamaq lazımdır; erqotamin və ya dihidroerqotamin ilə: qan damarların spazmı ilə özünü büruzə verən kəskin toksikliyə gətirə bilər; kolxisin ilə birlikdə istifadə edilən eritromisin onun toksikliyini artıra bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Hamilə qadınlara preparat yaınız xüsusi hallarda təyin edilə bilər. Eritromisin ana südü ilə xaric olunur, buna görə laktasiya zamanı qadınlar ehtiyatlı olmalıdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumat yoxdur.

 

ERİTROMİSİN İstifadə qaydası və dozası

Eritromisin həkimin tövsiyələrinə müvafiq olaraq qəbul olunmalıdır. Əgər əmin deyilsinizsə, həkimlə məsləhətşəşin. Preparat acqarına və ya qida ilə birlikdə istifadə edilir. Tabletlər soyudulmuş qaynadılmış su ilə udulmalıdır. Böyüklər və 8 yaşdan yuxarı uşaqlar: Adətən sutkada 1-2q istifadə edilir, bu doza bir neçə qəbul üçün bölünür. Ağır infeksiyalar zamanı dozanı bir neçə qəbul üçün bölünmüş sutkada 4 q qədər artırmaq mümkündür. 8 yaşa qədər uşaqlar Sutkada bölünmüş dozalarda orta hesabla 30-50mq/kq hər 12 və ya 6 saatdan bir istifadə edilir. Ağır hallarda doza iki dəfə artırılıb, hər 6 saatdan bir təyin edilir. Tablet şəklində Eritromisin preparatı hər yaşda olan uşaqlarda istifadə edilə bilər, əgər uşaqlar tableti uda bilərsə. Əgər xəstə preparatı istifadə etdiyi zaman onun təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edərsə, o, həkimə müraciət etməlidir. Yaşlı xəstələr: Yaşlı xəstələr üçün dozaya düzəliş tələb edilmir. Bu yaş qrupunda qaraciyərin və ya öd yollarının funksiyasının etimalı pozulmasının əmələ gəlməsini nəzərə alaraq ehtiyatlı olmaq tövsiyə edilir. Müalicənin davametmə müddəti Müalicənin davametmə müddəti infeksiyanın ağırlığı və növündən asılı deyil. Simptomların ləğv olunmasından sonra eritromisini ən azı daha 2-3 gün də istifadə etmək lazımdır. A qrup streptokokklarla törədilmiş infeksiyalar zamanı müalicə minimum 10gün ərzində davam etməlidir. Tablet şəklində eritromisinin qəbulu çətin və ya mümkün olmadığı hallarda həkim təyin edilmiş dozanın saxlanması ilə preparatı daxilə qəbul edilən suspenziyanın hazırlanması üçün qranul şəklində qəbulunu tövsiyə edir. Ağır hallarda və ya həyat üçün təhlükəli olan hallarda eritromisinin parenteral qəbulu tövsiyə edilir. Eritromisin preparatının istifadəsini unutduqda Əgər preparat təyin edilmiş vaxtda qəbul edilməyibsə, onu mümkün qədər tez bir vaxtda qəbul etmək (əgər preparatın növbəti qəbuluna kifayət qədər çox vaxt qalıbsa) və ya preparatın müntəzəm qəbulunu davam etmək lazımdır. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz.

 

Əlavə təsirləri

Bütün dərmanlar kimi Eritromisin da əlavə təsirlərə səbəb ola bilər. Mədə-bağırsaq pozğunluqları (qarında ağrı, ürəkbulanma, qusma, ishal) – xüsusilə preparatın yüksək dozalarla qəbulundan sonra. Nadir hallarda psevdomembranoz kolit. Qan zərdabında qaraciyər enzimlərin (aminotransferazaların) aktivliyinin yüksəlməsi. Nadir hallarda xolestatik hepatit, qaraciyər çatışmazlığı. Sporadik şəkildə ürək ritminin pozulması, ürək çırpıntısı müşahidə oluna bilər. Eritromisinlə uzunmüddətli və ya təkrar kurs müalicə zamanı preparata qarşı davamlı bakteriya və göbələklərlə törədilmiş superinfeksiya əmələ gələ bilər. Sporadik şəkildə eşitmənin pozulması (qulaqlarda küy, karlıq)

- xüsusilə preparatın yüksək dozalarla qəbulundan sonra və ya qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə

- preparatın qəbulu ləğv edildikdə adətən keçib gedir. Allergik reaksiyalar: övrə, dəri səpgisi, çoxformalı eritema, epidermisin toksiko-kollikvasion nekrozu, Stivens-Conson sindromu, anafilaksiya.

Yuxarıda göstərilən allergik reaksiyalardan hər hansı biri əmələ gəldikdə antibiotikın qəbulu dərhal ləğv edilməlidir. Eritromisinin qəbulundan sonra nadir hallarda meydana çıxan digər arzuolunmaz əlamətlər: aqranulositoz (bəzi növ leykositlərin olmaması), sinir sistemi tərəfindən pozulmalar (başgicəllənmə, şüurun qarışıqlı halları, hallyusinasiyalar), qorxulu yuxular, pankreatit, böyrək funksiyasının pozulması. Bəzi xəstələrdə Eritromisinlə müalicə zamanı digər əlavə təsirlər əmələ gələ bilər. Yuxarıda göstərilən arzuolunmaz əlamətlərdən biri əmələ gəldikdə və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bunu həkiminizə bildirin.

 

Doza həddinin aşılması

Mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, ishal), həmçinin eşitmənin itməsi eritromisinlə doza həddinin aşılmasının simptomlarıdır. Eritromisinlə doza həddinin aşıldığı hallarda antibiotiklə müalicəni ləğv edib, xəstəni qusdurub (əgər xəstənin hüşu özündədirsə), həkimə müraciət etmək lazımdır. Təyin olduğundan artıq dozada Eritromisin preparatı qəbul etdiyiniz hallarda dərhal həkiminizə və ya əczaçınıza müraciət edin.

 

Buraxılış forması

Blisterdə 16 bağırsagda həll olan tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.