Pharmed

EPINEKS 100MG 300ML MEHLUL

EPİNEKS 

Büynəlxalq patentləşdirilməmiş adı: Levetiracetam

 

EPİNEKS  Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq levetirasetam vardır.
Köməkçi maddələr: natrium metil-hidroksibenzoat (E219), natrium propil-hidroksibenzoat (E217),
 natrium siklamat, natrium sitrat dihidrat, maltitol məhlulu, qliserin, asesulfam
 kalium, ammonium qlisirrizat, limon (sitrat) turşusu monohidrat, Tutti-Frutti
 meyvə qarışığı aromatı, təmizlənmiş su.


Farmakoterapevtik qrupu

Antiepileptiklər, digər antiepileptiklər.

ATC kodu: N03AX14.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Preparatın təsiredici maddəsi levetirasetam, pirrolidon (a-etil-2-okso-1-pirrolidin asetamidin Senantiomer) törəməsidir və kimyəvi oxşarlığına görə epilepsiyaəleyhinə dərman preparatı kimi
tanınır.
Təsir mexanizmi
Levetirasetamın təsir mexanizmini hələ ki, tam izah etmək mümkün deyil və o, mövcud epilepsiyaəleyhinə dərman preparatlarının təsir mexanizmindən fərqli görünür.
In vitro və in vivo tədqiqatlar göstərir ki, levetirasetam hüceyrələrin normal xassələrini və normal
neyrotransmissiyanı dəyişdirmir.
In vitro tədqiqatlar göstərir ki, levetirasetam Ca+2 –nin neyrondaxili səviyyələrinə təsir göstərərək, N
tipli Ca+2 axınını qismən inhibə edir və neyrondaxili saxlancdan (depo) Ca+2 –un azad olmasını azaldır. Bundan başqa, o, sink və ß-karbonillər tərəfindən gücləndirilən və QAYT və qlisin tərəfindən
tənzimlənən axınların azalmasını qismən aradan qaldırır. Bundan əlavə, in vitro tədqiqatlar göstərir
ki, levetirasetam gəmiricilərin beyin toxumasının xüsusi nahiyəsi ilə birləşir.
Bu birləşmə yeri sinaptik vezikulun 2A zülalıdır, hansı ki, neyrotransmitterlərin (neyromediatorların) vezikulyar rekombinasiyası ilə və eksositozu ilə birləşdiyi təxmin edilir. Siçanların autogen
epilepsiya modelində, levetirasetam və assosiasiya olunmuş analoqları sinaptik vezikulun 2A zülalı
ilə pilləli birləşmə affinliyi ilə qıcolmalara qarşı müdafiə potensialı arasında əlaqə olduğu müəyyən
edilmişdir. Bu məlumatlar göstərir ki, levetirasetamla sinaptik vezikulun 2A zülalı arasında qarşılıqlı
təsir dərman preparatının epilepsiyaəleyhinə təsir mexanizmində iştirak edir.
Farmakodinamikası:
Müxtəlif heyvan modellərində levetirasetamın parsial və xüsusilə də generalizəolunmuş epileptik
tutmalara qarşı müdafiəni yaxşılaşdırdığı və bu zaman prokonvulsiv təsir göstərmədiyi qeyd edilir.
Preparatın əsas metaboliti qeyri-aktivdir. Aşkar edilmişdir ki, insanlarda levetirasetamın farmakoloji
profili onun həm parsial, həm də generalizəolunmuş epilepsiya (epileptiformalı boşalma/fotoparoksizmal cavab) zamanı effektivliyilə geniş təsir spektrinə malikdir.
Klinik effektivliyi və təhlükəsizliyi
Böyüklərdə, yeniyetmələrdə, uşaqlarda və 1-aylıq epilepsiyalı körpələrdə ikincili generalizəolunmuş
(ümumiləşmiş) və ya onsuz parsial qıcolma tutmalarının müalicəsi zamanı əlavə müalicə:
böyüklərdə, levetirasetamın effektivliyi 3 ikiqat-kor, plasebo-nəzarətli tədqiqatlarda 2 bərabər
hissəyə bölünərək qəbul edilən 1000 mq, 2000 mq və ya 3000 mq/gün doza ilə aparılan 18-həftəlik
müalicə zamanı nümayiş etdirilmişdir.
Birləşdirilmiş analiz zamanı stabil dozada (12/14 həftə) başlanğıcla müqayisədə parsial qıcolma
tutmalarının həftə ərzində başvermə tezliyinin 50% və daha çox azalması 1000, 2000 və ya 3000 mq
levetirasetamla müalicə alan pasiyentlərdə müvafiq olaraq 27,7%, 31,6% və 41,3% və plasebo alan
pasiyentlər üçün 12,6% təşkil etmişdir.
Pediatrik pasiyentlər
Pediatrik pasiyentlərdə (4 - 16 yaşlı), levetirasetamın effektivliyi ikiqat-kor, plasebo-nəzarətli tədqiqatda müəyyən edilmişdir. Tədqiqata 198 pasiyent daxil edilmiş və müalicə müddəti 14 həftə təşkil
etmişdir. Bu tədqiqatda pasiyentlər levetirasetamı 60 mq/kq/gün fiksəolunmuş doza şəklində (gündə
iki dəfə doza ilə) almışdır.
Levetirasetamla müalicə olunan pasiyentlərin 44,6%-də və plasebo alan pasiyentlərin 19,6%-də
parsial qıcolma tutmalarının həftə ərzində tezliyi başlanğıc səviyyəyə nisbətən 50% və ya daha çox
azalmışdır.
Davamedici uzunmüddətli müalicə zamanı pasiyentlərin 11,4%-də ən azı 6 ay müddətində və 7,2%-
də 1 ildən az olmayan müddət ərzində qıcolma tutması baş verməmişdir.
Pediatrik pasiyentlərdə (1 aylıqdan 4 yaşa qədər), levetirasetamın effektivliyi 116 pasiyentin daxil
olduğu ikiqat-kor, plasebo-nəzarətli tədqiqatda müəyyən edilmişdir, müalicə müddəti 5 gün təşkil
etmişdir. Bu tədqiqatda pasiyentlərə, onların yaşla bağlı titrləmə rejiminə müvafiq olaraq, 20 mq/kq,
25 mq/kq, 40 mq/kq və ya 50 mq/kq gündəlik dozada oral məhlul təyin edilmişdir. Bu tədqiqatda bir
aylıqdan altı aylığa qədər körpələr üçün 40 mq/kq/gün-ə qədər titrlənən 20 mq/kq/gün doza və altı
aylıqdan 4 yaşa qədər uşaqlar üçün 50 mq/kq/gün-ə qədər titrlənən 25mq/kq/gün doza istifadə edilmişdir. Ümumi gündəlik doza gündə iki dəfə istifadə edilmişdir.
Effektivliyin birinci ölçüsü respondentlərin 48-saatlıq video EEQ-dən istifadə etməklə kor mərkəzi
oxucu tərəfindən qiymətləndirilən nisbəti olmuşdur (parsial qıcolma tutmalarının gündəlik tezliyi
başlanğıc səviyyədən ≥ 50% azalan pasiyentlərin faizi). Effektivliyin analizi həm başlanğıc, həm də
qiymətləndirmə dövründə ən azı 24 saat video EEQ aparılmış pasiyentdən ibarət olmuşdur.
Levetirasetamla müalicə olunmuş pasiyentlərin 43,6% -i və plasebo almış pasiyentlərin 19,6%-i
respondent (müalicəyə cavab verən pasiyent) hesab edilmişdir. Nəticələr yaş qrupları üzrə müqayisə
olunandır. Davamlı uzunmüddətli müalicə zamanı pasiyentlərin 8,6%-də 6 ay müddətində və 7,8%-
də ən azı bir il müddətində epileptik tutma baş verməmişdir.
Yeni daiqnozlaşdırılmış epilepsiya ilə 16 yaşdan yuxarı pasiyentlərdə ikincili generalizasiya ilə və
ya onsuz parsial qıcolma tutmalarının müalicəsi zamanı monoterapiya.
Monoterapiya şəklində levetirasetamın effektivliyi ikiqat-kor, nəzarətli azadolan karbamazepinlə
(CR) müqayisədə aşağı keyfiyyətli olmayan (bərabər effektivlik) parallel qrupda yeni və ya yaxın
zamanlarda diaqnozlaşdırılmış epilepsiyası olan 16 yaşlı və ondan böyük 576 pasiyent üzərində müəyyən edilmişdir. Tədqiqatda yalnız təhrik edilərək yaradılmamış parsial qıcolma tutmaları və ya generalizəolunmuş tonik-klonik qıcolmaları olan pasiyentlərin iştirakına yol verilmişdir. Pasiyentlər
400 – 1200 mq/gün dozada karbamazepin CR-ə və ya 1000 – 3000 mq/gün levetirasetama randomizə olunmuşdur, cavab reaksiyasından asılı olaraq müalicə 121 həftəyə qədər davam etdirilmişdir.
Epileptik tutmadan 6 ay azad olmaq levetirasetamla müalicə olunan pasiyentlərin 73,0%-də və
karbamazepin-CR-lə müalicə olunan pasiyentlərin 72,8%-də əldə edilmişdir; müalicələr arasında
düzəliş edilmiş mütləq fərq 0,2% olmuşdur (95% Eİ: -7,8; 8,2). Subyektlərin yarıdan çoxunda 12 ay
müddətində epileptik tutmalar baş verməmişdir (müvafiq olaraq, levetirasetamla və karbamazepinCR ilə müalicə olunan subyektlərin 56,6% və 58,5%-də).
Klinik praktikanı əks etdirən tədqiqatda levetirasetamla müalicəyə cavab verən məhdud sayda pasiyentdə (69 böyük pasiyentdən 36-da) yanaşı epilepsiyaəleyhinə preparatın istifadəsini dayandırmaq
olardı.
Böyüklərdə və 12 yaşdan etibarən yuvenil mioklonik epilepsiyalı yeniyetmələrdə mioklonik qıcolma
tutmalarının müalicəsi zamanı əlavə müalicə.
Levetirasetamın effektivliyi müxtəlif sindromlarda mioklonik tutmalarla müşayiət olunan idiopatik
generalizəolunmuş epilepsiyadan əziyyət çəkən 12 yaşlı və 12 yaşdan böyük pasiyentlər üzərində
aparılan ikiqat-kor, placebo-nəzarətli, 16-həftəlik tədqiqatda müəyyən edilmişdir.
Pasiyentlərin əksəriyyətini yuvenil mioklonik epilepsiyalı pasiyentlər təşkil etmişdir. Bu tədqiqatda
levetirasetamın dozası 3000 mq/gün təşkil etmiş və o, iki dozaya bölünərək gündə 2 dəfə qəbul
edilmişdir.
Levetirasetamlə müalicə olunan pasiyentlərin 58,3%-də və plasebo alan pasiyentlərin 23,3%-də
həftədə mioklonik tutmalı günlərin ən azı 50% azalması baş vermişdir.
Davamlı uzunmüddətli müalicə zamanı pasiyentlərin 28,6%-də ən azı 6 ay müddətində, 21,0%-də
isə ən azı 1 il müddətində mioklonik qıcolma tutmaları baş verməmişdir.
İdiopatik generalizəolunmuş epilepsiyalı böyüklərdə və 12 yaşdan yuxarı yeniyetmələrdə birincili
generalizəolunmuş tonik-klonik tutmaların müalicəsi zamanı əlavə müalicə.
Levetirasetamın effektivliyi müxtəlif sindromlarda (yuvenil mioklonik epilepsiya, yuvenil absans
epilepsiya, uşaqlıq absans epilepsiyası və ya oyanma zamanı Qrənd Mol (Grand Mal) (böyük qıcolma tutmaları) tutmalarla epilepsiya) birincili generalizəolunmuş tonik-klonik qıcolmalardan (PGTC)
əziyyət çəkən böyüklərin, yeniyetmələrin və məhdud sayda uşağın iştirak etdiyi 24-həftəlik, ikiqatkor tədqiqatda müəyyən edilmişdir.
Bu tədqiqatda levetirasetamın dozası böyüklər və yeniyetmələr üçün 3000 mq/gün və ya uşaqlar
üçün 60 mq/kq/gün təşkil etmiş və o, iki dozaya bölünərək gündə 2 dəfə qəbul edilmişdir.
Levetirasetamla müalicə olunan pasiyentlərin 72.2%-də və plasebo alan pasiyentlərin 45,2%-də
həftə ərzində PGTC-nin başvermə tezliyinin 50% və ya daha çox azalması baş vermişdir. Davamlı
uzunmüddətli müalicə zamanı pasiyentlərin 47,4%-də ən azı 6 ay ərzində, 31,5%-də isə ən azı 1 il
ərzində tonik-klonik qıcolmalar baş verməmişdir.
Farmakokinetikası:
Ümumi xarakteristikaları
Yüksək həllolma və nüfuzetmə qabiliyyətinə malik bir maddə olan levetirasetamın farmakokinetik
profili xəttidir və fərddaxili və fərdlərarası dəyişikliyi aşağıdır. Təkrar istifadədən sonra klirensdə
heç bir dəyişiklik baş vermir. Hər hansı müvafiq cinsi, irqi və ya sirkad dəyişikliyə dair heç bir sübut
yoxdur. Sağlam könüllülərdə və epilepsiyalı xəstələrdə farmakokinetik profil müqayisə olunandır.
Tam və xətti absorbsiyaya görə levetirasetamın plazma səviyyəsi onun mq/kq bədən kütləsi ilə ifadə
olunan peroral dozasına əsasən proqnozlaşdırıla bilər.
Ona görə də levetirasetamın plazma səviyyəsinin monitorinqinə ehtiyac yoxdur.
Böyüklərdə və uşaqlarda ağızsuyu və plazma konsentrasiyaları arasında əhəmiyyətli korrelyasiyanın
olması göstərilmişdir (oral tablet dərman forması üçün və oral məhlul dərman forması üçün preparatın dozasının qəbulundan 4 saat sonra ağızsuyu konsentrasiyası/plazma konsentrasiyası nisbəti 1 –
1,7 diapazonda dəyişmişdir.
Absorbsiyası
Daxilə (oral) qəbul edildikdən sonra Levetirasetam mədə-bağırsaq traktından sürətlə absorbsiya
olunur.
Oral mütləq biomənimsənilməsi 100%-ə yaxındır. Pik plazma konsentrasiyası (Cmax) dozanın
qəbulundan 1,3 saat sonra yaranır.
Tarazlıq vəziyyəti gündə iki dəfə istifadə edilməklə iki gündən sonra əldə edilir.
Pik konsentrasiyasları (Cmax) 1000 mq birdəfəlik dozadan və gündə 2 dəfə 1000 mq təkrar dozadan
sonra müvafiq olaraq, adətən, 31 və 43 μg/ml təşkil edir.
Absorbsiya dərəcəsi dozadan asılıdır və qida qəbulu onu dəyişdirmir.
Paylanması
İnsanlarda toxumalarda paylanmasına dair heç bir məlumat yoxdur. Nə levetirasetam, nə də onun
əsas metabolit plazma zülalları ilə əhəmiyyətli dərəcədə birləşmir (< 10%). Levetirasetamın paylanma həcmi təqribən 0,5 – 0,7 L/kq təşkil edir və bu qiymət orqanizmdə ümumi suyun həcminə
yaxındır.
Biotransformasiyası
Levetirasetam insanlarda geniş metabolizə olunmur. Əsas metabolik yolu (dozanın 24% -i) asetamid
qrupunun fermentativ hidrolizidir. Əsas metabolit, ucb L057, qaraciyərin sitoxrom P450 izoformaları tərəfindən dəstəklənmir.
Asetamid qrupunun hidrolizi qan hüceyrələri daxil olmaqla, böyük miqdarda toxumalarda
ölçülmüşdür.
Metabolit Ucb L057 farmakoloji qeyri-aktivdir.
Həmçinin, iki kiçik metabolit təyin edilmişdir. Onlardan biri pirrolidon halqasının hidroksilləşməsi
nəticəsində (dozanın 1,6%-i), digəri isə pirrolidon halqasının açılması nəticəsində (dozanın 0,9%-i)
alınmışdır.
Eyniliyi təyin edilməmiş digər komponentlər dozanın yalnız 0,6%-ni təşkil etmişdir.
Nə levetirasetam üçün, nə də onun əsas netaboliti üçün in vivo heç bir enantiomer qarşılıqlı çevrilmə
aşkar edilməmişdir.
Müəyyən edilmişdir ki, in vitro, levetirasetam və onun əsas metaboliti insanda qaraciyərin əsas P450
sitoxromunun izoformalarının (CYP3A4, 2A6, 2C9, 2C19, 2D6, 2E1 və 1A2) qlükuronil transferazanın (UGT1A1 və UGT1A6) və epoksid hidroksilazanın aktivləiyini inhibə etmir. Bundan başqa,
levetirasetam in vitro valproy turşusunun qlükuronidləşməsinə təsir göstərmir.
İnsan hepatositlərinin kulturasında, levetirasetam CYP1A2-yə, SULT1E1 və ya UGT1A1-ə çox
kiçik təsir göstərmiş və ya heç təsir göstərməmişdir. Levetirasetam CYP2B6 və CYP3A4-ün
mülayim induksiyasına səbəb olmuşdur.
Oral kontraseptivlərə, diqoksinə və varfarinə dair in vitro məlumatlar və in vivo qarşılıqlı təsirə dair
məlumatlar göstərir ki, in vivo fermentin əhəmiyyətli induksiyası gözlənilmir. Ona görə də
EPİNEKS-in digər maddələrlə və ya əksinə qarşılıqlı təsiri az ehtimal olunur.
Xaric olması
Böyüklərdə yarımxaricolma dövrü 7±1 saat təşkil etmiş və nə dozadan, nə istifadə qaydasından asılı
olaraq, nə də təkrar istifadə zamanı dəyişməmişdir.
Orta ümumi klirens 0,96 ml/dəq/kq təşkil etmişdir. Orqanizmdən xaric olmasının əsas yolu sidik vasitəsilə xaric olmasıdır və bu yolla dozanın 95%-i xaric olur (dozanın təqribən 93%-i orqanizmdən
48 saat müddətində xaric olmuşdur). Nəcis vasitəsilə dozanın yalnız 0,3%-i xaric olmuşdur.
Levetirasetamın və onun əsas metabolitinin sidiklə4 8 saat müddətində kumulyativ xaric olması
müvafiq olaraq dozanın 66% və 24%-ni təşkil etmişdir.
Levetirasetamın və ucb L057-nin böyrək klirensi müvafiq olaraq 0,6 və 4,2 ml/min/kq təşkil edir və
bu da onu göstərir ki, levetirasetam yumaqcıq filtrasiyasının köməyilə, ardınca borucuq reabsorbsiyası vasitəsilə xaric olur və onun əsas metaboliti də yumaqcıq filtrasiyasına əlavə olaraq, aktiv borucuq sekresiyası vasitəsilə xaric olur.
Levetirasetam kreatinin klirensi ilə korrelyasiyada xaric olur.
Pasiyentlərdə xarakterik xüsusiyyətləri
Böyrək/Qaraciyər çatışmazlığı
Həm levetirasetam, həm də onun əsas metabolite üçün zahiri ümumi klirens kreatinin klirensi ilə
korrelyasiya olunur. Ona görə də tövsiyə olunur ki, orta dərəcəli və ağır böyrək çatışmazlığı olan
pasiyentlərdə EPİNEKS-in gündəlik dəstəkləyici dozasına kreatinin klirensinə əsasən düzəliş edilsin
(bax: “İstifadə qaydası və dozası”).
Böyrək çatışmazlığının anuriyalı son mərhələsində olan böyük subyektlərdə dializarası və dializdaxili dövrlərdə yarımxaricolma dövrü müvafiq olaraq, təqribən 25 və 3,1 saat təşkil etmişdir.
Levetirasetamın hissə-hissə xaric olması tipik 4-saatlıq dializ seansı müddətində 51% təşkil
etmişdir.
Mülayim və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə levetirasetamın klirensində
müvafiq dəyişiklik olmamışdır.
Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərin əksəriyyətində levetirasetamın klirensi yanaşı böyrək
çatışmazlığına görə 50%-dən çox azalmışdır
(bax: “İstifadə qaydası və dozası”).
Pediatrik pasiyentlər
Uşaqlar (4 - 12 yaş)
Eplepsiyalı uşaqlarda (6-12 yaşlı) birdəfəlik oral dozanın istifadəsindən sonra (20 mq/kq)
levetirasetamın yarımxaricolma dövrü 6 saat olmuşdur. Müşahidə edilən bədən kütləsinə görə
düzəliş edilmiş klirens epilepsiyalı böyüklərə nisbətən 30% yüksək olmuşdur.
Təkrar oral dozanın istifadəsindən sonra (20 - 60 mq/kq/gün) epilepsiyalı uşaqlarda (4 -12 yaş)
levetirasetam sürətlə absorbsiya olunmuşdur. Pik plazma konsentrasiyası dozanın qəbul edilməsindən sonra 0,5-1,0 saat müddətində müşahidə edilmişdir. Pik plazma konsentrasiyası və əyri altındakı sahə üçün dozanın xətti və mütənasib artması müşahidə edilmişdir. Yarımxaricolma dövrü
təqribən 5 saat təşkil etmişdir. Zahiri bədən klirensi 1,1 ml/dəq/kq olmuşdur.
Körpələr və uşaqlar (1 aylıqdan 4 yaşa qədər)
Epilepsiyalı uşaqlarda (1 aylıqdan 4 yaşa qədər) 100mq/ml oral məhlulun birdəfəlik dozada (20
mq/kq) qəbulundan sonra levetirasetam sürətlə absorbsiya olunmuş və pik plazma konsentrasiyası
dozanın qəbulundan təqribən 1 saat sonra müşahidə edilmişdir.
Farmakokinetik nəticələr göstərir ki, yarımxaricolma dövrü böyüklərdə olduğundan (7,2 saat) qısa
olmuşdur (5,3 saat), zahir klirens isə böyüklərlə müqayisədə (0,96 ml/dəq/kq) sürətli olmuşdur (1,5
ml/dəq/kq).
1 aylıqdan 16 yaşa qədər pasiyentlər üzərində aparılan populyasion farmakokinetik analizdə bədən
kütləsi zahiri klirenslə (klirens bədən kütləsinin artması ilə artmışdır) və zahiri paylanma həcmi ilə
əhəmiyyətli dərəcədə korrelyasiya olunmuşdur
Həmçinin, yaş da hər iki parametrə təsir göstərmişdir. Bu təsir kiçik körpələr üçün daha aydın ifadə
olunmuş və yaşın artması ilə azalmış, 4 yaşında əhəmiyyətsiz dərəcədə olmuşdur.
Əhalinin hər iki farmakokinetik analizində fermenti induksiyalaşdıran epilepsiyaəleyhinə dərman
preparatı ilə birlikdə istifadə zamanı EPİNEKS-in zahiri klirensində təqribən 20% yüksəlmə
olmuşdur.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə yarımxaricolma dövrü təqribən 40% yüksək olur (10 - 11 saat). Bu, yaşlı
pasiyentlərdə böyrək funksiyasının azalması ilə əlaqədardır (bax: “İstifadə qaydası və dozası”).
Klinikayaqədərki təhlükəsizlik məlumatları
Qeyri-klinik məlumatlar adi təhlükəsizlik farmakologiyası, genotoksiklik və kanserogenlik
tədqiqatlarına əsasən insanlar üçün xüsusi təhlükənin olduğunu göstərmir.
Klinik tədqiqatlarda müşahidə edilməyən, lakin, insanın məruz qaldığı təsir səviyyəsində təsirə
məruz qalan siçovullarda və az dərəcədə siçanlarda müşahidə olunan və klinik istifadə üçün
mümkün əlaqəsi olan əlavə təsirlər adaptiv cavabı göstərən qaraciyərdə baş verən dəyişikliklər:
bədən kütləsinin artması və sentrolobulyar hipertrofiya, yağ infiltrasiyası və plazmada qaraciyər
fermentlərinin səviyyəsinin artması olmuşdur.
Siçovullarda valideyinlərdə və F1 nəsildə 1800 mq/kq/gün-ə qədər dozada ( mq/m2 əsasında insan
üçün tövsiyə olunan maksimal dozadan 6 dəfə yüksək doza) erkək və dişi fertilliyinə və ya reproduktivliyə heç bir əlavə təsir müşahidə edilməmişdir.
Embrionun/dölün inkişafını tədqiq etmək üçün siçovullar üzərində 400, 1200 və 3600 mq/kq/gün
doza ilə iki tədqiqat aparılmışdır. 3600 mq/kq/gün doza ilə aparılan iki tədqiqatdan yalnız birində
skeleton dəyişiklikərində cüzi artma/cüzi anomaliyalar hesabına dölün kütləsinin azalması müşahidə
edilmişdir.
Embrionun tələf olmasına heç bir təsir olmamış və inkişaf qüsurlarının sayının artması baş
verməmişdir. Heç bir əlavə təsir törətməyən doza dişi boğaz siçovullar üçün 3600 mq/kq/gün (insan
üçün mq/m2 ilə ifadə olunan maksimal tövsiyə olunan dozadan 12 dəfə artıq) və döllər üçün 1200
mq/kq/gün olmuşdur.
Embrionun/dölün inkişafına dair dörd tədqiqat 200, 600, 800, 1200 və 1800 mq/kq/gün dozalarla
dovşanlar üzərində həyata keçirilmişdir. 1800 mq/kq/gün doza səviyyəsi anaya ifadə olunmuş
toksik təsirə və dölün kütləsinin azalmasına səbəb olmuşdur.
Bu, döllərin ürək-damar/skelet anomaliyaları hallarının artması ilə bağlı olmuşdur.
Heç bir əlavə təsir törətməyən doza uşaqlıq üçün <200 mq/kq/gün və döllər üçün 200 mq/kq/gün
təşkil etmişdir (insan üçün mq/m2 ilə ifadə olunan maksimal tövsiyə olunan dozaya bərabər).
Peri- və post-natal inkişafa dair tədqiqat siçovullar üzərində levetirasetamın 70, 350 və 1800
mq/kq/gün dozaları ilə aparılmışdır. Heç bir əlavə təsir törətməyən doza F0 dişilər üçün, həmçinin
F1 nəslinin süddən kəsilənə qədər sağqalma, boyatma və inkişaf üçün ≥1800 mq/kq/gün təşkil
etmişdir (insan üçün mq/m2 ilə ifadə olunan maksimal tövsiyə olunan dozadan 6 dəfə yüksək).
Neonatal (yenidoğulmuş) və yuvenil (cavan) heyvanlar - siçovullar və itlər üzərində aparılmış
tədqiqatlar göstərmişdir ki, 1800 mq/kq/gün-ə qədər dozalarda (insan üçün mq/m2 ilə ifadə olunan
maksimal tövsiyə olunan dozadan 6-17 dəfə yüksək) standart inkişafın və ya yetkinləşmənin heç bir
son nöqtəsində heç bir əlavə təsir müşahidə edilməmişdir.

 

İstifadəsinə göstərişlər

Udma çətinliyi olan böyüklərdə və körpə və uşaqlarda aşağıdakı hallarda istifadə olunur:
•böyüklərdə və 1 yaşdan böyük uşaqlarda ikincili generalizəolunmuş (ümimiləşmiş) və ya -olunmamış parsial (epizodik) qıcolmaların müalicəsi zamanı əlavə müalicə kimi,
• böyüklərdə mioklonik qıcolmaların müalicəsi zamanı və 12 yaşdan böyük yeniyetmələrdə yuvenil
mioklonik epilepsiyanın müalicəsi zamanı əlavə müalicə kimi,
• böyüklərdə birincili generalizəolunmuş tonik-klonik qıcolmaların və 12 yaşdan böyük yeniyetmələrdə idiopatik genelalizəolunmuş epilepsiyanın müalicəsi zamanı əlavə müalicə kimi və
• monoterapiya şəklində 16 yaşdan yuxarı pasiyentlərdə ikincili generalizəolunmuş və -olunmamış
parsial (epizodik) qıcolma tutmalarının müalicəsində.

 

Əks göstərişlər

Levetirasetama, digər pirrolidon törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı
birinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicənin dayandırılması
Klinik sınağın nəticələrinə müvafiq olaraq, EPİNEKS ilə müalicə dozanın tədricən azaldılması yolu
ilə dayandırılmalıdır (məsələn, böyüklər və bədən kütləsi 50 kq-dan artıq olan yeniyetmələrdə dozanı hər 2-4 həftədən bir 2 x 500 mq/gün qədər azaldılmalı; uşaqlarda və bədən kütləsi 50 kq-dan aşağı
olan yeniyetmələrdə və 6 aylıqdan böyük uşaqlarda doza hər 2 həftədən bir maksimum 2 x 10
mq/kq/gün azaldılmalı; 6 aylıqdan kiçik uşaqlarda doza hər iki həftədən bir maksimum 2 x 7
ma/kq/gün azaldılmalıdır.
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsi tələb oluna bilər. Qaraciyər
funksiyasının ağır pozğunluğu zamanı dozanın seçilməsindən əvvəl böyrək funksiyasının
qiymətləndirilməsi tövsiyə olunur (bax: “İstifadə qaydası və dozası”).
İntihar
Epilepsiyaəleyhinə dərman preparatları (levetirasetam daxil olmaqla) qəbul edən pasiyentlərdə
intihar, intihara cəhd, intihar barədə fikirlər və davranış barədə məlumat verilmişdir.
Epilepsiyaəleyhinə dərman preparatlarının randomizəolunmuş, plasebo-nəzarətli tədqiqatlarının
meta-analizi intihar barədə fikirlərin və davranışın yaranması riskinin bir qədər yüksəldiyini
göstərmişdir.
Bu riskin mexanizmi məlum deyil.
Ona görə də pasiyentləri depressiya və/və ya intihar barədə fikir və davranış əlamətlərinə görə
izləmək və müvafiq müalicə nəzərdən keçirilməlidir. Pasiyentlərə (və pasiyentlərin qəyyumlarına)
məsləhət vermək lazımdır ki, depressiya və/və ya intihar barədə fikir və davranış əlamətləri
meydana çıxarsa, məsləhət üçün tibbi yardıma müraciət etmək lazımdır.
Pediatrik pasiyentlər
Uşaqlara dair mövcud məlumatlar boy artımına və cinsi yetişkənliyə təsirin olmadığını göstərir.
Lakin, təlim, intellekt, boyatma, endokrin funksiya, cinsi yetişkənlik və doğuş qabiliyyəti üçün
gələcəkdə baş verə biləcək nəticələr məlum deyildir.
Epilepsiyası olan 1 yaşa qədər uşaqlarda levetirasetamın təhlükəsizliyi və effektivliyi hərtərəfli
qiymətləndirilməmişdir. Klinik tədqiqatlarda preparat yalnız parsial qıcolma tutmaları olan 1 yaşa
qədər 35 uşaq üzərində tədqiq edilmişdir ki, onlardan yalnız 13-ü < 6 aylıq olmuşdur.
Köməkçi maddələr
EPİNEKS 100 mq/ml oral məhlulun tərkibində natrium metil-hidroksibenzoat (E219) və natrium
propil-hidroksibenzoat (E217) olduğundan, o, allergik reaksiyalar törədə bilər (ola bilsin ki, ləng
tipli).
EPİNEKS 100 mq/ml oral məhlulun tərkibində qliserin vardır; lakin, onun dozası o qədər kiçikdir
ki, heç bir xəbərdarlıq tələb olunmur.
EPİNEKS 100 mq/ml oral məhlulun tərkibində həmçinin, maltitol vardır; fruktozaya qarşı nadir irsi
dözümsüzlüyü olan pasiyentlər bu dərman preparatını qəbul etməməlidirlər.
EPİNEKS 100 mq/ml oral məhlulun tərkibində 1,7 mq/ml natrium siklamat və 4,0 mq/ml
natrium sitrat dihidrat vardır. Nəzarət olunan natrium pəhrizi saxlayan pasiyentlər bunu nəzərə
almalıdırlar.

 

EPİNEKS İstifadə qaydası və dozası

Gündəlik ümumi doza iki bərabər dozaya bölünərək qəbul edilməlidir.
• Monoterapiya
Böyüklərdə və 16 yaşdan böyük yeniyetmələrdə
Tövsiyə olunan başlanğıc doza gündə 2 dəfə 250 mq təşkil edir, o, iki həftədən sonra gündə 2 dəfə
500 mq başlanğıc müalicəvi dozaya qədər artırılmalıdır.
Dozanı, sonradan müalicəyə klinik cavabdan asılı olaraq, hər iki həftədən bir əlavə olaraq gündə 2
dəfə 250 mq artırmaq olar. Maksimal doza gündə 2 dəfə 1500 mq təşkil edir.
• Əlavə müalicə
Böyüklərdə (≥18 yaş) ə bədən kütləsi 50 kq və ya ondan çox olan yenieyetmələrdə (12 - 17 yaş)
Başlanğıc müalicəvi doza gündə 2 dəfə 500 mq təşkil edir. Bu doza ilə müalicəyə müalicənin birinci
günü başlanıla bilər.
Klinik cavabdan və müalicəyə dözümlülükdən asılı olaraq, gündəlik doza maksimum gündə iki dəfə
1500 mq-a qədər artırıla bilər.
Doza, hər 2-4 həftədən bir gündə 2 dəfə 500 mq artırıla və ya azaldıla bilər.
Körpələr (6 - 23 aylıq), uşaqlar (2 - 11 yaş) və bədən kütləsi 50 kq-dan az olan yeniyetmələr (12 - 17
yaş)
Başalnğıc müalicəvi doza gündə 2 dəfə 10 mq/kq təşkil edir.
Klinik cavabdan və müalicəyə dözümlülükdən asılı olaraq, doza gündə 2 dəfə 30mq/kq-a qədər
artırıla bilər. Doza, gündə 2 dəfə 10 mq/kq-dan çox olmamaqla, hər 2 həftədən bir artırıla və ya
azaldıla bilər. Ən aşağı effektiv doza istifadə edilməlidir.
Bədən kütləsi 50 kq və ondan çox olan uşaqlar üçün doza böyüklərdə istifadə olunan doza ilə
eynidir.
Həkim, bədən kütləsinə və dozaya uyğun olaraq ən münasib dərman formasını və dozanı təyin
etməlidir.
6 aylıqdan yuxarı körpələr, uşaqlar və yeniyetmələr üçün tövsiyə olunan doza:
Bədən kütləsi Başlanğıc doza
Gündə iki dəfə 10 mq/kq
Maksimal doza
Gündə iki dəfə 30 mq/kq
6 kq(1) Gündə iki dəfə 60 mq/kq (0,6 ml) Gündə iki dəfə 180 mq/kq (1,8 ml)
10 kq(1) Gündə iki dəfə 100 mq/kq (1 ml) Gündə iki dəfə 300 mq/kq (3 ml)
15 kq(1) Gündə iki dəfə 150 mq/kq (1,5 ml) Gündə iki dəfə 450 mq/kq (4,5 ml)
20 kq(1) Gündə iki dəfə 200 mq/kq (2 ml) Gündə iki dəfə 600 mq/kq (6 ml)
25 kq(1) Gündə iki dəfə 250 mq/kq (2,5 ml) Gündə iki dəfə 750 mq/kq (7,5 ml)
50 kq-dan yuxarı(1) Gündə iki dəfə 500 mq/kq (5 ml) Gündə iki dəfə 1500 mq/kq (15 ml)
(1) Bədən kütləsi 25 kq-dan aşağı olan uşaqlar üçün müalicəyə, EPİNEKS oral məhlulla başlamaq
tövsiyə olunur.
(2) Bədən kütləsi 50 kq-dan yuxarı olan uşaqlar və yeniyetmələr üçün doza böyüklərdə istifadə
olunan doza kimidir.
1 aylıqdan 6 aylığa qədər körpələrdə
Başlanğıc müalicəvi doza gündə 2 dəfə 7mq/kq təşkil edir.
Müalicəyə klinik cavabdan və dözümlülükdən asılı olaraq, doza gündə 2 dəfə 21 mq/kq-a qədər
yüksəldilə bilər. Doza gündə 2 dəfə 7 mq/kq-dan yüksək olmamaqla, hər iki həftədən bir artırıla və
ya azaldıla bilər. Ən aşağı effektiv doza istifadə edilməlidir.
Körpələrin müalicəsi EPİNEKS 100 mq/ml oral məhlulla başlanmalıdır.
1 aylıqdan 6 aylığa qədər körpələr üçün tövsiyə olunan doza:
Bədən kütləsi Başlanğıc doza
Gündə iki dəfə 7 mq/kq
Maksimal doza
Gündə iki dəfə 21 mq/kq
4kq Gündə iki dəfə 28 mq/kq (0,3 ml) Gündə iki dəfə 84 mq/kq (0,85 ml)
5kq Gündə iki dəfə 35 mq/kq (0,35 ml) Gündə iki dəfə 105 mq/kq (1,05 ml)
7kq Gündə iki dəfə 49 mq/kq (0,5 ml) Gündə iki dəfə 147 mq/kq (1,5 ml)
Həkim bədən kütləsindən və dozadan asılı olaraq, ən yaxşı dərman formasını, buraxılış formasını və
miqdari tərkibini təyin etməlidir.
Bir buraxılış forması mövcuddur:
- Hər 0,25 ml-dən bir dərəcələnmiş (25 mq-a ekvivalent) 10 ml-lik oral şpris, 300 ml-lik flakon.
Bu buraxılış forması 4 yaşlı və daha böyük uşaqlara, yeniyetmələrə və böyüklərə təyin edilməlidir.
İstifadə qaydası
Oral məhlul bir stəkan suda və ya uşaq üçün butulkada durulaşdırıla və qida ilə və ya onsuz qəbul
edilə bilər. Dərəcələnmiş oral şpris və içlik vərəqə EPİNEKS-in qablaşdırmasında tədqim olunur.
Doza və dozanın istifadə tezliyi
Normal > 80 Gündə 2 dəfə 500-1500 mq
Mülayim 50 – 79 Gündə 2 dəfə 500-1500 mq
Orta 30- 49 Gündə 2 dəfə 250-750 mq
Ağır < 30 Gündə 2 dəfə 250-500 mq
Böyrək çatışmazlığının son
mərhələsində və dializdə
olan pasiyentlər üçün(1)
 - Gündə 1 dəfə 500-1000 mq (1)
(1) Levetirasetamla müalicənin birinci günü 750 mq yükləmə dozası tövsiyə olunur. (2) Dializdən sonra 250 - 500 mq əlavə dozadan istifadə etmək tövsiyə olunur.
Levetirasetamın klirensi böyrək funksiyası ilə əlaqəli olduğu üçün, böyrək çatışmazlığı olan uşaqlar
üçün levetirasetamın dozası böyrək funksiyasına uyğun olaraq tənzimlənməlidir. Bu tövsiyə böyrək
çatışmazlığı olan yetkin xəstələr üzərində aparılan tədqiqata əsaslanır.
 Doza və dozanın istifadə tezliyi (1)
1 aylıqdan 6 aylığa qədər
körpələr
6 aylıqdan 23 aylığa qədər körpələr, bədən kütləsi 50 kq-dan
aşağı olan uşaqlar və
yeniyetmə-lər
Normal > 80 Gündə 2 dəfə 7-21 mq/kq
(0,07-0,21 ml/kq)
Gündə 2 dəfə 10-30 mq/kq
(0,10-0,30 ml/kq)
Mülayim 50 - 79 Gündə 2 dəfə 7-14 mq/kq
(0,07-0,14 ml/kq)
Gündə 2 dəfə 10-20 mq/kq
(0,10-0,20 ml/kq)
Orta 30 - 49 Gündə 2 dəfə 3,5-10,5 mq/kq
(0,035-0,105 ml/kq)
Gündə 2 dəfə 5-15 mq/kq
(0,05-0,15 ml/kq)
Ağır < 30 Gündə 2 dəfə 3,5-7 mq/kq
(0,035-0,07 ml/kq)
Gündə 2 dəfə 5-10 mq/kq
(0,05-0,10 ml/kq)
Böyrək çatışmazlığının
son mərhələsində və dializdə olan
pasiyentlər
üçün
 -
Gündə 2 dəfə 7-14 mq/kq
(0,07-0,14 ml/kq)
Gündə 2 dəfə 10-20 mq/kq
(0,10-0,20 ml/kq)
(1) EPİNEKS oral məhlul 250 mq-dan aşağı dozalar üçün və tabletləri udmaqda çətinlik çəkən
pasiyentlər üçün istifadə edilməlidir.
(2) Levetirasetamla müalicənin birinci günü 10,5 mq/kq (0,105 ml/kq) yükləyici doza tövsiyə olunur.
(3) Levetirasetamla müalicənin birinci günü 15 mq/kq (0,15 ml/kq) yükləyici doza tövsiyə olunur.
(4) Dializdən sonra 3,5 - 7 mq/kq (0,035 – 0,07 ml/kq) əlavə doza tövsiyə olunur. (5) Dializdən sonra 5 - 10 mq/kq (0,05 – 0,10 ml/kq) əlavə doza tövsiyə olunur.
Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı zamanı dozaya düzəliş edilməsi tələb olunmur. Ağır
qaraciyər çatışmazlığı olan pasiyentlərdə kreatinin klirensi böyrək çatışmazlığını qənaətbəxş şəkildə
əks etdirməyə bilər.
Ona görə də kreatinin klirensi < 60 ml/dəq/1,73 m2 olduqda gündəlik dəstəkləyici doza 50%
azaldılmalıdır.
Pediatrik pasiyentlər
EPİNEKS oral məhlulu 4 yaşa qədər uşaqlarda istifadə olunur. Bundan başqa, tablet dərman forması
üçün mövcud olan dozalar bədən kütləsi 25 kq-dan aşağı olan uşaqlarda başlanğıc müalicə üçün,
tabletləri udmaqda çətinlik çəkən pasiyentlər üçün və 250 mq-dan aşağı dozaların istifadəsi üçün
münasib deyildir. Yuxarıda göstərilən bütün hallarda EPİNEKS oral məhluldan istifadə edilməlidir.
O, uşaqlarda və 16 yaşa qədər yeniyetmələrdə monoterapiya şəklində istifadə olunmur
Yaşlı pasiyentlər
Əgər böyrək funksiyası pozulmuşdursa, yaşlı pasiyentlərdə (65 yaşlı və böyük) dozaya düzəliş
edilməsi tövsiyə olunur (bax: “İstifadə qaydası və dozası”, “Böyrək/qaraciyər pozğunluğu”).

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Epilepsiyaəleyhinə dərman preparatları
Marketinqöncəsi böyüklər üzərində aparılan klinik tədqiqatların gedişində alınan nəticələr göstərir
ki, EPİNEKS mövcud epilepsiyaəleyhinə dərman preparatlarının (fenitoin, karbamazepin, valproy
turşusu, fenobarbital, lamotricin, gabapentin və pirimidon) zərdab konsentrasiyalarına və bu dərman
preparatları isə EPİNEKS-in farmakokinetikasına təsir göstərmir.
Probenesid
Böyrəklərdən borucuq sekresiyasını blokadaya alan preparat olan Probenesidin (gündə 4 x 500mq)
levetirasetamın yox, əsas (birincili) metabolitin böyrək klirensini inhibə etməsi müəyyən edilmişdir.
Lakin, bu metabolitin konsentrasiyası çox aşağıdır. Aktiv borucuq sekresiyası vasitəsilə orqanizmdən xaric olan digər dərmanların metabolitin böyrək klirensini azaldacağı gözlənilir.
Levetirasetamın probenesidə təsiri tədqiq edilməmişdir və levetirasetamın qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), sulfonamidlər və metotreksat kimi, aktiv sekresiya olunan digər
dərmanlara təsiri təsiri məlum deyil.
Oral kontraseptivlər və digər farmakokinetik qarşılıqlı təsirlər
1000 mq gündəlik dozada levetirasetam oral kontraseptivlərin (etinilestradiol, levonorqestrel) farmakokinetikasını və endokrin parametrlərini (lüteinizəedici hormon və progesteron) dəyişməmişdir.
Levetirasetam 2000 mq / gün dozada, digoksinin və varfarinin farmakokinetikasına təsir etməmişdir,
protrombin vaxtı toxunulmaz qalmışdır. Diqoksinlə, oral kontraseptivlərlə və varfarin ilə birgə istifadə levetirasetamın farmakokinetikasına təsir göstərmir.
Antasidlər
Antasidlərin levetirasetamın absorbsiyasına təsirinə dair heç bir məlumat yoxdur.
İşlədici dərman preparatları
Oral levetirasetamla birlikdə istifadə zamanı osmotik işlədici olan makroqolun levetirasetamın
effektivliyini azaltması barədə tək-tək məlumatlar olmuşdur.
Ona görə də, makroqol Levetirasetamın qəbulundan bir saat əvvəl və bir saat sonra oral yolla
istifadə olunmamalıdır.
Qida və alkoqol
Qida qəbulu levetirasetamın absorbsiya dərəcəsinə təsir göstərməmişdir, lakin absorbsiya sürəti bir
qədər azalmışdır.
Levetirasetam ilə alkoqol arasında qarşılıqlı təsirə dair heç bir məlumat yoxdur.
Xüsusi pasiyent qruplarına dair əlavə məlumat
Pediatrik pasiyentlər
Böyüklərdə olduğu kimi, gündə 60 mq/kq/gün dozada levetirasetamla müalicə olunan pediatrik
pasiyentlərdə də klinik əhəmiyyətli dərman qarşılıqlı təsirinin olduğu aşkar edilməmişdir.
Epilepsiyalı uşaqlar və yeniyetmələr (4-17 yaş) üzərində aparılan retrospektiv farmakokinetik qarşılıqlı təsirin qiymətləndirilməsi təsdiq etmişdir ki, oral levetirasetamla əlavə müalicə eyni zamanda
istifadə olunan karbamazepinin və valproy turşusunun stabil zərdab konsentrasiyasına təsir göstərmir.
Lakin, məlumatlar göstərir ki, fermenti induksiyalaşdıran epilepsiyaəleyhinə dərmanlar uşaqlarda
levetirasetamın klirensini 20% yüksəldir. Dozaya düzəliş edilməsi tələb olunmur.
Uyuşmazlığı
Uyuşmazlığı barədə məlumat yoxdur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyə
Hamiləlik kateqoriyası C-dir.
Doğuş qabiliyyətli qadınlar/Kontrasepsiya
EPİNEKS klinik zərurət olmadığı halda kontrasepsiyadan istifadə etməyən doğuş qabiliyyətli
qadınlarda istifadə edilməməlidir.
Hamiləlik dövrü
Hamiləliyin birinci trimestri dövründə Levetirasetamla monoterapiyaya məruz qalmış 1000-dən
artıq qadında prospektiv hamiləlik barədə bir neçə qeydiyyat sənədləşdirilmişdir.
Bütövlükdə bu məlumatlar ciddi anadangəlmə inkişaf qüsurlarının olmasını göstərmir, baxmayaraq
ki, teratogen təsir riskini tam istisna etmək olmaz.
Bir neçə epilepsiyaəleyhinə dərman preparatı ilə müalicə, monoterapiya ilə müqayisədə anadangəlmə inkişaf qüsurlarının daha yüksək riski ilə bağlıdır və ona görə də monoterapiya nəzərdə
tutulmalıdır.
Əgər aşkar zərurət olmazsa, EPİNEKS hamiləlik dövründə istifadə edilməməlidir. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olduğunu göstərir (bax: “Klinikayaqədərki təhlükəsizlik məlumatları”).
Digər epilepsiyaəleyhinə dərman preparatları kimi, hamiləlik dövründə baş verən fizioloji dəyişikliklər levetirasetamın konsentrasiyasına təsir göstərə bilər. Hamiləlik dövründə levetirasetamın
plazma konsentrasiyasının azalması müşahidə edilmişdir. Bu azalma hamiləliyin üçüncü trimestrində daha çox ifadə olunur (hamiləliyə qədər başlanğıc konsentrasiyanın 60% -nə qədər).
EPİNEKS ilə müalicə olunan hamilə qadınların lazımi klinik müalicəsini təmin etmək lazımdır.
Epilepsiyaəleyhinə müalicənin dayandırılması xəstəliyin kəskinləşməsinə səbəb ola bilər ki, bu da
ana və döl üçün zərərli ola bilər.
Laktasiya dövrü
Levetirasetam döş südü ilə xaric olur. Ona görə də EPİNEKS ilə müalicə zamanı ana südü ilə
qidalandırma dayandırılmalıdır. Lakin, ana südü ilə qidalandırmanın və ya EPİNEKS ilə müalicənin
dayandırılması barədə qərar qəbul edərkən, südəmər uşaq üçün ana südü ilə qidalandırmanın
üstünlüyü və EPİNEKS-lə müalicənin uşaq əmizdirən ana üçün faydası nəzərə alınmalıdır.
Reproduktivlik qabiliyyəti/Fertillik
Heyvanlar üzərində aparılan tədqiqatlarda fertilliyə heç bir təsir qeyd edilməmişdir (bax:
“Klinikayaqədərki təhlükəsizlik məlumatları”). Heç bir klinik məlumat yoxdur, insan üçün potensial
riski məlum deyil.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsirinə dair tədqiqat aparılmayıb. Ona görə də müxtəlif fərdi həssaslığın mümkünlüyü ilə bağlı olaraq, bəzi pasiyentlərdə yuxululuq və mərkəzi sinir sistemi ilə bağlı digər simptomlar meydana çıxa
bilər, xüsusilə müalicənin əvvəlində və ya dozanın artırılmasından sonra.
Ona görə də belə pasiyentlərə yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növləri ilə məşğul olarkən, məsələn nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaları tövsiyə olunur. Pasiyentlərə tövsiyə olunur ki, preparatın onların bu kimi qabiliyyətlərinə mənfi təsir göstərmədiyinə əmin olana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməsinlər.

 

Əlavə təsirləri

Təhlükəsizlik profilinin xülasəsi
Aşağıda təqdim olunan əlavə təsirlərin profili bütün göstərişlər nəzərə alınmaqla, birləşmiş plasebonəzarətli klinik sınaqlardan alınan nəticələrin analizinə əsaslanmışdır, bu zaman ümumiyyətlə 3416
pasiyent levetirasetamla müalicə olunmuşdur.
Bu məlumatlar levetirasetamın müvafiq açıq-etiketli tədqiqatlarında, həmçinin, postmarketinq təcrübələrdə təsdiq olunur. Ən çox aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir: nazofaringit,
yuxululuq, başağrısı, yorğunluq və başgicəllənmə. Levetirasetamın təhlükəsizlik profili adətən, yaş
qrupları arasında (böyük və pediatrik pasiyentlər) və epilepsiyanın təsdiq olunmuş göstərişlərinə
görə oxşardır.
Klinik tədqiqatlar zamanı (böyüklər, yeniyetmələr, uşaqlar və > 1 aylıq körpələr) və postmarketinq
dövründə məlumat verilmiş əlavə təsirlər aşağıdakı cədvəldə orqan sistemləri üzrə və başvermə tezliyinə görəsadalanır. Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez
(≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1 000 - <1/100); nadir (≥1/10 000 - <1/1 000), çox nadir (<1/10 000) və məlum deyil (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək
mümkün deyil).
İnfeksiyalar və invaziyalar
Çox tez-tez: nazofaringit
Tez-tez: infeksiya
Qan və limfa sistemində baş verən pozğunluqlar
Bəzən: trombositopeniya, leykopeniya
Nadir: neytropeniya, pansitopeniya, aqranulositoz
İmmun sistemdə baş verən pozğunluqlar
Nadir: eozinofiliya və sistem simptomlarla dərman qarşılıqlı təsiri (DRESS)
Metabolizmdə və qidalanmada baş verən pozğunluqlar
Tez-tez: anoreksiya
Bəzən: bədən kütləsinin artması, bədən kütləsinin azalması
Nadir: hiponatriemiya
Psixiatrik pozğunluqlar
Tez-tez: depressiya, düşmənçilik davranışı/aqressiya, narahatlıq, yuxusuzluq,
əsəbilik/qıcıqlanma.
Bəzən: intihara cəhd, intihara dair fikirlər, psixi pozğunluq, qeyri-normal davranış,
Hallüsinasiya, qəzəb, çaşqınlıq, panik atak, labillik/əhvalda dəyişikliklər, oyanıqlıq
Nadir: intihar, şəxsiyyət pozğunluğu, qeyri-normal düşüncə
Sinir sistemində baş verən pozğunluqlar
Çox tez-tez: yuxululuq, başağrısı
Tez-tez: qıcolma, balans pozğunluğu, başgicəllənmə, tremor, letargiya
Bəzən: amneziya, yaddaş pozğunluğu, qeyri-normal koordinasiya/ataksiya, paresteziya,
Diqqəti toplama qabiliyyətinin pozulması
Nadir: xoreoatetoz, diskineziya, hiperkineziya
Gözdə baş verən pozğunluqlar
Bəzən: diplopiya, dumanlı görmə
Qulaqda və labirintdə baş verən pozğunluqlar
Tez-tez: vertiqo
Tənəffüs, döş qəfəsi və ortadivar orqanlarında baş verən pozğunluqlar
Tez-tez: öskürək
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
Tez-tez: abdominal ağrı, diareya, dispepsiya, ürəkbulanma, qusma
Nadir: pankreatit
Hepatobiliar pozğunluqlar
Bəzən: qaraciyərin funksional testlərində qeyri-normallıq
Nadir: qaraciyər çatışmazlığı, hepatit
Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar
Tez-tez: səpgi
Bəzən: alopesiya, ekzema, qaşınma
Nadir: toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema
Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar
Bəzən: əzələ zəifliyi, mialgiya
Ümumi pozğunluqlar və istifadə yerində vəziyyət
Tez-tez: asteniya/yorğunluq.
Travmalar, zəhərlənmələr və prosedur ağırlaşmaları
Bəzən: travma
Seçilmiş əlavə reaksiyaların təsviri
Topiramatın EPİNEKS ilə birlikdə istifadəsi zamanı anoreksiya riski yüksəlir. Alopesiyanın bəzi
hallarında EPİNEKS ilə müalicənin dayandırılmasından sonra bərpa baş vermişdir.
Pansitopeniyanın bəzi hallarında sümük iliyinin tormozlanması müəyyən edilmişdir.
Pediatrik pasiyentlər
Ümumilikdə 190 pasiyent olmaqla, 1 aylıqdan yuxarı və 4 yaşdan aşağı pasiyentlər plasebo-nəzarətli və açıq-etiketli tədqiqatlarda levetirasetamla müalicə edilmişdir. Bu pasiyentlərdən 60-ı plasebo-nəzarətli tədqiqatlarda levetirasetamla müalicə olunmuşdur. Ümumilikdə 4-16 yaşlı 645 pasiyent
plasebo-nəzarətli və açıq etiketli geniş tədqiqatlarda levetirasetamla müalicə almışdır. Bu pasiyentlərdən 233-ü plasebo-nəzarətli tədqiqatlarda EPİNEKS ilə müalicə almışdır. Bu pediatrik yaş
diapazonlarının hər ikisində bu nəticələr levetirasetamın postmarketinq istifadə təcrübəsi ilə təsdiq
olunur.
Levetirasetamın əlavə təsir profili bütövlükdə yaş qrupları üzrə və təsdiq olunmuş epilepsiya göstərişlərinə görə oxşardır.
Pediatrik pasiyentlərin təhlükəsizlik nəticələri böyüklərə nisbətən uşaqlarda daha tez-tez rast gələn
davranış və psixiatrik əlavə təsirlər istisna olmaqla, plasebo-nəzarətli klinik tədqiqatlarda levetirasetamın böyüklərdə təhlükəsizlik profilinə uyğun olmuşdur. 4 - 16 yaşlı uşaqlarda və yeniyetmələrdə
qusma (çox tez-tez, 11,2%), həyəcan (tez-tez, 3,4%), əhvalın dəyişməsi (tez-tez, 2,1%), labilliyə təsir (tez-tez, 1,7%), aqressiya (tez-tez, 8,2%), qeyri-normal davranış (tez-tez, 5,6%) və letargiya (teztez, 3,9%) barədə digər yaş diapazonlarına nisbətən və ya ümumi təhlükəsizlik profili ilə müqayisədə daha tez-tez məlumat verilmişdir. Digər yaş qruplarına nisbətən və ya ümumi təhlükəsizlik profili
ilə müqayisədə 1 aylıqdan 4 yaşa qədər körpələrdə və uşaqlarda qıcıqlanma (çox tez-tez, 11,7%) və
anormal koordinasiya (tez-tez, 3,3%) barədə daha tez-tez məlumat verilmişdir.
İkiqat-kor, plasebo-nəzarətli, aşağı keyfiyyətli olmayan dizaynla pediatrik təhlükəsizlik tədqiqatında
parsial qıcolma tutmaları olan 4-16 yaşlı uşaqlarda levetirasetamın koqnitiv və neyropsixoloji təsirləri qiymətləndirilmişdir. Əldə edilmiş nəticəyə görə levetirasetam başlanğıca nisbətən baş verən dəyişməyə görə Leiter-R Attention və Memory qiymətləndirməsinə münasibətdə və protokol üzrə əhalinin yaddaş kartının məcmusuna görə plasebodan fərqlənməmişdir (ondan geri qalmamışdır).
Davranış və emosional fəaliyyətlə bağlı nəticələr göstərir ki, levetirasetamla müalicə olunan pasiyentlərdə yoxlanmış alətdən (Uşaq davranışının kontrol siyahısı - CBCL – Achenbach Child Behavior Checklist) istifadə etməklə standartlaşdırılmış və sistematik üsulla ölçülən aqressiv davranışın
pisləşməsi baş verir. Lakin, uzunmüddətli açıq-etiketli əlavə tədqiqatda levetirasetam qəbul edən
subyektlərdə orta davranış və emosional fəaliyyətdə davranışda pisləşmə baş verməmiş, xüsusilə,
aqressiv davranış başlanğıc səviyyədən pis olmamışdır.

 

Doza həddinin aşılması

Simptomları
EPİNEKS ilə doza həddinin aşılması zamanı yuxululuq, oyanıqlıq, aqressiya, şüurun dumanlanması,
tənəffüsün depressiyası və koma barədə məlumat verilmişdir.
Müalicəsi
Doza həddinin kəskin aşılmasından sonra mədə yuyulmaqla və ya qusma törətməklə təmizlənə bilər.
Levetirasetam üçün heç bir xüsusi antidot yoxdur.
Doza həddi aşılmasının müalicəsi simptomatikdir və bu zaman hemodializ də istifadə edilə bilər.
Dializ vasitəsilə ekstraksiyanın effektivliyi levetirasetam üçün 60% və əsas metabolit üçün 74%
təşkil edir.

 

Buraxılış forması

300 ml məhlul, uşaqlar üçün qoruyucu qapaqlı, kəhraba şüşə flakonda. 1 flakon 10 ml dərəcələnmiş
peroral şprislə və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.