Pharmed

ENUREZIN 2MG N20 TB

ENUREZIN, tabletlər

ENUREZIN tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 2 mq tolterodin tartrat vardır.

İstifadəsinə göstərişlər

Aşağıdakı simptomları olan pasiyentlərdə sidik kisəsinin hiperaktivliyinin simptomatik müalicəsi: − Tez-tez sidiyəgetmə. − Usandırıcı sidiyəgetmə (sidiyəgetməyə çağırış). − Sidiyi saxlaya bilməmək.

Əks göstərişlər

Aşağıdakı əlamətlər olan pasiyentlərdə Tolterodinun istifadəsi əks göstərişdir: − Sidiyin ləngiməsi. − Nəzarət oluna bilinməyən bağlıbucaqlı qlaukoma. − Miasteniya qravis (Myasthenia gravis). − Tolterodinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı məlum yüksək həssaslıq.

− Ağır xoralı kolit. − Toksiki meqakolon.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Tolterodinin hamilə qadınlarda istifadəsinə dair adekvat məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın reproduktiv toksikliyə malik oldu ğu müəyyən edilmişdir. İnsanlar üçün potensial riski məlum deyil. Ona görə də Enurezinin hamiləlik dövründə istifadəsi məsləhət görülmür.

Laktasiya Tolterodinin ana südünə keçməsinə dair heç bir məlumat yoxdur. Tolterodin laktasiya dövründə istifadə olunmamalıdır.

ENUREZIN istifadə qaydası və dozası

Böyüklər (yaşlılar daxil olmaqla): Qaraciyərin funksional çatışmazlığı və ya böyrəklərin ciddi funksional çatışmazlığı olan pasiyentlər istisna olmaq la (kələf filtrasiya sürəti <30 ml/dəq) tövsiyə olunan doza gündə 2 dəfə 2 mq -dır, qaraciyərin və ya böyrəklərin funksional çatışmazlığı olan pasiyentlər üçün isə tövsiyə olunan doza gündə 2 dəfə 1 mq -dır. Əlavə təsirlər narahatlıq törədərsə, doza gündə 2 dəfə 2 mq -dan 1 mq -a qədər azaldıla bilər. Müalicənin effektivliyi 2-3 aydan sonra yenidən qiymətləndirilməlidir.