PharmEd

Pharmed

ENAT 400 IU N30 CAP

ENAT

Beynəlxalq patentləşdirilməmiş adı: d-alpha-Tocopherol acetate

 

ENAT Tərkibi

Təsiredici maddə: 1 kapsulda 400 BV E vitamini (d-alfa tokoferol-asetat şəklində) vardır. Köməkçi maddələr: soya yağı, jelatin, qliserin, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu

Digər vitamin preparatları.

ATC kodu: A11HA03.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: E vitamini orqanizmdə antioksidant təsir göstərir. O, doymamış yağ turşularını, həmçinin hüceyrə membrananının fosfolipidlərini və digər oksigenə həssas maddələri sərbəst radikallardan qoruyur. Farmakokinetikası: E vitamininin mədə-bağırsaq traktından absorbasiyası ödün və mədəaltı vəzinin fermentativ aktivliyindən asılıdır. E vitaminin dozası artaraq, onun absorbasiya olunan miqdarıda çoxalır. Sorulandan sonra E vitamini limfa xilomikronları ilə dövr edir, sonra alfa- və beta-lipoproteidlərlə birləşərək bütün toxumalara geniş yayılır və əsasən piy toxumasında ehtiyat şəkildə yığılır. E vitaminin bir hissəsi qaraciyərdə metabolizmə uğrayaraq, nəticədə tokoferol turşusunun qlükoronidləri və qamma-lakton yaranır, hansı ki sidiklə, əsas hissəsi isə tədricən ödnən xaric olunur. E vitamini ana südündə aşkar olunur, lakin ciftdən zəif keçir.

 

İstifadəsinə göstərişlər

E vitamin çatışmazlığının profilaktikası və müalicəsi.

 

Əks göstərişlər

K vitamininin çatışmazlığı nəticəsində baş verən hipoprotrombinemiya. E vitamininə qarşı yüksək həssaslıq. Xüsusi göstərişlər və ehtiyat tədbirləri

- E vitamini antikoaqulyantların (varfarin və ya indandion törəməli dərman maddələri), estrogenlərin effektini gücləndirə, həmçinin aspirinin antiaqreqant təsirini potensiallaşdıra bilər.

- Yüksək dozada E vitamini K vitamini çatışmazlığı olan və ya oral K vitaminin antaqonistini qəbul edən pasiyentlərdə qanaxmaya meylliyi artırdığı üçün protrombin vaxtının və Beynəlxalq normallaşmış Nisbətin (BNN) monitorinqi tövsiyə olunur.

- E vitamini dəmir preparatlarına qarşı hematoloji cavab reaksiyasını pisləşdirə bilər.

- Uzunmüddətli E vitamini preparatının qəbulu (gündəlik 400 BV) kişilərdə prostat xərçəngi riskini artıra bilər.

- Uzunmüddətli (> 1 il) yüksək doza ( gündəlik ≥400 BV) E vitaminin qəbulu müxtəlif səbəbli ölüm riskini artıra bilər.

- ENAT preparatını hər hansı digər dərman maddəsi ilə birlikdə istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

 

Digər dərman maddələri ilə qarşılıqlı təsiri

- ENAT preparatı ilə aşağıda qeyd edilən dərman preparatlarını yanaşı qəbul etsəniz dərhal həkiminizə söyləyin:

- Trombolitik preparatlar

- A vitamini və K vitamini

- Xolestiramin

- Kimyaterapiya preparatları

- Peroral kontraseptivlər, Antikoaqulyant preparatlar, E vitamini, xüsusilə oral antikoaqulyantlar və ya estrogen qəbul edən xəstələrdə K vitamininə antaqonist təsir göstərir. Bu səbəblə, E vitamini antikoaqulyant qəbul edən xəstələrdə qanaxma riskini və estrogen qəbul edən xəstələrdə tromboz riskini artıra bilər. Trombəleyhinə və qıcolmaəleyhinə preparatlar, Yüksək dozada E vitamini trombəleyhinə dərman vasitələrinin (aspirin, dipiridamol, eptifibatid, klopidogrel, tikloptid, tirofiban və abksikimab kimi) təsirlərini gücləndirə bilər. Qıcolmaəleyhinə peparatlar (fenobarbital, fenitoin və karbamazepin kimi) plazma E vitamini səviyyələrini azalda bilər. Tipranavir ilə yüksək doza E vitamini kombinasiyası, qanaxma riskinin artıra bilər. Digər antioksidant maddələrin (C vitamini, selenium, ubixinon) müəyyən E vitamini çatışmazlığı əlamətlərini azalda bilər. Vitamin E istifadəsi (tək başına və ya digər antioksidanlarla birlikdə) siklosporinin konsentrasiyasını azalda bilər. Dəmir tərkibli preparatların eyni vaxtda istifadəsi E vitamininin aktivliyini azaldır, bu səbəblə hər iki dərmanı qəbulu zamanı bir neçə saatlıq fasilə saxlanılmalıdır. E vitamini, A vitamininin sorulmasını artırır. Xolestiramin və kolestipol mədə-bağırsaqda E vitamininin sorulmasını azaldır. Orlistat və ya mineral yağlar ilə eyni vaxtda istifadəsi zamanı, E vitamini də daxil olmaqla yağda həll olunan vitaminlərin absorbiyasının mümkün pozulma halları baş verə bilər. Orlistat, E vitaminindən 2 saat əvvəl və ya sonra qəbul olunmalıdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi tövsiyə olunan doza həddini aşdığı üçün istifadə olunmamalıdır. Laktasiya dövründə istifadəsi :Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə hər hansı dərman preparatını qəbul etməkdən öncə həkimə məlumat verin. Pediatriyada istifadəsi Uşaqlarda istifadə etmək məsləhət görülmür.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

 

ENAT İstifadə qaydası və dozası

Həkim tərəfindən fərqli qəbul qaydası təyin olunmadıqda, gündə 1 kapsul daxilə qəbul edilir. Müalicə müddətini həkim təyin etməlidir. Uşaqlarda istifadəsi tövsiyə edilmir.

 

Əlavə təsirləri

Adətən E vitamini orqanizm tərəfindən yaxşı qəbul olunur. Yüksək dozalarda istifadə olunduğu zaman diareya, abdominal ağrı, allergik reaksiyalar, mədə-bağırsaq pozğunluqları, baş ağrısı, dumanlı görmə, görmə itiliyini pozulması, qripəbənzər simptomlar və qadınlarda və kişilərdə döş qəfəsinin genişlənməsi, yorğunluq və zəiflik meydana çıxa bilər.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı allergik reaksiyalar, iştahsızlıq, ürəkbulanma, ishal, qusma, qarın nahiyəsində ağrı və digər mədə-bağırsaq xəstəlikləri, yorğunluq və zəiflik hissi, bulanıq görmə, baş ağrısı, dəridə səpgi, cinsi vəzilərin fəaliyyətinin pozğunluqları, azalmış plazma tiroid hormonu konsentrasiyası, çox nadir hallarda kəllədaxili təzyiq artması müşahidə olunmuşdur.

 

Buraxılış forması

10 kapsul, blisterlərdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.