Pharmed

EMOKSIBEL 5MG 100ML SISTEM

EMOKSİBEL 

Beynəlxalq patentləşdirilməmiş adı: Emoxypine

 

EMOKSİBEL Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq emoksipin vardır.
Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
 

Farmakoterapevtik qrupu

Antioksidant vasitə.

ATC kodu: N07XX.

 

Farmakoloji xüsusiyyətləri

Emокsibel qanın laxtalanma sisteminə yaxşı təsir göstərir: trоmbsitlərin aqreqasiyasını tоrmоzlayır,
kоaqulyasiyanın ümumi indeksini azaldır, qanın laxtalanma müddətini uzadır. Fibrinоliz prоsesini
gücləndirir. Qanın özlülüyünü, damar divarlarının keçiriciliyini azaldır. Qan damarları
hüceyrələrinin və eritrоsitlərin membranlarını stabilləşdirir, eritrоsitlərin mexaniki travmalara və
hemоlizə qarşı rezistentliyini artırır. Angiоprоtektоr xüsusiyyətlər əks etdirir. Mikrоsirkulyasiyanı
yaxşılaşdırır. Biomembran lipidlərinin sərbəst radikal oksidləşməsini effeklti olaraq inhibə edir,
antioksidant fermentlərin aktivliyi artırır. Sitoxrom Р-450-ni stabilləşdirir, antitoksik təsir göstərir.
Lipidlərin peroksidləşməsinin artması və hipoksiya ilə müşayiət olunan ekstremal vəziyyətlərdə
bioenergetik prosesləri optimizə edir.
Dərman vasitəsi gözün torlu qişasını yüksək intensivlikli işığın zədələyici təsirindən qoruyur,
gözdaxili qansızmaların sorulmasını təmin edir.
Qan dövranı çatışmazlığı zamanı oksidləşmə-reduksiyalaşma sistemlərinin tənzimlənməsində
iştirak edir. Lipidlərin peroksidləşməsinin artması ilə müşayiət olunan hallarda effektivdir.

 

İstifadəsinə göstərişlər

Nevrologiya və neyrocərrahiyyədə: hemorragik insult, işemik insult, beyinin keçici qan dövranı
pozulmaları, xronik serebrovaskulyar pozulmalar, kəllə-beyin travmaları, beyin əzilməsi, kəlləbeyin travması olan xəstələrdə əməliyyat sonrası dövr, epidural, subdural və beyindaxili hematoma
səbəbindən əməliyyat olunmuş xəstələr, beyinin damar patologiyaları.

 

Əks göstərişlər

Emoksipinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 18 yaşa kimi uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu dərman vasitəsinin 100 ml-inin tərkibində təqribən 354 mq natrium vardır. Natriumun
qəbulunun məhdudlaşdırılması ilə pəhriz təyin edilmiş pasiyentlərdə bu nəzərə alınmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Emoksibel digər dərmanlarla birgə istifadəsi zamanı mənfi əlamətlər müşahidə edilməmişdir. Alfatokoferol asetat emoksipinin antioksidant effektini gücləndirir. Emoksibel eyni şprisdə digər
dərmanlarla qarışdırılması məsləhət görülmür.

 

Hamiləlik zamanı və laktasiya dövründə preparatın istifadəsi.

Preparatın hamiləlik zamanı və laktasiya dövründə istifadəsi əks göstərişdir.

 

EMOKSİBEL İstifadə qaydası və dozası

Nevrologiyada və neyrocərrahiyada: Emoksibel 10-12 gün vena daxilinə 5-10mq/kq dozada təyin
edilir. Preparat dəqiqədə 20-30 damcı olmaqla yeridilir.
Daha sonra 10-30 gün müddətində gündə 2-3 dəfə 3% -li məhlul 2-10 ml (60-300mq) dozada, ə/d
təyin edilir.
Müalicə zamanı arterial təzyiq və qanın laxtalanma sistemi nəzarətdə saxlanmalıdır.

 

Əlavə təsirləri

İmmun sistemdə pozuntular: allergik reaksiyalar.
Sinir sistemində pozuntular: başağrı, oyanıqlıq (qısamüddətli) və ya yuxuculluq.
Damarlarda pozuntular: arterial təzyiqin yüksəlməsi.
Ürəkdə pozuntular: ürək nahiyəsində ağrılar.
Mədə-bağırsaq traktında pozuntular: ürəkbulanma, epiqastral nahiyədə diskomfort hissi,
dispepsiya.
Dəri və dərialtı toxumalarda pozuntular: qaşınma və dərinin qızarması.
Ümumi pozuntular və yeridilmə yerində reaksiyalar:venadaxili yeridilmə zamanı –vena boyunca
yanma hissi.
Yuxarıda qeyd edilən və ya dərman vasitəsinin tibbi istifadəsi üzrə təlimatda daxil edilməyən əlavə
təsirlərin baş verdiyi halda mütləq həkimə müraciət etmək lazımdır.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması əlavə təsirlərin şiddətini gücləndirə bilər
Simptomları: arterial təzyiqin artması, oyanıqlıq və ya yuxuculluq, başağrı, ürək nahiyəsində
ağrılar, ürəkbulanma, epiqastral nahiyədə diskomfort hissi. Qanın laxtalanmasının pozulması
mümkündür.
Müalicəsi: preparatın istifadəsinin sona çatdırılması, simptomatik terapiyanın həyata keçirilməsi,
spesifik antidot yoxdur.

 

Buraxılış forması

100 ml məhlul, şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Stasionarlara çatdırılma üçün: 56 flakon içlik vərəqə ilə birlikdə büzməli karton yeşiklərə
qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.