Pharmed
EMOKSIBEL 10MG 5ML DAMLA
EMOKSİBEL
Beynəlxalq patentləşdirilməmiş adı: Methylethylpyridinol hydrochloride
EMOKSİBEL Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq (10 mq/ml) emoksipin vardır.
Köməkçi maddələr: susuz natrium sulfit, natrium benzoat, kalium dihidrofosfat, dinatrium
fosfat dihidrat, inyeksiya üçün su
Farmakoterapevtik qrupu
Göz xəstəliklərinin müalicəsi üçün preparat.
ATC kodu: S01XA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Angioprotektor, damar divarının keçiriciliyini azaldır, sərbəst radikal proseslərinin inhibitorudur,
qanın özlülüyünü və trombositlərin aqreqasiyasını azaldır. Retinoprotektiv xüsusiyyətlərə malikdir,
gözdaxili qanaxmaların rezorbsiyasını təmin edir və gözün mikrosirkulyasiyasını yaxşılaşdırır.
Farmakokinetikası:
Preparat sürətlə gözün toxumalarına nüfuz edir, burada depolaşır və metabolizmə uğrayır. Gözün
toxumalarında konsentrasiyası qandakından daha yüksəkdir. Onun çevrilməsinin dezalkilləşmə və
konyuqasiya məhsulları ilə təmsil olunan 5 metaboliti aşkar edilmişdir. Qaraciyərdə metabolizə
olunur. Metabolitlər böyrəklər vasitəsilə xaric olunur. Plazma zülalları ilə orta hesabla 42%
bağlanır.
İstifadəsinə göstərişlər
• gözün ön kamerasında qanaxmalar (müalicə);
• yaşlılarda sklerada qansızmalar (müalicə və profilaktika);
• buynuz qişanın iltihabı və yanıqları (müalicə və profilaktika);
• miopiyanın ağırlaşmaları (müalicə);
• kontakt linzaların taxılması zamanı yaranan ağırlaşmalar (müalicə).
Əks göstərişlər
− Metiletilpiridinоl hidrоxlоridə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı
yüksək həssaslıq.
− Hamiləlik.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla:
Laktasiya dövrü.
Dərmanın vasitəsinin damızdırılmasından əvvəl hər hansı kontakt linzalar çıxarılmalı və preparat
təyin olunduqdan 20 dəqiqə sonra linzalar yenidən yerinə taxılmalıdır.
Köməkçi maddələr haqqında vacib məlumat:
Emoksibel dərman preparatının tərkibində natrium benzoat E 211 var. Bu dərini, gözləri və selikli
qişaları bir qədər qıcıqlandıra bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə terapiya fonunda Emoksibel dərmanının istifadəsi zamanı mənfi
təzahürlər təsvir edilməmişdir. Digər göz damcılarının eyni vaxtda istifadəsinə ehtiyac olduqda,
Emoksibel preparatı əvvəlki dərmanın tam sorulmasından sonra (ən azı 15 dəqiqə sonra) sonuncu
yeridilir.
Emoksibel digər dərman vasitələri ilə qarışdırılmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik:
Hamiləlik zamanı preparatın istifadəsi əks göstərişdir.
Laktasiya dövrü:
Laktasiya dövründə preparatın istifadəsi yalnız ana üçün gözlənilən fayda uşaq üçün potensial
riskdən daha yüksək olduqda mümkündür.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Göz damcılarını tətbiq etdikdən sonra qısa müddətli yanma hissi və qaşınma müşahidə edilə bilər.
Dərman preparatını istifadə etdikdən sonra 15-20 dəqiqə ərzində nəqliyyat vasitələrini idarə
etməkdən çəkinmək lazımdır.
EMOKSİBEL İstifadə qaydası və dozası
Preparat yerli istifadə üçün nəzərdə tutulmuşdur. Dərman preparatı gündə 2-3 dəfə 1-2 damcı
konyunktiva kisəsinə instillyasiya şəklində istifadə olunur. Müalicə müddəti xəstəliyin ağırlılıq
dərəcəsindən asılıdır və həkim tərəfindən müəyyən edilir (adətən 3-30 gün). Lazım gələrsə və yaxşı
tolerə edilirsə, müalicə kursu 6 aya qədər davam etdirilə bilər. Lazım gələrsə, 4-6 aylıq fasilələrlə
təkrar müalicə kursları aparılır.
Damcıladıcı qapağı olan flakonların istifadəsi üçün tövsiyələr
1. Flakonu qablaşdırmadan çıxarın.
2. Əgər flakon alüminium qapaqla bağlanıbsa: qayçını qapaqla 45 dərəcə bucaq altında onun
aşağı kənarından yuxarı qaldıraraq yerləşdirin, alüminium qapağı rezin qapaq ilə birlikdə
çıxarın
Əgər flakon plastik qapaqlı alüminium qapaqla möhürlənibsə: plastik qapağı kəsiklərin
yanından qüvvətlə çəkin, şaquli olaraq qaldırın, sonra qapağın bütövlüyünü pozmaq üçün
flakon boyunca kəskin şəkildə aşağı çəkin. Alüminium qapağı və rezin tıxacı çıxarın
3. Damcıladıcını qablaşdırmadan çıxarın və flakonun üzərinə möhkəm yerləşdirin
4. Hava qabarcıqlarını çıxarmaq üçün flakonu şaquli çevirin və bir neçə saniyə gözləyin.
Böyük qabarcıqlar olduqda, flakonu ilkin vəziyyətinə qaytarın və sonra flakonun dibinə
ehtiyatlı şəkildə vuraraq hərəkəti yavaş-yavaş təkrarlayın
5. Şəhadət və baş barmağınızla pipetkaya basaraq damcıları buraxın
Damcıladıcının ucluğunu gözlərə və ya digər səthlərə toxundurmaq olmaz – bu, məhlulun
infeksiyalaşmasına (çirklənməsinə) səbəb ola bilər.
6. Flakonu çevirərək, damcıladıcının ucluğunu xüsusi tıxacla bağlayın
Absorbsiyanı azaltmaq üçün instillyasiyadan sonra gözün daxili küncünə barmağınızla basaraq
1-2 dəqiqə ərzində göz kanalını sıxmaq məsləhət görülür.
Xüsusi qrup pasiyentlər:
Uşaqlar və yeniyetmələr:
Kifayət qədər məlumatların olmaması səbəbindən preparatın uşaqlarda və 18 yaşdan kiçik
yeniyetmələrdə istifadəsi tövsiyə edilmir.
Əlavə təsirləri
Dərman vasitəsini istifadə edərkən yanma hissi, qaşınma, konyunktivanın qısa müddətli qızarması,
paraorbital toxumaların qalınlaşması və allergik reaksiyalar yarana bilər.
Şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi
Dərman vasitəsinin “fayda-risk” balansının davamlı monitorinqini təmin etmək üçün dərman
preparatı qeydiyyata alındıqdan sonra şübhəli əlavə reaksiyalar barədə məlumatların verilməsi
vacibdir. Səhiyyə mütəxəssislərinin hər hansı şübhəli dərman reaksiyaları barədə mənfi
reaksiyaların milli hesabat sistemi vasitəsilə məlumat vermələri tövsiyə edilir.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları təsvir edilməmişdir.
Buraxılış forması
5 ml məhlul flakonda. 1 flakon damcıladıcı qapaqla və içlik vərəqə birlikdə karton qutuya
qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.