PharmEd

Gedeon Richter

Ekvamer

EKVAMER® kapsullar
EKVAMER®

 

Beynəlxalq patentləşdirilməmiş adı: Lisinopril/Amlodipine/Rosuvastatin

 

Tərkibi
Ekvamer 10 mq/5 mq/10 mq

Təsiredici maddə: 1 kapsulda 10 mq lizinopril (10,88 mq lizinopril dihidrat şəklində), 5 mq
amlodipin (6,94 mq amlodipin bezilat şəklində), 10 mq rozuvastatin (10,40 mq kalsium rozuvastatin şəklində) vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101, laktoza monohidrat, natrium nişasta qlikolyat tip A, maqnezium hidroksid,

maqnezium stearat, sarı opadri 85F32410 II (polivinil spirti, titan dioksid (E 171), makroqol 3350, talk, sarı dəmir oksidi (E 172)).

Bərk jelatin kapsul: patentləşdirilmiş göy (E 131), azorubin (E 122), günəş qürubu sarısı (E 110), titan dioksid (E 171), jelatin.

Ekvamer 10 mq/5 mq/20 mq

Təsiredici maddə: 1 kapsulda 10 mq lizinopril (10,88 mq lizinopril dihidrat şəklində), 5 mq
amlodipin (6,94 mq amlodipin bezilat şəklində), 20,00 mq rozuvastatin (20,80 mq kalsium rozuvastatin şəklində) vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101, laktoza
monohidrat, natrium nişasta qlikolyat tip A, maqnezium hidroksid, maqnezium stearat, sarı opadri 85F32410 II (polivinil spirti, titan dioksid (E 171), makroqol 3350, talk, sarı dəmir oksidi (E 172)).
Bərk jelatin kapsul: azorubin (E 122), titan dioksid (E 171), jelatin.

Ekvamer 20 mq/10 mq/10 mq

Təsiredici maddə: 1 kapsulda 20 mq lizinopril (21,76 mq lizinopril dihidrat şəklində), 10 mq
amlodipin (13,88 mq amlodipin bezilat şəklində), 10 mq rozuvastatin (10,40 mq kalsium rozuvastatin şəklində) vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101, laktoza
monohidrat, natrium nişasta qlikolyat tip A, maqnezium hidroksid, maqnezium stearat, sarı opadri 85F32410 II (polivinil spirti, titan dioksid (E 171), makroqol 3350, talk, sarı dəmir oksidi (E 172)).
Bərk jelatin kapsul: azorubin (E 122), indiqokarmin (E 132), titan dioksid (E 171), jelatin.

Ekvamer 20 mq/10 mq/20 mq

Təsiredici maddə: 1 kapsulda 20,00 mq lizinopril (21,76 mq lizinopril dihidrat şəklində), 10,00 mq
amlodipin (13,88 mq amlodipin bezilat şəklində), 20,00 mq rozuvastatin (20,80 mq kalsium rozuvastatin şəklində).

Köməkçi maddələr: mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101, laktoza  monohidrat, natrium nişasta qlikolyat, tip A, maqnezium hidroksid, maqnezium stearat, sarı opadri 85F32410 II (polivinil spirti, titan dioksid (E 171), makroqol 3350, talk, sarı dəmir oksidi (E 172)).
Bərk jelatin kapsul: patentləşdirilmiş göy (E 131), azorubin (E 122), günəş qürubu sarısı (E 110),  titan dioksid (E 171), jelatin.

 

Təsviri
Ekvamer 10 mq/5 mq/10 mq

№ 1 ölçülü, açıq-çəhrayı rəngli bərk jelatin kapsullardır.

Ekvamer 10 mq/5 mq/20 mq

№ 1 ölçülü, çəhrayı rəngli bərk jelatin kapsullardır.

Ekvamer 20 mq/10 mq/10 mq

№ 1 ölçülü, bənövşəyi rəngli bərk jelatin kapsullardır.

Ekvamer 20 mq/10 mq/20 mq

№ 0 ölçülü, tünd-bənövşəyi rəngli bərk jelatin kapsullardır.

 

Farmakoterapevtik qrupu

HMQ-KoA-reduktaza fermentinin inhibitorları, digər kombinasiyalar. Rozuvastatin, amlodipin və lizinopril.

ATC kodu: C10BX07.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Ekvamer® kombinəolunmuş hipotenziv və hipolipidemik preparatdır. Ekvamer® preparatının tərkibinə üç təsiredici maddə amlodipin, lizinopril və rozuvastatin daxildir. Ekvamer® preparatının təsir mexanizmi təsiredici maddələrin farmakoloji xüsusiyyətinə əsaslanır.

Amlodipin
Dihidropiridin törəməsidir, “ləng” kalsium kanallarının blokatoru olub (LKKB), antihipertenziv və antianginal təsirlərə malikdir. “Ləng” kalsium kanallarını blokadaya alır, kalsium ionlarının hüceyrə daxilinə transmembran keçməsini aşağı salır.

Antianginal təsiri koronar və periferik arteriyaların və arteriolların genişlənməsinə əsaslanır:
- stenokardiya zamanı miokardın işemiyasının şiddətini aşağı salır; periferik arteriolları genişləndirərək, ümumi periferik damar müqavimətini (ÜPDM) aşağı salır, ürəyin yüklənmədən sonra işini aşağı salır, miokardın oksigenə olan tələbatını azaldır;

- miokardın dəyişməmiş və işemiyaya məruz qalmış sahələrində koronar arteriyaları və arteriolları genişləndirərək, oksigenin miokarda daxil olmasını artırır (xüsusilə vazospastik stenokardiya zamanı).

Stabil stenokardiyalı pasiyentlərdə birdəfəlik sutkalıq dozanın istifadəsi, fiziki yüklənməyə qarşı tolerantlığı artırır, stenokardiya tutmalarının və ST seqmentinin işemik “depressiyasının” inkişaf etməsini ləngidir, stenokardiya tutmalarının tezliyini aşağı salır və nitroqliserinin və digər nitratların istifadəsinin azalmasına səbəb olur.

Arterial hipertenziya zamanı, birdəfəlik dozanın istifadəsi, 24 saat müddətində arterial təzyiqin (AT) klinik əhəmiyyətli dərəcədə aşağı düşməsini (pasiyentin həm “uzanmış”, həm də “ayaqüstü” vəziyyətlərində) təmin edir. Təsiri tədricən başladığı üçün, amlodipin AT-in kəskin aşağı düşməsinə səbəb olmur.

Ürək-damar sistemi (ÜDS) xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə amlodipinin istifadəsi miokard infarktı və insult nəticəsində ölüm faizini aşağı salır, qeyri-stabil stenokardiya və proqressivləşən xroniki ürək çatışmazlığı (XÜÇ) səbəbindən hospitalizasiya sayının aşağı düşməsinə səbəb olur; koronar qan dövranının bərpa olunmasına istiqamətləndirilmiş müdaxilələrin tezliyini azaldır.

Diqoksin, diuretiklər və angiotenzinçevirən fermentin (AÇF) inhibitorları ilə müalicə fonunda XÜÇ-dan əziyyət çəkən pasiyentlərdə (NYHA təsnifatına görə III-IV funksional sinif) ölümün baş vermə və ya ağırlaşmaların inkişaf etmə və ölüm nəticələrinin riskini artırmır. Qeyri-işemik etiologiyalı XÜÇ-dan əziyyət çəkən pasiyentlərdə (NYHA təsnifatına görə III-IV funksional sinif), amlodipindən istifadə etdikdə, ağciyərlərin ödeminin meydana çıxma ehtimalı mövcuddur. Amlodipin maddələr mübadiləsinə və qan plazmasının lipid profilinə heç bir mənfi təsir göstərmir, bu səbəbdən də bronxial astmadan, şəkərli diabetdən və podaqradan əziyyət çəkən pasiyentlərin müalicəsi üçün istifadə oluna bilər.

Lizinopril
Lizinopril peptidildipeptidaza fermentinin inhibitorudur. Angiotenzin I-in vasokonstriktor peptid olan angiotenzin II-yə çevrilməsinin katalizatoru olan AÇF-i inhibə edir. Angiotenzin II, həmçinin, böyrəküstü vəzilərdə aldosteronun sekresiyasını stimullaşdırır.

AÇF-in inhibə olunması angiotenzin II-nin konsentrasiyalarının aşağı düşməsinə gətirib çıxarır ki, bunun nəticəsində də vazopressor aktivlik aşağı düşür və aldosteronun sekresiyası azalır. Sonuncunun sekresiyasının aşağı düşməsi qan zərdabında kaliumun miqdarının yüksəlməsinə səbəb olur.

Lizinoprilin arterial təzyiqi aşağı salma mexanizminin əsasında, ilk növbədə, renin-angiotenzin-aldosteron sisteminin tormozlanması hesab olunduğu üçün, lizinopril, hətta renin səviyyəsi aşağı olan arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə arterial təzyiqi aşağı salır. AÇF, bradikinini parçalayan kinaza II fermenti ilə eynidir. Güclü vazodilatator peptid olan bradikininin yüksək konsentrasiyalarının, lizinoprilin terapevtik effektlərində iştirak etməsi hazırkı dövrə qədər aşkar edilməmişdir.

AÇF inhibitorları XÜÇ-dan əziyyət çəkən pasiyentlərdə, ürək çatışmazlığının klinik təzahürləri olmayan miokard infarktı keçirən pasiyentlərdə ömürün uzanmasına səbəb olurlar.

Antihipertenziv effektə əlavə olaraq, lizinopril böyrək toxumasına bilavasitə AÇF-inhibəedici təsir göstərərək, nəticədə mikroalbuminuriyanın aşağı düşməsinə səbəb olmuşdur.

Lizinopril ilə müalicə qlikemiyanın nəzarətinə təsir göstərmir ki, bu da qlikozilləşmiş hemoqlobinin (HbA1c) səviyyələrinə əhəmiyyətli təsirin olmaması ilə təsdiq olunur.

Rozuvastatin
Rozuvastatin, 3-hidroksi-3-metilqlutaril koenzim A-nı xolesterinin sələfi olan mevalonata çevirən, HMQ-KoA-reduktaza fermentinin rəqabətli, selektiv inhibitorudur. Rozuvastatinin əsas hədəfi, xolesterinin (XS) sintezi və aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) katabolizmi həyata keçirilən, qaraciyərdir.

Rozuvastatin ASLP-rin tutulmasını və katabolizmini yüksəldərək, hüceyrələrin səthində yerləşən ASLP-rin “qaraciyər” reseptorlarının miqdarını artırır ki, bu da öz növbəsində çox aşağı sıxlıqlı lipoproteinlərin (ÇASLP) sintezinin inhibə olunmasına gətirib çıxarır və beləliklə də ASLP-rin və ÇASLP-rin ümumi miqdarını aşağı düşməsinə səbəb olur.

Rozuvastatin ASLP-rin xolesterinin (ASLP-XS), ümumi xolesterinin və triqliseridlərin (TQ) yüksəlmiş konsentrasiyasını aşağı salır və yüksək sıxlıqlı lipoproteinlərin xolesterinin (YSLP-XS) konsentrasiyasını yüksəldir, həmçinin apolipoprotein B-nin (ApoB), qeyri-YSLP-XS-nin, ÇASLP-XS-nin, ÇASLP-TQ-nin konsentrasiyasını aşağı salır və apolipoprotein A-I-in (ApoA-I) konsentrasiyasını yüksəldir (cədvəl 1-ə bax), ASLP-XS/YSLP-XS nisbətini, ümumi XS/YSLP-XS-nin, qeyri-YSLP/XS/YSLP-XS-nin və ApoB/ApoA-I nisbətini aşağı salır.

Terapevtik effekt rozuvastatinlə müalicə başladıqdan sonra birinci həftə müddətində meydana çıxır və 2 həftəlik müalicədən sonra maksimal mümkün effektin 90%-nə çatır. Maksimal terapevtik effekt adətən, 4-cü həftə əldə olunur və preparatı müntəzəm qəbul etdikdə, saxlanılır.

Cədvəl 1. Birincili hiperxolesterinemiyadan (Fredrikson təsnifatına görə IIa və IIb tipi) əziyyət çəkən pasiyentlərdə dozadanasılı effekt (ilkin göstərici ilə müqayisədə orta korreksiyaolunmuş faiz dəyişikliyi).

 

Doza

Pasiyentlərin sayı

ASLP-XS

Ümumi XS

YSLP-XS

TQ

Qeyri-YSLP-XS

ApoB

ApoA-I

Plasebo

13

- 7

- 5

3

- 3

- 7

- 3

0

5 mq

17

- 45

- 33

13

- 35

- 44

- 38

4

10 mq

17

- 52

- 36

14

- 10

- 48

- 42

4

20 mq

17

- 55

- 40

8

- 23

- 51

- 46

5

40 mq

18

- 63

- 46

10

- 28

- 60

- 54

0


Klinik effektivlik

Rozuvastatin hipertriqliseridemiya ilə və ya hipertriqliseridemiya olmayan hiperxolesterinemiyadan əziyyət çəkən yetkin pasiyentlərin müalicəsi üçün, irqi mənsubiyyətdən, cinsdən və ya yaşdan asılı olmayaraq, o cümlədən, şəkərli diabetdən və ailə hiperxolesterinemiyasından əziyyət çəkən pasiyentlər üçün effektivdir.

Rozuvastatinin 10 mq dozada istifadəsi fonunda, Fredrikson təsnifatına görə IIa və IIb tipli hiperxolesterinemiyadan əziyyət çəkən pasiyentlərin 80%-də (ASLP-XS-nin orta başlanğıc konsentrasiyası təqribən 4,8 mmol/l olduqda), ASLP-XS-nin konsentrasiyası 3 mmol/l-dən aşağı göstəricilərə çatır.

Rozuvastatini 20 mq və 40 mq dozada qəbul edən, homoziqot ailə hiperxolesterinemiyasından əziyyət çəkən pasiyentlərdə ASLP-XS-nin konsentrasiyasının orta aşağı düşməsi 22% təşkil etmişdir.
Rozuvastatinin fenofibrat ilə kombinasiyası zamanı, triqliseridlərin konsentrasiyasının aşağı düşməsi ilə əlaqədar və YSLP-XS-nin artması ilə əlaqədar additiv effekt qeyd olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Farmakokinetikası
Amlodipin
Sorulması

Daxilə qəbul edildikdən sonra amlodipin mədə-bağırsaq traktından tədricən və demək olar ki, tamamilə absorbsiya olunur. Qəbul edildikdən 6-12 saat sonra, qan plazmasında maksimal konsentrasiya (Cmax) əldə olunur. Orta mütləq biomənimsənilmə 64-80% təşkil edir. Qida ilə eyni zamanda istifadəsi, amlodipinin absorbsiyasına təsir göstərmir.

Paylanması və qan plazmasının zülalları ilə birləşməsi

Zahiri paylanma həcmi bədən kütləsinin hər kq-na 21 l təşkil edir ki, bu da amlodipinin əksər hissəsinin toxumalarda, az hissəsinin isə qanda yerləşməsini göstərir.

Qanda yerləşən amlodipinin əksər hissəsi (97,5%) qan plazmasının zülalları ilə birləşir.

Metabolizmi
Amlodipin qaraciyərdə aktiv metabolizmə məruz qalır. Metabolitlər əhəmiyyətli farmakoloji aktivliyə malik deyillər.

Xaric olması

Son yarımxaricolma dövrü (T1/2) təqribən 35-50 saat təşkil edir ki, bu da preparatı sutkada 1 dəfə qəbul etmək imkanı verir. Amlodipin orqanizmdən ilkin maddə (10%) və metabolitlər (60%) şəklində sidiklə xaric olunur. Hemodializ zamanı amlodipin xaric olunmur.

Xüsusi pasiyent qruplarında farmakokinetikası

Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər

Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə T1/2 uzanması, uzunmüddətli istifadə zamanı amlodipinin orqanizmdə kumulyasiyasının yüksəlməsini (60 saata qədər uzanır) ehtimal edir.

Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər

Böyrək çatışmazlığı amlodipinin farmakokinetikasına əhəmiyyətli təsir göstərmir.
Yaşlı pasiyentlər (65 yaşdan yuxarı)

Yaşlı və cavan pasiyentlərdə qan plazmasında amlodipinin maksimal konsentrasiyasının əldə edilmə müddəti eynidir. Lakin, yaşlı pasiyentlərdə amlodipinin klirensi aşağıdır, bu isə cavan pasiyentlərlə müqayisədə yaşlı pasiyentlərdə “konsentrasiya-zaman” (AUC) əyrisi altındakı sahənin artmasına və yarımxaricolma dövrünün uzanmasına gətirib çıxarır. AUC göstəricisinin və yarımxaricolma dövrünün artması, həmçinin durğunluq ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə olunur.

Lizinopril
Sorulması

Sidiklə xaric olması barədə məlumatlara əsaslanaraq, lizinoprilin orta sorulma dərəcəsi təqribən 25% təşkil edir, müxtəlif pasiyentlərdə dəyişkənlik isə tədqiq olunan dozalar diapazonunda (5-dən 80 mq-a qədər) 6-dan 60%-ə qədərdir. Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə lizinoprilin mütləq biomənimsənilməsi 16%-ə qədər aşağı düşür. Lizinoprilin sorulması qida qəbulundan asılı deyil.

Paylanması və qan plazmasının zülalları ilə birləşməsi

Daxilə qəbul edildikdən sonra lizinoprilin qan zərdabında maksimal konsentrasiyaları təqribən 7 saatdan sonra müşahidə edilir, bununla belə, kəskin miokard infarktı olan pasiyentlərdə qan zərdabında maksimal konsentrasiyaların əldə edilmə müddətinin bir qədər uzanmasına meyllilik qeyd olunmuşdur.
Dövr edən AÇF istisna olunmaqla, lizinopril qan zərdabının heç bir zülalı ilə birləşmir. Heyvanlar üzərində aparılan tədqiqatlar onu göstərir ki, lizinopril hematoensefalik baryeri demək olar ki, keçmir.

Metabolizmi
Lizinopril orqanizmdə biotransformasiyaya məruz qalmır.

Xaric olması

Lizinoprili təkrar istifadə etdikdə, effektiv yarımxaricolma dövrü 12,6 saat təşkil edir. Sağlam könüllülərdə lizinoprilin klirensi təqribən 50 ml/dəq-də təşkil edir. Qan zərdabında konsentrasiyaların aşağı düşməsinin terminal mərhələsi uzadılmışdır və preparatın orqanizmdə toplanmasına gətirib çıxarmır. Ehtimal edilir ki, göstərilən terminal mərhələ AÇF ilə doymuş birləşməni göstərir və doza ilə qeyri-proporsionaldır.

Xüsusi pasiyent qruplarında farmakokinetikası

Qaraciyər funksiyalarının pozulması

Qaraciyər sirrozundan əziyyət çəkən pasiyentlərdə qaraciyər funksiyalarının pozulması lizinoprilin sorulmasının aşağı düşməsinə gətirib çıxarmışdır (sidiklə xaric olması barədə məlumatlara əsaslanaraq, təqribən 30%), lakin sağlam könüllülərlə müqayisədə, klirensin aşağı düşməsinə görə, preparatın konsentrasiyaları yüksəlmişdir (təqribən 50%).

Böyrək funksiyalarının pozulması

Böyrək funksiyaları pozulduqda lizinoprilin xaric olması azalır, lakin bu azalma yalnız yumacıq filtrasiyasının sürəti 30 ml/dəq/1,73 m2 olduğu halda klinik əhəmiyyət kəsb edir. Ağır dərəcəli böyrək çatışmazlığı zamanı (kreatinin klirensi (KK) dəqiqədə 5 ml-dən 30 ml-ə qədər) orta AUC göstəricisinin qiyməti 4,5 dəfə artdığı halda, yüngül və orta dərəcəli böyrək çatışmazlığı olduqda (KK dəqiqədə 30 ml-dən 80 ml-ə qədər), orta AUC göstəricisi yalnız 13% yüksəlir. Lizinopril orqanizmdən hemodializ vasitəsi ilə xaric oluna bilər. 4 saat aparılan hemodializ prosedurasından sonra, qan plazmasında lizinoprilin konsentrasiyaları orta hesabla 60% aşağı olmuşdur, dializ klirensi isə dəqiqədə 40 ml-dən 55 ml-ə qədər təşkil etmişdir.

Ürək çatışmazlığı

Sağlam könüllülərlə müqayisədə, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin qan plazmasında lizinoprilin konsentrasiyası daha yüksəkdir (AUC göstəricisinin orta hesabla 125% artması), lakin sidiklə xaric olması barədə məlumatlara əsaslanaraq, sağlam könüllülərlə müqayisədə, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə lizinoprilin sorulması təqribən 16% aşağı düşür.

Yaşlı pasiyentlər

Tədqiqatın daha cavan iştirakçıları ilə müqayisədə, yaşlı pasiyentlərdə lizinoprilin qan plazmasında daha yüksək konsentrasiyaları və AUC göstəriciləri (60% artır) müşahidə olunur.

Rozuvastatin
Sorulması

Daxilə qəbul edildikdən təqribən 5 saat sonra rozuvastatinin qan plazmasında maksimal konsentrasiyası Cmax əldə edilir. Mütləq biomənimsənilmə təqribən 20% təşkil edir.

Paylanması və qan plazmasının zülalları ilə birləşməsi

Rozuvastatinin paylanma həcmi təqribən 134 l təşkil edir. Rozuvastatinin təqribən 90%-i qan plazmasının zülalları ilə, əsasən albumin ilə birləşir.

Metabolizmi

Rozuvastatinin metabolizmi, xolesterinin sintezi və ASLP-XS-nin metabolizmi üçün əsas orqan olan, qaraciyərdə baş verir. Məhdud metabolizmə məruz qalır (təxminən 10%).

Rozuvastatin, sitoxrom P450 sisteminin izofermentləri vasitəsi ilə metabolizm üçün qeyri-profil substratdır. Rozuvastatinin metabolizmində iştirak edən əsas izoferment, CYP2C9 izofermentidir. CYP2C19, CYP3A4 və CYP2D6 izofermentləri metabolizmə daha az cəlb edilmişdirlər.

ozuvastatinin aşkar edilmiş əsas metabolitləri N-desmetil və lakton metabolitləri olmuşdur. N-desmetil rozuvastatindən təqribən 50% daha az aktivdir, lakton metabolitləri isə farmakoloji cəhətdən aktiv deyil. Dövr edən HMQ-KoA-reduktaza fermentinin inhibə edilməsinin farmakoloji aktivliyinin 90%-dən çoxunu rozuvastatin təmin edir.

Xaric olması

Dozanın təqribən 90%-i dəyişilməmiş halda bağırsaqlar vasitəsi ilə xaric olunur (absorbsiyaolunmuş və ya absorbsiyaolunmamış rozuvastatin daxil olmaqla). Qalan hissə böyrəklər vasitəsi ilə xaric olur. Təqribən 5% böyrəklər vasitəsi ilə dəyişilməmiş halda xaric olunur. Qan plazmasından yarımxaricolma dövrü təqribən 19 saat təşkil edir. Preparatın dozasını artırdıqda, yarımxaricolma dövrü dəyişmir. Orta həndəsi plazma klirensi saatda təqribən 50 l təşkil edir (dəyişmə əmsalı 21,7%). HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarında olduğu kimi, rozuvastatinin “qaraciyər” tutulması prosesinə, rozuvastatinin qaraciyər eliminasiyasında mühüm rol oynayan, xolesterinin membran daşıyıcısı cəlb edilib.

Xəttilik

Rozuvastatinin sistem ekspozisiyası dozaya proporsional yüksəlir. Gündəlik qəbul zamanı farmakokinetik parametrləri dəyişmir.

Xüsusi qrup pasiyentlərdə farmakokinetikası

Cins və yaş

Cins və yaş rozuvastatinin farmakokinetikasına əhəmiyyətli təsir göstərmir.

İrqi mənsubiyyət

Farmakokinetik tədqiqatlar, avropa irqindən olan pasiyentlərlə müqayisədə, monqoloid irqi pasiyentlərində (yaponlar, çinlilər, filipinlər, vyetnamlılıar və koreyalılarda), rozuvastatinin AUC və Cmax göstəricilərinin medianının təqribən ikiqat artmasını göstərmişdir; hind milliyyətindən olan pasiyentlərin iştirakı ilə aparılan tədqiqatlar AUC və Cmax göstəricilərinin medianının 1,3 dəfə artmasını göstərmişdir.

Farmakokinetik analiz avropoid və neqroid irqlərinin nümayəndələri arasında, preparatın farmakokinetikasında klinik əhəmiyyətli fərq aşkar etməmişdir.

Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər

Yüngül və orta dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə, rozuvastatinin və ya N-desmetilin plazma konsentrasiyasının göstəricisi əhəmiyyətli dərəcədə dəyişmir. Sağlam könüllülərlə müqayisədə, ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK dəqiqədə 30 ml-dən aşağı) rozuvastatinin qan plazmasında konsentrasiyası 3 dəfə, N-desmetilin konsentrasiyası isə 9 dəfə yüksəkdir. Sağlam könüllülərlə müqayisədə, hemodializ proseduraları qəbul edən pasiyentlərdə qan plazmasında rozuvastatinin konsentrasiyası, təqribən 50% yüksək olmuşdur.

Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər

Qaraciyər çatışmazlığının müxtəlif mərhələlərində olan pasiyentlərdə, Çayld-Pyu şkalasına görə 7 və daha aşağı bal olan pasiyentlərdə rozuvastatinin ekspozisiyasının artması aşkar edilməmişdir. Çayld-Pyu şkalasına görə 8 və 9 ballar olan 2 pasiyentdə, T1/2-in ən azı 2 dəfə uzanması qeyd olunmuşdur. Çayld-Pyu şkalasına görə 9 baldan yuxarı olan pasiyentlərdə rozuvastatinin istifadə təcrübəsi yodur.

Genetik polimorfizm

HMQ-KoA-reduktaza fermentinin inhibitorları, o cümlədən, rozuvastatin, OATP1B1 (hepatositlər tərəfindən statinlərin tutulmasında iştirak edən, üzvi anionların nəqledici polipeptidi) və BCRP (efflyuks nəqledici) nəqledici zülalları ilə birləşirlər.

SLC01B1 c.521TT və ABCG2 c.421CC genotiplərin daşıyıcıları ilə müqayisədə, SLCO1B1 (ОАТР1В1) c.521CC və ABCG2 (BCRP) c.421AA genotiplərin daşıyıcılarında, rozuvastatinə qarşı ekspozisiyanın (AUC göstəricisinin) müvafiq olaraq, 1,6 və 2,4 dəfə artması qeyd olunmuşdur.
Klinik təcrübədə spesifik genotipləşmə aparılmır, lakin, nəzərə almaq lazımdır ki, SLC01B1 c.521CC və ABCG2 c.421AA genotiplərin daşıyıcıları olan pasiyentlər üçün, rozuvastatinin daha aşağı sutkalıq dozası məsləhət görülür.

 

İstifadəsinə göstərişlər

Ekvamer® preparatı, amlodipin, lizinopril və rozuvastatinin istifadəsi ilə vəziyyətləri artıq müvafiq nəzarət olunan yetkin pasiyentlərdə amlodipin, lizinopril və rozuvastatinin Ekvamer® preparatının tərkibində göstərilən dozalarda eyni zamanda qəbulunun alternativi kimi, arterial hipertenziyanın və onunla əlaqəli dislipidemiyanın müalicəsi üçün təyin olunur:

- pəhriz və qeyri-medikamentoz müalicə üsulları (məsələn fiziki məşqlər, bədən kütləsinin aşağı düşməsi) kifayət etmədikdə, birincili hiperxolesterinemiyanın (Fredrikson təsnifatına görə IIa tipi, ailə heteroziqot hiperxolesterinemiyası istisna olmaqla) və ya qarışıq hiperxolesterinemiyanın (Fredrikson təsnifatına görə IIb tipi) müalicəsi;

- pəhrizlə müalicəyə və lipidləri aşağı salan digər müalicə üsullarına əlavə olaraq və ya pəhriz və ya lipidləri aşağı salan digər müalicə (məsələn, ASLP-aferez) kifayət qədər effekt vermədikdə, ailə heteroziqot hiperxolestrinemiyanın müalicəsi;

- digər risk faktorlarının korreksiyasına əlavə olaraq, yüksək risk qrupu pasiyentlərində əsas ürək-damar ağırlaşmalarının birincili profilaktikası.

 

Əks göstərişlər

- Amlodipinə və ya digər dihidropiridin törəmələrinə qarşı yüksək həssaslıq;

- lizinoprilə və ya digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq;

- rozuvastatinə qarşı yüksək həssaslıq;

- preparatın tərkibindəki istənilən köməkçi maddəyə qarşı yüksək həssaslıq;

- anamnezdə angionevrotik ödem, o cümlədən AÇF inhibitorlarının istifadəsi nəticəsində baş verən;

- irsi və ya idiopatik angionevrotik ödem;

- ağır dərəcəli hipotenziya (sistolik AT 90 mm. c. st-dan aşağı);

- şok (kardiogen şok daxil olmaqla);

- sol mədəciyin çıxış traktının obstruksiyası (ağır dərəcəli aortal stenoz daxil olmaqla);

- kəskin miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı;

- şəkərli diabetdən və ya böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (YFS 60 ml/dəq/1,73 m2-dən aşağı) Ekvamer® preparatının tərkibində aliskiren olan preparatlarla eyni zamanda istifadəsi;

- qan zərdabında transaminazaların aktivliyinin davamlı yüksəlməsi, həmçinin transaminazaların aktivliyinin istənilən yüksəlməsi (normanın yuxarı həddi ilə müqayisədə 3 dəfədən artıq) daxil olmaqla, qaraciyər xəstəliyinin aktiv mərhələsi;

- böyrək funksiyalarının ağır dərəcəli pozulmaları (KK dəqiqədə 30 ml-dən az);

- miopatiya;

- eyni zamanda siklosporin qəbulu;

- miotoksik ağırlaşmaların inkişafına meyllilik;

- qadınlarda: hamiləlik, laktasiya dövrü, müvafiq kontrasepsiya üsullarının olmaması;

- 18 yaşa qədər uşaqlar (preparatın effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib);

- laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.

Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər

Çayld-Pyu şkalasına görə 9 baldan yuxarı olan pasiyentlərdə rozuvastatinin istifadə təcrübəsi yoxdur (“Farmakokinetikası” bölməsinə bax).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Pasiyenti stasionara yerləşdirdikdə, Ekvamer® preparatının istifadəsi barədə həkimi məlumatlandırmaq lazımdır.

Ekvamer® preparatının kapsulunun qəbulu ötürüldükdə, növbəti kapsulu adi vaxtında qəbul etmək lazımdır. Preparatın ötürülmüş qəbulunu bərpa etmək məqsədi ilə, ikiqat doza qəbul etmək olmaz.
Ekvamer® preparatından istifadə etdikdə, preparatın bütün komponentlərinin istifadəsi üzrə tövsiyələri nəzərə almaq lazımdır; bu tövsiyələr aşağıda təfsilatı ilə təsvir edilir.

Amlodipin
Hipertonik kriz zamanı amlodipin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.

Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər

Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin amlodipinlə müalicəsini ehtiyatla aparmaq lazımdır. Ağır dərəcəli ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin (NYHA təsnifatına görə IV-cü funksional sinif) iştirakı ilə aparılan uzunmüddətli, plasebo-nəzarətli klinik tədqiqatların gedişində, plasebo qrupu ilə müqayisədə, amlodipin qəbul edən qrupda ağciyərlərin ödemi hallarının sayının artması aşkar edilmişdir. Durğunluq ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsi üçün, “ləng” kalsium kanallarının blokatorlarını, o cümlədən amlodipini, ehtiyatla istifadə etmək lazımdır, çünki onlar bu qrup pasiyentlərdə ürək-damar ağırlaşmalarının inkişaf etmə riskini və ölüm faizini yüksəldə bilərlər.

Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər

Qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə amlodipinin AUC göstəricisi artır və yarımxaricolma dövrü uzanır, belə pasiyentlər üçün məsləhət görülən dozalar müəyyən edilməyib. Amlodipin ilə müalicəni aşağı dozalardan başlamaq lazımdır. Müalicənin əvvəlində və dozanı artırdıqda, ehtiyatlı olmaq lazımdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın titrlənməsini tədricən və diqqətli həkim nəzarəti altında aparmaq lazımdır.

Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər

Bu qrup pasiyentlərdə amlodipini adi dozalarda istifadə etmək olar. Qan plazmasında amlodipinin konsentrasiyasının dəyişməsi böyrək çatışmazlığının dərəcəsilə korrelyasiya olunmur. Amlodipin orqanizmdən hemodializ vasitəsi ilə xaric olunmur.

Yaşlı pasiyentlər

Yaşlı pasiyentlərdə dozanın artırılmasını ehtiyatla aparmaq lazımdır (“İstifadə qaydası və dozası” və “Farmakokinetikası” bölmələrinə bax).

Lizinopril
Simptomatik arterial hipotenziya

Diuretiklərlə müalicə, qidada xörək duzunun azaldılması, dializ, diareya və qusma nəticəsində dövr edən qanın həcminin (DQH) azalması zamanı (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə bax) və ya ağır dərəcəli renindən asılı hipertenziyadan əziyyət çəkən pasiyentlərdə, AT-in şiddətli aşağı düşməsi daha tez-tez meydana çıxır. XÜÇ-dan əziyyət çəkən pasiyentlərdə həm böyrək çatışmazlığı olduqda, həm də olmadığı halda simptomatik arterial hipotenziya inkişaf edə bilər. Bu hal, ağır dərəcəli ürək çatışmazlığı olan pasiyentlərdə yüksək dozalarda ilgək diuretiklərinin istifadəsi, hiponatriemiya və ya böyrək funksiyalarının pozulması nəticəsində daha tez-tez aşkar edilmişdir. Belə pasiyentlərdə müalicəni ciddi həkim nəzarəti altında başlamaq lazımdır (lizinoprilin və diuretiklərin dozalarının seçilməsini ehtiyatla aparmaq lazımdır). AT-in kəskin aşağı düşməsi miokard infarktına və ya insulta səbəb ola bilən ürəyin işemik xəstəliyindən, serebrovaskulyar çatışmazlıq olan pasiyentlərə lizinoprili təyin etdikdə, eyni qaydalara riayət etmək lazımdır.

AT şiddətli aşağı düşdükdə, pasiyenti uzandırmaq və tələb olunduqda, maye itkisini bərpa etmək lazımdır (0,9%-li natrium xlorid məhlulunun vena daxilinə yeridilməsi). Tranzitor hipotenziv reaksiya, lizinoprilin növbəti dozasının qəbulu üçün əks göstəriş deyil, hipovolemiyanın korreksiyası nəticəsində AT-in səviyyəsi bərpa olunduqdan sonra aparılan müalicə adətən fəsadsız keçir.
XÜÇ olan, lakin AT normal və ya aşağı olan bəzi pasiyentlərdə lizinoprildən istifadə etdikdə, AT-in aşağı düşməsi qeyd oluna bilər; adətən, bu hal müalicənin dayandırılması üçün səbəb hesab edilmir. Arterial hipotenziya simptomatik hipotenziyaya keçdiyi halda, dozanı aşağı salmaq və ya lizinopril ilə müalicəni dayandırmaq lazımdır.

Aorta və mitral qapaqların stenozu/hipertrofik obstruktiv kardiomiopatiya

Digər AÇF inhibitorlarının olduğu kimi, mitral qapağın stenozu və sol mədəciyin çıxış traktının obstruksiyası (aortal stenoz və ya hipertrofik obstruktiv kardiomiopatiya) olan pasiyentlərə lizinoprili ehtiyatla təyin etmək lazımdır.

Kəskin miokard infarktı

Vazodilatatorların istifadəsindən sonra ciddi hemodinamik pisləşmə riski olan (sistolik AT 100 mm c. s. və daha aşağı olan pasiyentlər, kardiogen şok zamanı) kəskin miokard infarktından əziyyət çəkən pasiyentlərdə, lizinopril ilə müalicəni başlamaq olmaz. Miokard infarktından sonra ilk 3 gün müddətində, sistolik AT 120 mm c. s. və daha aşağı olduqda, lizinoprilin dozasını aşağı salmaq lazımdır. Sistolik AT 100 mm c. s. və daha aşağı olduqda, lizinoprilin dəstəkləyici dozalarını 5 mq-a qədər və ya müvəqqəti 2,5 mq-a qədər aşağı salmaq lazımdır. Arterial hipotenziya saxlanıldıqda (sistolik AT 1 saatdan artıq 90 mm c. s. olduqda), lizinoprilin istifadəsini davam etdirmək olmaz.

Böyrək funksiyalarının pozulması

Böyrək funksiyaları pozulduqda (KK < 80 ml/dəq), lizinoprilin başlanğıc dozasını KK-nin səviyyəsindən, daha sonra isə pasiyentin müalicəyə klinik cavabından asılı olaraq seçmək lazımdır. Qan zərdabında kaliumun miqdarına və kreatinin konsentrasiyasına rutin nəzarət, belə pasiyentlərin müalicəsinin standart tibbi təcrübəsinin bir hissəsidir.

AÇF inhibitorları ilə müalicəyə başladıqdan sonra, XÜÇ olan pasiyentlərdə AT-in şiddətli aşağı düşməsi, böyrək funksiyalarının gələcəkdə daha da pisləşməsinə gətirib çıxara bilər. Adətən müvəqqəti, kəskin böyrək çatışmazlığı halları qeyd olunmuşdur.

AÇF inhibitorları qəbul edən, böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu olan pasiyentlərdə, qan zərdabında sidik cövhərinin və kreatinin konsentrasiyalarının yüksəlməsi qeyd olunmuşdur; bu hal adətən müvəqqəti olur, müalicə dayandırıldıqdan sonra aradan qalxır və böyrək çatışmazlığı olan pasiyentlərdə daha tez-tez müşahidə olunur.

Eyni zamanda renovaskular hipertenziya olduqda, ağır dərəcəli arterial hipotenziya və böyrək çatışmazlığı riski yüksəlir. Belə pasiyentlərdə müalicəni, ciddi tibbi nəzarət altında, aşağı dozaların istifadəsi ilə və dozanı ehtiyatla titrləyərək, başlamaq lazımdır. Diuretiklər bu vəziyyəti dərinləşdirmək imkanına malik olduğu üçün, onların istifadəsini dayandırmaq və lizinopril ilə müalicənin ilk həftələrində böyrək funksiyalarına nəzarət etmək lazımdır.

Qan zərdabında kreatinin konsentrasiyasının 177 mkmol/l-dən artıq və/və ya proteinuriyanın sutkada 500 mq-dan artıq dəyişdikdə, böyrək funksiyalarının ağır dərəcəli pozuntusu olan pasiyentlərdə kəskin miokard infarktı zamanı lizinoprili istifadə etmək olmaz. Böyrək disfunksiyası lizinopril müalicəsi müddətində inkişaf etdikdə (kreatinin konsentrasiyası qan zərdabında 265mkmol/l-dən artıq olduqda və ya müalicədən əvvəl olan göstərici ilə müqayisədə ikiqat artıq olduqda), lizinoprilin istifadəsinin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır.

Həssaslığın yüksəlməsi/angionevrotik ödem

Lizinopril daxil olmaqla, AÇF inhibitorları ilə müalicə qəbul edən pasiyentlərdə, müalicənin istənilən dövründə üz nahiyəsinin, ətrafların, dodağın, dilin, qırtlaq qapağının və/və ya qırtlağın angionevrotik ödemi meydana çıxa bilər. Belə halda, lizinoprilin istifadəsini dərhal dayandırmaq, pasiyentə müvafiq müalicə təyin etmək və simptomlar tamamilə aradan qalxana qədər onu tibbi nəzarət altında saxlamaq lazımdır. Tənəffüs funksiyalarının pozulması olmadıqda, ödem hətta yalnız dil nahiyəsində meydana çıxdığı halda, pasiyentə uzunmüddətli müşahidə tələb oluna bilər, çünki antihistamin preparatlarla və kortikosteroidlərlə müalicə kifayət etməyə bilər. Qırtlağın və ya dilin odemi ilə müşayiət olunan angionevrotik ödem, olümlə nəticələnə bilər. Dilin, qırtlaq qapağının və ya qırtlağın ödemi, xüsusilə anamnezlərində tənəffüs yolları nahiyəsində cərrahi müdaxilə olduqda, tənəffüs yollarının obstruksiyasına səbəb ola bilər; bu səbəbdən dərhal müvafiq müalicə aparmaq (dəri altına 1:1000 0,3-0,5 ml epinefrin (adrenalin) məhlulu) və/və ya tənəffüs yollarının keçilməsinin təmin olunması üçün tədbirlər həyata keçirmək lazımdır. Simptomlar tam və davamlı aradan qalxana qədər, pasiyent ciddi tibbi nəzarət altında olmalıdır.

Qeyd olunub ki, AÇF inhibitorları qəbul edən, neqroid irqindən olan pasiyentlərdə angionevrotik ödem, digər irqlərdən olan pasiyentlərə nisbətən, daha tez-tez inkişaf etmişdir.

Anamnezlərində, AÇF inhibitorları ilə əvvəlki müalicə ilə əlaqəli olmayan angionevrotik ödem müşahidə edilən pasiyentlərdə, AÇF inhibitorları ilə müalicə zamanı, ödemin inkişaf etmə riski yüksələ bilər (həmçinin, “Əks göstərişlər” bölməsinə bax).

Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) aferezi zamanı anafilaktoid reaksiyalar

Dekstran sulfatın istifadəsi ilə aparılan ASLP-in aferezi zamanı, AÇF inhibitorları qəbul edən pasiyentlərdə, nadir hallarda həyat üçün təhlükəli anafilaktoid reaksiyaların inkişaf etməsi mümkündür. Hər bir aferez prosedurasından əvvəl, AÇF inhibitorlarının qəbulunu müvəqqəti dayandırmaqla, bu cür reaksiyalardan qaçınmaq mümkün olmuşdur.

Desensibilizasiya prosedurası aparıldıqda anafilaktik reaksiyalar

Desensibilizasiya kursu zamanı (məsələn, zarqanadlıların zəhəri ilə), AÇF inhibitorları qəbul edən pasiyentlərdə həyat üçün təhlükəli anafilaktik reaksiyaların inkişaf etməsi mümkündür. Hər bir desensibilizasiya prosedurasından əvvəl, AÇF inhibitorlarının qəbulunu müvəqqəti dayandırmaqla, bu cür reaksiyalardan qaçınmaq mümkündür, lakin göstərilən preparatları təsadüfən qəbul etdikdə, belə reaksiyalar yenidən meydana çıxmışdır.

Qaraciyər funksiyalarının pozulması

AÇF inhibitorları ilə aparılan müalicə, çox nadir hallarda qaraciyərin fulminant nekrozuna qədər proqressivləşən xolestatik sarılığın inkişaf etməsinə və (bəzən) letal nəticəyə gətirib çıxara bilər. Bu səbədən, “qaraciyər” transaminazalarının aktivliyi yüksəldikdə və xolestaz simptomları meydana çıxdıqda, lizinoprilin qəbulunu dayandırmaq lazımdır; pasiyenti müvafiq tibbi müşahidə altında saxlamaq lazımdır.

Hemodializ proseduraları qəbul edən pasiyentlər

Yüksəkaxarlı membranların (məsələn, AN69®) istifadəsi ilə hemodializ proseduraları qəbul edən və eyni zamanda AÇF inhibitorları istifadə edən pasiyentlərdə də anafilaktik reaksiyalar qeyd olunur. Hemodializin aparılması üçün zərurət yarandıqda, digər membran növündən və ya digər hipotenziv preparatdan istifadə etmək lazımdır.

Neytropeniya/aqranulositoz
AÇF inhibitorları qəbul edən pasiyentlərdə neytropeniya/aqranulositoz, trombositopeniya və anemiyanın inkişaf etməsi barədə məlumatlar var. Böyrək funksiyaları normal olan pasiyentlərdə digər ağırlaşdıran faktorlar olmadıqda, nadir hallarda neytropeniya inkişaf edir. AÇF inhibitorları ilə müalicə dayandırıldıqdan sonra, neytropeniya və aqranulositoz aradan qalxmışdır. Kollagenozlar olan pasiyentlərdə, həmçinin immunodepressiv müalicə, allopurinol və ya prokainamid qəbul edən pasiyentlərdə və ya bu cür ağırlaşdıran faktorların kombinasiyası, xüsusilə böyrək funksiyalarının pozulması olan pasiyentlərdə lizinoprili son dərəcədə ehtiyatla istifadə etmək lazımdır. Bəzi pasiyentlərdə, bəzi hallarda antibiotiklərlə intensiv müalicəyə cavab verməyən ciddi infeksiyalar inkişaf etmişdir. Belə pasiyentlərdə lizinoprili istifadə etdikdə, vaxtaşırı leykositlərin miqdarına nəzarət etmək lazımdır; bununla belə, pasiyentlərə, infeksiyanın hər bir əlamətləri barədə məlumat verməklərinin vacib olduğunu tövsiyə etmək lazımdır.

Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası

AÇF inhibitorlarını angiotenzin II reseptorlarının antaqonistləri və ya aliskiren preparatı ilə birlikdə istifadə etdikdə, arterial hipotenziya, hiperkaliemiya və böyrək funksiyalarının aşağı düşməsi (kəskin böyrək çatışmazlığı daxil olmaqla) riskinin inkişaf etməsi barədə məlumatlar əldə edilmişdir. Bu səbəbdən, AÇF inhibitorlarının, angiotenzin II reseptorlarının antaqonistlərinin və ya aliskirenin birlikdə istifadəsi nəticəsində RAAS-nin ikili blokadası məsləhət görülmür (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə bax).

RAAS-ın ikili blokadası üçün mütləq zərurət yarandıqda, müalicəni böyrək funksiyalarına, qanda elektrolitlərin miqdarına və AT-ə tez-tez və diqqətli həkim nəzarəti altında aparmaq lazımdır. Diabetik nefropatiyalı pasiyentlərdə AÇF inhibitorlarını və angiotenzin II reseptorlarının antaqonistlərini kombinəedilmiş müalicə şəklində istifadə etmək olmaz.

İrq
AÇF inhibitorları, digər irqlərdən olan pasiyentlərə nisbətən, neqroid irqindən olan pasiyentlərdə angionevrotik ödemin inkişaf etməsinə daha tez-tez səbəb olur. Digər AÇF inhibitorlarının istifadəsində olduğu kimi, neqroid irqindən olan pasiyentlərdə, lizinopril, digər irqlərdən olan pasiyentlərə nisbətən, AT-in aşağı salmasına görə daha az effektiv ola bilər ki, bunun da hiporenin arterial hipertenziyanın baş verməsinin yüksək tezliyi ilə əlaqədar olması ehtimal edilir.

Öskürək
AÇF inhibitorlarının istifadəsi zamanı, AÇF inhibitorlarının istifadəsindən sonra aradan qalxan, “quru”, uzunmüddətli öskürək qeyd edilmişdir. Öskürəyin differensial diaqnostikası zamanı AÇF inhibitorlarının istifadəsi nəticəsində meydana çıxan öskürəyi də nəzərə almaq lazımdır.

Cərrahi müdaxilə/Ümumi anesteziya

Vəziyyətləri genişsahəli cərrahi müdaxilənin və ya arterial hipotenziyanın baş verməsinə səbəb olan preparatlarla ümumi anesteziyanın aparılmasını tələb edən pasiyentlərdə lizinopril, reninin kompensator azad olması zamanı angiotenzin II-nin əmələ gəlməsini blokadaya ala bilər.
Bu mexanizmin nəticəsi hesab edilən, AT-in şiddətli aşağı düşməsini, dövr edən qanın həcmini artırmaqla aradan qaldırmaq olar.

Cərrahi müdaxilədən (stomatoloji cərrahi müdaxilə daxil olmaqla) əvvəl, AÇF inhibitorunun istifadəsi barədə, cərrahı/anestezioloqu məlumatlandırmaq lazımdır.

Hiperkaliemiya
Hiperkaliemiya halları barədə məlumatlar var.

Hiperkaliemiyanın inkişaf etməsi üçün risk faktorlarına böyrək çatışmazlığı, şəkərli diabet və kaliumqoruyucu diuretiklərin (spironolakton, eplerenon (spironolaktonun törəməsi), triamteren və amilorid), kalium preparatlarının və ya tərkibində kalium olan duzəvəzedicilərin eyni zamanda istifadəsi və qan zərdabında kaliumun miqdarını yüksəldə bilən dərman preparatları (məsələn, heparin) qəbul edən pasiyentlər daxildir.

Lizinoprilin yuxarıda göstərilən preparatlarla eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, ehtiyat tədbirlərinə riayət etmək və qan zərdabında kaliumun miqdarına müntəzəm nəzarət etmək məsləhət görülür.

Şəkərli diabetli pasiyentlər

Hipoqlikemik preparatları daxilə qəbul edən və ya insulindən istifadə edən şəkərli diabetli pasiyentlərdə, AÇF inhibitorları ilə müalicənin ilk ayında qan plazmasında qlükozanın konsentrasiyasına ciddi nəzarət etmək lazımdır.

Litium preparatları

Bir qayda olaraq, litium preparatlarını və lizinoprili eyni zamanda istifadə etmək, məsləhət görülmür.

Rozuvastatin
Rozuvastatini yüksək dozalarda, xüsusilə 40 mq dozada, qəbul edən pasiyentlərdə, immunoxromatoqrafik test-zolaqlar vasitəsi ilə aşkar edilmiş, əsasən borucuq mənşəli, bir qayda olaraq tranzitor və ya qısamüddətli proteinuriya müşahidə olunmuşdur. Proteinuriya, kəskin və ya proqressivləşən böyrək xəstəliyi üçün proqnostik faktor olmamışdır. Postmarketinq dövründə, böyrəklərdə baş verən ciddi arzuolunmayan reaksiyaların inkişaf etməsi barədə məlumatların tezliyi, 40 mq dozanın istifadəsi zamanı daha yüksək olmuşdur. Rozuvastatini sutkada 40 mq dozada qəbul edən pasiyentlərin standart müayinəsi zamanı, böyrək funksiyalarının qiymətləndirilməsini nəzərə almaq lazımdır.

Dayaq-hərəkət aparatında baş verən pozuntular

Rozuvastatini bütün dozalanmalarda istifadə etdikdə, xüsusilə 20 mq-dan yüksək dozaların qəbulunda, aşağıda göstərilən arzuolunmayan reaksiyalar barədə məlumatlar var: mialgiya, miopatiya, nadir hallarda rabdomioliz.

Ezetimibi HMQ-KoA-reduktaza fermentinin inhibitorları ilə kombinasiyada istifadə etdikdə, çox nadir hallarda, rabdomioliz halları müşahidə olunmuşdur. Farmakoloji qarşılıqlı təsiri istisna etmək olmaz və bu preparatların eyni zamanda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Digər HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının istifadəsi zamanı olduğu kimi, postmarketinq dövründə, rozuvastatin müalicəsi ilə əlaqədar olan rabdomioliz hallarının tezliyi, 40 mq dozanın istifadəsi zamanı, daha yüksək olmuşdur.

Kreatinfosfokinaza fermentinin aktivliyinin təyin edilməsi

KFK fermentinin aktivliyinin təyin edilməsini, intensiv fiziki fəaliyyətdən sonra və ya KFK-nın aktivliyini yüksəldən digər mümkün səbəblər olduğu halda aparmaq olmaz, çünki bu, əldə olunan nəticələrin yanlış interpretasiyasına gətirib çıxara bilər. KFK fermentinin aktivliyi ilkin olaraq əhəmiyyətli dərəcədə yüksək olduğu halda (normanın yuxarı həddindən 5 dəfə yüksək), 5-7 gündən sonra təkrar müayinə aparmaq lazımdır. Təkrar test KFK fermentinin ilkin aktivliyini təsdiq etdikdə (normanın yuxarı həddindən 5 dəfədən daha yüksək olduqda), müalicəyə başlamaq olmaz.

Müalicəyə başlamazdan əvvəl

Digər HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının istifadəsi zamanı olduğu kimi, rozuvastatini miopatiya/rabdomiolizin inkişaf etməsi üçün risk faktorları olan pasiyentlərə təyin etdikdə, ehtiyatlı olmaq lazımdır (Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Meyllilik faktorlarına aşağıdakılar aiddir:

- böyrək çatışmazlığı;

- hipotireoz;

- şəxsi və ya ailə anamnezində irsi əzələ xəstəliklərinin olması;

- anamnezdə HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının və ya fibratların istifadəsi zamanı əzələ toksikliyi;

- 70-dən yuxarı yaş dövrü;

- qan plazmasında rozuvastatinin konsentrasiyasının artmasına səbəb ola bilən vəziyyətlər;

- eyni zamanda fibratların istifadə olunması.

Müalicənin risk/fayda nisbətini nəzərdən keçirmək və klinik müşahidə aparmaq lazımdır.

Müalicə müddətində

Pasiyenti xəbərdar etmək lazımdır ki, qəflətən əzələ ağrıları, əzələ zəifliyi və ya spazmlar, xüsusilə əzginlik və qızdırma ilə birlikdə, meydana çıxdığı hallar barədə dərhal həkim məlumatlandırılmalıdır. Belə pasiyentlərdə KFK fermentinin aktivliyini təyin etmək lazımdır. KFK fermentinin aktivliyi əhəmiyyətli dərəcədə yüksəldikdə (normanın yuxarı həddi ilə müqayisədə 5 dəfədən daha yüksək olduqda) və ya əzələlərdə baş verən pozuntular kəskin olduqda və ya gündəlik diskomfort törətdikdə (hətta KFK fermentinin aktivliyi normanın yuxarı həddi ilə müqayisədə 5 dəfədən daha aşağı olduqda), müalicəni dayandırmaq lazımdır. Simptomlar aradan qalxdıqdan və KFK fermentinin aktivliyi normaya qayıtdıqdan sonra, pasiyentin vəziyyətinə diqqətlə nəzarət edərək aşağı dozalarda rozuvastatinin və ya HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının təkrar təyin olmasını yenidən nəzərdən keçirmək lazımdır.

Simptomlar olmadıqda, KFK fermentinin aktivliyinə rutin nəzarətin aparılması məqsədəuyğun deyil.
Statinlərlə, o cümlədən rozuvastatin ilə, müalicə müddətində və ya müalicəni dayandırdıqdan sonra, klinik olaraq proksimal əzələ zəifliyi və qan zərdabında kreatinkinaza fermentinin aktivliyinin yüksəlməsi ilə meydana çıxan, çox nadir immun-asılı nekrozlaşan miopatiya halları qeyd olunmuşdur. Statinlərlə müalicənin dayandırılmasına baxmayaraq, göstərilən vəziyyət saxlanılır.
Rozuvastatin və birlikdə aparılan müalicə zamanı skelet əzələlərə təsirin güclənməsi qeyd olunmayıb. Lakin, HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarını (statinləri) gemfibrozil, siklosporin, lipidlərin miqdarını aşağı salan dozalarda (sutkada 1 q-dan artıq) nikotin turşusu, azol tərkibli göbələkəleyhinə preparatlar, proteazaların inhibitorları və makrolid antibiotiklər daxil olmaqla, fibrin turşusu törəmələri ilə birlikdə qəbul edən pasiyentlərdə miozit və miopatiya hallarının sayının artması barədə məlumatlar var.

HMQ-KoA-reduktaza fermentinin bəzi inhibitorları ilə birlikdə istifadə edildikdə, gemfibrozil miopatiyanın inkişaf etmə riskini yüksəldir. Beləliklə, rozuvastatini və gemfibrozili eyni zamanda istifadə etmək tövsiyə olunmur. Rozuvastatini və fibratları və ya lipidlərin miqdarını aşağı salan dozalarda (sutkada 1 q-dan artıq) nikotin turşusunu birlikdə istifadə etdikdə, risk/fayda nisbətinə diqqətlə nəzərdən keçirmək lazımdır. 40 mq dozada rozuvastatini fibratlarla birlikdə istifadə etmək əks göstərişdir (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax).

Sistem istifadə üçün fuzidinn turşusu preparatları ilə birlikdə və ya fuzidin turşusu ilə müalicə dayandırıldıqdan sonra 7 gün müddətində, rozuvastatini istifadə etmək olmaz.

Sistem istifadə üçün fuzidin turşusu preparatlarının istifadəsi üçün zərurət yarandıqda, fuzidin turşusu ilə müalicənin davametmə müddətində statinlər ilə müalicəni dayandırmaq lazımdır.
Eyni zamanda fuzidin turşusu və statinlər qəbul edən pasiyentlərdə rabdomioliz (bir neçə olüm halları daxil olmaqla) barədə məlumatlar var (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax). Pasiyentə əzələ zəifliyi, ağrı və əzələlərin həssaslığının yüksəlməsi meydana çıxdıqda, dərhal həkimə müraciət etməsi məsləhət görülür.

Statinlərlə təkrar müalicəni, fuzidinn turşusunun sonuncu dozasının qəbulundan 7 gün sonra, başlamaq olar.

Müstəsna hallarda, məsələn, ağır dərəcəli infeksiyaların müalicəsi zamanı, sistem istifadə üçün fuzidin turşusu preparatlarının uzunmüddətli istifadəsi üçün zərurət yarandıqda, rozuvastatinin fuzidin turşusu ilə birlikdə istifadə imkanını fərdi qaydada və ciddi tibbi müşahidə altında nəzərdən keçirmək lazımdır.

Miopatiyanın inkişaf etməsinə və ya böyrək çatışmazlığının, ikincili (rabdomioliz nəticəsində) inkişaf etməsinə səbəb ola bilən, kəskin ciddi vəziyyətlərdə olan pasiyentlərin (məsələn, sepsis, arterial hipotenziya, genişmiqyaslı cərrahi müdaxilə, travma, ciddi metabolik, endokrin pozğunluq və ya elektrolit balansının pozulması; və ya nəzarətolunmayan qıcolma tutmaları) müalicəsi üçün rozuvastatini istifadə etmək olmaz.

Qaraciyər funksiyalarına nəzarət

HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsində olduğu kimi, alkoqoldan sui-istifadə edən pasiyentlərə və/və ya anamnezlərində qaraciyər xəstəlikləri olan pasiyentlərə, rozuvastatini təyin etdikdə ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

Müalicəyə başlamazdan əvvəl və müalicə başladıqdan 3 ay sonra, qaraciyər funksiyalarının göstəricilərinin müayinəsini aparmaq məsləhət görülür. Qan zərdabında “qaraciyər” transaminazalarının aktivliyi normanın yuxarı həddindən 3 dəfə artıq olduqda, rozuvastatinin qəbulunu dayandırmaq və ya dozasını aşağı salmaq lazımdır.

Postmarketinq dövründə, qaraciyərdə baş verən ciddi ağırlaşmaların (əsasən, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi daxil olan) tezliyi, rozuvastatini 40 mq dozada qəbul edən pasiyentlərdə daha yüksək olmuşdur.

Hipotireoz və ya nefrotik sindrom nəticəsində hiperxolesterinemiya olan pasiyentlərdə, rozuvastatin müalicəsinə başlamazdan əvvəl, əsas xəstəliklərin müalicəsini aparmaq lazımdır.

İrqi mənsubiyyət

Preparatın farmakokinetik parametrlərinin öyrənilməsinin gedişində, avropa irqindən olan pasiyentlərlə müqayisədə, monqoloid irqindən olan pasiyentlərdə, rozuvastatinin sistem konsentrasiyasının yüksəlməsi qeyd olunmuşdur (“İstifadə qaydası və dozası” və Farmakokinetikası” bölmələrinə bax).

İİV proteazalarının inhibitorları

Rozuvastatini və İİV proteazalarının müxtəlif inhibitorlarının ritonavir ilə kombinasiyasını eyni zamanda istifadə etdikdə, rozuvastatinin sistem ekspozisiyasının artması müşahidə olunur. Rozuvastatin qəbulu fonunda, qanda lipidlərin konsentrasiyasının aşağı düşməsinin faydasını və İİV-infeksiyasına yoluxmuş İİV proteazalarını qəbul edən pasiyentlərdə, müalicənin əvvəlində və rozuvastatinin dozasını artırdıqda, qan plazmasında rozuvastatinin konsentrasiyalarının yüksəlməsinin mümkünlüyünü dəqiq qiymətləndirmək lazımdır.

Rozuvastatinin dozasını korreksiya etmədən, rozuvastatini İİV proteazalarının inhibitorları ilə birlikdə istifadə etmək məsləhət görülmür (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax).
Ağciyərlərin interstisial xəstəliyi

HMQ-KoA-reduktaza fermentinin bəzi inhibitorlarının (statinlərin), xüsusilə uzunmüddətli istifadəsi zamanı, ağciyərlərin interstisial xəstəliyinin tək-tək halları barədə məlumatlar var. Xəstəliyin təzahürlərinə təngnəfəslik, qeyri-məhsuldar öskürək və ümumi vəziyyətin pisləşməsi (zəiflik, bədən kütləsinin aşağı düşməsi və qızdırma) aid ola bilər. Ağciyərlərin interstisial xəstəliyinə şübhə olduqda, statinlər ilə müalicəni dayandırmaq lazımdır.

Şəkərli diabet

Statinlərin qanda qlükozanın konsentrasiyasını yüksəltməsinə və şəkərli diabetin inkişaf etmə riski yüksək olan bəzi pasiyentlərdə, şəkərli diabetin standart müalicəsi göstəriş olan, hiperqlikemiya səviyyəsini törədə bilməsinə dair dəlillər var. Lakin, statinlərlə müalicə fonunda, damar ağırlaşmalarının inkişaf etmə riskinin aşağı düşməsi, hiperqlikemiyanın inkişaf etmə riskindən üstündür və statinlərin istifadəsinin dayandırılması üçün səbəb ola bilməz. Hiperqlikemiya risk qrupuna daxil olan pasiyentlərdə (qlükozanın acqarına konsentrasiyası 5,6 mmol/l-dən 6,9 mmol/l-ə qədər olması, bədən kütləsi indeksi (BKİ) > 30 kq/m2, triqliseridlərin konsentrasiyasının yüksəlməsi, arterial hipertenziya), klinik və biokimyəvi göstəricilərin, milli tövsiyələrə müvafiq monitorinqini həyata keçirmək lazımdır.

Köməkçi maddələr

Laktoza
10 mq/5 mq/10 mq dozada və 20 mq/10 mq/10 mq dozada Ekvamer® preparatının hər kapsulunda 48,10 mq laktoza monohidrat var. 10 mq/5 mq/20 mq dozada və 20 mq/10 mq/20 mq Ekvamer® preparatının hər kapsulunda 96,20 mq laktoza monohidrat var.

Qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə Ekvamer® preparatını istifadə etmək olmaz.
Azorubin rəngləyicisi

Ekvamer® preparatının tərkibində azorubin qida rəngləyicisi var.

Azorubin rəngləyicisi allergik reaksiyaların inkişaf etməsinə səbəb ola bilər.

Günəş qürubu sarısı rəngləyicisi

10 mq/5 mq/10 mq və 20 mq/10 mq/20 mq dozalarda Ekvamer® preparatının tərkibində günəş qürubu sarısı qida rəngləyicisi var.

Günəş qürubu sarısı qida rəngləyicisi allergik reaksiyaların inkişaf etməsinə səbəb ola bilər.

 

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Amlodipin
Digər dərman preparatlarının amlodipinə təsiri

CYP3A4 izofermentinin inhibitorları

Amlodipinin CYP3A4 izofermentin güclü və ya orta dərəcəli inhibitorları ilə (proteaza fermentinin inhibitorları, azol qrupundan olan göbələkəleyhinə preparatlar, makrolidlər, məsələn, eritromisin və ya klaritromisin, verapamil və ya diltiazem) eyni zamanda istifadəsi, amlodipinin konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxara bilər və arterial hipotenziyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Göstərilən farmakoloji dəyişikliklərin klinik təzahürləri yaşlı pasiyentlərdə daha şiddətli ola bilər. Bu səbəbdən, klinik vəziyyətin monitorinqi və dozanın korreksiyası tələb oluna bilər.

CYP3A4 izofermentin induktorları

CYP3A4 izofermentin induktorlarının amlodipinə təsiri barədə heç bir məlumat yoxdur. CYP3A4 izofermentin induktorlarının (məsələn, rifampisin, deşikli Dazıotu preparatları [Hypericum perforatum]) eyni zamanda istifadəsi, qan plazmasında amlodipinin konsentrasiyasının aşağı düşməsinə gətirib çıxara bilər. Amlodipini və CYP3A4 izofermentin induktorlarını eyni zamanda istifadə etdikdə, ehtiyat tədbirıərinə riayət etmək lazımdır.

Amlodipinin qreypfrut və ya qreypfrut şirəsi ilə eyni zamanda istifadəsi məsləhət görülmür, belə ki, bəzi pasiyentlərdə amlodipinin biomənimsənilməsinin yüksəlməsinə gətirib çıxara bilər ki, bu da oz növbəsində, hipotenziv effekti gücləndirə bilər.

Datrolen (infuziyalar)

Verapamil istifadəsi və vena daxilinə datrolen yeridilməsi fonunda, laborator heyvanlarda, ölümlə və kollaps ilə nəticələnən hiperkaliemiya ilə müşayiət olunan, mədəciklərin fibrillyasiyası və ürək-damar çatışmazlığı halları qeyd olunmuşdur. Hiperkaliemiyanın inkişaf etmə riskini nəzərə alaraq, bədxassəli hipertermiyanın inkişaf etməsinə meylli olan pasiyentlərdə, həmçinin bədxassəli hipertermiyanın müalicəsi zamanı, datroleni və “ləng” kalsium kanallarının blokatorlarını, o cümlədən, amlodipini eyni zamanda istifadə etməkdən çəkinmək lazımdır.

Amlodipinin digər dərman preparatlarına təsiri

Amlodipin antihipertenziv təsirə malik və AT-in aşağı salınması üçün istifadə olunan digər preparatların hipotenziv təsirini gücləndirir.

Takrolimus
Takrolimusun və amlodipinin birlikdə istifadə olunması, qanda takrolimusun konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər; bu cür qarşılıqlı təsirin mexanizmi sona qədər öyrənilməyib. Amlodipinlə müalicə zamanı takrolimusun toksik təsirini aradan qaldırmaq üçün, takrolimusun qanda konsentrasiyasına nəzarət etmək və zərurət yarandıqda, takrolimusun dozasını korreksiya etmək lazımdır.
Siklosporin
Qanlarında siklosporinin konsentrasiyasının yüksəlməsi (orta hesabla 0%-40%) müşahidə olunan böyrək transplantasiyası keçirən pasiyentlər istisna olmaqla, sağlam könüllülərdə və digər populyasiyalardan olan pasiyentlərdə siklosporinin və amlodipinin qarşılıqlı təsirinin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmamışdır. Bu səbəbdən, amlodipin ilə müalicə müddətində belə pasiyentlərdə, qanda siklosporinin konsentrasiyasına nəzarət etmək və zərurət yarandıqda, siklosporinin dozasını aşağı salmaq lazımdır.

Simvastatin
10 mq dozada amlodipini 80 mq dozada simvastatin ilə eyni zamanda təkrar istifadə olunması, simvastatinlə aparılan monoterapiya ilə müqayisədə, simvastatinin konsentrasiyasının 77% yüksəlməsinə gətirib çıxarmışdır. Bu səbəbdən, gündə 20 mq-a qədər amlodipin qəbul edən pasiyentlərdə, simvastatinin dozasını aşağı salmaq tövsiyə olunur.

Rozuvastatin
10 mq dozada amlodipini və 20 mq dozada rozuvastatini eyni zamanda təkrar istifadə etdikdə, rozuvastatinin AUC göstəricisinin təqribən 28% və Cmax göstəricisinin təqribən 31% artması müşahidə olunmuşdur. Bunun dəqiq təsir mexanizmi məlum deyil. Ekvamer® preparatının gündəlik istifadəsi zamanı bu effektin klinik əhəmiyyətinin olmayacağı gözlənilir, çünki preparat yalnız lizinopril, amlodipin və rozuvastatini, göstərilən kombinasiyada olan eyni dozalarda qəbul edən pasiyentlər üçün göstərilir.

Dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatların gedişində, amlodipin atorvastatinin, diqoksinin və varfarinin farmakokinetikasına təsir göstərməmişdir.
Lizinopril
Digər hipotenziv preparatlar

Lizinoprili digər hipotenziv preparatlarla (məsələn, nitroqliserin və digər nitratlar və ya digər damargenişləndirici preparatlar) birlikdə istifadə etdikdə, AT-in kəskin aşağı düşməsi (additiv effekt) baş verə bilər.

Klinik tədqiqatlardan alınan məlumatlar onu göstərir ki, AÇF inhibitorlarının, angiotenzin II reseptorlarının blokatorlarının və ya aliskirenin birlikdə istifadəsi zamanı, renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası, RAAS-a təsir edən preparatın tək istifadə edilməsi ilə müqayisədə, arterial hipotenziya, hiperkaliemiya və böyrək funksiyalarının zəifləməsi (kəskin böyrək çatışmazlığı daxil olmaqla) kimi arzuolunmayan halların yüksək riski ilə əlaqədardır.

Diuretiklər
Diuretik preparatlarla eyni zamanda istifadə edildikdə, lizinopril, bir qayda olaraq, əlavə hipotenziv təsir göstərir. Hal-hazırda diuretik qəbul edən və ya bir müddət əvvəl diuretik preparatlar təyin olunan pasiyentlərə, lizinopril təyin edildikdə, arterial təzyiqin həddindən artıq aşağı düşməsi baş verə bilər. Lizinopril ilə müalicəyə başlamazdan əvvəl, diuretik preparatın istifadəsini dayandırdıqda, simptomatik hipotenziyanın inkişaf etmə riskini aşağı salmaq mümkündür.

Tərkibində kalium olan qida əlavələri, kaliumqoruyucu diuretiklər və ya tərkibində kalium olan duzəvəzedicilər
Kaliumqoruyucu diuretiklər (spironolakton, eplerenon (spironolaktonun törəməsi), triamteran və amilorid), kalium preparatları, tərkibində kalium olan duzəvəzedicilərlə eyni zamanda istifadə etdikdə, xüsusilə böyrək funksiyalarının pozulması olan pasiyentlərdə, hiperkaliemiyanın inkişaf etmə riski yüksəlir. Lizinoprili kaliumqorumayan diuretiklə eyni zamanda təyin etdikdə, diuretik preparatın qəbulu ilə əlaqədar hipokaliemiya azala bilər.

Litium preparatları

Lizinoprili litium preparatları ilə eyni zamanda istifadə etdikdə, orqanizmdən litiumun xaricolmasının ləngiməsi, qan zərdabında litiumun konsentrasiyalarının yüksəlməsi və toksik effektlərin meydana çıxması müşahidə edilir. Tiazid diuretiklərin eyni zamanda istifadəsi litium toksikliyinin inkişaf etmə riskini yüksəldə bilər və AÇF inhibitorlarının istifadəsi fonunda artıq yüksəlmiş litium toksikliyinin güclənməsinə səbəb ola bilər. Lizinoprili litium preparatları ilə eyni zamanda istifadə etmək məsləhət görülmür, lakin göstərilən kombinasiyanın istifadəsi üçün zərurət yarandıqda, qan zərdabında litiumun konsentrasiyasına diqqətlə nəzarət etmək lazımdır.

Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), sutkada 3 q dozada asetilsalisil turşusunun qəbulu daxil olmaqla

AÇF inhibitorlarını və qeyri-steroid iltihabəleyhinə preparatları (məsələn, iltihabəleyhinə vasitə kimi asetilsalisil turşusu, siklooksigenaza-2 (SOG-2) fermentinin inhibitorları və qeyri-selektiv QSİƏP) eyni zamanda istifadə etdikdə antihipertenziv effektin zəifləməsi mümkündür.

AÇF inhibitorlarının və QSİƏP-ın eyni zamanda qəbul olunması kəskin böyrək çatışmazlığı daxil olmaqla, böyrək funksiyalarının pozulma riskini yüksəldə bilər və qan zərdabında kaliumun miqdarının yüksəlməsinə səbəb ola bilər, xüsusilə böyrək funksiyaları əvvəldən aşağı olan pasiyentlərdə. Göstərilən effektlər adətən müvəqqətidir. Bu preparatların kombinasiyasını, xüsusilə yaşlı pasiyentlərə, ehtiyatla təyin etmək lazımdır. Pasiyentlər kifayət qədər maye qəbul etməlidirlər. Bundan əlavə, kombinəedilmiş müalicə təyin olunduqdan sonra, böyrək funksiyalarına nəzarətin zərurətini nəzərdən keçirmək və gələcəkdə vaxtaşırı böyrək funksiyalarına nəzarət etmək lazımdır.

Qızıl
Tərkibində qızıl olan preparatları (məsələn, natrium aurotiomalat) inyeksiya şəklində orqanizmə yeritdikdən sonra nitritoid reaksiyalar (hipertermiya, ürəkbulanma, başgicəllənmə və çox ağır dərəcəli arterial hipotenziya daxil olmaqla, vazodilatasiya simptomları), AÇF inhibitorları ilə müalicə qəbul edən pasiyentlərdə daha tez-tez qeydiyyata alınıb.

Trisiklik antidepressantlar/antipsixotik preparatlar/ağrıkəsici preparatlar

AÇF inhibitorlarının bəzi anesteziya üçün vasitələr, trisiklik antidepressantlar və antipsixotik preparatlarla eyni zamanda istifadəsi arterial təzyiqin şiddətli aşağı düşməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Simpatomimetiklər
Simpatomimetiklər, AÇF inhibitorlarının antihipertenziv effektini aşağı sala bilər.

Hipoqlikemik preparatlar

Epidemioloji tədqiqatlar onu göstərir ki, AÇF inhibitorlarının və hipoqlikemik preparatların (insulinlər, daxilə qəbul etmək üçün hipoqlikemik preparatlar) eyni zamanda qəbulu, hipoqlikemiyanın inkişaf etmə riski ilə hipoqlikemik effektin güclənməsinə səbəb ola bilər. Bu halın inkişaf etməsi, preparatların kombinəolunmuş müalicəsinin ilk həftələrində, həmçinin böyrək çatışmazlığı olan pasiyentlərdə daha çox ehtimal edilir.

Plazminogeninin toxuma aktivatorları

Plazminogeninin toxuma aktivatorları ilə eyni zamanda istifadə etdikdə, angionevrotik ödemin inkişaf etmə riski yüksələ bilər.

Asetilsalisil turşusu, trombolitik preparatlar, beta-adrenoblokatorlar, nitratlar

Lizinoprili asetilsalisil turşusu (kardioloji dozalarda), trombolitik preparatlar, beta-adrenoblokatorlar və/və ya nitratlarla eyni zamanda istifadə etmək olar.

Rozuvastatin
Digər preparatların rozuvastatinə təsiri

Nəqledici zülalların inhibitorları

Rozuvastatin bəzi nəqledici zülallar ilə, xüsusilə OATP1B1 və BCRP ilə birləşir. Bu nəqledici zülalların inhibitorları olan preparatlarla birlikdə istifadəsi, rozuvastatinin qan plazmasında konsentrasiyasının yüksəlməsi və miopatiyanın inkişaf etmə riskinin yüksəlməsi ilə müşayiət oluna bilər (cədvəl 2-yə və “İstifadə qaydası və dozası” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Siklosporin
Rozuvastatini və siklosporini eyni zamanda istifadə etdikdə, rozuvastatinin AUC göstəricisi, sağlam könüllülərdə qeyd edilən göstəricidən orta hesabla 7 dəfə çox olmuşdur (“Əks göstərişlər” bölməsinə bax). Siklosporinin plazma konsentrasiyasına təsir göstərmir. Siklosporin qəbul edən pasiyentlər üçün rozuvastatinin istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax).

İnsan immunçatışmazlığı virusu proteazasının inhibitorları

Qarşılıqlı təsirin mexanizmi məlum olmamasına baxmayaraq, İİV proteazalarının inhibitorları ilə birlikdə istifadə edilməsi, rozuvastatinin ekspozisiyasının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər (cədvəl 2-ə bax). Sağlam könüllülərdə 20 mq rozuvastatinin və tərkibində İİV proteazalarının iki inhibitoru olan kombinəedilmiş preparatın (300 mq atazanavir/100 mq ritonavir) eyni zamanda istifadəsi, rozuvastatinin AUC(0-24) və Cmax göstəricilərinin müvafiq olaraq, təqribən üçqat və yeddiqat artmasına gətirib çıxarmışdır. Bu səbəbdən, rozuvastatinin və proteaza inhibitorlarının müəyyən kombinasiyalarının eyni zamanda istifadəsi, rozuvastatinin ekspozisiyasının gözlənilən artması əsasında, rozuvastatinin dozasının diqqətlə seçilməsindən sonra mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə və cədvəl 2-ə bax).

Gemfibrozil və digər hipolipidemik preparatlar

Rozuvastatinin və gemfibrozilin birlikdə istifadəsi, qan plazmasında rozuvastatinin maksimal konsentrasiyasının 2 dəfə yüksəlməsinə, həmçinin rozuvastatinin AUC göstəricisinin artmasına gətirib çıxarır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Spesifik qarşılıqlı təsirin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan alınan məlumatlara əsasən, fenofibrat ilə farmakokinetik cəhətdən əhəmiyyətli qarşılıqlı təsirin olması gözlənilmir, lakin farmakodinamik qarşılıqlı təsir mümkündür.

Gemfibrozil, fenofibrat, digər fibratlar və lipidlərin miqdarını aşağı salan dozalarda (sutkada 1 q-dan artıq və ya ekvivalent dozalar) nikotin turşusu HMQ-KoA-reduktaza fermentinin inhibitorları ilə eyni zamanda istifadə edildikdə, miopatiyanın meydana çıxma riskini yüksəldirlər; bu ona görə ehtimal edilir ki, monoterapiya şəklində istifadə zamanı onlar miopatiyanın meydana çıxmasına səbəb ola bilərlər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Ezetimib
Hiperxolesterinemiyalı pasiyentlərdə, 10 mq dozada rozuvastatinin və 10 mq dozada ezetimibin eyni zamanda istifadəsi, rozuvastatinin AUC göstəricisinin 1,2 dəfə yüksəlməsi ilə müşayiət olunmuşdur (cədvəl 2-ə bax). Rozuvastatin və ezetimib arasında olan farmakodinamik qarşılıqlı təsir nəticəsində əlavə effektlərin meydana çıxma riskinin yüksəlməsini istisna etmək olmaz.

Antasidlər
Rozuvastatinin tərkibində alüminium və ya maqnezium hidroksid olan antasid suspenziyası ilə eyni zamanda istifadəsi, rozuvastatinin qan plazmasında konsentrasiyasının təqribən 50% aşağı düşməsinə gətirib çıxarır. Antasidləri rozuvastatinin qəbulundan 2 saat sonra istifadə etdikdə, bu effekt daha zəif ifadə olunur. Bu cür qarşılıqlı təsirin klinik əhəmiyyəti öyrənilməyib.

Eritromisin
Rozuvastatinin və eritromisinin eyni zamanda istifadəsi rozuvastatinin AUC(0-t) göstəricisinin 20% və rozuvastatinin Cmax göstəricisinin 30% aşağı düşməsinə gətirib çıxarır. Bu cür qarşılıqlı təsir, eritromisinin qəbulu nəticəsində baş verən, bağırsaq motorikasının güclənməsinə görə meydana çıxa bilər.
Sitoxrom P450 izofermentləri

İn vivo və in vitro şəraitdə aparılan tədqiqatların nəticələri onu göstərir ki, rozuvastatin P450 sitoxrom sistemi izofermentlərinin nə inhibitoru, nə də induktoru deyil. Bununla belə, rozuvastatin bu fermentlər üçün zəif substratdır. Bu səbəbdən, rozuvastatinin digər dərman preparatları ilə metabolizm səviyyəsində P450 sitoxrom sistemi izofermentlərinin vasitəsi ilə qarşılıqlı təsiri gözlənilmir. Rozuvastatin və flukonazol (CYP2C9 və CYP3A4 izofermentlərinin inhibitoru) və ketokonazol (CYP2A6 və CYP3A4 izofermentlərinin inhibitoru) arasında klinik əhəmiyyətli qarşılıqlı təsirin olması qeydə alınmamışdır.

Rozuvastatinin dozasının korreksiyasını tələb edən dərman preparatları ilə qarşılıqlı təsiri (cədvəl 2-ə bax)

Rozuvastatinə qarşı ekspozisiyanı artıran dərman preparatları ilə birlikdə istifadəsi zəruri olduqda, rozuvastatinin dozasını korreksiya etmək tələb olunur. Ekspozisiyanın 2 dəfə və daha çox artması gözlənildiyi halda, rozuvastatinin başlanğıc dozası sutkada 1 dəfə 5 mq təşkil etməlidir. Bundan əlavə, rozuvastatinin maksimal sutkalıq dozasını elə korreksiya etmək lazımdır ki, rozuvastatinə qarşı gözlənilən ekspozisiya, rozuvastatin ilə qarşılıqlı təsir göstərən dərman preparatları ilə eyni zamanda təyin olunmadan qəbul edildikdə, 40 mq dozada olduğundan artıq olmasın. Məsələn, gemfibrozil ilə eyni zamanda istifadə edildikdə, rozuvastatinin maksimal sutkalıq dozası 20 mq (ekspozisiyanın 1,9 dəfə artması), ritonavir/atazanavir ilə istifadə edildikdə isə 10 mq (ekspozisiyanın 3,1 dəfə artması) təşkil edir.

Cədvəl 2. Birlikdə aparılan müalicənin rozuvastatinə qarşı ekspozisiyaya təsiri (AUC, göstəricilər azalan istiqamətində göstərilir) – dərc olunmuş klinik tədqiqatlardan alınan məlumatlar

 

Birlikdə aparılan müalicə rejimi

Rozuvastatinin qəbul rejimi

Rozuvastatinin AUC göstəricisinin dəyişməsi

Siklosporin, sutkada 2 dəfə 75-200 mq, 6 ay

Sutkada 1 dəfə 10 mq, 10 gün

7,1 dəfə artır

Atazanavir, 300 mq/ritonavir 100 mq sutkada 1 dəfə, 8 gün

Bir dəfə 10 mq

3,1 dəfə artır

Simeprevir, sutkada 1 dəfə 150 mq, 7 gün

Bir dəfə 10 mq

2,8 dəfə artır

 

Lopinavir, 400 mq/ritonavir 100 mq, sutkada 2 раза, 17 gün

Sutkada 1 dəfə 20 mq, 7 gün

2,1 dəfə artır

Klopidoqrel, 300 mq – yükləyici doza, daha sonra sutkada 75 mq dozaya keçilir

Bir dəfə 20 mq

2 dəfə artır

Gemfibrozil, sutkada 2 dəfə 600 mq, 7 gün

Bir dəfə 80 mq

1,9 dəfə artır

Eltrombopaq, sutkada 1 dəfə 75 mq, 5 gün

Bir dəfə 10 mq

1,6 dəfə artır

Darunavir, sutkada 2 dəfə 600 mq/ritonavir 100 mq, 7 gün

Sutkada 1 dəfə 10 mq, 7 gün

1,5 dəfə artır

Tipranavir, sutkada 2 dəfə 500 mq/ritonavir 200 mq, 11 gün

Bir dəfə 10 mq

1,4 dəfə artır

Dronedaron, sutkada 2 dəfə 400 mq

Məlumat yoxdur

1,4 dəfə artır

İntrakonazol, sutkada 1 dəfə 200 mq, 5 gün

Bir dəfə 10 mq

1,4 dəfə artır

Ezetimib, sutkada 1 dəfə 10 mq, 14 gün

Sutkada 1 dəfə 10 mq, 14 gün

1,2 dəfə artır

Fosamprenavir 700 mq/ritonavir 100 mq, sutkada 2 dəfə, 8 gün

Bir dəfə 10 mq

Dəyişmir

Aleqlitazar, 0,3 mq, 7 gün

40 mq, 7 gün

Dəyişmir

Silimarin, sutkada 3 dəfə, 140 mq, 5 gün

Bir dəfə 10 mq

Dəyişmir

Fenofibrat, sutkada 3 dəfə 67 mq, 7 gün

10 mq, 7 gün

Dəyişmir

Rifampin, sutkada 1 dəfə 450 mq, 7 gün

Bir dəfə 20 mq

Dəyişmir

Ketokonazol, sutkada 2 dəfə 200 mq, 7 gün

Bir dəfə 80 mq

Dəyişmir

Flukonazol, sutkada 1 dəfə 200 mq, 11 gün

Bir dəfə 80 mq

Dəyişmir

Eritromisin, sutkada 4 dəfə 500 mq, 7 gün

Bir dəfə 80 mq

20% aşağı düşür

Baykalin, sutkada 3 dəfə 50 mq, 14 gün

Bir dəfə 20 mq

47% aşağı düşür


Rozuvastatinin istifadəsinin digər preparatlara təsiri

K vitamininin antaqonistləri

HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsində olduğu kimi, K vitamininin antaqonistlərini (məsələn, varfarin və ya digər kumarin antikoaqulyantları) qəbul edən pasiyentlərdə, rozuvastatin ilə müalicənin başlanması və ya rozuvastatinin dozasının artırılması, beynəlxalq normalaşmış münasibətin (BNM) artmasına gətirib çıxara bilər. Rozuvastatinin istifadəsinin dayandırılması və ya dozasının aşağı salınması, BNM-in aşağı düşməsinə səbəb ola bilər. Belə hallarda, BNM-in monitorinqini aparmaq lazımdır.

Peroral kontraseptivlər/hormonəvəzedici müalicə

Rozuvastatinin və peroral kontraseptivlərin eyni zamanda istifadəsi, etinilestradiolun AUC göstəricisinin və norgestrelin AUC göstəricisinin müvafiq olaraq, 26% və 34% yüksəlməsinə səbəb olur. Peroral kontraseptivlərin dozalarını seçdikdə, plazma konsentrasiyasının bu cür yüksəlməsini nəzərə almaq lazımdır. Rozuvastatinin və hormonəvəzedici müalicənin eyni zamanda istifadəsinə dair, heç bir farmakokinetik məlumat yoxdur. Rozuvastatini və hormonəvəzedici müalicəni eyni zamanda istifadə etdikdə, analoji effekti istisna etmək olmaz. Lakin, klinik tədqiqatlar aparılan zaman, preparatların oxşar kombinasiyasından geniş istifadə edilmişdir və bu, pasiyentlər tərəfindən yaxşı keçirilmişdir.

Digər dərman preparatları

Diqoksin
Spesifik qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan alınan məlumatlara əsasən, diqoksinlə klinik əhəmiyyətli qarşılıqlı təsir gözlənilmir.

Fuzidin turşusu

Sistem istifadə üçün fuzidin turşusu preparatlarını statinlərlə birlikdə istifadə etdikdə, rabdomioliz daxil olmaqla, miopatiyanın inkişaf etmə riski yüksələ bilər. Bu qarşılıqlı təsirin mexanizmi (farmakodinamik və/və ya farmakokinetik) məlum deyil. Göstərilən preparatların kombinasiyasını istifadə edən pasiyentlərdə, rabdomiolizin inkişaf etməsi (ölümlə nəticələnən bir neçə hadisə daxil olmaqla) barədə məlumatlar var. Sistem istifadə üçün fuzidin turşusu preparatlarının istifadəsi üçün zərurət təsdiq olunduqda, fuzidin turşusu ilə müalicə sona çatana qədər rozuvastatin ilə müalicəni dayandırmaq lazımdır (Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü

Hamiləlik dövründə Ekvamer® preparatının istifadəsi əks göstərişdir.

Ekvamer® preparatının hamiləlik dövründə təsirinin öyrənilməsi istiqamətində adekvat ciddi nəzarət olunan klinik tədqiqatlar aparılmayıb.

Hamiləliyin ikinci və üçüncü trimestrində AÇF inhibitorlarının istifadə olunması, dölün və yenidoğulmuş körpənin ölümünə səbəb ola bilər. Hamiləlik dövründə dölyanı suların azalmasının inkişaf etməsi, həmçinin yenidoğulmuşlarda kəllə sümüklərinin hipoplaziyası, kəllə və üz nahiyəsi sümüklərinin deformasiyası, ağciyərlərin hipoplaziyası və böyrəklərin inkişafının pozulması mümkündür.
Xolesterin və xolesterin biosintezinin digər məhlulları dölün inkişaf etməsi üçün vacib olduğu üçün, hamiləlik dövründə HMQ-KoA-reduktaza fermentinin inhibə olunmasının potensial riski, rozuvastatin istifadəsinin faydasından daha yüksəkdir.

Reproduktiv yaş dövründə olan qadınlar müvafiq kontrasepsiya üsullarından istifadə etməlidirlər. Müalicə prosesində hamiləlik baş verdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicə təyin etmək lazımdır.

Hamiləlik dövründə Ekvamer® preparatı ilə müalicəyə başlamaq olmaz. Hamiləliyi planlaşdırdıqda, hamiləlik dövründə təsdiq olunmuş təhlükəsizlik profili olan alternativ müalicəyə keçmək lazımdır.

Laktasiya dövrü

Laktasiya dövründə Ekvamer® preparatının istifadəsi əks göstərişdir.

Təsiredici maddələrin ana südünə ekskresiyası məlum deyil.

Təsiredici maddələrin, süd verən siçovulların südünə nüfuz etməsi məlumdur. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Fertillik
Ekvamer® preparatının fertilliyə təsirinin öyrənilməsi istiqamətində adekvat ciddi nəzarət olunan klinik tədqiqatlar aparılmayıb.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur. AT-in həddindən artıq aşağı düşməsi, başgicəllənmənin, yuxuya meylliliyin və bunlara bənzər əlavə halların mümkünlüyünü nəzərə alaraq, xüsusi diqqət və sürətli reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyətlə (nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmlərin, hərəkətdə olan mexanizmlərin idarə edilməsi, dispetçer və ya operator işi və s.) məşğul olduqda ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

 

İstifadə qaydası və dozası

İstifadə qaydası

Ekvamer® preparatını qida qəbulu vaxtından asılı olmayaraq istifadə etmək olar.

Dozaları
Bir qayda olaraq, təsdiq olunmuş dozalarla kombinəolunmuş preparat başlanğıc müalicə üçün uyğun deyil.
Ekvamer® preparatı, amlodipin, lizinopril və rozuvastatini, bu preparatın tərkibində olan eyni dozalarda artıq bir müddət qəbul edən yetkin pasiyentlərin müalicəsində, amlodipin, lizinopril və rozuvastatini göstərilən dozalarda eyni zamanda qəbulunun alternativi olaraq istifadə olunur; bu pasiyentlər üçün titrlənmiş optimal dəstəkləyici dozalar aşağıdakılardır.

 

Titrlənmiş optimal dəstəkləyici dozalar

Ekvamer® preparatı

Amlodipin – 5 mq,
lizinopril – 10 mq və rozuvastatin – 10 mq

10 mq + 5 mq + 10 mq dozada olan kapsullar

Amlodipin – 5 mq,
lizinopril – 10 mq və rozuvastatin – 20 mq

10 mq + 5 mq + 20 mq dozada olan kapsullar

Amlodipin – 10 mq,
lizinopril – 20 mq və rozuvastatin – 10 mq

20 mq + 10 mq + 10 mq dozada olan kapsullar

Amlodipin – 10 mq,
lizinopril – 20 mq və rozuvastatin – 20 mq

20 mq + 10 mq + 20 mq dozada olan kapsullar

 

Ekvamer® preparatının tövsiyə olunan dozası – sutkada 1 kapsul. Maksimal sutkalıq doza 1 kapsuldur.
Preparatın dozasınının korreksiyası tələb olunduğu halda, dozaların titrlənməsini, amlodipini, lizinoprili və rozuvastatini ayrı-ayrılıqda istifadə edərək aparmaq lazımdır.

Xüsusi qrup pasiyentlər

Böyrək çatışmazlığı olan pasiyentlər

Ekvamer® preparatı ilə müalicə zamanı böyrək funksiyalarına, qan plazmasında kaliumun və natriumun miqdarına nəzarət etmək lazımdır. Böyrək funksiyaları pisləşdiyi halda, Ekvamer® preparatının istifadəsini dayandırmaq lazımdır. Belə pasiyentlər üçün, müxtəlif aktiv komponentlərin fərdi seçilməsi məsləhət görülür. Ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün, Ekvamer® preparatının istifadəsi əks göstərişdir (”Əks göstərişlər” bölməsinə bax).

Qaraciyər çatışmazlığı olan pasiyentlər

Aktiv mərhələdə qaraciyər xəstəlikləri olan pasiyentlərə və qaraciyər funksiyalarının ağır pozuntuları olan pasiyentlər üçün (Çayld-Pyu şkalasına görə 9 baldan artıq) Ekvamer® preparatının istifadəsi əks göstərişdir (”Əks göstərişlər” bölməsinə bax).

Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlər üçün tövsiyə olunan dozalar müəyyən edilməyib. Doza seçimini ehtiyatla aparmaq, müalicəni ən kiçik tövsiyə olunan dozadan başlamaq lazımdır.
Uşaqlar və yeniyetmələr (18 yaşa qədər)

Uşaqlar və yeniyetmələr üçün Ekvamer® preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Yaşlı pasiyentlər (65 yaşdan yuxarı)

Yaşlı pasiyentlərdə Ekvamer® preparatını ehtiyatla istifadə etmək lazımdır.

Klinik tədqiqatlar zamanı amlodipinin və lizinoprilin effektivlik və təhlükəsizlik profilinin yaşdan asılı dəyişməsi barədə heç bir məlumat alınmamışdır. Yaşı 70-dən yuxarı olan pasiyentlərin müalicəsi zamanı rozuvastatinin tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir.

İrqi mənsubiyyət

Müxtəlif irqlərdən olan pasiyentlərdə rozuvastatinin farmakokinetik parametrlərinin öyrənilməsi zamanı, monqoloid irqindən olan pasiyentlər arasında qan plazmasında rozuvastatinin sistem konsentrasiyasının yüksəlməsi qeyd olunmuşdur (Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Göstərilən qrup pasiyentlərə Ekvamer® preparatını təyin etdikdə, bu faktı nəzərə almaq lazımdır. 10 mq və 20 mq dozada rozuvastatin təyin olunduqda, monqoloid irqindən olan pasiyentlər üçün rozuvastatinin başlanğıc dozası 5 mq təşkil etməlidir.

Genetik polimorfizm

Məlumdur ki, genetik polimorfizmin müəyyən növləri rozuvastatinin ekspozisiyasının artmasına gətirib çıxara bilər (”Farmakokinetikası” bölməsinə bax). SLC01B1 c.521CC və ABCG2 c.421AA genotiplərin daşıyıcısı olan pasiyentlər üçün rozuvastatinin ən aşağı sutkalıq dozası məsləhət görülür.

Birlikdə aparılan müalicə

Rozuvastatin müxtəlif nəqledici zülallar ilə birləşir (xüsusilə, OATP1B1 və BCRP ilə). Rozuvastatini, qan plazmasında rozuvastatinin konsentrasiyasını yüksəldən dərman preparatları ilə (məsələn, siklosporin; ritonavirin atazanavir, lopinavir və/və ya tipranavir ilə kombinasiyası daxil olmaqla, insan immunçatışmazlığı virusu (İİV) proteazasının bəzi inhibitorları) birlikdə istifadə etdikdə, nəqledici zülallar ilə qarşılıqlı təsir hesabına miopatiya (rabdomioliz daxil olmaqla) riski yüksələ bilər (Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və ”Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Belə hallarda, alternativ müalicənin təyin olunmasının və ya rozuvastatinin qəbulunun müvəqqəti dayandırılmasının mümkünlüyünü qiymətləndirmək lazımdır. Yuxarıda göstərilən preparatların istifadəsi zəruri olduğu halda, rozuvastatinlə birlikdə aparılan müalicənin fayda və risk nisbətini qiymətləndirmək və preparatın dozasının aşağı salınma imkanını nəzərdən keçirmək lazımdır (Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).


Əlavə təsirləri

Arzuolunmayan reaksiyalar MedDRA təsnifatına əsasən sistem-orqan siniflərə və baş vermə tezliyinə müvafiq göstərilir: çox tez-tez – təyinatların 1/10 (≥ 10%); tez-tez – təyinatların 1/100 (≥ 1%, lakin < 10%); bəzən – təyinatların 1/1 000 (≥ 0,1%, lakin < 1%); nadir hallarda – təyinatların 1/10 000 (≥ 0,01%, lakin < 0,1%); çox nadir hallarda – təyinatların 1/10 000-dən azı (< 0,01%); məlum deyil (kifayət qədər məlumat olmadığından əlavə təsirlərin başvermə tezliyini müəyyən etmək mümkün deyil).
Hər qrup daxilində əlavə reaksiyalar əhəmiyyətlərinin azalması istiqamətində paylanıb.
Amlodipin, lizinopril və rozuvastatin ilə aparılan sərbəst müalicə zamanı aşağıda göstərilən arzuolunmayan reaksiyalar barədə məlumatlar var.

Amlodipin
Qan və limfa sistemində baş verən pozuntular: çox nadir hallarda – leykopeniya, trombositopeniya.

İmmun sistemdə baş verən pozuntular: çox nadir hallarda – allergik reaksiyalar.

Maddələr mübadiləsində və qidalanmada baş verən pozuntular: çox nadir hallarda – hiperqlikemiya.
Psixikada baş verən pozuntular: bəzən – əhvalın qeyri-sabitliyi, depressiya, həyəcanlılıq, yuxusuzluq; nadir hallarda – şüurun dumanlanması.

Sinir sistemində baş verən pozuntular: tez-tez – baş ağrısı, başgicəllənmə, yuxuya meyllilik (xüsusilə müalicənin əvvəlində); bəzən – hipesteziya, paresteziya, tremor, disgevziya (dadbilmə qabiliyyətinin pozulması), ürəkkeçmə; çox nadir hallarda – hipertonus, periferik neyropatiya; məlum deyil – ekstrapiramid sindrom.

Görmə orqanında baş verən pozuntular: tez-tez – görmə qabiliyyətinin pozulması (diplopiya daxil olmaqla).
Eşitmə orqanında və labirintdə baş verən pozuntular: bəzən – qulaqlarda küy.

Ürəkdə baş verən pozuntular: tez-tez – ürək çırpınmasının tezləşməsi; bəzən – aritmiya (bradikardiya, mədəcik taxikardiyası və qulaqcıqların fibrillyasiyası daxil olmaqla); çox nadir hallarda – miokard infarktı.
Damarlarda baş verən pozuntular: tez-tez – “qan axınları”; bəzən – AT-in şiddətli aşağı düşməsi; çox nadir hallarda – vaskulit.

Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozuntular: tez-tez – təngnəfəslik; bəzən – öskürək, rinit.

Həzm sistemində baş verən pozuntular: tez-tez – ürəkbulanma, qarın nahiyəsində ağrı, dispepsiya, defekasiya ritminin dəyişməsi (diareya və qəbizlik daxil olmaqla); bəzən – qusma, ağız boşluğu selikli qişasında quruluq; çox nadir hallarda – pankreatit, qastrit, damaqların hiperplaziyası.

Qaraciyərdə və/və ya ödçıxarıcı yollarda baş verən pozuntular: çox nadir hallarda – sarılıq, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi, hepatit.

Dəridə və dərialtı toxumalarda baş verən pozuntular: bəzən – alopesiya, purpura, dəri örtüyünün rənginin dəyişməsi, hiperhidroz, qaşınma, səpgilər, ekzantema, övrə; çox nadir hallarda – multiform eritema, angionevrotik ödem, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotosensibilizasiya.
Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: tez-tez – topuqların ödemi, əzələlərin qıcolması; bəzən – artralgiya, mialgiya, bel nahiyəsində ağrı.

Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozuntular: bəzən – sidik ifrazının tezləşməsi, ağrılı sidik ifrazı, nikturiya.

Cinsiyyət orqanlarında və süd vəzində baş verən pozuntular: bəzən – erektil disfunksiya, ginekomastiya.
Ümumi pozuntular və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: çox tez-tez – ödemlər; tez-tez – yüksək yorğunluq, zəiflik; bəzən – bədən kütləsinin artması/aşağı düşməsi, sinədə ağrı, ağrı, halsızliq.

Lizinopril
Qan və limfa sistemində baş verən pozuntular
: nadir hallarda – hemoqlobin miqdarının və hematokritin aşağı düşməsi; çox nadir hallarda – sümük iliyi funksiyalarının tormozlanması, limfadenopatiya, leykopeniya, neytropeniya, aqranulositoz, trombositopeniya, hemolitik anemiya, anemiya.
İmmun sistemdə baş verən pozuntular: çox nadir hallarda – autoimmun pozuntular.
Endokrin sistemdə baş verən pozuntular: nadir hallarda – antidiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu.

Maddələr mübadiləsində və qidalanmada baş verən pozuntular: çox nadir hallarda – hipoqlikemiya.

Psixikada baş verən pozuntular: bəzən – əhvalın qeyri-sabitliyi, yuxu pozuntuları, hallyusinasiyalar; nadir hallarda – süurun dumanlanması; məlum deyil – depressiya.

Sinir sistemində baş verən pozuntular: tez-tez – başgicəllənmə, baş ağrısı; bəzən – paresteziya, vertiqo, disgevziya; nadir hallarda – parosmiya (qoxubilmə qabiliyyətinin pozulması); məlum deyil – ürəkkeçmə.

Ürəkdə baş verən pozuntular: bəzən – miokard infarktı (yüksək risk qrupu pasiyentlərində AT-in şiddətli aşağı düşməsi nəticəsində), ürək çırpınmasının tezləşməsi, taxikardiya.

Damarlarda baş verən pozuntular: tez-tez – ortostatik effektlər (arterial hipotenziya daxil olmaqla); bəzən – beyin qan dövranının pozulması (yüksək risk qrupu pasiyentlərində AT-in şiddətli aşağı düşməsi nəticəsində), Reyno sindromu.

Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozuntular: tez-tez – “quru” öskürək; bəzən – rinit; çox nadir hallarda – bronxospazm, sinusit, allergik alveolit/eozinofil pnevmoniya.
Həzm sistemində baş verən pozuntular: tez-tez – diareya, qusma; bəzən – ürəkbulanma, dispepsiya, qarın nahiyəsində ağrı; nadir hallarda – ağız boşluğu selikli qişasında quruluq; çox nadir hallarda – pankreatit, bağırsağın angionevrotik ödemi.

Qaraciyərdə və/və ya ödçıxarıcı yollarda baş verən pozuntular: çox nadir hallarda – hepatosellülyar və xolestatik sarılıq, hepatit, qaraciyər çatışmazlığı.

Dəridə və dərialtı toxumalarda baş verən pozuntular: bəzən – dəri üzərində səpgilər, qaşınma; nadir hallarda – övrə, alopesiya, psoriaz, hiperhəssaslıq/üz nahiyəsinin, ətrafların, dodaqların, dilin, səs yarığının və/və ya qırtlağın angionevrotik ödemi; çox nadir hallarda – tər ifrazının yüksəlməsi, qovuqcuq xəstəliyi, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, multiform eritema, dərinin psevdolimfoması (aşağıda göstərilən simptomlardan birini və ya bir neçəsini özündə cəmləşdirə bilən simptomlar kompleksi: qızdırma, vaskulit, mialgiya, artralgiya/artrit, antinuklear antitellərə (ANA) qarşı müsbət reaksiya, eritrositlərin çökmə sürətinin (EÇS) artması, eozinofiliya və leykositoz, dəri üzərində səpgilər, fotosensibilizasiya və dəridə baş verən digər dəyişikliklər).

Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozuntular: tez-tez – böyrək funksiyalarının pozulması; nadir hallarda – kəskin böyrək çatışmazlığı, uremiya; çox nadir hallarda – oliquriya, anuriya.
Cinsiyyət orqanlarında və süd vəzində baş verən pozuntular: bəzən – potensiyanın aşağı düşməsi; nadir hallarda – ginekomastiya.

Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri: bəzən – hiperkaliemiya, qan zərdabında sidik cövhərinin və kreatininin konsentrasiyasının yüksəlməsi, “qaraciyər” fermentlərinin aktivliyinin yüksəlməsi; nadir hallarda – hiponatriemiya, hiperbilirubinemiya.

Rozuvastatin
Rozuvastatindən istifadə etdikdə müşahidə olunan effektlər, adətən əhəmiyyət kəsb etmir və öz-özünə keçib gedirlər. HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, əlavə effektlərin baş vermə tezliyi, əsasən, dozadanasılı xarakter daşıyır.

Qan və limfa sistemində baş verən pozuntular: nadir hallarda – trombositopeniya.

İmmun sistemdə baş verən pozuntular: nadir hallarda – angionevrotik ödem daxil olmaqla, yüksək həssaslıq reaksiyaları.

Endokrin sistemdə baş verən pozuntular: tez-tez – 2-ci tip şəkərli diabet (tezlik risk faktorlarının mövcud olmasından və ya olmamasından asılı olur (acqarına qlükozanın konsentrasiyası ≥ 5,6 mmol/l, BKİ > 30 kq/m2, triqliseridlərin konsentrasiyasının yüksəlməsi, anamnezdə arterial hipertenziya)).
Psixikada baş verən pozuntular: məlum deyil – depressiya.

Sinir sistemində baş verən pozuntular: tez-tez – baş ağrısı, başgicəllənmə; çox nadir hallarda – polineyropatiya, yaddaşın itməsi və ya zəifləməsi; məlum deyil – periferik neyropatiya, yuxu pozuntuları (yuxusuzluq və “qorxulu” yuxugörmələr daxil olmaqla).

Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozuntular: məlum deyil – öskürək, təngnəfəslik.

Həzm sistemində baş verən pozuntular: tez-tez – qəbizlik, ürəkbulanma, qarın nahiyəsində ağrı; nadir hallarda – pankreatit; məlum deyil – diareya.

Qaraciyərdə və/və ya ödçıxarıcı yollarda baş verən pozuntular: nadir hallarda – “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi; çox nadir hallarda – sarılıq, hepatit.

Dəridə və dərialtı toxumalarda baş verən pozuntular: bəzən – dəridə qaşınma, səpgilər, övrə; məlum deyil – Stivens-Conson sindromu.

Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: tez-tez – mialgiya; nadir hallarda – miopatiya (miozit daxil olmaqla), rabdomioliz; çox nadir hallarda – artralgiya; məlum deyil – immun-asılı nekrozlaşan miopatiya, bir sıra hallarda vətərlərin cırılması ilə ağırlaşan vətər xəstəlikləri.
Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozuntular: çox nadir hallarda – hematuriya.
Cinsiyyət orqanlarında və süd vəzində baş verən pozuntular: çox nadir hallarda – ginekomastiya.
Ümumi pozuntular və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: tez-tez – asteniya; məlum deyil – periferik ödemlər.

Böyrəklərə təsiri

Rozuvastatin qəbul edən pasiyentlərdə, immunoxromatoqrafik test-zolaqlar vasitəsi ilə aşkar edilən, əsasən borucuq mənşəli proteinuriya müşahidə edilmişdir. 10 və 20 mq rozuvastatin qəbul edən pasiyentlərin təqribən 1%-də və preparatı 40 mq dozada qəbul edən pasiyentlərin təqribən 3%-də sidikdə zülalların miqdarının dəyişməsi (zülalların yoxluğundan və ya iz miqdarlarından ++ səviyyəsinə qədər və daha çox) aşkar edilmişdir. Preparatı 20 mq dozada qəbul edən pasiyentlərin sidiyində zülalların miqdarının minimal dəyişməsi müşahidə edilmişdir – tam yoxluqdan və ya iz konsentrasiyalardan, + səviyyəsinə qədər.

Müalicənin davametmə fonunda proteinuriyanın, əksər hallarda azalması və ya spontan aradan qalxması müşahidə olunmuşdur. Klinik tədqiqatlardan və ya postmarketinq dövründə əldə olunan məlumatların analizi zamanı, proteinuriya və böyrəklərin kəskin və ya proqressivləşən xəstəlikləri arasında səbəb əlaqəsi aşkar edilməmişdir.

Klinik tədqiqatlardan alınan məlumatlara əsasən, rozuvastatin qəbul edən pasiyentlərdə, həmçinin, tezliyinə görə aşağı olan, hematuriya müşahidə edilmişdir.

Skelet əzələlərə təsiri

İstənilən dozalarda, xüsusilə > 20 mq dozalarda, rozuvastatin qəbul edən pasiyentlərdə, preparatın skelet əzələlərə təsiri müşahidə edilmişdir, məsələn, mialgiya, miopatiya (o cümlədən miozit) və nadir hallarda, böyrək çatışmazlığı olmadan və ya böyrək çatışmazlığı ilə müşayiət olunan rabdomioliz.
Rozuvastatin qəbul edən pasiyentlərdə, kreatinkinaza fermentinin aktivliyinin dozadanasılı yüksəlməsi müşahidə edilmişdir ki, bu da əksər hallarda əhəmiyyətsiz, simptomsuz və tranzitor olmuşdur. Kreatinkinaza fermentinin aktivliyi yüksək olduqda (normal göstəricilər diapazonunun yuxarı həddindən > 5), müalicəni dayandırmaq lazımdır.

Qaraciyərə təsiri

HMQ-KoA-reduktaza fermentinin digər inhibitorları ilə müalicə zamanı olduğu kimi, rozuvastatin ilə müalicə qəbul edən bəzi pasiyentlərdə, qaraciyərdə transaminazaların aktivliyinin dozadanasılı yüksəlməsi müşahidə olunmuşdur ki, bu da əksər hallarda əhəmiyyətsiz, simptomsuz və tranzitor olmuşdur.
HMQ-KoA-reduktaza fermentinin bəzi inhibitorlarından istifadə etdikdə, aşağıda göstərilən əlavə effektlər barədə məlumatlar var:

- seksual disfunksiya;

- müstəsna nadir hallarda, ağciyərlərin interstisial xəstəliyi, xüsusilə uzunmüddətli müalicə zamanı (Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

İçlik vərəqədə göstərilən əlavə effektlər ağırlaşarsa və ya hər hansı əlavə təsir, o cümlədən bu içlik vərəqədə qeyd edilməyən istənilən əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Ekvamer® preparatından istifadə etdikdə, doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.
Amlodipin
Simptomları
: reflektor taxikardiyanın və həddindən artıq periferik vazodilatasiyanın mümkün inkişaf etməsi ilə AT-in şiddətli aşağı düşməsi (şokun inkişaf etməsi və letal nəticə daxil olmaqla, şiddətli və davamlı arterial hipotenziyanın inkişaf etmə riski).

Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömürün təyin olunması (xüsusilə, doza həddinin aşılmasından sonra ilk 2 saat müddətində), ürək-damar sistemi funksiyasının dəstəklənməsi, aşağı ətrafların vəziyyətinin yüksəldilməsi, ürək-damar və tənəffüs sistemlərinin funksiyalarına nəzarət, qanın dövr edən həcminə (QDH) və diurezə nəzarət. Damarların tonusunun bərpa olunması üçün damardaraldıcı preparatların (istifadələri üçün əks göstərişlər olmadıqda) istifadə olunması; kalsium kanallarının blokadasının nəticələrini aradan qaldırmaq üçün – vena daxilinə kalsium qlükonatın yeridilməsi. Hemodializ effektiv deyil.

Lizinopril
Simptomları: AT-in şiddətli aşağı düşməsi, sirkulyator şok, öskürək, narahatlıq, böyrək çatışmazlığı, su-elektrolit balansının pozulması, taxikardiya, ürək çırpınmasının tezləşməsi, bradikardiya, ağciyərlərin hiperventilyasiyası, başgicəllənmə.

Müalicəsi: preparat az müddət əvvəl qəbul edildiyi halda, lizinoprilin xaric edilməsi üçün tədbirlər aparmaq lazımdır (məsələn, qusma törətmək, mədəni yumaq, sorbentlərin və natrium sulfatın yeridilməsi). Simptomatik müalicə, 0,9%-li natrium xlorid məhlulunun vena daxilinə yeridilməsi. Pasiyenti, aşağı ətrafları yüksək vəziyyətə yerləşdirərək, arxası üstə uzatmaq lazımdır. Müvafiq imkan olduqda, həmçinin, infuziya üçün angiotenzin II-nin və/və ya vena daxilinə katexolaminlərin yeridilməsinin məqsədəuyğun olmasını nəzərdən keçirmək lazımdır. Davamlı bradikardiya zamanı, süni ritm aparıcısının yerləşdirilməsi mümkündür. Hemodializdən istifadə etmək olar (Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində hemodializ proseduraları qəbul edən pasiyentlər hissəsinə bax).

Həyat fəaliyyətinin əsas göstəricilərinə, qan zərdabında elektrolitlərin miqdarına və kreatininin konsentrasiyasına mütəmadi nəzarət etmək lazımdır.

Rozuvastatin
Rozuvastatinin istifadəsi zamanı doza həddi aşıldıqda, spesifik müalicə yoxdur. Doza həddi aşıldıqda, simptomatik müalicə və həyat üçün əhəmiyyətli orqan və sistem funksiyalarını dəstəkləməyə istiqamətləndirilmiş tədbirlər aparmaq məsləhət görülür. Qaraciyər funksiyalarına və KFK fermentinin aktivliyinə nəzarət etmək vacibdir. Hemodializin effektiv olması ehtimalı çox aşağıdır.

 

Buraxılış forması

10 mq/5 mq/10 mq; 10 mq/5 mq/20 mq; 20 mq/10 mq/10 mq; 20 mq/10 mq/20 mq kapsullar.
5 kapsul, PA/Al/PVX və alüminium folqa blisterdə. 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25° С -dən aşağı temperaturda, nəmin təsirindən qorumaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı
Gedeon Richter Plc., Hungary.

Gedeon Richter Plc., Gyömroi ut 19-21, Budapest H-1103, Hungary.

 

Qablaşdırıcı
Gedeon Richter – RUS JSC, Russian Federation.

Lesnaya str. 40., Shuvoe setl., Moscow region, Yegorievsk urban district,

140342, Russian Federation.

 

Qeydiyyat vəsiqəsinin sahibi

Gedeon Richter Plc., Hungary.

Gyömroi ut 19-21, Budapest H-1103, Hungary.

 

İstehsalçının və ərizəçinin maraqlarını təmsil edən şirkət

“Gedeon Rixter” ASC-nin Azərbaycandakı nümayəndəliyi

AZ1001, Bakı ş., İstiqlaliyyət k., ev 29/14.

Tel.: +994 12 492-30-21.

Elektron ünvan: richter@azeurotel.com drugsafety.az@gedeonrichter.eu