Pharmed

Doksanol 100 Mg N10 tablet

DOKSANOL 100 mq tabletlər
DOXANOL

 


Beynəlxalq patentləşdirilməmiş adı: Doxycycline

 

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 115,4 mq doksisiklin hiklat (100 mq doksisiklin
 anhidrata ekvivalentdir) vardır.
Köməkçi maddələr:mikrokristallik selluloza, susuz kalsium hidrofosfat, krospovidon, 
maqnezium stearat, qarğıdalı nişastası, natrium nişastaqlikolyatı (A tipi), talk, 
natrium lauril sulfat, susuz kolloidal silisium dioksid.

 

Farmakoterapevtik qrupu

Tetrasiklin qrupu antibiotiki.

 

İstifadəsinə göstərişlər

Tetrasiklinə həssas olan bakteriyaların törətdiyi infeksiyaların müalicəsi.

 

Əks göstərişlər

- doksisiklinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə (bax: “Tərkibi”) 
qarşı yüksək həssaslıq;
- tetrasiklin qrupuna aid olan hər hansı antibakterial vasitəyə qarşı yüksək həssaslıq;

-ezofaqal obstruktiv patologiyalar, o cümlədən spazm və yaxud axalaziya (qida borusu 
əzələlərinin spazmı nəticəsində yaranmış udma aktının çətinləşməsi və döş qəfəsi 
nahiyəsində ağrının yaranması).

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və yaxud hamilə olduğunuza dair şübhəniz varsa və ya laktasiya 
dövründəsinizsə, bu zaman preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.
Doksanolun hamiləlik dövründə istifadəsi əks göstərişdir, çünki bu dərman vasitəsi plasentar 
baryeri keçərək dölə toksiki təsir göstərə bilər.
Doksanol kimi tetrasiklin sırası antibakterial vasitələr ana südünə nifuz edir. Bu səbəbdən 
Doksanolun laktasiya dövründə istifadəsi qadağandır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri

Doksanol ilə müalicə zamanı bulanıq görmə kimi görmə pozuntuları baş verə bilər. Belə hallarda 
nəqliyyat vasitəsi və potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

 

İstifadə qaydası və dozası

Hər doza bir stəkan su ilə və yemək zamanı, qida borusunun qıcıqlanmasının qarşısını almaqla, 
qəbul edilməlidir (bax.bölmə “Doksanolun qida, içki və spirtli içkilərə birgə qəbul edilməsi”). 
Dərman vasitəsini uzanmazdan əvvəl şaquli vəziyyətdə qəbul edin.
Bu dərman vasitəsini həmişə yalnız həkiminizin və yaxud əczaçının təyinatına uyğun şəkildə
qəbul edin. Əgər hər hansı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müracət edin.
12 yaşdan yuxarı uşaqlar və böyüklər müalicənin ilk günündə birdəfəlik dozada iki tablet qəbul 
edilir və sonra müalicə gündə bir tabletin qəbulu ilə davam etdirilir. 
8-12 yaşlı uşaqlarda məcburi hallarda, digər dərmanlar effektiv olmadıqda və ya əks göstəriş 
olduqda, kəskin infeksiyaların müalicəsində istifadə edilə bilər. Bədən çəkisi 45 kq-dan az olan 
uşaqlarda: ilkin doza 4,4 mq/kq (1 və ya 2 dəfəyə), dəstəkləyici doza 2,2 mq/kq (1 və ya 2
dəfəyə). Bədən çəkisi 45 kq-dan artıq olan uşaqlarda böyüklər üçün nəzərədə tutulan doza 
istifadə edilir. Həkiminiz infeksion prosesin ağırlıq dərəcəsindən asılı olaraq preparatı müxtəlif 
dozada təyin edə bilər.
Bütün A qrupu beta-hemolitik streptokokk infeksiyaları zamanı müalicə ən azı on gün 
müddətində davam etdirilməlidir. 
Maksimal dərəcədə terapevtik təhlükəsizlik əldə etmək üçün antibioqramın (təyin edilən 
antibiotikə mikrobların həssaslığının, Doksanolun təsirinə həssas olmasının müəyyənləşdi-
rilməsi) təyini məqsədə uyğundur. 
Doksanolun qida, içki və spirtli içkilər ilə birgə qəbul edilməsi
Doksanolun spirtli içkilər, və yaxud qida və içkilər ilə eyni zamanda qəbul edilməsi məsləhət 
görülmür, çünki bu kimi məhsullar dərman vasitəsinin sorulmasına təsir göstərə bilər.
Əgər Doksanol-u qəbul etmək yadınızdan çıxmışdırsa
Unudulmuş dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin. 
Bu dərman vasitəsinin qəbul qaydası ilə bağlı hər hansı bir sual yaranarsa, həkiminizə və yaxud 
əczaçıya müraciət edin.

 

Buraxılış forması

10 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq 
lazımdır.
Dərman preparatları məişət tullantıları və axar su ilə atılmamalıdır. İstifadə olunmayan dərman 
preparatının necə tullanması ilə əlaqəli suallarınız olarsa əczaçı ilə məsləhətləşin. Bu tədbirlər 
ətraf mühiti qorumaqda yardımçı olacaq.

 

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində “EXP” dən sonra qeyd edilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Son istifadə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

Laboratorio Farmacologico Milanese Srl Italy.
Via Monterosso, 273-21042 Caronno Pertusella, İtaly.