Pharmed
DLYA USTRANENIYA ZUDA 30GR GEL
QAŞINMAƏLEYHİNƏ, GEL xaricə istifadə üçün gel
QAŞINMAƏLEYHİNƏ tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq difenhidramin hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
• Dərinin və selikli qişaların müxtəlif mənşəli qaşınmaları. • Dərinin allergik reaksiyası. • 1-ci dərəcəli termiki və şüa yanıqları. • Həşarat dişləməsi.
• Övrə. • Ekzema. • Suçiçəyi (qaşınma ilə müşayiət olunan).
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Göz qaşınmasın da istifadə etmək olmaz. Difenhidramin hidroxlorid porfiriya xəstəliyini kəskinləşdirdiyi üçün bu xəstəlikdə gelin istifadəsi əks göstərişdir. 2 aylıqdan aşağı körpələrə istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dövrdə istifadə zamanı mümkün olan risk faktoru tam araşdırılmalıdır. Laktasiya dövründə preparat istifadə olunarsa ana südü ilə qidalandırma dayandırılmalıdır. Preparatı yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Yoxdur.
QAŞINMAƏLEYHİNƏ istifadə qaydası və dozası
Geli gündə 3-4 dəfə nazik qat şəklində dəriyə çəkib masaj etmək lazımdır. Dərmanın qəbulu 7 gündən çox olmamalıdır. Əgər uzunmüddətli tətbiqinə ehtiyac varsa, həkimlə məsləhət ləşmək lazımdır.