Pharmed
DIVAZA 6/6MG N100 TB
DİVAZA, homeopatik sorma tabletlər
DİVAZA tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 0,006 q* beyin-spesifik zülal S-100-ə qarşı affin təmizlənmiş anticisimlər; 0,006 q* endotelial NO sintazaya qarşı affin təmizlənmiş anticisimlər vardır.
İstifadəsinə göstərişlər
Divaza böyüklərdə istifadə üçün göstərişdir. Baş beyinin neyrodegenerativ və serebrovaskulyar (o cümlədən, işemik) xəstəliklərilə əlaqədar astenonevrotik və koqnitiv pozuntuların kompleks müalicəsi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq. 18 yaşa qədər pasiyentlər. Laktaza defisiti, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsobrsiyası.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Divazanın istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Preparatın təyin edilməsinə ehtiyac olduqda, “fayda/risk” nisbəti nəzərə alınmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq vacibdir, belə ki, bəzi pasiyentlərdə yuxululuq qeyd edilə bilər.
DİVAZA istifadə qaydası və dozası
Tabletin üzərindəki xətt onu bölmək üçün nəzərdə tutulmayıb. Daxilə. Bir qəbula 1-2 tablet (tam sorulana qədər ağızda saxlanılmalıdır). Sutkada 3 dəfə 1-2 tablet bərabər vaxt aralığı ilə qida qəbulundan kənar vaxtda istifadə edilir.
Vəziyyətin ağırlığından asılı olaraq, kəskin dövrdə qəbul tezliyi sutkada 4-6 dəfəyədək artırıla bilər. MSS-in təzahürlü üzvi zədələnmləri zamanı kurs terapiyanın müddəti 4-6 aya qədər çata bilər.