Pharmed
DIOKSIDIN 1% 10ML N10 AMP
DİOKSİDİN
DİOKSİDİN Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100% maddə hesabı ilə 10 mq dioksidin vardır.
Köməkçi maddələr:inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Antibakterial vasitə.
ATC kodu: J01XX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Dioksidin geniş təsir spektrli antibakterial preparatdır. Vulqar protey, göy-yaşıl irin çöpləri,
Fridlender çöpləri, bağırsaq və dizenteriya çöpləri, salmonellalar, stafilokokklar, streptokokklar,
qazlı qanqrena da daxil olmaqla patogen anaeroblar tərəfindən törənən infeksiyalar zamanı
effektivdir. Sulfanilamidlərə, nitrofuranlara və digər preparatara qarşı rezistent olan bakteriya
ştammlarna münasibətdə aktivdir.
Farmakokinetikası:
Yerli istifadə zamanı dioksidin qismən sorulur, yerli qıcıqlandırıcı təsir göstərmir. Metabolizmə
məruz qalmır. Kumulyasiya olunmur. Böyrəklərlə xaric olur.
İstifadəsinə göstərişlər
Müxtəlif lokalizasiyalı irinli-iltihabi proseslər: irinli plevritlər, plevranın empieması, ağciyərlərin
absesi, peritonit, sistit, dərin boşluqlu yaralar, yumşaq toxumaların absesi, fleqmonalar, sidik və
öd yollarının əməliyyatdan sonrakı yaraları. Həmçinin sidik kisəsinin kateterizasiyasından sonra
infeksion ağırlaşmaların profilaktikası məqsədilə.
Əks göstərişlər
Preparata fərdi dözümsüzlük, böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı (o cümlədən
anamnezdə), hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dioksidin stasionar şəraitdə istifadə olunur. Eksperimental olaraq onun teratogen və
embriotoksik təsiri aşkar olunmuşdur (buna görə də hamiləlik zamanı əks göstərişdir); preparat
həmçinin mutagen təsirə malikdir. Bununla əlaqdar olaraq Dioksidindən yalnız ağır infeksion
xəstəliklərdə və digər antibakterial preparatların, o cümlədən II-IV nəsil sefalosporinlər,
ftorxinolonlar, karbapemenlər effekti olmayan hallarda istifadə olunur.
Böyrək çatışmazlığı olan hallarda ehtiyatla istifadə olunur, xroniki böyrək çatışmazlığı zamanı
doza azaldılır.
Piqment ləkələri meydana çıxan hallarda dozanın yeridilmə müddətini 1,5 – 2 saata qədər
uzadılır, doza azaldılır, antihistamin preparatlar təyin edilir, lazım olan hallarda isə preparatın
qəbulu dayandırılır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qeyd edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə müddəti ərzində nəqliyyat vasitələrini idarə edərkən və diqqətin toplanmasını tələb edən
potensial təhlükəli mexanizmlərlə işləyərkən ehtiyatlı olmaq lazımdır.
DİOKSİDİN İstifadə qaydası və dozası
Dioksidin yalnız böyüklərə təyin edilir.
Müalicə kursuna başlamazdan əvvəl preparata düzümlülüyü yoxlamaq üçün sınaq qoymaq
lazımdır. Bu məqsədlə irinli boşluğa 10 ml 1%-li məhlul yeridilir. 3-6 saat ərzində əlavə təsirlər
(başgicəllənmə, titrətmə, bədən hərarətinin yüksəlməsi) olmadıqda kurs müalicəyə başlanılır.
Məhlul boşluğa drenaj borusu, kateter və ya şprislə - adətən 1%-li məhlulu 10-50 ml yerdilir.
Maksimal gündəlik doza 70 ml 1%-li məhluldur. Gündə 1-2 dəfə istifadə edilir (gündəlik 70 ml
1%-li dozanı keçməməli). Müalicənin müddəti xəstəliyin ağırlığından və preparata
dözümlülükdən asılıdır. Müalicə kursu 3 həftə və daha çox davam edə bilər. Lazım olan hallarda
müalicə kursunu 1-1,5 aydan sonra təkrarlamaq olar.
Yara səthinə 1%-li məhlulda isladılmış sarğı qoymaqla yerli müalicə də mümkündür.
Uşaqlarda: uşaqlara bu preparat təyin olunmur.
Əlavə təsirləri
Boşluqdaxili yeritmə zamanı baş ağrısı, titrətmə, bədən hərarətinin yüksəlməsi, dispeptik
pozğunluqlar, əzələlərin qıcolma yığılmaları, allergik reaksiyalar, fotosensibilizəedici effekt
(günəş şüalarının təsiri zamanı bədəndə piqment ləkələrinin meydana çıxması).
Xaricə istifadə zamanı – yaraətrafı dermatit, qaşınma.
Doza həddinin aşılması
Böyrəküstü vəzinin qabıq maddəsinin kəskin çatışmazlığı mümkündür.
Müalicəsi. Preparatın istifadəsinin dərhal dayandırılması, müvafiq əvəzedici hormonal müalicə.
Buraxılış forması
10 ml, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.