Pharmed
DIMEDROL 1% 1ML N10 AMP (RUS)
DİMEDROL, venadaxili və əzələdaxili yeridilmə üçün məhlul
DİMEDROL tərkibi
Təsiredici maddə: 1 ml (1 ampul) məhlulun tərkibində 10 mq difenhidramin hidroxlorid (Dimedrol) vardır.
İstifadəsinə göstərişlər
Anafilaktik və anafilaktoid reaksiyaların, Kvinke ödeminin, zərdab xəstəliyinin kompleks müalicəsində.
Əks göstərişlər
Hiperhəssaslıq, laktasiya dövrü, qapalı bucaqlı qlaukoma, prostat vəzinin hiperplaziyası, mədə və 12- barmaq bağırsağın xora mənşəli stenozu, sidik kisəsi boynunun stenozu, bronxial astma, epilepsiya, 7 aylığa qədər yaş dövrü. Ehtiyatla Göz təzyiqinin yüksəlməsi, hipertireoz, arterial hipertenziya, ürək-damar sisteminin xəstəlikləri, bronxağciyər xəstəlikləri.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olmuş olsun. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Mümükün ola bilən əlavə effektlərini nəzərə alaraq, müalicə dövründə nəqliyyat vasitəsi idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
DİMEDROL istifadə qaydası və dozası
Venadaxili və ya dərinə olmaqla əzələdaxili. Böyüklər və 14 yaşdan yuxarı uşaqlar üçün 1-5 ml məhlul 10 mq/ml (10-50 mq) gündə 1-3 dəfə venadaxili və ya dərin olmaqla əzələdaxili; maksimal sutkalıq doza – 200 mq-dır. 7-12 aylıq arası uşaqlara 0,3-0,5 ml (3-5 mq), 1-3 yaş arası uşaqlara 0,5-1 ml (5-10 mq), 4-6 yaş arsı uşaqlara 1-1,5 ml (10-15 mq), 7-14 yaş arası uşaqlara 1,5-3 ml (15-30 mq) ehtiyac olduqda hər 6-8 saatdan bir.