Herba Flora
Dianat
İshal və ya diareyalar zamanı seçim preparatı olaraq “Herba Flora” şirkətinin istehsal etdiyi Dianat şərbəti yüksək effektli təbii vasitə hesab olunur. Bu şərbətin tərkibi meşə çiyələyi yarpağı, adi zirə meyvəsi, istiotlu nanə yarpağı, gülümbahar çiçəyi, aptek çobanyastığı çiçəyi kimi bitkilərin duru ekstraktları və distillatları ilə zənginləşdirilmişdir. Həzm sisteminə büzücü, bürüyücü, antiseptik, iltihab əleyhinə, regenerasiyaedici, spazmolitik, ağrıkəsici təsir göstərir. Dianat şərbəti meşə çiyələyi və adi zirə bitkilərinin tərkibindəki tanin maddəsi hesabına bağırsaqların selikli qişasına büzücü təsir edir, selikli qişada qoruyucu təbəqə əmələ gətirir. Bundan başqa bağırsaqların peristaltikasını ləngidir, toksiki maddələrin bağırsaqlardan sorulmasının qarşısını alır, həmçinin bağırsaqlar vasitəsilə itirilən mayenin miqdarını azaldır. Bağırsağın selikli qişasını yerli qıcıqlanmadan qoruyur. Gülümbahar və aptek çobanyastığı çiçəklərinin tərkibində olan fitonsidlər və aşı maddələr hesabına şərbət bağırsaqların selikli qişasında iltihabi proses əmələ gətirən patogen mikroorqanizmlərə bakterisid, göbələklərə isə fungisid təsir göstərir. İltihabın sorulmasını və regenerasiyanı sürətləndirir. Dianat şərbətinin tərkibindəki istiotlu nanə yarpağı bağırsaq spazmlarını azaldır, ağrıkəsici təsir edir, həmçinin dad reseptorlarını qıcıqlandıraraq ishal zamanı pozulan iştahanı və həzmi yaxşılaşdırır. Müxtəlif etiologiyalı diareyalar, bağırsaq infeksiyaları, ishalla müşayiət olunan disbakterioz zamanı Dianat şərbəti faydalıdır. Minerallarla, vitaminlərlə zəngin olduğu üçün diareyalar zamanı orqanizmin itirdiyi mikroelementləri tez bir zamanda bərpa edir. Dianat şərbətini 4 yaşdan yuxarı hər kəs istifadə edə bilər. 4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə; 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.