Pharmed
DIABZID PLUS 1000/80MG N30 TB
DİABZİD PLYUS
Beynəlxalq patentləşdirilməmiş adı: Metformin Hydrochloride + Gliclazide
DİABZİD PLYUS Tərkibi
Təsiredici maddələr: 1 örtüklü tabletin tərkibində 1000 mq metformin hidroxlorid, 80 mq
qliklazid vardır.
Köməkçi maddələr: natrium nişastaqlikolyatı (tip A), krospovidon, mikrokristallik sellüloza,
povidon (PVP K-30), povidon (PVP K 90), kalium polakrilin
(Kyron T 314), susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Örtük: boya maddəsi – titan dioksid, izopropil spirti, metilen dixlorid.
Farmakoterapevtik qrupu
Peroral qəbul üçün nəzərdə tutulmuş hipoqlikemik vasitə (sulfonilsidik cövhəri II nəsil + biquanid).
ATC kodu: A10B.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Qliklazid həm insulin sekresiyasının pozulmasını, həm də insulinə qarşı periferik rezistentliyi
korreksiya edərək qanda qlükozanın səviyyəsini azaldır.
Bu, mədəaltı vəzinin β-hüceyrələrində K
+
-kanallarının bağlanması yolu ilə baş verir. Daha sonra,
Ca
2+
-kanalları açılır ki, bu da hüceyrədaxili kalsiumun artmasına və insulinin azad olmasına gətirib
çıxarır. Qliklazid eyni zamanda β-hüceyrələrin qlükozaya qarşı həssaslığını artırır. Qliklazid,
qaraciyərdə qlükozanın sintezini azaltmaq və qlükozanın klirensini artırmaqla insulinə qarşı periferik
həssaslığı bərpa edir. Antitrombositar adgeziv aktivlik göstərir və sərbəst radikalların səviyyəsini
azaldır və bununla damar ağırlaşmalarının qarşısını alır. Qliklazidin təkrar tətbiq edildikdən sonra
plazmada xolesterinin və triqliseridlərin səviyyələrini azaltdığı bildirilmişdir.
Metformin qaraciyərin və periferik toxumaların insulinə həssaslığını yaxşılaşdıraraq
antihiperqlikemik vasitə kimi təsir göstərir.
Zərdabda lipid səviyyələrinə və fibrinolitik aktivliyə faydalı təsir göstərir. Metformin terapiyası
bədən kütləsinin artması ilə bağlı deyil.
Farmakokinetikası:
Qliklazidin 40-120 mq birdəfəlik peroral dozası, 2-8 saat müddətində Cmax-un 2,2-8 mq/l qiyməti ilə
nəticələnir. Stabil konsentrasiyaları 40-120 mq qliklazidin 2 günlük istifadəsindən sonra əldə edilir.
Qliklazidin qida ilə qəbulu Cmax-u azaldır və Tmax-u ləngidir. Zülallarla geniş birləşməsinə görə
paylanma həcmi azdır (85-97%). Qliklazidin yarımxaricolma dövrü, birdəfəlik dozada istifadədən
sonra 8,1-20,5 saat arasında dəyişir. Qliklazid, əsasən sidiklə xaric olan 7 metabolitə metabolizə
olunur ki, onlardan da ən çox yayılanı karbon turşusunun törəməsidir; dozanın 60-70%-i sidiklə, 10-
20%-i nəcislə xaric olur.
Metforminin 50-60% mütləq oral biomənimsənilməyə malikdir. MBT-dən sorulması daxilə qəbul
edildikdən sonra 6 saat ərzində tamamlanır, belə ki, absorbsiya olunduqdan sonra metformin
orqanizmdə sürətlə paylanır. Metforminin böyrəklər vasitəsilə xaric olması iki fazalıdır. Absorbsiya
olunan metforminin 95%-i, yarımxaricolma dövrü 6 saat olan birincili eliminasiya mərhələsində xaric
olur. Qalan 5%-i 20 saatlıq yarımxaricolma dövrü ilə yavaş terminal xaricolma mərhələsində xaric
olur. Metformin plazma zülalları ilə birləşmir, dozanın 40-60%-i dəyişilməmiş şəkildə sidiklə xaric
olunur, 30%-i nəcislə dəyişməmiş şəkildə xaric olunur.
İstifadəsinə göstərişlər
II tip şəkərli diabet (insulindən asılı olmayan şəkərli diabet); piylənməsi olan və olmayan böyüklərdə
diabet.
Əks göstərişlər
− I tip şəkərli diabet (insulindən asılı şəkərli diabet)
− Böyrək və ya qaraciyər çatışmazlığı
− Alkoqolizm
− Ağır ketoasidozla agırlaşmış insulindən asılı olmayan şəkərli diabet
− Diabetik prekoma və koma
− Cərrahi əməliyyat keçirmiş pasiyentlər
− Ağır travmadan sonra və ya infeksiya zamanı
− Ağciyərlərin xronik obstruktiv xəstəliyi
− Ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, periferik damar xəstəliyi
− Hamiləlik
− Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəbərdarlıq
Xəstənin az kalorili qidalanması ilə əlaqədar, təsadüfən və ya qəsdən həddindən artıq yüksək doza
qəbulundan, ağır idman, travma və stresdən sonra hipoqlikemiya baş verə bilər. Diabetik qidalanma
rejimi təyin etməklə hipoqlikemik simptomlar azaldıla bilər. Hipoqlikemiya əlamətləri və
simptomları meydana çıxarsa, dərhal müdaxilə edilməlidir.
Ehtiyat tədbirləri
İlk bir neçə ayda qan və sidikdə qlükozanın səviyyəsinə görə kombinasiyanın dozasını tənzimləyin.
Lakin, böyrək və ya qaraciyər xəstəlikləri olan xəstələrdə laktoasidoz barədə müəyyən məlumatlar
verilmişdir.
Uşaqlarda istifadəsi
Uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Diuretiklər, barbituratlar, fenitoin, rifampisin, kortikosteroidlər, estrogenlər, estroprogestagenlər və
təmiz progestagenlər qlikemik nəzarəti azalda bilər. Onun hipoqlikemik təsiri salisilatlar,
fenilbutazon, sulfonamidlər, β-adrenoblokatorlar, klofibrin turşusu, K vitamininin antaqonistləri,
allopurinol, teofillin, kofein və monoaminooksidazanın inhibitorları tərəfindən gücləndirilə bilər.
Mikonazolun, perheksilinin və ya simetidinin qliklazid ilə eyni vaxtda qəbulu hipoqlikemiya ilə
nəticələnə bilər. Qliklazidin qanda qlükozanın səviyyəsini artıran maddələrlə eyni vaxtda qəbulu
zamanı hiperqlikemiyadan qaçmaq üçün qanda qlükozanın səviyyəsinə diqqətlə nəzarət edilməlidir.
Akarboza və quar kitrəsinin metforminin peroral biomənimsənilməsini əhəmiyyətli dərəcədə
azaltdığı göstərilmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Diabzid Plyus tableti hamiləlik dövründə qəbul edilməməlidir. Xəstə hamiləlik dövründə insulinə
keçməlidir.
Hamiləlik planlaşdıran xəstələr həkimə bu barədə məlumat verməlidirlər. Bu cür xəstələrin insulinə
keçməsi tövsiyə olunur.
Laktasiya
Ana südü ilə mümkün udulmasının qarşısını almaq üçün Diabzid Plyus tableti laktasiya dövründə
qəbul edilməməlidir. Zəruri hallarda xəstə insulinə keçməli və ya südəmər uşağını ana südü ilə
qidalandırmamalıdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb
edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
Dərman istifadə edərkən yuxululuq, başgicəllənmə, hipotenziya və ya baş ağrısı kimi əlavə təsirlər
meydana çıxarsa, nəqliyyat vasitəsini idarə etmək və ya ağır sənaye texnikaları ilə işləmək təhlükəsiz
ola bilməz. Dərmanı istifadə etməyiniz yuxululuğunuza, baş gicəllənməyinizə və ya təzyiqinizin çox
aşağı düşməsinə səbəb olarsa, nəqliyyat vasitəsini idarə etməməlisiniz.
DİABZİD PLYUS İstifadə qaydası və dozası
1 tablet gündə 1 dəfə (qida ilə birlikdə və ya həkim təyinatı ilə).
Daxilə qəbul edilir (peroral yol). Tableti bötöv halda su ilə içərək qəbul etmək lazımdır.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1000 - <1/100); nadir hallarda (≥1/10000 -
<1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi
qiymətləndirmək mümkün deyil).
Mədə-bağırsaq pozğunluqları – ürəkbulanma, diareya, mədə ağrısı, qəbizlik, qusma, ağızda metal
dadı.
Dermatoloji təsirlər – səpgi, qaşınma, övrə, eritema və qızartı.
Digər – baş ağrısı və başgicəllənmə.
Qliklazid ürək-damar sisteminə əlavə təsir göstərmə potensialına malik ola bilər, lakin qliklazid ürəkdamar sisteminə mənfi təsir göstərmədən bir neçə illərdir ki insulindən-asılı olmayan şəkərli diabetin
müalicəsi üçün tanınmış bir vasitədir. B12 vitamini və fol turşusunun mədə-bağırsaq traktında
absorbsiyasının pozulması uzunmüddətli metformin müalicəsi ilə əlaqələndirilmişdir.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı hipoqlikemiya baş verə bilər. Doza həddinin aşılması zamanı mədə
yuyulmalı və xəstənin qanında qlükozanın səviyyəsinin davamlı izlənməsi ilə hipertonik qlükoza
məhlulunun (10 və ya 30%-li) venadaxili yeridilməsi ilə hipoqlikemiyanın korreksiyasına cəhd
edilməlidir.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.