Pharmed
Detrazol 2 mq 50 ml məhlul
DETRAZOL infuziya üçün məhlul
DETRAZOL
Beynəlxalq patentləşdirilmiş adı: Flukonazol
Tərkibi
Təsiredici maddə: 1ml infuziya üçün məhlulun tərkibində 2mq (2mq/ml) flukonazol vardır.
25 ml flakonda 50 mq;
50 ml flakonda 100 mq;
100 ml flakonda 200 mq;
200 ml flakonda 400 mq flukonazol vardır.
Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su, pH tənzimlənməsi üçün xlorid turşusu və natrium
hidroksid.
Farmakoterapevtik qrupu
Göbələk əleyhinə dərman vasitəsi.
İstifadəsinə göstərişlər
- İnvaziv kandidoz
- Kandidomikoz
- Yetkin insanlarda kriptokokk meningiti
- Selikli qişaların kandidozu (orofarinqeal kandidoz, qida borusu kandidozu, kandiduriya və xronik
mukokutan kandidoz)
- İmmun sistemin zəifləməsi nəticəsində (vərəm, onkoloji xəstəliklərin kompleks müalicəsi, şəkərli
diabet və s.) selikli qişaların kandidozu
- Yerli müalicə gözlənilən nəticəni verməzsə, xronik oral atrofik kandidoz.
Əks göstərişlər
- Flukonazola və ya preparatın tərkibindəki köməkçi komponentlərin hər hansı birinə qarşı yüksək
həssaslıq
- Əgər flukonazolun sutkalıq dozası ≥400 mq olarsa, bu zaman onun terfenadinlə birgə istifadəsi
- QT intervalının uzanmasına səbəb ola biləcək, sitoxrom P450 (CYP) 3A4 fermet sistemi vasitəsilə
metabolizmə uğrayan preparatlarla (məsələn: sizaprid, astemizol, pimozid, xinidin, eritromisin)
birgə istifadə.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Yüzlərlə hamilə qadının müşahidəsinə görə ilk trimestrdə sutkalıq ≤ 200 mq dozda flukonazolla müalicə
alan qadınların dünyaya gətirdiyi yenidoğulmuşlarda heç bir anomaliyalar qeydə alınmamışdır. 400-800
mq sutkalıq dozada 3 ay və daha çox müalicə almış hamilə qadınların dünyaya gətirdiyi
yenidoğulmuşlarda müxtəlif anadangəlmə qüsurlar qeydə alınmışdır. Bu qüsurların yaranması ilə
flukonazol qəbulu arasında əlaqə aydınlaşdırılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlar
flukonazol molekulunun hamiləlik zamanı toksikliyini nümayiş etdirir. Hamiləlik zamanı flukonazol
molekulunun təyinatı tövsiyyə olunmur.
Flukonazol ana südünə plazmadan daha az konsentrasiyalarda nüfuz edir. Birdəfəlik ≤ 200 mq flukonazol
infuziyasından sonra laktasiya davam etdirilə bilər. Daha yüksək və uzunmüddətli flukonazol infuziyaları
istifadə olunarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın qəbulu zamanı başgicəllənmə kimi yan təsiri müşahidə oluna bilər. Xəstələr bu barədə
məlumatlandırılmalı və bu zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri
idarəetməyə fasilə verilməlidir.
İstifadə qaydası və dozası
| Xəstəlik | Doza |
|---|---|
| Cryptococc mənşəli meningitin müalicəsi | Müalicənin ilk günü 400 mq, növbəti günlər 200 - 400 mq gündə 1 dəfə 6 - 8 həftə (ehtiyac olarsa müalicə kursu daha uzun müddət ola bilər) ərzində. Lazım olarsa gündəlik doza 800 mq-a çatdırıla bilər. |
| Cryptococc mənşəli meningitin residivlərinin profilaktikası | 200 mq gündə 1 dəfə |
| Coccidioidomycos-un müalicəsi | 11 aydan 24 ayadək gündəlik 200 - 400 mq dozada. Ehtiyac yaranarsa müalicə kursu uzana və gündəlik doza 800 mq-dək artırıla bilər |
| Daxili orqanların Candida mənşəli zədələnmərinin müalicəsi | Müalicənin ilk günü 800 mq, növbəti günlər gündə 400 mq olmaqla |
| Ağız boşluğu, udlaq və boğazın selikli qişalarının göbələk mənşəli zədələnmələri | Müalicənin ilk günü 200 - 400 mq, növbəti günlərdə 100 – 200 mq |
| Müxtəlif selikli qişaların göbələk mənşəli zədələnmələrinin müalicəsi zədələnmənin lokalizasiyasından asılıdır | Gündəlik 50 – 400 mq olmaqla 7-30 gün |
| Ağız boşluğu, boğazın selikli qişalarının göbələk mənşəli zədələnmələrinin residevlərinin profilaktikası | Yoluxma ehtimalı olan müddət ərzində gündəlik 100 mq və ya 200 mq həftədə 3 dəfə olmaqla |
| İmmun sistemi çatışmazlığı zamanı profilaktik olaraq Candida mənşəli zədələnmələrin qarşısını almaq üçün | Yoluxma ehtimalı olan müddət ərzində gündəlik 200 - 400 mq |
12-17 yaşlı yeniyetmələr
Təyin edilmiş standart dozalarda.
11 yaşadək uşaqlar
Maksimal sutkalıq doza 400 mq-dır.
Doza seçimi uşağın bədən kütləsindən asılı olmalıdır.
| Xəstəlik | Sutkalıq doza |
|---|---|
| Selikli qişaların Candida – mənşəli (boğaz, udlaq və s.) zədələnməsi zamanı. Müalicə kursu zədələnmənin lokalizasiyasından və infeksiyanın ağırlıq dərəcəsindən asılıdır. | 3 mq/kq ( müalicənin 1-ci günü 6 mq/kq da ola bilər) |
| Cryptococc mənşəli meningit və ya daxili orqanların Candida mənşəli zədələnmələri | 6-12 mq/kq |
| İmmun sistemi çatışmazlığı zamanı profilaktik olaraq Candida mənşəli zədələnmələrin qarşısını almaq üçün | 3-12 mq/kq |
0-4 həftə arası uşaqlarda istifadəsi standart dozalarda 2 gündən bir təyin edilməlidir. Bu yaş kateqoriyasında maksimal sutkalıq doza 12 mq/kq 48 saatdan birdir.
2 yaşdan aşağı uşaqlarda istifadəsi standart dozalarda 3 gündən bir istifadə edilməli. Bu yaş kateqoriyası üçün maksimal doza 12mq/kq 72 saatdan birdir.
Ahıl yaşlı xəstələrdə: böyrək çatışmazlığı olmazsa, adi qaydada dozalanma aparılmalıdır.
Böyrək çatmazlığı olan xəstələrdə: doza azaldılmasın ehtiyac var.
| Kreatinin klirensi (ml/dəq.) | Tövsiyyə olunan doza |
|---|---|
| >50 | 100% |
| ≤50 (dializə ehtiyacı olmayan xəstələr) | 50% |
| Mütəmade olaraq dializ olunan xəstələr | Hər növbəti dializdən sonra 100% |
Buraxılış forması
4 buraxılış forması vardır - 25 ml, 50 ml, 100 ml, 200 ml infuziya üçün məhlullar. Hər qutuda 1 flakon
olmaqla içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Hər bir flakon rezin tıxac və açıla bilən alüminium qapaqla örtülmüşdür.
25, 50, 100 və 200 ml-lik flakonlar mövcuddur. Bütün buraxılış formaları satışda olmaya bilər.
Saxlanma şəraiti
25°С –dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Detrazol infuziyanı dondurmaq olmaz.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istfidə etmək olmaz.
Aptekdə buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
PHARMATHEN S.A.
Ünvan
6, DERVENAKION KÜÇ.
153 51 PALLINI, ATTICİ, YUNANISTAN.