Pharmed
DERMOVATE 0,5MG 25GR KREM
DERMOVEYT
Beynəlxalq patentləşdirilməmiş adı: Clobetasol
DERMOVEYT Tərkibi
Təsiredici maddə: klobetazol propionat 0,05 % ç/ç. Köməkçi maddələr: qliserol monostearat 40-55, arlasel 165, arı mumunun əvəzləyicisi 6621, setostearil spirti, propilenqlikol, xlorokrezol, natrium sitrat, limon turşusu monohidrat, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Çox yüksək fəallığa malik kortikosteroidlər (IV qrup).
ATC kodu: D07AD.
Farmakoloji xüsusiyyətləri
Təsir mexanizmi: Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlər çox saylı mexanizmlər vasitəsilə tosqun hüceyrələrin sıxlığının azalması, xemotaksisin azalması və eozinofillərin aktivləşməsi, limfositlər, monositlər, tosqun hüceyrələr və eozinofillər tərəfindən sitokinin sintezinin azalması və araxidon turşusunun metabolizminin ləngiməsi də daxil olmaqla, allergik reaksiyaların gecikmiş mərhələsini inhibə etməklə, iltihabəleyinə preparat kimi təsir edir.
Farmakodinamikası: Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlər, iltihabəleyinə, qaşınmaəleyhinə və damardaraldıcı xüsusiyyətlərə malikdir.
Farmakokinetikası: Sorulması: Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlər sistematik şəkildə zədələnməmiş sağlam dəridən sorula bilər. Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərin dəridən sorulma dərəcəsi epidermal baryerin keçiriciliyi və tamlığı da daxil olmaqla, bir çox faktorlardan asılıdır. Sarğı, iltihab və/və ya digər dəri xəstəlikləri həmçinin dəridən sorulmanı artıra bilər. Bir tədqiqatda 30 q 0,05%-li klobetazol propionat məlhəminin sağlam dərisi olan normal şəxslərdə ikinci dəfə istifadəsindən 8 saat sonra (ilkin istifadədən 13 saat sonra) klobetazol propionatın 0,63 nanoqram/ml orta pik konsentrasiyaları əldə olunmuşdur. 30 q 0,05%-li klobetazol propionat kreminin ikinci dozasının istifadəsindən sonra orta pik konsentrasiyalar məlhəmlə müqayisədə bir qədər yüksək idi və istifadədən 10 saat sonra baş vermişdir. Ayrı bir tədqiqatda psoriaz və ekzeması olan xəstələrdə 25 q 0,05-li klobetazol propionat məlhəminin bir dəfəlik istifadəsindən 3 saat sonra orta pik konsentrasiyalar müvafiq olaraq, 2,3 nanoqram/ml və 4,6 nanoqram/ml olmuşdur. Paylanması: Sirkulyasiya edən səviyyələrin təyin olunan səviyyələrdən kifayəət qədər az olduğu faktını nəzərə alaraq, xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərin sistem təsirini qiymətləndirmək üçün farmakodinamik son nöqtələrin istifadə olunması zəruridir. Metabolizmi: Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlər dəridən sorulduqdan sonra sistem kortikosteroidlərlə eyni farmakokinetik yollarla metabolizmə uğrayır. Onlar əsasən qaraciyərdə metabolizmə uğrayır. Xaricolması: Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlər böyrəklər vasitəsilə xaric olunur. Bundan əlavə, bəzi kortikosteroidlər və onların metabolitləri həmçinin ödlə də xaric olunur. Klinikayaqədərki təhlükəsizlik məlumatları Karsinogenez/Mutagenez Karsinogenez Klobetazol propionatın karsinogen fəallığını qiymətləndirmək üçün heyvanlar üzərində uzun müddətli tədqiqatlar aparılmamışdır. Genotoksiklik İn vitro şəraitdə bakterial hüceyrələrin bir sıra analizlərində klobetazol propionat mutagen təsir göstərməmişdir. Fertillik: Fertillik üzrə tədqiqatlarda siçovullarda klobetazol propionatın 6,25 mkq/kq/sutka dozadan 50 mkq/kq/sutka dozaya qədər dərialtı təyini cütləşmə prosesinə təsir göstərməmişdir və fertillik yalnız 50 mkq/kq/sutka dozada azalmışdır. Hamiləlik: Hamiləlik zamanı klobetazol propionatın siçanlara (100 mkq/kq/sutka), siçovullara (400 mkq/kq/sutka) və ya dovşanlara (1mkq/kq/sutka dozadan 10 mkq/kq/sutka dozaya qədər) təyini damaq yarığı (qurdağızlıq) daxil olmaqla, döl anomaliyalarına səbəb olmuşdur. Siçovullar üzərində aparılan tədqiqatlarda, bəzi heyvanlara balalamağa şərait yaradıldıqda, F1 nəslində 100 mkq/kq/sutka dozada inkişafın ləngiməsi müşahidə olunmuşdur və 400 mkq/kq/sutka dozada sağqalma azalmışdır. F1 nəslinin reproduktiv funksiyasında və ya F2 nəslində müalicə ilə bağlı hər hansı bir təsir müşahidə olunmuşdur
İstifadəsinə göstərişlər
DERMOVEYT steroid müalicəsinə cavab verən dermatozun iltihab və qaşınma təzahürlərini aradan qaldırmaq üçün böyüklərdə, yaşlılarda və 1 yaşdan yuxarı uşaqlara təyin olunan, çox yüksək fəallığa malik, yerli təsir göstərən kortikosteroiddir. Buraya aşağıdakılar aiddir:
- Psoriaz (geniş yayılmış pustulyoz psoriaz istisna olmaqla)
- Dermatozun refrakter formaları
- Yastı dəmrov
- Diskoidli qırımızı qurdeşənəyi
- Daha az fəallığa malik steroidlərlə müalicəyə kifayət qədər cavab verməyən digər dəri xəstəlikləri.
Əks göstərişlər
Aşağıdakı hallar DERMOVEYT ilə müalicə olunmamalıdır:
- Müalicə olunmayan dəri infeksiyaları
- Rozaseya
- Gənclik civzələri
- İltihab olmadan dərinin qaşınması.
- Perianal (anus ətrafı) və genital qaşınma
- Perioral (ağız ətrafı) dermatiti DERMOVEYT bir yaşdan kiçik uşaqlarda bələk səpgiləri, dermatit də daxil olmaqla, dermatozlar zamanı əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
DERMOVEYT anamnezində kortikosteroidlərə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yerli hiperhəssaslığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Yerli hiperəssalıq reaksiyaları müalicə olunan xəstəliyin əlamətləri ilə təzahür edə bilər (bax “Əlavə təsirlər” bölməsinə). Yerli təsir göstərən steroidlərin sistem absorbsiyasının artması nəticəsində bəzi şəxslərdə qlükokortikosteroid çatışmazlığına gətirib çıxaran hiperkortizolizmin (Kuşinq sindromu) və hipotalamo-hipofiz-adrenal (HHA) sistemin geriyə dönən supressiyasının əlamətləri əmələ gələ bilər. Yuxarıda göstərilənlərdən hər hansı biri baş verərsə, dərman vasitəsinin istifadəsini tədricən, istifadə tezliyini azaltmaqla və ya daha az fəallığa malik kortikosteroidlə əvəz edərək dayandırın. Müalicənin qəflətən dayandırılması qlükokortikosteroid çatışmazlığı ilə nəticələnə bilər (bax “Əlavə təsirlər” bölməsinə). Sistem effektlərin güclənməsinin risk amillərinə aşağıdakılar aiddir:
- Xaricə istifadə üçün nəzərdə tutulan steroidlərin fəallığı və dərman forması
- Təsir müddəti
- Geniş səthə istifadəsi
- Dərinin örtülü sahələrində istifadəsi (məsələn, intertriginoz sahələrdə və ya okklüzion sarğıların altında (yenidoğulmuşlarda bezlər okklüzion sarğı kimi təsir göstərə bilər))
- Buynuz qışanın nəmliyinin artması
- Üz dərisi kimi nazik dəri səthlərində istifadəsi
- Zədələnmiş dəridə və ya dəri baryerinin pozula biləcəyi digər vəziyyətlərdə istifadəsi
- Böyüklərlə müqayisədə, uşaqlar və yenidoğulmuşlarda xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərin daha çox hissəsi sorula bilər və buna görə də sistem əlavə təsirlərə daha həssas ola bilərlər. Bunun səbəbi uşaqlarda dəri baryerinin formalaşmaması və bədən çəkisinə nisbətdə dəri səthinin daha çox olmasıdır. Sistem və/və ya yerli təsir göstərən kortikosteroidlərin istifadəsi zamanı xəstələrdə görmə pozğunluqları barədə məlumat verilmişdir. Əgər xəstələrdə bulanıq görmə və ya digər görmə pozğunluqları varsa, katarakta, qlaukoma və mərkəzi seroz xorioretinopatiya daxil olmaqla, mümkün səbəblərin müəyyən edilməsi nəzərə alınmalıdır. Uşaqlar: Yenidoğulmuşlarda və 12 yaşdan kiçik uşaqlarda xaricə istifadə üçün nəzərdə tutlan kortikosteroidlərlə mümkün olduğu hallarda uzun müddətli müalicə aparılmamalıdır, belə ki, adrenal supressiya baş verə bilər. Uşaqlar xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərlə bağlı atrofik dəyişikliklərin əmələ gəlməsinə qarşı daha həssasdır. Əgər DERMOVEYT-in uşaqlarda istifadəsi tələb olunursa, müalicənin mümkünsə yalnız 5 gün ərzində aparılması və hər həftə yenidən baxılması, okklüzion sarğıdan istifadə edilməməsi tövsiyə olunur. Okklüzion sarğı tətbiqi zamanı infeksiya riski: Dəri qırışlarında olan və ya okklüzion sarğının istifadəsi zamanı yaranan ilıq, nəm şərait bakterial infeksiyanın əmələ gəlməsinə səbəb olur. Okklüziyalı sarğılardan istifadə edərkən, yeni sarğı qoyulmamışdan əvvəl dəri təmizlənməlidir. Psoriaz zamanı istifadəsi: Psoriazın müalicəsi zamanı xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlər ehtiyatla istifadə olunmalıdır, belə ki, bəzi hallarda residivlərin, preparata qarşı dözümlülüyün inkişafı, yayılmış pustulyar psoriaz riski və dərinin baryer funksiyasının pozulması nəticəsində yerli və ya sistem toksikliyin inkişafı qeydə alınmışdır. Psoriazın müalicəsi zamanı istifadəsi zamanı xəstənin diqqətli müşahidə altında olması zəruridir. Yanaşı infeksiya Müalicə olunan iltihabi zədələnmələr infeksiyalaşmağa başladığı halda, müvafiq mikrob əleyhinə müalicə istifadə olunmalıdır. İnfeksiyanın yayılmasının istənilən təzahürü zamanı xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərlə terapiya dayandırılmalı və müvafiq mikrob əleyhinə müalicə təyin olunmalıdır. Ayaqlarda xroniki xoralar :Xaricə istifadə üçün nəzərdə tutlan kortikosteroidlər bəzən ayaqlarda xroniki xoraların ətrafındakı dermatitin müalicəsi üçün tətbiq edilir. Lakin, onların istifadəsi lokal hiperhəssaslıq reaksiyalarının daha çox baş verməsinə və lokal infeksiyanın yaranma riskinin artmasına səbəb ola bilər. Üz nahiyəsində istifadəsi Üz dərisində istifadəsi: arzuolunmazdır, belə ki, bu nahiyə atrofik dəyişikliklərin əmələ gəlməsinə qarşı həssasdır. Üz dərisində istifadəsi zamanı müalicə yalnız beş günlə məhdudlaşdırmaq lazımdır. Göz qapaqlarında istifadəsi: Göz qapaqlarında istifadəsi zamanı preparatın gözə düşməməsi üçün ehtiyatlı olmaq lazımdır, belə ki, təkrarlanan istifadə nəticəsində katarakta və qlaukoma yarana bilər. Preparatın uzun müddət istifadəsi zamanı osteonekroz, nekrozlaşan fassiit, sistemli immunsupressiya, Kapoşi sarkoması kimi halların inkişafı barəsində məlumat verilmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumdür ki, CYP3A4 sistemini inhibə edə bilən, dərman vasitələrinin (məsələn, ritonavir və itrakonazol) birgə tətbigi kortikosteroidlərin metabolizmini zəiflədir bu da sistemə təsirin artmasına gətirib çıxarır. Bu qarşılıqlı təsirin hansı dərəcədə klinik əhəmiyyətə malik olması kortikosteroidlərin doza və istifadə üsulundan, həmçinin CYP3A4 inhibitorunun fəallığından asılıdır. Uyğunsuzluqlar: Uyğunsuzluqlar aşkar olunmamışdır.
Hamiləlik və laktasiya zamanı istifadəsi
Fertillik: İnsanlar üzərində xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərin fertilliyə təsirini qiymətləndirmək üçün məlumatlar mövcud deyil. Siçovullara dərialtı yeridilən klobetazol cütləşmə prosesinə təsir göstərməmişdir; lakin ən yüksək dozada fertillik azalmışdır (bax “Klinikaya qədərki təhlükəsizlik məlumatları” bölməsinə). Hamiləlik:
DERMOVEYT-in hamilə qadınlarda istifadəsi ilə bağlı məhdud sayda məlumat vardır. Hamilə heyvanlara kortikosteroidlərin yerli olaraq yeridilməsi dölün inkişafında anomaliyaların əmələ gəlməsinə səbəb ola bilər (bax “Klinikaya qədərki təhlükəsizlik məlumatları” bölməsinə). Bu nəticənin insanlara aid olub-olmaması müəyyən edilməmişdir. DERMOVEYT-in hamiləlik zamanı istifadəsin yalnız ana üçün gözlənilən faydanın döl üçün yaratdığı riskdən üstün olduğu halda nəzərə alına bilər. Ən qısa müddət ərzində minimal doza istifadə olunmalıdır. Laktasiya: Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərin laktasiya dövründə istifadə olunmasının təhlükəsizliyi öyrənilməmişdir. Kortikosteroidlərin xaricə istifadəsinin ana südündə nəzərə çarpacaq miqdarda təyin olunması üçün kifayət qədər sistem absorbsiyasına səbəb olub-olmayacağı məlum deyil. DERMOVEYT-in laktasiya zamanı istifadəsi yalnız ana üçün gözlənilən faydanın yenidoğulmuş üçün yaratdığı riskdən üstün olduğu halda nəzərə alına bilər. Laktasiya zamanı istifadə olunarsa, yenidoğulmuşun təsadüfən onu udmasının qarşısını almaq üçün, DERMOVEYT süd vəzilərinə çəkilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
DERMOVEYT-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Xaricə istifadə edilən DERMOVEYT-in əlavə təsirlərinin profilinə əsasən, belə fəaliyyət növlərinə mənfi təsir gözlənilmir.
DERMOVEYT İstifadə qaydası və dozası
Kremlər əsasən nəm və ya yaş səthlərin müalicəsi üçün uyğundur. Böyüklər, yaşlılar və 1 yaşdan böyük uşaqlar Yalnız zədələnmiş sahəni tam örtmək üçün kifayət edən miqdardan istifadə etməklə nazik qatla çəkin və ehtiyatla sürtün, yaxşılaşma əldə olunan qədər 4 həftəyə qədər gündə 1 və ya 2 dəfə, daha sonra istifadə tezliyini azaldın və ya fəallığı daha az olan preparatla müalicəni əvəz edin. Hər istifadədən sonra sorulma üçün kifayət edən qədər vaxt verin, yumşaldıcı vasitələrdən istifadə etməzdən əvvəl Ağırlaşmaların qarşısını almaq üçün DERMOVEYT-lə müalicə qısa kurslarla təkrarlana bilər. Daha davamlı zədələnmələrdə, xüsusilə hiperkeratoz zamanı ehtiyac olarsa, DERMOVEYT-in təsirini gücləndirmək məqsədilə müalicə olunan sahə politen plyonka ilə örtülə bilər. Qənaətbəxş cavab reaksiyası almaq üçün sarğının yalnız gecə qoyulması kifayət edir. Daha sonra sarğı qoymadan da istifadə etməklə yaxşılaşmanı dəstəkləmək mümkündür. 2-4 həftə ərzində vəziyyət pisləşərsə və ya yaxşılaşmazsa, müalicə və diaqnoza yenidən baxılmalıdır. Müalicə 4 həftədən çox davam etməməlidir. Əgər müalicəni davam etdirməyə ehtiyac varsa, daha az fəallığa malik preparat istifadə olunmalıdır. Maksimal həftəlik doza həftəyə 50 q-dan çox olmamalıdır. Atopik dermatit (ekzema) Nəzarət əldə olunduqdan sonra DERMOVEYT krem və ya məlhəmlə müalicə tədricən dayandırılmalı və dəstəkləyici müalicə kimi yumşaldıcı vasitələr davam etdirilməlidir. DERMOVEYT-lə müalicə qəflətən dayandırıldıqda, mövcud olan dermatozun residivləşməsi baş verə bilər. Müalicəyə davamlı dermatoz Tez-tez residivləri baş verən xəstələr Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərlə davamlı müalicə kursu ilə kəskin mərhələ müalicə olunduqdan sonra fasiləli müalicə haqqında düşünmək olar (gündə bir dəfə, həftədə iki dəfə, sarğı qoyulmadan). Bu üsul residivlərin tezliyinin azalmasında faydalı olduğunu nümayiş etdirmişdir. Preparatı daha əvvəl zədələnmiş bütün sahələrə və ya residivləşə bilən sahələrə sürtməyə davam etmək lazımdır. Bu istifadə üsulu gündəlik olaraq yumşaldıcıların istifadəsi ilə birlikdə kombinə edilməlidir. Müntəzəm olaraq, vəziyyətə və davamlı müalicənin fayda və risklərinə təkrar baxılmalıdır. Uşaqlar DERMOVEYT 1 yaşdan kiçik uşaqlarda əks göstərişdir. Uşaqlarda xaricə istifadə edilən kortikosteroidlərin lokal və sistem əlavə təsirlərinin əmələ gəlmə ehtimalı daha çoxdur və ümumiyyətlə, böyüklərlə müqayisədə daha qısa müddətli müalicə kursu və daha az fəallığa malik preparatlar tələb olunur. Terapevtik faydanı təmin etmək üçün minimal miqdarda istifadə olunmasına əmin olmaq üçün DERMOVEYT-in istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Yaşlılar Klinik tədqiqatlarda yaşlı və cavan xəstələr arasında müalicəyə qarşı cavab reaksiyasına görə fərqlər müəyyən olunmamışdır. Yaşlılarda qaraciyər və böyrək funksiyasının azalmasının başvermə tezliyi yüksək olduğu üçün sistem absorbsiyası baş verdiyi halda preparatın xaric olması ləngiyə bilər. Buna görə də, arzuolunan klinik effekti əldə almaq üçün minimal doza ən qısa müddət ərzində istifadə olunmalıdır. Böyrəklərin/qaraciyərin funksiyasının pozulması Sistem absorbsiyası hallarında (preparat uzun müddət ərzində geniş sahəyə sürtülərsə) metabolizm və xaric olma ləngiyə bilər və beləliklə də sistem toksikliyin riski arta bilər. Buna görə də, arzuolunan klinik effekti əldə almaq üçün minimal doza ən qısa müddət ərzində istifadə olunmalıdır. İstifadəsi üzrə təlimat Preparatın istifadə qaydası üzrə xüsusi tələblər yoxdur.
Əlavə təsirləri
Aşağıda göstərilən əlavə təsirlər (ƏT) MedDRA sistem orqan sinfinə və rastgəlmə tezliyinə görə təsnif olunmuşdur. Rastgəlmə tezliyi aşağıdakı kimidir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1,000-dən <1/100-ə qədər), nadir (≥1/10,000-dən <1/1,000-ə qədər) və çox nadir (<1/10,000), ayrı-ayrı bildirşlər daxil olmaqla. Postmarketinq dövründə istifadəsi zamanı alınan məlumtlar
İnfeksiyalar və invaziyalar: Çox nadir :Opportunist infeksiyalar
İmmun sisteminin pozğunluqları: Çox nadir: Lokal hiperhəssaslıq
Endokrin pozğunluqlar: Çox nadir :Hipotalamo-hipofizar-adrenal (HHA) sistemin supressiyası: Kuşinqoid əlamətlər: (məsələn, aya bənzər sifət, mərkəzi tipli piylənmə), bədən çəkisinin artmasında ləngimə/uşaqlarda boyatmanın ləngiməsi, osteoporoz, hiperqlikemiya/qlükozuriya, hipertoniya, bədən çəkisin artması/piylənmə, endogen kortizolun səviyyəsinin azalması, alopesiya, saçların qırıqlığı
Görmə pozğunluqları: Çox nadir: Katarakta, mərkəzi seroz xorioretinopatiya, qlaukoma
Dəri və dərialtı toxumanın pozğunluqları: Tez-tez: Qaşınma, dəridə lokal yanma hissi/dəridə ağrı, Bəzən: Dərinin atrofiyası*, striyalar*, teleangioektaziyalar*, Çox nadir: Dərinin nazikləşməsi*, dərinin qırışması*, dərinin quruması*, piqment dəyişiklikləri*, hipertrixoz, mövcud olan simptomların pisləşməsi, allergik kontakt dermatiti/dermatit, pustulyoz psoriaz, eritema, səpgi, övrə, akne
Ümumi pozğunluqlar və istifadə oluduğu nahiyədə baş verən reaksiyalar: Çox nadir: Sürtülən nahiyədə qıcıqlanma/ağrı *Hipotalamo-hipofizar-adrenal sistemin (HHA) supressiyası nəticəsində lokal və/və ya sistem təsirlərdən sonra ikincili olaraq yaranan dəri əlamətləri
Doza həddinin aşılması
Simptomlaı: Yerli istifadə üçün nəzərdə tutulan DERMOVEYT sistem təsirlərə səbəb olmaq üçün kifayət edən miqdarda sorula bilər. Doza həddinin kəskin aşılması ehtimalı çox azdır, lakin, doza həddinin xroniki aşılması və ya düzgün istifadə olunmadıqda hiperkortikolizm baş verə bilər (bax “Əlavə təsirlər” bölməsinə). Müalicəsi: Doza həddinin aşılması zamanı qlükokortikosteroid çatışmazlığı riskini nəzərə alaraq, istifadə tezliyini azaltmaqla və daha az fəallığa malik kortikosteroidlə əvəz olunmaqla, DERMOVEYT-in istifadəsini tədricən azaltmaq lazımdır. Daha sonrakı müalicə klinik göstərişlərə və ya əgər mövcuddursa, milli toksikoloji mərkəzin tövsiyələrinə əsasən aparılmalıdır.
Buraxılış forması
25 q krem membranla möhürlənmiş, daxildən epoksid qətran əsaslı lakla örtülmüş və hermetik, qatlana bilən alüminium tuba qablaşdırılır. Tuba lateksdən olmayan lent bağlayıcı və polipropilen qapaqla bağlanır. İçərisində krem olan bir tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.