Pharmed
DERMASOL 20GR KREM
DERMAZOL
Beynəlxalq patentləşdirilməmiş adı: Clobetasol propionate
DERMAZOL Tərkibi
Təsiredici maddə: 100 q kremin tərkibində 50 mq klobetazol propionate BP vardır.
Köməkçi maddələr: propilenqlikol BP, setostearil spirti BP, ağ yumşaq parafin BP,
xlorkrezol BP, dinatrium edetat BP, qliserin BP, natrium sitrat BP, susuz
limon turşusu BP, makroqol 1000 BP, təmizlənmiş su BP.
ATC kodu: D07AD.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Klobetazol prednizolon törəməsi olub, yüksək qlükokortikoid aktivliyə və zəif mineralokortikoid aktivliyə malikdir. Fluosinonidə nisbətən dəridən daha sürətlə absorbsiya olunur,
o, psoriazın yerli müalicəsi üçün istifadə oluna bilər, lakin, o, aydın ifadə olunmuş adrenokortikal tormozlanma (böyrəküstü vəzilərin qabıq maddəsinin tormozlanması) törədə bilər.
Digər yerli kortikosteroidlər kimi, klobetazol da iltihabəleyhinə, qaşınmaəleyhinə və damardaraldıcı xassələrə malikdir. O, çox güclü yerli kortikosteroiddir, ona görə də onu okklüzion sarğı altında istifadə etmək olmaz. Tövsiyə olunur ki, müalicə iki ardıcıl həftə ilə
məhdudlaşdırılsın və adekvat nəticələr əldə edildikdən sonra müalicə dayandırılsın. Steroidə
həssas dermatozların müalicəsi zamanı yerli steroidlərin iltihabəleyhinə aktivliyinin dəqiq
mexanizmi müəyyən edilməmişdir.
Lakin, fərz edilir ki, kortikosteroidlər fosfolipaza A2-ni inhibə edən, hamısı birlikdə
lipokortinlər adlanan zülalları induksiya etməklə təsir göstərir. Fərz edirlər ki, bu zülallar
prostaqlandinlər və leykotrienlər kimi, güclü iltihab mediatorlarının biosintezinə onların
ümumi sələfi olan araxidon turşusunun azad olmasını inhibə etməklə, nəzarət edirlər.
Araxidon turşusu membran fosfolipidlərindən fosfolipaza A2 vasitəsilə azad olur. Lakin,
digər kortikosteroidlər kimi, klobetazol əvvəlcə qlükokortikoid reseptorları ilə birləşir və
kompleks şəkində hüceyrənin nüvəsinə daxil olur və genetic transkripsiyanı
(transrepressiya/transaktivləşmə) modifikasiya edir.
Farmakokinetikası:
Yerli kortikosteroidlər zədələnməmiş sağlam dəridən absorbsiya oluna bilər. Yerli kortikosteroidin dəri vasitəsilə absorbsiya olunma dərəcəsi epidermal baryerin keçiriciliyi və
tamlığı daxil olmaqla, bir çox faktorlarla müəyyən olunur. Okklüziya, iltihab və/və ya digər
xəstəliklər də dəri vasitəsilə absorbsiyanı artıra bilər. Kortikosteroidlər başlıca olaraq, qaraciyərdə metabolizə olunur, sonra böyrəklər vasitəsilə xaric olur. Klobetazol propionate və
onun metabolitləri daxil olmaqla, yerli kortikosteroidlərin bəziləri həmçinin ödlə xaric olur.
Siçovullarda və siçanlarda LD50 3000 mq/kq-dan çoxdur. Yerli istifadə olunan klobetazol
sistem təsir göstərə bilən miqdarda absorbsiya oluna bilər. Doza həddi aşılmasının
simptomlarına dərinin nazikləşməsi və böyrəküstü vəzilərin qabıq maddəsinin tormozlanması (stressə reaksiya vermə qabiliyyətinin zəifləməsi) aiddir.
İstifadəsinə göstərişlər
Dermazol aşağıdakı hallarda istifadə olunur:
Bütün yaş qruplarında hiperakustik ekzemanın bütün formalarına ilkin nəzarət (uşaqlarda
bir neçə gündən çox olmayaraq).
Əllərin və ayaqların xronik hiperkeratotik ekzeması və sadə xronik dəmrov ləkələri.
Bədənin hər hansı sahəsinin xronik hiperkeratotik psoriazı.
Ağır kəskin fotohəssaslıq.
Hipertrofik qırmızı yastı dəmrov.
Lokalizəolunmuş bullyoz pozğunluqlar.
Keloid çapıqlar.
Pretibial miksedema.
Vitiliqo.
Krioterapiyadan sonra reaksiyanın tormozlanması.
Əks göstərişlər
Aşağıdakı hallarda Klobetazol propionatın istifadəsi əks göstərişdir:
Dərinin impetiqo, tinea corporis və herpes simplex kimi infeksiyaları.
Qoturluq kimi invaziyalar.
Yenidoğulmuşlar (bir yaşdan kiçik uşaqlar).
Adi çivzə (acne vulgaris).
Rosasea.
Qravitasion xoralanma.
Perioral dermatit.
Perianal və genital qaşınmalar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Klobetazol propionat ilə uzunmüddətli faziləsiz müalicədən qaçmaq lazımdır, xüsusilə
körpələrdə və uşaqlarda, belə ki, onlarda böyrəküstü vəzilərin fəaliyyətinin tormozlanması
asanlıqla baş verir. Əgər uşaqlarda Klobetazol propionatın istifadəsi tələb olunarsa,
müalicənin birhəftəlik müddət ərzində aparılması tövsiyə olunur. Qeyd etmək lazımdır ki,
körpələr üçün uşaq əskisi okklüzion sarğı kimi təsir göstərə bilər. Güclü yerli kortikosteroidlərlə uzunmüddətli müalicədən sonra atrofik dəyişikliklər bədənin digər nahiyələrinə
nisbətən üzdə daha çox baş verə bilər. Bunu, üzdə olan və Klobetazol propionatla müalicə
və pasiyentin tez-tez müşahidə edilməsini tələb edən problemlərin müalicəsi zamanı
nəzərə almaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə Klobetazol propionatın istifadə edilməsindən qaçmaq lazımdır. Dərman
preparatını böyük miqdarda istifadə edən analar onun ana südünə potensial nüfuz etməsi
barədə xəbərdar edilməlidirlər.
Pediatriyada istifadəsi:
12 yaşdan kiçik uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
DERMAZOL İstifadə qaydası və dozası
Yaxşılaşma baş verənə qədər zədələnmiş sahəyə ehtiyatla gündə bir və ya iki dəfə istifadə etmək lazımdır. Yerli istifadə üçün steroidlərin digər yüksək aktiv preparatları ilə olduğu kimi, nəzarət əldə edilən kimi, müalicəni dayandırmaq lazımdır. Əgər daha uzunmüddətli müalicə tələb olunarsa, pasiyentin vəziyyətinə nəzarət edilmədən, müalicənin 4 həftədən
artıq davam etdirilməsi tövsiyə olunmur. Dermazol-la qısamüddətli təkrar kurslar kəskinləşməyə nəzarət üçün istifadə edilə bilər.
Əgər fasiləsiz steroid müalicə tələb olunarsa, daha zəif preparatdan istifadə etmək lazımdır.
Çox rezistent zədələnmələr zamanı, xüsusilə hiperkeratoz zamanı Dermazol-un iltihabəleyhinə təsiri, lazım gələrsə, müalicə edilən sahəni polietilen örtüklə örtməklə gücləndirilə
bilər. Qənaətbəxş cavabı təmin etmək üçün, yalnız gecə okklüzion sarğının qoyulması
kifayətdir. Bundan sonra, yaxşılaşmanı adətən okklüzion sarğısız saxlamaq olar.
Əlavə təsirləri
Böyüklərdə 50 mq-dan aşağı gündəlik dozada istifadə zamanı hipofizin/böyrəküstü
vəzilərin fəaliyyətinin hər hansı tormozlanması çox güman ki, müvəqqəti olmaqla, steroidlə
qısa müalicəvi kursun dayandırılmasından sonra tez bir zamanda normal qiymətlərinə
qayıdacaqdır. Bu, eyni zamanda mütənasib doza alan uşaqlarda da eynidir. Okklüzion
sarğının istifadəsi yerli kortikosteroidin absorbsiyasını artırır. Kortikosteroidlərin yüksək
aktivliyə malik preparatları ilə uzunmüddətli və intensiv müalicəsi səthi qan damarlarının
nazikləşməsi, striyası və genişlənməsi kimi atrofik dəyişikliklərə gətirib çıxara bilər, xüsusilə okklüzion sarğıdan istifadə zamanı və ya dəri qırışlarına istifadə zamanı.
Doza həddinin aşılması
Doza həddinin kəskin aşılmasının baş verməsi ehtimalı çox aşağıdır. Lakin, doza həddinin
xronik aşılması və ya düzgün istifadə edilmədiyi zaman hiperkortisizm əlamətləri meydana
çıxa bilər və bu vəziyyətdə yerli steroidlərin istifadəsini dayandırmaq lazımdır.
Buraxılış forması
Dermazol 0,05%-li krem.
5 q, 10 q, 20 q və ya 30 q krem, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.