Pharmed

DEPORES 0,05% N30 FLK

DEPORES    0,05% göz üçün emulsiya (steril, konservantdan azad) DEPORES

 

DEPORES Tərkibi

 

Təsiredici maddə:    1 ml emulsiyanın tərkibində 0,5 mq siklosporin vardır.
Köməkçi maddələr: gənəgərçək yağı, polisorbat 80, karbomer 934, qliserin, natrium hidroksid, inyeksiya üçün su.

 

Təsviri
Ağ rəngli, homogen emulsiyadır.

 

Farmakoterapevtik qrupu

Digər oftalmoloji preparatlar.

ATC kodu: S01XA18.

 

Farmakoloji xüsusiyyətləri
DEPORES preparatının tərkibində göz daxilinə damızdırılarkən iltihabəleyhinə və gözlərin səthi ilə əlaqəli immun sistemi tənzimləmək xüsusiyyətlərinə malik dərman preparatı olan Siklosporin vardır. Dərmanın insan qanına nüfuz etməsi və kumulyasiyası aşkar edilməmişdir.

 

İstifadəsinə göstəriş
DEPORES gözlərdə baş vermiş quru keratokonyunktivitlə bağlı iltihabi proses nəticəsində gözlərin qurumasına aparıb çıxaran hallarda göz yaşı ifrazını artırmaq üçün istifadə olunur. Başqa terli iltihabəleyhinə preparatdan istifadə edən pasiyentlərdə göz yaşı ifrazının artması müşahidə olunmamışdır.

 

Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Mikroorqanizmlərin törətdiyi göz infeksiyası.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Anamnezdə herpetic keratit olan pasiyentlərdə preparat öyrənilməyib.
Qlaukomalı pasiyentlərdə istifadə təcrübəsi məhduddur, müntəzəm olaraq, klinik monitorinq aparılmalıdır.
DEPORES kontakt linzalar taxılarkən təyin olunmamalıdır. Dərmanın damızdırılmasından əvvəl kontakt linzalar çıxarılmalı və DEPORES preparatı təyin olunduqdan 15 dəqiqə sonra linzalar yenidən yerinə taxılmalıdır.
DEPORES preparatının effektivliyi və təhlükəsizliyi 16 yaşdan aşağı uşaqlarda öyrənilməyib. Cavan və yaşlı xəstələrdə DEPORES preparatının effektivliyində və təhlükəsizliyində fərq müşahidə olunmayıb.
DEPORES preparatının bəzi inqrediyentləri haqda vacib məlumat
Preparatın tərkibində gənəgərçək yağı olduğundan, dəri reaksiyalarına səbəb ola bilər.
Əgər bu ehtiyat tədbirləri hətta əvvəllər Sizə şamil edilə bilirsə, lütfən, həkiminizlə məsləhətləşin.

 

Digər dərman preparatları ilə qarşılıqlı təsiri
Əgər Sizin gözünüzə bir preparatdan çox dərman damızdırılmalıdırsa, o zaman iki müxtəlif preparatın istifadəsi arasında 15 dəqiqə fasilə etməlisiniz.
Tərkibində kortikosteroidlər olan göz damcıları ilə eyni vaxtda istifadəsi siklosporinin immune sistemə təsirini gücləndirə bilər.
Əgər Siz hal-hazırda digər dərman preparatları qəbul edir, yaxud son zamanlar edibsinizsə (hətta həkim tərəfindən yazılmamış preparatları belə), bu haqda həkimə və yaxud əczaçıya məlumat verin.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin.
Həkiminiz preparatın fayda/risk nisbətini qiymətləndirdikdən sonra qərar verə biləcək. Əgər müalicə ərzində hamilə olduğunuzu bilsəniz, dərhal həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin.
Laktasiya
Bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin.
Həkiminiz preparatın fayda/risk nisbətini qiymətləndirdikdən sonra laktasiyaya və ya dərmandan istifadəyə qərar verə biləcək.
Reproduktiv potensiala malik effektli kontrasepsiya üsullarından istifadə etməyənqadınlara tövsiyə edilmir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əgər preparatın gözlərə damızdırılmasından sonra göz patologiyaları, yaxud bulanıq görmə baş verərsə, xəstələr aydın görənə kimi sürücülük və mexanizmlərin idarə olunması fəaliyyətləri ilə məşğul olmaqdan ötrü bir qədər gözləməlidirlər.

 

DEPORES İstifadə qaydası və dozası

 

Eynicinsli, ağ rəngdə, şəffaf olmayan emulsiyanın alınması üçün istifadəsindən əvvəl flakonu bir neçə dəfə başıaşağı çevirin.
Çirklənməsinin (infeksiyalamasının) qarşısını almaq üçün flakonun ucunun gözünüzə, yaxud hər hansı bir səthə toxunmasına yol verməyin.
DEPORES süni göz yaşı preparatı ilə yanaşı istifadə oluna bilər; preparatlar arasında 15 dəqiqə interval olmalıdır.
DEPORES ancaq göz üçün istifadə olunmalıdır. Bir dəfə fərdi istifadə üçün nəzərdə tutulmuş emulsiya flakonu açılan kimi dərhal bir və ya hər iki gözə təyin olunmalı və artıq qalan preparat dərhal atılmalıdır.
Preparatın istifadəsindən sonra pasiyentlərə sistem absorbsiyanı azaltmaq üçün 2 dəqiqə ərzində göz yaşı-burun okklyuziyasından istifadə etmək və gözlərini bağlamaq məsləhət görülür.
DEPORES oftalmik emulsiyanı gündə iki dəfə təxminən 12 saatdan bir hər gözə bir damcı damızdırmaq lazımdır.
Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi
DEPORES preparatının effekti və təhlükəsizliyi 16 yaşdan aşağı yaşlarda öyrənilməyib.
Yaşlılarda istifadəsi
Cavan və yaşlı xəstələrdə DEPORES preparatının effektifliyində və təhlükəsizliyində fərq müşahidə olunmayıb.
Xüsusi hallarda istifadəsi
Böyrək/qaraciyər çatışmazlığı
Bu qrup əhali arasında yerli oftalmik təyini haqda məlumat yoxdur.
DEPORES preparatının qida və içkilərlə birlikdə qəbulu
DEPORES gözdaxili təyin olunduğu üçün qida və içkilərlə qarşılıqlı təsiri gözlənilmir.
Əgər Siz DEPORES preparatını qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Siz DEPORES preparatını qəbul etməyi dayandırırsınızsa
Siz DEPORES preparatını qəbul etməyi dayandırsanız heç bir əlavə təsirlə qarşılaşmazsınız. DEPORES preparatının təsirinin çox zəif, yaxud güclü olmasını düçünürsünüzsə, bu haqda həkiminizə, yaxud əczaçıya məlumat verin.

 

Əlavə təsirləri
Bütün dərman preparatlarında olduğu kimi, DEPORES preparatının inqrediyentlərinə qarşı da ona həssas olan xəstələrdə əlavə təsirlər ola bilər.
Əgər aşağıdakı əlavə təsirlər baş verərsə, DEPORES preparatının qəbulunu dayandırın və bu haqda həkiminizə dərhal məlumat verin və ya tez bir zamanda yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə gedin:
əllərin, ayaqların, topuqların, dodaqların, üzün ödemi, yaxud ağızın və boğazın ödemi nəticəsində tənəffüsün çətinləşməsi.
Bunlar çox ciddi əlavə təsirlərdir.
Əgər Sizdə bu əlamətlərdən hər hansı birisi olarsa, deməli, Sizdə DEPORES preparatına qarşı allergiya vardır. Sizin təcili tibbi yardıma, yaxud hospitalizisiyaya ehtiyacınız ola bilər.
Bu çox ciddi əlavə təsirlər çox nadir hallarda baş verir.
Əgər aşağıda qeyd olunmuş əlavə təsirlərlə qarşılaşsanız, bu haqda həkiminizə məlumat verin:
gözlərin acışması, göynəməsi, qızarması, hiperemiyası, gözlərdən ifrazatın axması, gözlərin
sulanması, gözlərdə ağrı, yad cisim olması hissi, qaşınması və vizual pozğunluqlar, göz qapağının eriteması, qaşınması, ödemi, konyunktivanın hiperemiyası, ödemi, qıcıqlanması, konyunktivit,
keratit, blefarit, xalazion, iridosiklit, buynuz qişanın çapığı. Bunlar DEPORES preparatının yüngül əlavə təsirləridir.
Əgər Siz bu içlik vərəqində haqqında məlumat verilməmiş hər hansı əlavə təsirlə qarşılaşsanız, lütfən, bu barədə həkiminizə, yaxud əczaçıya məlumat verin.

 

Doza həddinin aşılması
Həkiminiz Sizə yazdığı miqdardan çox DEPORES qəbul etdiyiniz halda dərhal həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.
 

Buraxılış forması
0,4 ml emulsiya, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş flakonlarda. 30 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
3 soyula bilən kisəcik və onların hər birinin içərisində 10 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, öz orijinal qutusunda və uşaqların əli çatmayan yerdə, saxlamaq lazımdır.
Kiçik kisəcik açıldıqdan sonra ampulaar 28 gün ərzində istifadə olunmalıdır. Ampullar birdəfəlik istifadə üçündür, artıq qalmış qalıq hissə atılmalıdır.

 

Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində qeyd olunmuşdur. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

 

İstehsalçı
Deva Holding A.Ş.
Dumlupınar Mah. Ankara Cad.

No:2 Kartepe/KOCAELİ / TURKEY.

 

Marketinq səlahiyyətli sahibkar
DEVA HOLDİNG A.Ş.
Halkalı Merkez Mah.Basın Ekspres Cad.
No: 1 34303 Küçükçekmece – İstanbul / TURKEY. Tel.: +90 212 692 92 92.
Faks.: +90 212 697 00 24.