Pharmed

Depantol N10 şam

DEPANTOL® vaginal suppozitoriyalar
DEPANTOL® 

 


Beynəlxalq patentləşdirilməmiş adı: Dexpanthenol + Chlorhexidine

 

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq dekspantenol, 85,2 mq 20%-li 
 xlorheksidin biqlükonat (16 mq xlorheksidin biqlükonat hesabı ilə) vardır.
Köməkçi maddələr:makroqolların qarışığı (makroqol 400-2%, makroqol 1500-98%).

 

Farmakoterapevtik qrupu

Toxuma reparasiyasının stimulyatoru.

 

İstifadəsinə göstərişlər

Kəskin və xroniki vaginitlərin; bakterial vaginozun; endo-/ekzoservisitlərin müalicəsi.
Uşaqlıq boynunun spesifik etiologiyalı həqiqi eroziyasıyasının müalicəsi (kompleks terapiyanın 
tərkibində).
Mamalıq və ginekologiyada infeksion-iltihabi ağırlaşmaların profilaktikası: ginekoloji xəstəliklərin 
cərrahi müalicəsindən, doğuşdan, hamiləliyin tibbi dayandırılmasından, uşaqlıqdaxili müayinədən 
(o cümlədən, histeroskopiyadan, histerosalpinqoqrafiyadan), uşaqlıqdaxili kontraseptivin 
qoyulmasından əvvəl.Preparat destruktiv müalicə üsullarından (diatermokoaqulyasiya, kriodestruksiya, lazer 
destruksiyası) sonra uşaqlıq yolunun və uşaqlıq boynunun selikli qişasının regenerasiyasını 
yaxşılaşdırmaq üçün, əməliyyatdan sonrakı, doğuşdan sonrakı dövrdə istifadə edilir.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əlavə təsirlər yarandıqda, preparatın istifadəsini dayandırma

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir 
etmir.

 

İstifadə qaydası və dozası

İntravaginal istifadə edilir. İstifadə etməzdən əvvəl suppozitoriya konturlu qablaşdırmadan azad 
edilir.
7-10 gün ərzində 1 suppozitoriya sutkada 2 dəfə yeridilir. Ehtiyac olduqda, müalicə kursunun 20 
günədək uzadılması mümkündür.
Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar 
təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir. Preparatı, yalnız içlik vərəqədə qeyd edilən 
göstərişlər, istifadə qaydası və dozaya müvafiq istifadə etmək lazımdır.

 

Buraxılış forması

100 mq + 16 mq vaginal suppozitoriyalar. 
5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu -yuvalı 
qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.

 

Saxlanma şəraiti

25С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
E-mail: med@stada.ru