PharmEd

Pharmed

DEMOTON-T 10ML N1 FLK

      Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

DEMOTON - T inyeksiya üçün məhlul

DEMOTON - T Tərkibi

Təsiredici maddələr: 1 ampulda 75 mq tiamin hidroxlorid, 25 mq piridoksin hidroxlorid,

10 mq riboflavinə müvafiq riboflavin natrium fosfat, 125 mq    nikotinamid, 750 µq sianokobalamin,

15 000 TV retinola müvafiq retinol palmitat, 30 mq dekspantenol, 1000 TV erqokalsiferol, 10 mq DL-alfa tokoferol asetat vardır.

Köməkçi maddələr: benzil spirti, gentisin turşusu etanolamid, polisorbat 80 (Tvin 80), inyeksiya üçün su.

Təsviri

Şəffaf, sarımtıl portağal rəngli, spesifik qoxulu mayedir.

ATC kodu: A11BA.

Farmakoloji xüsusiyyətləri

Demoton-T yağda və suda həll olan vitaminlərin unikal kombinasiyasından ibarətdir. Demoton-T vitamin müalicəsində seçim preparatı kimi orqanizmin fəaliyyətini tez bərpa edir və müxtəlif orqanların funksiyasına müsbət təsir edir. Demoton-T hematopoetik və stimullaşdırıcı vasitədir, çünki onun tərkibində çoxsaylı enzimatik mexanizmlərin funksiyasını tənzimləyən Vit B12-nin səviyyəsi çox yüksəkdir. Vit B1 (tiamin-hidroxlorid) insan orqanizmində fosforlaşma proseslərinin nəticəsində çoxsaylı ferment reaksiyalarının kofermenti olan kokarboksilazaya çevrilir.Tiamin-pirofosfat Vit B1-in aktiv fizioloji forması olub, dekarboksilazanın prostetik qrup funksiyasını yerinə yetirir, karbohidrat mübadiləsində vacib rol oynayan piruvatın və ketoqlutar turşusunun metabolizmində iştirak edir. Vit B1 hüceyrələrin enerji mübadiləsində iştirak edir (Krebs sikli, asetilxolin sintezi və s.). Vit B2 (riboflavin) toxuma tənəffüsünün və görmə həssaslığının katalizatorudur. Flavinmononukleotid (FMN) və flavinadenindinukleotid (FAD) riboflavinin aktiv formalarıdır. FAD və FMN oksidləşmə-reduksiya reaksiyalarında flavoproteinlər üçün koenzim funksiyasını yerinə yetirir. Riboflavin DNT-nin formalaşmasında əsas rol oynayır, hemoqlobin sintezində iştirak edir, toxumaların regenerasiya proseslərini təmin edir. Vit B6 (piridoksin-hidroxlorid) maddələr mübadiləsində vacib rol oynayır. Mərkəzi və periferik sinir sisteminin fəaliyyətini normallaşdırır. Fosforil formalarda sinir toxumalarında fəaliyyət göstərən zəruri fermentlərin kofermentidir. Amin turşularının metabolizmində, katexolaminlərin, histaminin və dopaminin biosintezində, triptofanın nikotin turşusuna və serotoninə çevrilməsində iştirak edir. Vit B12 (siankobalamin) nukleotidlərin sintezində, eritrositlərin və sinirlərin mielin qışasının formalaşmasında iştirak edir, orqanizmin inkişafı üçün çox vacibdir. Fol turşusunun sintezi üçün zəruridir. Nikotinamid toxuma tənəffüsündə, karbohidrat və yağ mübadiləsində, proteidlərin metabolizmində iştirak edən nikotinamidadeninnukleotid (NAD) və onun fosfatı (NADF) fermentlərinin komponentidir. Vit A (retinol) bioloji aktivliyə malikdir, dəridə, qaraciyər toxumalarında və digər orqanlarda mübadilə prosesslərini normallaşdırır. Opsin ilə birgə retinal rodopsini formalaşdırır. Rodopsin işığa adaptasiya prosesslərində vacib rol oynayır və torlu qişanın işığahəssas piqment biosintezi üçün zəruridir. Vit D (xolekalsiferol) parathormon və kalsitoninin iştirakı ilə fosfor-kalsium mübadiləsini tənzim edir. Vit D uşaqlarda raxit simptomların və böyüklərdə osteomalyasiyanın qarşısını alır. Vit E (tokoferol-asetat) antioksidant təsirə malikdir, həm də zülalların biosintezində, hüceyrə proliferasiyasında, toxuma tənəffüsündə və digər toxuma metabolizm proseslərində iştirak edir; eritrosit hemolizin qarşısını alır, kapillyarların yüksək keçiriciliyinin və davamsızlığının qarşısını alır. Vit E cinsiyyət vəzilərinin funksiyasına, sinir və əzələ toxumalarına müsbət təsir göstərir; qaraciyərdə Vit A-nın toplanmasını təmin edir.

İstifadəsinə göstərişlər

- Vitamin çatışmazlığı və orqanizmin vitaminlərə yüksək tələbatı;

- Cərrahi əməliyyatdan əvvəl və sonrakı dövr;

- Mədə-bağırsaq pozğunluqları, xora, kolit;

- Polinevritlər, nevralgiyalar, periferik parez və ifliclər;

- Uzunmüddətli və ağır gedişli xəstəliklərdən sonra rekonvalessensiya dövrü;

- Ürək-damar, infeksion və dəri xəstəlikləri (kombinəedilmiş müalicə);

- Hamiləlik və laktasiya dövründə hipovitaminozların və vitamin çatışmazlığının müalicə və profilaktikası;

- Asteniya;

- Anemiya;

- Şüa xəstəliyi;

- Hipertireoz;

- Xroniki alkoqolizm;

- Göz xəstəlikləri (hemeralopiya, konyüktivit, keratit, irit, katarakta, buynuz qişanın xorası).

Əks göstərişlər

- Preparatın tərkibinə daxil olan hər hansı vitaminə qarşı hiperhəssaslıq;

- Hemofiliya;

- 2 yaşa qədər uşaqlar;

İstifadə qaydası və dozası

Demoton-T 0,9%-li fizioloji natrium-xlorid məhlulunda və ya 5%-li dekstroza (qlükoza)

məhlulunda həll olunub damcı üsulu ilə vena daxilinə yeridilir. Preparatın orta dozası – hər gün 1 ampul.

Müalicə kursu – 5-10 gün təşkil edir.

Əlavə təsirləri

Adi dozalarda əlavə effektlər müşahidə edilmir. B qrup vitaminlərinə qarşı həssas olan xəstələrdə allergik reaksiyalar ola bilər, lakin preparatın qəbulu dayandırıldıqda, bu, keçib gedir. Yüksək dozalarda Vit A və Vit D hipervitaminozu əmələ gələ bilər. Nadir hallarda B1 vitamininə qarşı yüksək həssaslıq, yüksək tərləmə, qaşınma.

Buraxılış forması

10 ml məhlul, şüşə ampulda. 1 və ya 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

DEMO S.A. Pharmaceutical Industry

21st km. Nat. Road, Athens – Lamia

14568 Athens, GREECE.

Tel.: +30 210 8161802

Faks.: +30 210 8161587.