Pharmed
CHELIDONIUM HOMAKKORD 30ML DAMLA
XELİDONİUM-HOMAKKORD N, oral damcı
XELİDONİUM-HOMAKKORD N tərkibi
Təsiredici maddələr: 100 q preparatın tərkibində vardır: Chelidonium majus D10 0,6 q; Chelidonium majus D30 0,6 q; Chelidonium majus D200 0,6 q; Atropa bella-donna D10 0,3 q; Atropa bella-donna D30 0,3 q; Atropa bella-donna D200 0,3 q; Atropa bella-donna D1000 0,3 q.
İstifadəsinə göstərişlər
Xolangit, xolesistit, öd sancıları, kəskin və xronik hepatit, obstruktiv sarılıq, qaraciyərin zədələnməsi (parenximanın zədələnməsi); ürək aritmiyası zamanı əlavə terapiya kimi.
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
XELİDONİUM-HOMAKKORD N istifadə qaydası və dozası
Adi hallarda gündə 3 dəfə 10 damcı daxilə qəbul edilir. Kəskin pozulmalarda əvvəlcə hər 15 dəqiqədən bir 10 damcı (2 saata qədər davam edən müddətdə). Bu preparatın uzunmüddətli qəbulu (bir neçə ay ərzində) terapevt tərəfindən nəzarətdə olmalıdır.