Pharmed
CATAXOL 15ML DAMLA
KATAKSOL, 0,015% göz damcısı
KATAKSOL tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,15 mq natrium azapentasen polisulfonat vardır.
İstifadəsinə göstərişlər
- Qocalıq kataraktası; - travmatik katarakta; - anadangəlmə katarakta; - ikincili katarakta.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya Hamilə qadınlarda azapentasenin göz damcısı formasında istifadəsinə aid məlumatlar yoxdur və ya məhduddur. İnsanda dərman vasitəsinin göz damcısı dərman formasında istifadəsi zamanı azapentasenin və ya onun metabolitlərinin ana südünə keçməsi məlum deyil. Ana südü ilə qidalanan uşaq üçün risk istisna edilməyə bilməz. Hamiləlik və laktasiya dövründə Kataksolun istifadəsi üzrə nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır, bu səbəbə görə bu kateqoriyalı pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Fertillik Azapentasenin göz damcısı formasında fertilliyə təsirini öyrənən tədqiqatlar aparılmamışdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Kataksol nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir edir. Preparatın istifadəsi zamanı görmə itiliyinin müvəqqəti pozulması və ya digər görmə pozuntuları yarana bilər ki, bu da avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir edə bilər; belə hallarda pasiyentlər görmə tam bərpa olana qədər nəqliyyat və mexanizmləri idarə etməməlidirlər.
KATAKSOL istifadə qaydası və dozası
Dozalanması Məsləhət görülən doza zədələnmiş gözün (gözlərin) konyunktival kisəsinə sutkada 3-5 dəfə 2 damcı təşkil edir. Dərman vasitəsinin sistem absorsiyanın və sistem effektlərin inkişafı riskinin azalması məqsədilə məhlulun instillyasiyasından sonra göz qapaqlarını bağlamaq və gözün daxili küncündə göza yaşı kisəsinə barmaqla basmaq lazımdır. Uşaqlar Preparatın uşaqlarda istifadəsi üzrə kifayət qədər təcrübə yoxdur. Kataksolun uşaqlarda istifadəsi o zaman mümkündür ki, gözlənilən terapevtik effekt əlavə təsirlərin inişafının potensial riskindən üstün olsun.
İstifadə qaydası Preparat oftalmologiyada, yalnız yerli istifadə üçün nəzərdə tutulub. Flakonun möhtəviyyatının və damcısalanın mikroorqanizmlərlə kontaminasiyasının qarşısını almaq məqsədilə damcısalanın ucunun gözlərlə və ətraf toxumalarla, eləcə də digər səthlərlə kontaktından çəkinmək lazımdır. Kataksolun yerli istifadə üçün digər oftalmoloji preparatlarla kombinasiyada istifadəsi vacib olduqda, instillyasiya arasındakı interval 5 dəqiqədən az olmamalıdır. Göz məlhəmlərini ən sonda istifadə etmək lazımdır.