PharmEd

Herba Flora

BRONXONAT ŞƏRBƏT 100 ML

BRONXONAT 


Bronxonat Tərkibi (100 ml):

 


Dərman gülxətmisi (Althaea officinalis root liquid extract) kökünün duru ekstraktı – 11,5
ml; İri bağayarpağı (Plantago major leaf liquid extract) yarpağının duru ekstraktı – 11,5
ml; Adi cirə (Anisum vulgare fruit distillate) meyvəsinin distillatı – 9,2 ml; Ürəkvari cökə
(Tilia cordata flower liquid extract) çiçəyinin  duru ekstraktı – 6,9 ml; Meşə əməköməcisi
(Malva sylvestris herb liquid extract) otunun duru ekstraktı – 6,9 ml. 
 
Köməkçi maddələr: distilled water, sucrose, citric acid (E330), pectin (E440), sodium
benzoate (E211), glycerin (E422).  
 


Bronxonat İstifadə qaydası:  


4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə
yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə
etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. 
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.
 


Əks-göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi
həssaslıq.


 
Saxlanılması:

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə
saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə
müddəti qurtarmış şərbətdən istifadə etməyin.
 


Yararlılıq müddəti: 3 il.

 

Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton
qablaşdırmada.
 
Reseptsiz buraxılır.


Dərman vasitəsi deyil.


Bioloji aktiv qida məhsuludur.
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə
məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
 
ГОСТ 28499-2014 üzrə istehsal olunur. 
 
İstehsalçı: “Herba Flora” MMC  
Azərbaycan Respublikası, Abşeron rayonu, 
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com
info@herba-flora.com