Pharmed
BIYAN 40MG 100ML SRP KORNYA SOLODKI
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BİYAN ŞƏRBƏTİ
LICORICE SYRUP
Tərkibi
Təsiredici maddə: biyan kökünün qatı ekstraktı 4 q.
Köməkçi maddələr: şəkər şirəsi (saxaroza, su), 90%-li etil spirti.
Təsviri
Xüsusi iyi olan, qəhvəyi rəngli qatı mayedir.
Farmakoterapevtik qrupu
Bitki mənşəli bəlğəmgətirici vasitə
ATC kodu: R05CA
Farmakoloji xüsusiyyətləri
Preparat bəlğəmgətirici təsir göstərir. Bu, ilk növbədə tərkibindəki yuxarı tənəffüs yollarının
selikli qişasının sekretor funksiyasını gücləndirən qlisirrizin ilə əlaqədardır.
İstifadəsinə göstərişlər
Böyüklərdə və uşaqlarda yuxarı tənəffüs yollarının əsasən çətin xaric olunan qatı sekretli
öskürək ilə müşayiət olunan (xüsusən uşaqlarda və yaşlı insanlarda) xəstəliklərində
bəlğəmgətirici vasitə kimi istifadə edilir.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, saxaraza-izomaltaza çatışmazlığı,
fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası, hamiləlik, laktasiya dövrü,
bronxial astma, qastritlər, mədə və 12- barmaq bağırsağın xora xəstəliyi (kəskinləşmə dövründə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla: qaraciyər xəstəlikləri, alkoqolizm, kəllə-beyin travması, baş beyinin xəstəlikləri,
şəkərli diabet, uşaqlar.
Şəkərli diabeti olan xəstələr üçün məlumat: preparatın 1 çay qaşığında 0,11 çörək vahidi (ÇV), 1
damcısında - 0,01 ÇV vardır.
Böyüklər üçün preparatın maksimal birdəfəlik dozasında 0,49 q , 2 yaşa qədər uşaqlar üçün –
0,006 q, 2-6 yaş uşaqlar üçün – 0,03 q, 6-12 yaş uşaqlar üçün – 0,14 q mütləq spirt vardır;
böyüklər üçün maksimal sutkalıq dozasında 1,48 q, 2 yaşa qədər uşaqlar üçün – 0,02 q, 2-6 yaş
uşaqlar üçün – 0,08 q, 6-12 yaş uşaqlar üçün – 0,42 q mütləq spirt vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı bronx-ağciyər xəstəliklərinin müalicəsində istifadə edilən digər preparatlarla birlikdə
təyin etmək mümkündür.
Tərkibində kodein olan və digər öskürəkəleyhinə dərman vasitələri ilə birlikdə istifadə etmək
məsləhət görülmür, çünki bu durulaşdırılmış bəlğəmin xaric olunmasını çətinləşdirir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinəə tesiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə əvvəlcədən ½ stəkan suda həll olunmuş 1
çay qaşığı şərbət.
2 yaşa qədər uşaqlar: gündə 3 dəfə 1-2 damcı (əvvəlcədən 1 çay qaşığı suda həll olunmuş).
2-6 yaşlı uşaqlar: gündə 3 dəfə 2-10 damcı (əvvəlcədən 1 çay qaşığı suda həll olunmuş).
6-12 yaşlı uşaqlar: gündə 3 dəfə 50 damcı (əvvəlcədən ½ stəkan suda həll olunmuş).
Müalicə kursu – 7-10 gün. Təkrar müalicə kursunu həkim təyin edir.
Çətin xaric olunan bəlğəm olduqda bunu yüngülləşdirmək üçün çoxlu miqdarda ilıq mayenin
qəbulu məsləhət görülür.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür; tək-tək hallarda dispepsik əlamətlər (diareya) müşahidə oluna
bilər. Yüksək dozalarda uzunmüddətli istifadə etdikdə hipokaliemiya, arterial təzyiqin
yüksəlməsi, su-duz mübadiləsinin pozulması nəticəsində periferik ödemlərin əmələ gəlməsi
mümkündür.
Doza həddinin aşılması
Tövsiyə olunduğundan yüksək dozalarda istifadə etdikdə dozadan-asılı əlavə təsirlərin
güclənməsi mümkündür. Müalicəsi : simptomatik müalicə aparılır.
Buraxılış forması
100 ml şərbət, narıncı şüşə flakonda. 1flakon dərman vasitəsinin dozalanması üçün plastmas
qaşıqla birlikdə karton qutuya qablaşdırılır. İstifadəsi üzrə təlimatın tam mətni karton qutunun
üzərində təsvir edilir. Qrup qablaşdırmada qutusuz flakonlarla birlikdə eyni sayda təlimatlar
yerləşdirilir.
Saxlanma şəraiti
5-25º C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Yaroslavl əczaçılıq fabrikası” QSC
Rusiya Federasiyası, 150030, Yaroslavl şəh., 1-ci Putevaya küç., 5
Tel.:/Faks: (4852) 44 -38 -56.