Wörwag Pharma
BISOGAMMA 10MG N30 TB
BİSOQAMMA
BİSOQAMMA Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq bisoprolol fumarat vardır.
Köməkçi maddələr: krospolividon, qarğıdalı nişastası, mikrokristallik sellüloza, kolloidal
silisium dioksid, maqnezium stearat, makroqol 600, polisorbat 20, titan di-
oksid, kalsium karbonat, talk, sarı dəmir oksidi (III) (E 172), hipromelloza
(HPMS 5), hipromelloza (HPMS 50).
İstifadəsinə göstərişlər
Arterial hipertenziya, stenokardiya tutmalarının profilaktikası.
Əks göstərişlər
• Klinik olaraq aydın nəzərə çarpan ürək çatışmazlığı.
• Kardiogen şok.
• II və III dərəcəli atrioventrikulyar blokada.
• Sinus düyününün zəifliyi sindromu.
• Sinoatrial blokada.
• Aydın nəzərə çarpan bradikardiya.
• Atrerial hipotenziya (sistolik təzyiqin 90 mm.c.süt.-dan aşağı olması).
• Metabolik asidoz.
• Bronxospazma meyillik (bronxial astma, tənəffüs yollarının obstruktiv xəstəlikləri).
• Periferik qan dövranı pozğunluğunun gecikmiş mərhələləri.
• MAO inhibitorları ilə birlikdə istifadə (MAO-B inhibitorları istisna olmaqla).
• β-adrenoblokatorlara və preparatın digər komponentərinə qarşı yüksək həssaslıq.
• Prinsmetal stenokardiyası.
• Yaşın 18-dən az olması.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bisoqamma hamiləlik dövründə ona xüsusi ehtiyyac olmadıqda məsləhət görülmür. Hamilə
qadınlarda bisoprololun istifadəsi haqqında məlumatlar yoxdur. Hamiləlik zamanı preparat yalnız o
halda istifadə oluna bilər ki, onun ana üçün faydası döl üçün potensial riskdən yüksək olsun. Belə
ki, yenidoğulmuşda bradikardiya, arterial hipotenziya, hipoqlikemiya və tənəffüsün pozulması
(neonatal asfiksiya) riski mövcud olduğundan, doğuşa 48-72 saat qalmış bisoprololla müalicə
dayandırılmalıdır. Əgər bunu etmək mümkün olmazsa, yenidoğulmuş doğuşdan sonra 48-72 saat
ərzində ciddi nəzarət altında olmalıdır. Bisoprololun ana südü ilə xaric olması öyrənilməmişdir, ona
görə də ana südü ilə qidalandırmanın dayandırılması vacibdir.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi
Bisoqamma tabletlərini uşaqlara və yeniyetmələrə təyin etmək məsləhət görülmür, çünki bu yaş
qrupuna aid klinik təcrübələr yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Həkimin müntəzəm baxışı vacibdir. Bəzi hallarda preparat avtonəqliyyatı idarəetmə və təhlükəsizlik
amillərini nəzərə almaqla mexanizmlərlə lazımı qaydada işləmə qabiliyyətinə təsir edə bilər.
Müalicənin başlanğıcında – doza artırılarkən, digər vasitələrdən istifadə edilərkən və ya alkoqol
qəbul edərkən xüsusi diqqət yetirilməlidir.
BİSOQAMMA İstifadə qaydası və dozası
Preparatın dozası əvvəlcə az olmalı və tədricən artırılmalıdır. Hər bir halda müalicənin effekti və
nəbzin göstəriciləri nəzərə alınmaqla preparat fərdi qaydada təyin olunmalıdır. Tablet səhərlər
acqarına və ya səhər yeməyi zamanı çeynənilmədən və kifayət qədər su ilə qəbul edilməlidir.
Arterial hipertenziyalarda
Başlanğıc doza gündə 5 mq təşkil edir. Zərif nəzərə çarpan arterial hipertenziyalarda (ÜST
təsnifatına görə I dərəcəli; diastolik təzyiq 105 mm.c.süt.-na qədər) 2,5 mq (5mq-dan ½ tablet) da
kifayət edə bilər. Lazım olan hallarda sutkalıq doza 10 mq-a qədər artırıla bilər. Dozanın növbəti
artırılmasına istisna hallarda və həkim nəzarəti altında icazə verilir. Maksimal doza 20 mq təşkil
edir.
Gərginlik stenokardiyası
Gündə 5 mq təyin edilir. Lazım olan hallarda doza gündə 10 mq-a qədər artırıla bilər. Dozanın
növbəti artırılmasına istisna hallarda və həkim nəzarəti altında icazə verilir.
Qaraciyər və böyrək çatışmazlığı zamanı dozaların seçilməsi
Zəif və cüzi nəzərə çarpan qaraciyər və ya böyrək çatışmazlığında və ya böyrək xəstəliklərində
dozanın yenidən seçilməsinə bir qayda olaraq ehtiyac olmur. Böyrəklərin funksiyasının aydın
nəzərə çarpan çatışmazlığında (kreatinin klirensi 20 ml/dəq-dən az olduqda) və qaraciyərin ağır
zədələnmələri olan xəstələrdə sutkalıq doza 10 mq-dan çox olmamalıdır. Müalicənin davametmə
müddəti zamanla məhdudlaşmayıb xəstəliyin növü və ağırlığından asılıdır. Gərginlik
stenokardiyasının müalicəsində preparatı qəflətən dayandırmaq məsləhət görülmür, onun dozasını
tədricən (7-10 gün ərzində) azaltmaq lazımdır, belə ki, preparatın qəbulunun qəflətən
dayandırılması xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər.