Pharmed
BISAKODIL 10MG N10 SAM (MOLDOVA)
BİSAKODİL
Beynəlxalq patentləşdirilməmiş adı: Bisacodyl
BİSAKODİL Tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 10 mq bisakodil vardır. Köməkçi maddələr: bərk yağ
Farmakoterapevtik qrupu
Kontakt işlədici preparat.
ATC kodu: А06АВ02.
Farmakoloji xüsusiyyətləri
İşlədici və qazqovucu təsir göstərir.
Farmakodinamikası :Təsir mexanizmi yoğun bağırsağın selikli qişasında sinir uclarını birbaşa stimullaşdırması ilə əlaqədardır. Yoğun bağırsaqda selik ifrazını artırır, peristaltikanı sürətləndirir və gücləndirir. Bisakodil bağırsağın qələvili möhtəviyyatının təsirindən parçalanır.
Farmakokinetikası: Bisakodil yoğun bağırsaqda absorbsiya olunmur, uşaqlıq əzələsinin yığılma qabiliyyətini gücləndirmir və ana südünə nüfuz etmir. Tez bir zamanda təsir göstərir, defekasiya aktı 15-60 dəqiqə sonra baş verir.
İstifadəsinə göstərişlər
Yoğun bağırsağın hipotoniyası və zəif peristaltikası nəticəsində yaranan qəbizliklər (xüsusilə yaşlı adamlarda; cərrahi əməliyyatdan sonra, doğuşdan sonra, dietanın dəyişilməsindən sonra baş verən qəbizliklər). Babasil, proktit, anal çatlar zamanı nəcisin tənzimlənməsi. Yoğun bağırsağın alətlərlə aparılan müayinəyə və rentgenoloji müayinəyə hazırlanması; cərrahi əməliyyatdan əvvəl və sonra.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməzliyi, sıxılmış yırtıq, qarın boşluğu orqanlarının kəskin iltihabi xəstəlikləri, qarında mənşəyi məlum olmayan ağrılar, peritonit, MBT-dan qanaxmalar, sistit, kəskin proktit, kəskin babasil, südəmər yaş dövrü (1 yaşa qədər)
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamiləlik və laktasiya dövründə, həmçinin, qaraciyər və/və ya böyrək çatışmazlığı olan pasientlərə ehtiyatla təyin olunmalıdır. Preparatda istifadə zamanı, nəcis kütləsinin normal konsistensiyasını təmin etmək üçün çoxlu miqdarda maye qəbul etmək lazımdır. Əgər bisakodildən istifadə zamanı yoğun bağırsaqdan qanaxma baş verərsə preparatdan istifadə dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ehtiyatla istifadə olunmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir
BİSAKODİL İstifadə qaydası və dozası
Rektal yolla istifadə olunur. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara – gündə 10-20 mq bisakodil (1-2 suppozitoriya); 8-14 yaşlı uşaqlara – gündə 10 mq (1 suppozitoriya0, 2-7 yaşlı uşaqlara – gündə 5 mq (1/2 suppozitoriya). Cərrahi müdaxiləyə və diaqnostik müayinəyə hazırlıq zamanı – səhər və axşam -10 mq (1 suppozitoriya).
Əlavə təsirləri
Bağırsaq sancısı, diareya (hansı ki, dehidratasiyaya, su-elektrolit mübadiləsinin pozulmasına, əzələ zəifliyinin inkişafına, qıcolmaya, arterial təzyiqin aşağı düşməsinə, allergik reaksiyalara səbəb ola bilər).
Doza həddinin azalması
Əlamətləri: çoxlu miqdarda maye və elektrolit itkisi (əzələ zəifliyi, qıcolmalar) ilə diareya. Müalicəsi: simptomatik.
Buraxılış forması
5 suppozitoriya, polivinilxlorid blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.