Pharmed
BILOBIL FORTE 80MG N20 CAP
BİLOBİL FORTE
BİLOBİL FORTE Tərkibi
Təsiredici maddə: hər bərk kapsulda Ginkgo biloba L. yarpaqların (Ginkqo yarpaqları) ibarət (35 -
67 : 1) 80 mq ekstraktı vardır (quru, təmizlənmiş və standartlaşdırılmış şəkildə),
hansı ki:
- 17,6-21,6 mq flavonoidlər, flavon qlikozidlər şəklində;
- 2,24-2,72 mq A, B, C qinkqolidlər;
- 2,08-2,56 mq bilobalidə uyğundur.
Ekstraksiya üçün həlledici: aseton 60 % (m/m).
Köməkçi (texnoloji) komponent: duru, tozlandırma ilə qurudulmuş qlükoza.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, talk, susuz kolloidal silisium dioksid,
maqnezium stearat.
Kapsulun örtüyü: qara dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172), titan dioksdi (E171),
azorubin (E122), jelatin.
Farmakoterapevtik qrupu
Psixoanaleptiklər. Demensiyanın müalicəsi üçün preparatlar.
ATC kodu: N06DX02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Bitki mənşəli Bilobil forte preparatı orqanizmin, xüsusən baş beyin toxumalarının hipoksiyaya
qarşı müqavimətini yüksəldir, baş beynin travmatik və ya toksiki ödeminin inkişaf etməsini
tormozlayır, beyin və periferik qan dövranını yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərini
yaxşılaşdırır. Damar divarına dozadanasılı tənzimləyici təsir göstərir, kiçir arteriyaları
genişləndirir, venaların tonusunu yüksəldir. Sərbəst radikalların əmələ gəlməsinin və hüceyrə
mümbranı lipidlərinin peroksid oksidləşməsinin qarşısını alır. Neyromediatorların (norepinefrinin,
dofaminin, asetilxolinin) azad olunmasını, təkrar tutulmasını və katabolizmini və onların
reseptorlar ilə birləşmə qabiliyyətini normallaşdırır. Orqan və toxumalarda maddələr mübadiləsini
yaxşılaşdırır, hüceyrələrdə makroerqlərin toplanmasına, oksigen və qlükozanın utilizasiyasının
artmasına, mərkəzi sinir sistemində mediator proseslərin normallaşmasına səbəb olur.
Farmakokinetikası:
İnsan beyin toxumalarında Qinkqo yarpaqlarının kəmiyyət olaraq təyin olunmuş quru ekstraktının
bioloji movcudluğu, farmako-EEQ istifadə edərək ölçülən, ekstraktın beynin elektrik fəaliyyətinə
dozadan asılı təsiri ilə müəyyən edilmişdir.
İnsanlarda Qinkqo yarpaqlarının 80 mq quru ekstraktının oral qəbulundan sonra qinkqolid A üçün
98%, qinkqolid B üçün 79% və bilobalid üçün 71% yüksək mütləq biomənimsəmə aşkar
edilmişdir. Qinkqolid A, qinkqolid B və bilobalidin maksimum plazma konsentrasiyaları müvafiq
olaraq 15 nq/ml, 4 nq/ml və təxminən 12 nq/ml təşkil edirdi. Yarımparçalanma müddəti 3,9 saat
(qinkqolid A), 7 saat (qinkqolid B) və 3,2 saat (bilobalid) təşkil edirdi.
Qinkqolid A-nın insan qan plazma zülallarına bağlanma nisbəti 43%, qinkqolid B – 47% və
bilobalid – 67% idi.
Siçovullarda 14C nişanlanmış ginkqo yarpaqlarının quru ekstraktının oral tətbiqindən sonra
sorulma nisbəti 60% idi. Maksimum plazma konsentrasiyası 1,5 saatdan sonra müşahidə edildi və
yarım xaricolma 4,5 saat təşkil edirdi. 12 saatdan sonra plazma konsentrasiyasında ikinci artım
enterohepatik dövranını göstərir.
İstifadəsinə göstərişlər
- Diqqətin azalması, yaddaşın zəifləməsi, intellektual qabiliyyətin azalması, yuxunun
pozulması ilə müşayiət olunan müxtəlif etiologiyalı dissirkulyator ensefalopatiya (insult,
kəllə-beyin travması nəticəsində, yaşlılarda inkişaf edən);
- periferik qan dövranının və mikrosirkulyasiyanın pozulması (o cüm. aşağı ətrafların
arteriopatiyası, növbələnən ağsaqlıq), Reyno sindromu;
- neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy, hipoakuziya);
- sarı ləkənin qocalıq degenerasiyası;
- diabetik retinopatiya.
Əks göstərişlər
Qinkqo ekstraktına və ya dərman vasitəsinin digər komponentlərinə qarşı yüksək həssaslıq.
Hamiləlik.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bilobil forte kapsullarının qəbuluna başlamadan əvvəl əmin olmaq lazımdır ki, “İstifadəsinə
göstərişlər” bəndində təqdim olunmuş simptomlar spesifik müalicə tələb olunan, digər əsas
xəstəliyin əlamətləri deyildir. Dərmanı istifadə edərkən simptomlar kəskinləşirsə, həkiminizə və
ya eczaçıya müraciət etməyiniz tövsiyə edilir.
Hiperhəssaslıq reaksiyaları yaranan zaman kapsulların qəbulunu dayandırmaq lazımdır.
18 yaşdan kiçik uşaqların Bilobil forte qəbul etməsi tövsiyə olunmur, çünki bu kateqoriya
xəstələrdə istifadəsinin təhlükəsizliyi barədə məlumatlar məhduddur.
Cərrahi müdaxilədən əvvəl Bilobil forte kapsul qəbul etməniz barədə həkimə məlumat
verməlisiniz. Ehtiyat tədbiri olaraq Bilobil fortenin qəbulu planlaşdırılmış əməliyyatdan 3-4 gün
əvvəl dayandırılmalıdır.
Spontan qanaxmalara (hemorragik diatez) meyilli xəstələr və qanın laxtalanmasının profilaktikası
üçün preparatlar (antikoaqulyant və ya antiaqreqant terapiya) qəbul edən xəstələr Bilobil forte
kapsulları ilə müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.
Epilepsiya xəstələrində Qinkqo preparatlarının qəbulu nəticəsində daha çox tutmaların baş
verməsi istisna edilə bilməz.
Bilobil fortenin efavirenz ilə birgə istifadə edilməsi tövsiyə edilmir.
Qanda qlükozanın səviyyəsini azaldan preparatlar, həmçinin hipotenziv dərman vasitələri qəbul
edən xəstələr Bilobil forte ilə müalicədən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Preparatın bəzi inqrediyentləri barədə xüusi məlumat
Bilobil forte preparatının tərkibində laktoza və qlükoza vardır. Nadir irsi qalaktoza
dözümsüzlüyünün pozulması, laktoza çatışmazlığı və qlükoza-qalaktoza sorulmasının pozulması
olan xəstələr bu dərman preparatını qəbul etməməlidirlər.
Bilobil forte preparatının tərkibində azorubin rəngləyicisi (E122) vardır, və bu allergik reaksiyalar
yarada bilər.
Bilobilin qida və içkilərlə qəbulu:
Siz Bilobil forte kapsullarını qida qəbulundan asılı olmadan qəbul edə bilərsiniz. Hal-hazırda qida
və ya içkilərin qinkqonun təsirinə hər hansısa bir təsiri barədə məlumat alınmamıdşır.
Kapsulların alkoqollu içkilərlə birlikdə qəbul edilməsi tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu dərman vasitəsinin antikoaqulyantlarla (fenprokumon, varfarin kimi) və ya antitrombotik
vasitələrlə (klopidoqrel, asetilsalisil turşusu və həmçinin qeyri-steroidli iltihabəleyhinə dərman
vasitələri) eyni vaxtda istifadəsi ilə bu dərmanların təsirinin gücləndirilməsi istisna edilə bilməz.
Varfarinlə aparılan mövcud tədqiqatlar, varfarin və Qinkqo biloba dərmanları arasında qarşılıqlı
təsir olduğunu göstərmir. Buna baxmayaraq, müalicənin başlanğıcında, dozanı dəyişdirərkən,
Bilobil forte ilə müalicəni dayandırarkən və Qinkqo biloba tərkibli başqa bir dərmana keçərkən
uyğun bir monitorinq aparmaq tövsiyə olunur.
Talinolol ilə qarşılıqlı tədqiqat göstərir ki, Qinkqo biloba bağırsaq səviyyəsində P-qlikoproteinin
inhibə olunmasına səbəb ola bilər. Bu, dabiqatran eteksilat kimi bağırsaqdakı P-qlikoproteyinə
əhəmiyyətli dərəcədə təsir edən dərmanların təsirinin artmasına səbəb ola bilər. Bilobil forte adlı
dərman vasitəsi və dabiqatranın birlikdə istifadəsi ehtiyatlılıq tələb edir.
Qarşılıqlı təsirlərə dair tədqiqatlardan birində Qinkqo bilobanın təsiri altında nifedipinin Cmax
göstəricisinin artmasının mümkün olduğunu müəyyən edildi. Bəzi insanlarda artım 100%-ə qədər
müşahidə edildi, bu da başgicəllənmənin inkişafına və yığılmaların artmasına səbəb oldu.
Bilobil forte və efavirenzin eyni vaxtda qəbulu tövsiyə edilmir; CYP3A4 induksiyası nəticəsində
efavirenzin konsentrasiyasını plazmada azaltmaq mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər-hansı dərman vasitəsinin qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Heyvanlar
üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyə aid hər-hansı birbaşa və ya dolayı zərərli
təsirini aşkar etməmişdir.
Hamiləlik:
Ginkqo biloba ekstraktı trombositlərin birləşmə qabiliyyətinə mane ola bilər. Qanaxmaya
meyillilik arta bilər. Heyvanlar üzərində tədqiqatlar reproduktiv toksikliyi müəyyən etmək üçün
kifayət deyil. Hamiləlik dövründə istifadəsi əks göstərişdir.
Laktasiya dövrü:
Ginkqo biloba metabolitlərinin ana südü ilə xaric olub olmadığı məlum deyil və yeni
doğulmuşlar/körpələr üçün risk istisna edilmir. Ana südü ilə qidalandırma zamanı istifadəsinin
təhlükəsizliyinə dair məlumatlar məhdud olduğundan, dərmanı laktasiya dövründə istifadə etmək
tövsiyə edilmir.
Fertillik:
Qinkqo bilobanın məhsuldarlığa təsirlərini qiymətləndirmək üçün insanlar üzərində aparılan
tədqiqatlar olmamışdır. Dişi siçanlar üzərində aparılan tədqiqatlarda məhsuldarlığa təsir müəyyən
edilmişdi.
Nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın avtomobil və ya digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumatlar
yoxdur.
BİLOBİL FORTE İstifadə qaydası və dozası
Daxilə, Kapsulları qida qəbulundan asılı olmayaraq, bütöv, müəyyən qədər su ilə içərək udmaq
lazımdır.
Müxtəlif etiologiyalı dissirkulyator ensefalopatiya: 1 kapsul olmaqla gündə 2-3 dəfə.
Periferik qan dövranının və mikrosirkulyasiyanın pozulması (həmçinin, aşağı ətrafların
arteriopatiyası), Reyno sindromu: Böyüklər 1 kapsul olmaqla gündə 2 dəfə (səhər və axşam)
Neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy, hipoakuziya); sarı ləkənin qocalıq
degenerasiyası; diabetik retinopatiya: Böyüklər 1 kapsul olmaqla gündə 2 dəfə (səhər vəaxşam).
Yaxşılaşmanın ilk göstəriciləri adətən 1 aydan sonra yaranır. Müalicə kursu 3 aydan az
olmamalıdır (xüsusən yaşlı xəstələr üçün). Təkrar müalicə kursu yalnız həkim konsultasiyasından
sonra aparıla bilər.
3 aydan sonra simptomatik yaxşılaşma olmadıqda və ya patoloji əlamətlər daha da pisləşirsə,
həkim müalicənin davam etdirilməsinə zəmanət verildiyini yoxlamalıdır.
Əlavə təsirləri
Digər dərman vasitələri kimi, Bilobil forte ayrı-ayrı hallarda arzuolunmayan təsirlər törədə bilər.
Çox nadir hallarda (<1/10):
- baş ağrısı;
Bəzən (≥ 1/100 <1/10)
- ürəkbulanma
- ishal, qarında ağrı, ürəkbulanma, qusma
Тezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirilə bilməz)
- bəzi orqanlarda qanaxma (göz, burun, serebral, mədə-bağırsaq qanaxmaları)
- anafilaktik şok da daxil olmaqla, hiperhəssaslıq reaksiyaları
- dəri-allergik reaksiyaları (eritrema, ödem, qaşınma, səpgi)
Ağır əlavə təsirlər yarandıqda və ya bu istifadə üzrə təlimatda sadalanmayan təsirlər yarandığı
zaman, dərhal həkiminizə məlumat verin.
Doza həddinin aşılması
Bilobil forte dərman vasitəsinin doza həddinin aşılması barədə məlumat verilməmişdir. Qinkqo
yarpaqlarının standartlaşdırılmış quru ekstraktı ilə zəhərlənmə barədə hesabat əldə olunmamışdır.
Buraxılış forması
10 kapsul, blisterdə. 2 blister (20 kapsul) istifadə üzrə təlimat ilə birlikdə karton qutuya
qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.