Pharmed
BIFIDUMBAKTERIN 5 DOZ N10 FLK (GUR)
BİFİDUMBAKTERİN
Beynəlxalq patentləşdirilməmiş adı: Bifidumbacterin
BİFİDUMBAKTERİN Tərkibi
Təsiredici maddə: 1 ampulda 5 doza olmaqla, preparatın 1 dozasının tərkibində ən azı 107
canlı bifidobakteriya vardir.
Köməkçi maddələr: saxaroza, yağsızlaşdırılmış süd, jelatin.
Farmakoterapevtik qrup
Mikrob tərkibli preparat, normal bağırsaq mikroflorasının komponenti.
ATCkodu: A07FA
Farmakoloji xüsusiyyətləri
Bifidumbakterin- bağırsaq mikroflorasını normallaşdırır, immunomodulyator vasitədir. Bifidumbakterin
probiotikdir və tərkibində dondurulmuş qurudulmuş canlı antaqonist aktiv bifidobakteriyalar var.
Patogen və şərti patogen mikroorqanizmlərin geniş spektrinə qarşı antaqonistliyi müəyyən olunur; həzm
prosesini və mədə-bağırsaq funksiyasını aktivləşdirir, mübadilə proseslərini, qeyri-spesifik rezistentliyini yüksəldir.
İstifadəsinə göstərişlər
Bifidumbakterin mədə-bağırsaq traktının mikrobiosenozunu nomallaşdırmaq üçün qəbul olunur (bağırsaq mikroflorasıının korreksiyası), orqanizmin qeyri-spesifik müqavimətini artırır, həzm sisteminin
funksional fəaliyyətin stimullaşdırır, xəstəxanadaxili infeksiyaların profilaktikası üçün doğum evlərində
və xəstəxanalarda detoksifikasiya xüsusiyyətinə malikdir. Uşaq və böyüklərə aşağıdakı halların
müalicəsi üçün təyin edilir.
- disbakteriozların müalicəsi üçün, o cümlədən antibiotiklərlə, hormonlarla müalicə zamanı, şüa
terapiyası və kimyaterapiya aparılan zaman, stresslərdə müalicə zamanı profilaktika üçün;
- kəskin bağırsaq infeksiyalarının, o cümlədən müəyyən edilməmiş etiologiyalı;
- xroniki qəbizliyin;
- malabsorbsiya sindromlarının;
- disbakteriozlarla müşayiət olunan allergik xəstəliklərin;
- KRVİ xətəliyindən əziyyət çəkən uşaq və böyüklərdə disbakteriozun profilaktikası üçün;
- südəmər uşaqların erkən dövrdə süni qidalanmaya və ya donor südü ilə qidalanmaya keçirilməsi
zamanı.
Əks göstərişlər
Preparata əks göstərişlər müəyyən edilməmişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Laktaza çatışmazlığı olan uşaqlarda ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadə
Məhdudiyyət yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
BİFİDUMBAKTERİN İstifadə qaydası və dozası
Daxilə qəbul edilir, preparat qəbuldan qabaq yemeyin maye hissəsi ilə qarışdırılır və yemekdən qabaq
qəbul edilir. Preparatı 30-50 ml qaynadılmış otaq temperaturuna malik suda həll edib içmək lazımdır.
Körpələrə qidalanma vaxtı ana südü ilə qarışdırılıb verilir.
Bifidumbakterin dizbakteriozun profilaktikası üçün 6 aylığa qədər körpələrə gündə 1-2 dəfə 2,5 doza, 6
aylıqdan 3 yaşa qədər gündə 1-2 dəfə 5 doza, 3 yaşdan yuxarı uşaqlara və böyüklərə gündə 1-2 dəfə 10
dozada təyin edilir. Profilaktik kurs ildə 2-3 dəfə olmaqla 2-3 həftə təyin edilir.
Müalicə üçün bifidumbakterin 6 aylığa qədər körpələrə gündə 2-6 dəfə 2,5 doza, 6 aylıqdan 7 yaşa
qədər uşaqlara gündə 3-5 dəfə 5 doza, 7 yaşdan böyük uşaqlara və böyüklərə gündə 3-4 dəfə 10 dozada
təyin edilir. Müalicə kursu xəstəliyin ağırlığına görə 5 gündən 15 günə qədər təyin edilir. Müalicə kursu
3-4 həftə təşkil edir. Lazım gələrsə malicə kursunu 2-3 dəfə təkrar etmək olar. Hər kurs əvvəlki kursun
bitməsindən 1 ay sonra təkrarlana bilər.
Əlavə təsirləri
Müəyyən edilməmişdir.
Buraxılış forması
5 doza, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.