PharmEd

Pharmed

BIFEKT 5/10MG N30 TB

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “____”________________ 2021-ci il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BİFEKT tabletlər
BIFEKT
Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Lisinopril
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq amlodipinə ekvivalent miqdarda amlodipin
 bezilat, 10 mq susuz lizinoprilə ekvivalent miqdarda lizinopril 
 dihidrat vardır.
Köməkçi maddələr: susuz kalsium fosfat, mikrokristallik sellüloza, qarğıdalı nişastası, mannitol, 
 nişasta (quru şəkildə), təmizlənmiş talk, susuz kolloidal silisium dioksid, 
 maqnezium stearat.
Farmakoterapevtik qrupu 
Kombinəolunmuş hipotenziv dərman vasitəsi (angiotenzinçevirici fermentin inhibitoru + “ləng”
kalsium kanallarının blokatoru).
ATC kodu: C09BB03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Amlodipin
Amlodipin dihidropiridin törəməli kalsium antaqonisti (kalsium ionlarının antaqonisti və ya ləng 
kalsium kanallarının blokatoru) olub, kalsium ionlarının membranlardan damarların saya 
əzələlərinə və ürək əzələsinə keçməsini tormozlayır.
Eksperimental məlumatlar göstərir ki, amlodipin hər iki tərəfə – dihidropiridin və qeyri-
dihidropiridin tərəfə birləşir. 
Amlodipin periferik arterial vazodilatatordur (damargenişləndirici), birbaşa damarın saya 
əzələsinə təsir göstərərək periferik damar müqavimətini aşağı salır və qan təzyiqini azaldır.
Lizinopril
Lizinopril insanlarda və heyvanlarda angiotenzinçevirici fermentin (AÇF) inhibitorudur. AÇF 
peptidil dipeptidazadır və angiotenzin-I-in angiotenzin-II-yə çevrilməsinin katalizatorudur. 
Angiotenzin-II isə özlüyündə böyrəküstü vəzinin qabıq maddəsi tərəfindən aldosteronun ifraz 
olunmasını stimullaşdırır. Hipertenziya və ürək çatışmazlığı zamanı lizinoprilin müalicəvi təsiri 
renin-angiotezin-aldosteron sisteminin fəaliyyətini tormozlamaqdan ibarətdir. AÇF-in inhibə
olunması plazmada Angiotenzin-II-nin səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da 
vazopressor aktivliyin və aldosteron ifrazının azalmasına gətirib çıxarır.
Farmakokinetikası
Amlodipin

Müalicəvi dozada oral qəbuldan sonra amlodipinin pik konsentrasiyası 6-12 saat ərzində yaranır. 
Mütləq biomənimsənilməsi 64-90% təşkil edir. Amlodipinin biomənimsənilməsi qida qəbulundan 
asılı deyildir. Amlodipin geniş surətdə (90%) qaraciyər metabolizmi vasitəsilə qeyri-aktiv 
metabolitlərə çevrilir, başlanğıc maddənin 10%-i və metabolitlərin 60%-i sidiklə xaric olur. 
Plazmadan xaric olması iki fazalıdır və son yarımxaricolma dövrü 30-50 saata yaxındır. 
Amlodipinin stabil plazma səviyyəsi ardıcıl olaraq 7-8 gün istifadə edildikdən sonra yaranmışdır.
Böyrək çatışmazlığı amlodipinin farmakokinetikasına əhəmiyyətli təsir göstərmir.
Lizinopril
Böyük pasiyentlər: Lizinoprilin oral qəbulundan sonra onun pik plazma konsentrasiyası 7 saata 
yaxın vaxt ərzində yaranır. Lizinoprilin digər zərdab proteinləri ilə birləşməsi aşkar edilməmişdir. 
Lizinopril metabolizmə məruz qalmır və dəyişilməmiş şəkildə tamamilə sidiklə xaric olur. 
Lizinoprilin təqribən 25%-i absorbsiya olunur ki, o da sınaqların keçirildiyi bütün dozalarda (5-
80 mq) fərqdən asılı olaraq geniş miqyasda dəyişir (6-60%). Mədə-bağırsaq sistemində olan qida 
lizinoprilin absorbsiyasına təsir göstərmir. Lizinoprilin mütləq biomənimsənilməsi NYHA üzrə II-
IV sinif stabil durğun ürək çatışmazlığı olan pasiyentlərdə 16%-ə qədər azalmışdır və paylanma 
həcmi normal pasiyentlərdə olduğundan bir qədər az olmuşdur. Çoxdəfəli dozalarda lizinopril 12 
saatlıq effektiv yarımtoplanma dövrünə malik olmuşdur.
Böyrəklərin funksional çatışmazlığı lizinoprilin xaric olmasını aşağı salır, hansı ki, əsasən 
böyrəklər vasitəsilə xaric olur. Lakin bu azalma o zaman əhəmiyyət daşıyır ki, yumaqcıq 
filtrasiyasının sürəti 30 ml/dəq-dən az olsun. Yumaqcıq filtrasiyası bu sürətdən yuxarı olduqda 
yarımxaricolma dövrü az dəyişmişdir.
Pediatrik pasiyentlər: Lizinoprilin farmakokinetikası yumaqcıq filtrasiyasının sürəti 
>30 ml/dəq/1,73 m2
olan 6 yaşdan 16 yaşa qədər 29 pediatrik pasiyent üzərində öyrənilmişdir. 0,1-
0,2 mq/kq dozadan sonra lizinoprilin plazmada sabit pik konsentrasiyası 6 saata yaxın müddətdə
yaranmış və absorbsiya dərəcəsi 28%-ə yaxın olmuşdur.
Klinikayaqədər təhlükəsizliyi
Siçovullar üzərində aparılan tədqiqatlarda lizinoprilin hematoensefalik baryerdən pis keçdiyi 
müəyyən olunmuşdur. Siçovullar üzərində çoxdəfəli dozalarda istifadəsi lizinoprilin hər hansı 
toxumada toplanmasına səbəb olmamışdır.
İstifadəsinə göstərişlər
BİFEKT hipertenziyanın və essensial hipertenziyanın (kombinəolunmuş terapiyaya göstəriş olan 
xəstələrdə) müalicəsi üçün təyin olunur.
Əks göstərişlər
Amlodipinə və Lizinoprilə qarşı məlum yüksək həssaslığı olan pasiyentlərə, həmçinin əvvəllər 
angiotenzinçevirici fermentlərlə müalicə nəticəsində angioödem əmələ gələn pasiyentlərə və irsi 
və idiopatik angioödemi olan pasiyentlərə Amlodipin-Lizinopril kombinasiyasının təyin olunması 
əks göstərişdir.
Hamiləlik, laktasiya, kəskin hipotoniya, ürək infarktından sonrakı ürək çatışmazlığı (ilk 28 gün),
hemodinamik əhəmiyyətli aorta və ya mitral klapanın stenozu, kardiogen şok, miokard infarktı, 
qeyri-stabil stenokardiya (Prinsmetal stenokardiya istitna olmaqla).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Amlodipin
Amlodipinin damargenişləndirici təsiri tədricən meydana çıxdığından oral istifadə zamanı 
hipotenziyanın yaranması barədə nadir hallarda məlumat verilmişdir. Bununla belə, digər periferik 
vazodilatatorlarda (damargenişləndirici) olduğu kimi, xüsusilə aortanın ağır stenozu olan 
pasiyentlərdə Amlodipin ehtiyatla istifadə olunmalıdır.
Durğun ürək çatışmazlığı olan pasiyentlərdə istifadəsi: ümumiyyətlə, kalsium kanallarının 
blokatorları ürək çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.
β-Blokatorların ləğv edilməsi: Amlodipin β-blokator deyildir, ona görə də β-blokatorların qəflətən 
ləğv edilməsi nəticəsində yaranan təhlükəyə qarşı təsir göstərmir; bu cür ləğvetmə β-blokatorun 
dozasını tədricən azaltmaqla həyata keçirilməlidir.

Qaraciyər çatışmazlığı olan pasiyentlər: Amlodipin geniş şəkildə qaraciyərdə metabolizmə məruz 
qaldığından və qaraciyərin funksional çatışmazlığı olan pasiyentlərdə plazmadan xaricolma 
müddəti (t½) 56 saat olduğundan, qaraciyərin ağır zədələnməsi olan pasiyentlərdə Amlodipindən 
istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Lizinopril
Aortanın stenozu/hipertrofik kardiomiopatiya: bütün vazodilatatorlarda olduğu kimi, Amlodipin 
sol mədəciyin damar keçiriciliyində daralma olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.
Böyrəklərin funksional çatışmazlığı: renin-angiotezin-aldosteron sistemi inhibə edildiyindən 
həssas şəxslərdə böyrəklərin funksional vəziyyətində dəyişikliklər baş verə bilər.
Ağır durğun ürək çatışmazlığı olan və bununla əlaqədar olaraq, böyrəklərin funksiyaları renin-
angiotenzin-aldosteron sisteminin aktivliyindən asılı ola bilən pasiyentlərdə Lizinopril də daxil 
olmaqla, angiotenzinçevirici fermentin inhibitorları ilə müalicə oliquriya və/və ya inkişaf edən 
azotemiya ilə və nadir hallarda kəskin böyrək çatışmazlığı ilə və/və ya ölümlə nəticələnə bilər.
Birtərəfli və ya ikitərəfli böyrək arteriyalarının stenozu olan hipertenziyalı pasiyentlərdə qanda 
sidik cövhəri azotunun və zərdab kreatininin səviyyəsinin artması baş verə bilər.
Hipertenziyası, ürək çatışmazlığı və ya miokard infarktı olan pasiyentlərin qiymətləndirilməsi 
həmişə özündə böyrək funksiyasının müəyyən edilməsini ehtiva edir.
Hiperkaliemiya: klinik sınaqlar zamanı hipertenziyalı pasiyentlərin təqribən 2,2%-də və ürək 
çatışmazlığı olan pasiyentlərin 4,8%-də hipokaliemiya (zərdabda kaliumun səviyyəsi 5,7 mEQ/L-
dən çox) baş vermişdir. Hiperkaliemiyanın inkişafının risk faktorlarına böyrək çatışmazlığı, 
şəkərli diabet və kaliumtutucu diuretiklərin, kalium əlavələrinin və/və ya kalium tərkibli duzların
eyni zamanda istifadəsi aiddir ki, bunlar birlikdə, xüsusilə Lizinoprillə birlikdə ehtiyatla istifadə
olunmalıdır.
Hematoloji toksiklik: çox nadir hallarda neytropeniya, aqranulositoz, trombositopeniya, anemiya 
inkişaf edə bilər. Lizonorm kollagen damar xəstəliyi, immunosupressiv terapiya, allopurinol və
prokainamidlə müalicə alan xəstələrdə olduqca ehtiyatla istifadə edilməlidir. Bu xəstələrdən 
bəzilərində antibiotikoterapiyaya cavab verməyən ciddi infeksiya halları inkişaf edə bilər. 
Öskürək: endogen bradikininin deqradasiyasının inhibə olunması hesabına AÇF-in bütün 
inhibitorları ilə əlaqədar yaranan və həmişə müalicə dayandırıldıqdan sonra aradan qalxan davamlı 
quru öskürək barədə məlumat verilmişdir. AÇF-in inhibitorları tərəfindən törədilən öskürək 
öskürəyin differensial diaqnozu zamanı nəzərə alınmalıdır.
Cərrahiyyə/anesteziya: böyük cərrahi əməliyyata məruz qalmış pasiyentlərdə və hipotenziya 
törədən dərman vasitələri ilə aparılan anesteziya dövründə, Lizinopril reninin kompensator azad 
olması üçün angiotenzin-II-nin ikincili formalaşmasını blokada edə bilər.
Yaşlı xəstələrdə böyrək funksiyalarının pisləşməsi müşahidə olunarsa Lizinopril təyinində diqqətli 
olmaq lazımdır. 
Karsinogenlik, mutagenlik, fertilliyin pisləşməsi
Amlodipin və Lizinopril kombinasiyasına dair belə məlumat yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Amlodipin
İn vitro əldə edilmiş məlumatlar göstərir ki, Amlodipin insanın diqoksinlə, fenitoinlə, varfarinlə və
indometasinlə birləşmiş plazma proteinlərinə heç bir təsir göstərmir.
Digər dərman vasitələrinin Amlodipinə təsiri
Simetidin: Amlodipinlə birlikdə istifadəsi Amlodipinin farmakokinetikasını dəyişdirmir.
Qreypfrut şirəsi: 240 ml qreypfrut şirəsi ilə Amlodipinin 10 mq birdəfəlik oral dozasının 20 
könüllü sağlam insanlar üzərində istifadəsi zamanı qreypfrut şirəsinin Amlodipinin 
farmakokinetikasına heç bir əhəmiyyətli təsiri aşkar edilməmişdir.
Sildenafil: Sildenafilin 100 mq birdəfəlik dozası essensial hipertenziyası olan şəxslərdə
Amlodipinin farmakokinetik parametrlərinə heç bir təsir göstərməmişdir.
Amlodipinin digər dərman vasitələrinə təsiri
Atorvastatin: Amlodipinin 10 mq çoxdəfəli dozası ilə 80 mq atorvastatinin birlikdə istifadəsi 
zamanı atorvastatinin farmakokinetik parametrlərində heç bir əhəmiyyətli dəyişiklik müşahidə
olunmamışdır.

Diqoksin: Normal könüllülərdə Amlodipinlə diqoksinin birlikdə istifadəsi zamanı diqoksinin 
zərdabda səviyyəsi və ya böyrək klirensi dəyişilməmişdir.
Varfarin: Amlodipinlə varfarinin birlikdə istifadəsi zamanı varfarinin protrombin vaxtı 
dəyişməmişdir.
Lizinopril
Diuretiklərlə müalicə olunan hipotenziv pasiyentlər: diuretiklərlə müalicə olunan və xüsusilə
diuretiklə müalicəsi yaxın günlərdə başlamış pasiyentlərdə lizinoprillə müalicəyə başladıqdan 
sonra nadir hallarda qan təzyiqinin həddindən çox aşağı düşməsinə səbəb ola bilər. Lizinoprillə
diuretiklərin birlikdə istifadəsi zamanı lizinoprilin hipotenziv təsirini diuretikin istifadəsini 
dayandırmaqla və ya lizinoprillə müalicəyə başlamazdan əvvəl duz qəbulunu artırmaqla 
minimuma endirmək olar. Lizinoprillə müalicə olunan pasiyentlərin müalicəsinə diuretik əlavə
olunduqda adətən antihipertenziv təsirin toplanması müşahidə edilmişdir. AÇF inhibitorlarının 
diuretiklərlə kombinasiyasının tədqiqi zamanı müəyyən edilmişdir ki, diuretiklə birlikdə istifadə
olunduqda AÇF inhibitorunun dozası azaldıla bilər.
Qeyri-steroid iltihabəleyhinə preparatlar: böyrək funksiyalarının riskə məruz qaldığı bəzi 
pasiyentlərdə qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicədə eyni zamanda lizinoprilin 
istifadəsi gələcəkdə böyrəklərin funksional vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Bu 
təsirlər, adətən keçicidir.
Digər preparatlar: Lizinopril paralel olaraq nitratlarla və/və ya diqoksinlə birlikdə istifadə
olunduqda klinik əhəmiyyət daşıyan əlavə təsirlər müşahidə edilmir. Lizinoprilin propranolla və
ya hidroxlorotiazidlə paralel istifadəsi zamanı heç bir klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı 
təsir aşkar edilməmişdir. Qida qəbulu lizinoprilin biomənimsənilməsini dəyişdirmir.
Zərdabda kaliumun səviyyəsini artıran preparatlar: lizinopril tiazid qrupu diuretiklərinin səbəb 
olduğu kalium itkisini zəiflədir.Lizinoprilin kaliumqoruyucu diuretiklərlə (məs., spironolakton, 
triamteren və ya amilorid), kalium əlavələri ilə və ya tərkibində kalium olan duz əvəzediciləri ilə
birlikdə istifadə edilməsi zərdabda kaliumun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə
səbəb ola bilər. Ona görə də əgər bu komponentlərin eyni zamanda istifadəsi lazım gələrsə
hipokaliemiya riskinə görə, bu, ehtiyatla və zərdabda kaliumun səviyyəsinin tez-tez monitorinqini 
keçirməklə həyata keçirilməlidir.
Litium: natriumun eliminasiyasına səbəb olan dərman vasitələri, o cümlədən AÇF-in inhibitorları 
ilə birlikdə istifadə olunduqda litiumun toksik təsir göstərməsi barədə məlumat vardır. Litiumun 
toksik təsiri adətən keçici olmuş, litiumla və AÇF-in inhibitoru ilə müalicənin dayandırılmasından 
sonra aradan qalxmışdır.
Antidepresantlar, neyroleptiklər, narkotik preparatlar və anestetiklərin AÇF inhibitorları ilə
birlikdə istifadəsi qan təzyiqinin kəskin enməsinə səbəb ola bilər. 
Allopurinol, sitostatiklər, immun supressorlar (sistemik kortikosteroidlər) Lisinopril ilə birlikdə
təyin olunan zaman leykopeniya riskini artıra bilər.
Alkohol qəbulu: hipotenziv effektin güclənməsinə səbəb ola bilər. 
Antasid preparatlar: AÇF inhibitorlarının sorulmasını azalda bilər. 
Antidiabetik preparatların AÇF inhibitorları ilə birlikdə istifadəsi müalicənin ilk həftələrində
böyrək funksiyalarının pisləşməsi olan xəstələrdə kəskin hipoqlikemiyaya səbəb ola bilər. 
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir: Bu kombinasiyanın hamilə qadınlar üzərində adekvat və yaxşı 
nəzarət olunan tədqiqi aparılmamışdır. Odur ki hamiləliyin ilk 3 ayında Bifekt qəbulu tövsiyə
olunmur, ikinci 3 ayında isə əks-göstərişdir. Döldə kəllə sümüklərinin ossifikasiyasının 
ləngiməsinə, böyrək fəaliyyətinin pisləşməsinə, dölyanı mayenin azalmadsına səbəb ola bilər.
Amlodipinin və ya Lizinoprilin ana südünə nüfüz etməsi məlum deyildir. Bu barədə məlumat 
olmadığından laktasiya dövründə preparatın istifadəsi lazım gələrsə, o zaman ana südü ilə
qidalandırmanın dayandırılması tövsiyə olunur.
Pediatriyada istifadəsi
Amlodipin-Lizinopril kombinasiyasının 18 yaşa qədər uşaqlara təsiri məlum deyildir.

Ahıl yaşlı pasiyentlərdə istifadəsi
Ümumiyyətlə, ahıl yaşlı pasiyentlərə doza ehtiyatla seçilməlidir, adətən, qaraciyərin, böyrəklərin 
və ya ürəyin funksiyalarının azalması tezliyinə və paralel mövcud olan xəstəliyə və ya digər 
dərman müalicəsinə uyğun olaraq, preparatla müalicə doza diapazonunun ən aşağı dozası ilə
başlanılır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Amlodipin-Lizinopril kombinasiyası müalicənin başlanğıcında nəqliyyat vasitələrini və potensial 
təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Amlodipinin adi antihipertenziv oral dozası gündə 1 dəfə 5 mq, maksimal dozası gündə 1 dəfə
10 mq təşkil edir. Xroniki stabil və ya vazospastik stenokardiya zamanı tövsiyə olunan dozası 5-
10 mq-dır, ahıl yaşlı və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın azaldılması tövsiyə
olunur.
Ürək çatışmazlığı və kəskin miokard infаrktı zamanı lizinoprilin adi effektiv dozası günaşırı gündə
1 dəfə istifadə etməklə 5 mq-dan 20 mq-a qədərdir. 
Beləliklə, BIFEKT gündə 1 tablet istifadə oluna bilər.
Əlavə təsirləri 
Kombinəolunmuş preparat tərəfindən törədilmiş əlavə effektlərin tezliyi hər komponentin ayrı-ayrı 
istifadəsi zamanı əmələ gələn əlavə təsirlərin tezliyi ilə eynidir. Daha tez-tez qeyd olunan əlavə
təsirlər baş ağrısı (8%), quru öskürək (5%) və başgicəllənmədir (3%). Meydana çıxa bilən əlavə
təsirlər: zəiflik, diareya, ürəkbulanma, qusma, ortostatik hipotenziya, dəri qaşınması, dəri 
səpgiləri, topuqların ödemi, üz nahiyəsində dərinin qızarması, döş qəfəsində ağrılar, artralgiya (1-
3%). Digər əlavə təsirlərin tezliyi 1%-dən azdır.
Yüksək həssaslıq reaksiyaları baş verə bilər: üz nahiyəsində, ətraflarda, dodaqlarda, dildə, 
qırtlaqüstü və qırtlaqda angionevrotik ödem (0,1%). Belə hallarda müalicə dərhal dayandırılmalı 
və xəstə bütün simptomların ləğv olunmasına qədər nəzarətdə olmalıdır.
Laborator göstəriciləri tərəfindən: hiperkaliemiya, kreatinin, sidik cövhəri azotunun səviyyəsnin, 
“qaraciyər” fermentlərin aktivliyinin və qanın bilirubininin yüksəlməsi baş verə bilər, xüsusən 
böyrək xəstəlikləri, şəkərli diabeti və renovaskulyar hipertenziya zamanı.
Qanyaradıcı orqanlara: leykopeniya, neytropeniya, aqranulositoz (AÇF inhibitorlarının təsiri), 
trombositopeniya, eritrositopeniya; uzunmüddətli müalicə zamanı hemoqlobin və hematokrit 
konsentrasiyalarının cüzi azalması mümkündür.
Ürək-damar sisteminə: aritmiyalar, ürək döyüntülərinin güclənməsi, taxikardiya, ortostatik 
hipotenziya, vaskulit, ürək çatışmazlığının əmələ gəlməsi və ya ağırlaşması.
Həzm traktına: bağırsaq funksiyasının pozulması, ağızda quruluq, qarında ağrılar, pankreatit, 
hepatosellülyar və ya xolestatik sarılıq, hepatit, yumşaq damağın hiperplaziyası, iştahanın 
pozulması, ürəkbulanma, qusma, qəbizlik, meteorizm, dispepsiya, diareya, anoreksiya, qastrit, 
yanğı.
Dəri örtüklərinə: övrə, yüksək tərlilik, alopesiya.
Sidik-cinsiyyət sisteminə: böyrək funksiyasının pozulması, tez-tez sidik ifrazı, ağrılı sidik ifrazı, 
nikturiya, dizuriya, poliuriya, oliquriya, anuriya, kəskin böyrək çatışmazlığı, uremiya, 
proteinuriya, impotensiya.
İmmun sistemə: antinuklear anticisimlərin əmələ gəlməsi ilə, eritrositlərin çökmə sürətinin artması 
ilə (EÇS) və artralgiya ilə qurdeşənəyinəbənzər sindromu; mialgiya; çoxformalı eritema; qızdırma.
Mərkəzi və periferik sinir sisteminə: yuxuyameyillilik, ətrafların və dodaqların əzələ
fassikulyasiyası, asteniya, əhvali-ruhiyyənin dəyişməsi, şüurun dumanlanması, üz nahiyəsində
istilik və qanın axımı hissi, yüksək yorğunluq, baş ağrısı, bayılma, hiperesteziya, paresteziya, 
periferik nevropatiya, yuxusuzluq, qeyri-adi yuxular, əsəbilik, depressiya, həyəcan, qıcolmalar, 
apatiya, ajitasiya, ataksiya, amneziya.
Sümük-əzələ sisteminə: əzələlərin qıcolması, mialgiya, bel nahiyəsində ağrı, artroz, miasteniya.

Tənəffüs sisteminə: təngnəfəslik, rinit.
Digər: qulaqlarda küy, ginekomastiya, bədən kütləsinin azalması/artması, görmənin pozulması, 
diplopiya, akkomodasiyanın pozulması, kseroftalmiya, konyunktivit, gözlərdə ağrı, dadbilmə
hissinin pozulması, titrəmə, burun qanaxmaları, dermatit, parosmiya, kserodermiya, dəri 
piqmentasiyasının pozulması.
Doza həddinin aşılması
Amlodipin
Doza həddinin aşılması periferik damarların həddindən artıq genişlənməsinə, nəticədə
hipotenziyanın və taxikardiyanın əmələ gəlməsinə səbəb ola bilər. İnsanlarda Amlodipinin 
dozasının qəsdən aşılması təcrübəsi məhduddur.
Əgər doza həddinin əhəmiyyətli dərəcədə aşması baş verərsə ürək və tənəffüs fəaliyyətinin 
monitorinqini keçirmək lazımdır. Qan təzyiqinin tez-tez ölçülməsi vacibdir. Amlodipin yavaş 
sorulduğundan mədənin yuyulması faydalı ola bilər. Əgər hipotenziya baş verərsə, orqanizmə
çoxlu miqdarda və məqsədyönlü şəkildə maye yeridilməsi də daxil olmaqla, ürək, qan-damar 
sisteminin fəaliyyəti dəstəklənməlidir. Əgər hipotenziya bu konservativ tədbirlərə cavabsız 
qalarsa, dövr edən mayenin və xaric olan sidiyin həcminə diqqət etməklə damardaraldıcı dərman 
vasitələrindən istifadə edilməsi tövsiyə olunur.
Lizinopril
Doza həddi aşılmasının ən çox ehtimal olunan təzahürü hipotenziyadır, hansı ki, aradan qaldırmaq
üçün normal duz məhlulunun venadaxili infuziyasından istifadə edilir.
Lizinopril hemodializ vasitəsilə asanlıqla xaric edilə bilər, amlodipin isə zülallarla davamlı 
birləşmələr əmələ gətirdiyindən hemodializ vasitəsilə kənarlaşdırıla bilmir.
Buraxılış forması
10 tablet, blisterlərdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Macleods Pharmaceuticals Ltd.
Ünvan
Plot No.25-27, Survey No.366, Premier Industrial Estate, Kachigam, Daman–396210,
Hindistan.
Qeydiyyat vəsiqəsinin sahibi
Macleods Pharmaceuticals Ltd.
Ünvan
Atlanta Arcade, Marol Church Road, Near Leela Hotel, Andheri (East), Mumbai–400 059,
Hindistan