Pharmed
BEVITRON 2ML N5 AMP
BEVİTRON, inyeksiya üçün məhlul
BEVİTRON tərkibi
Təsiredici maddə: 1 ampulda 100 mq tiamin hidroxlorid (B1 vitamini), 100 mq piridoksin hidroxlorid (B6 vitamini), 1 mq sianokobalamin (B12 vitamini), lidokain hidroxlorid, vardır.
İstifadəsinə göstərişlər
Sinir sisteminin müxtəlif mənşəli xəstəlik və sindromlarının kompleks müalicəsinin tərkibində, patogenetik və simptomatik vasitə kimi: - polineyropatiya (o cümlədən diabetik, alkoqol və s.); - nevrit və polinevrit (o cümlədən retrobulbar nevrit); - periferik parezlər (o cümlədən üz sinirinin periferik parezləri); - nevralgiya (o cümlədən üçlü və qabırğalararası sinirlərin nevralgiyası); - ağrı sindromu (kökcük ağrıları, mialgiya, kəmərvarı herpes); - B1 və B6, eləcə də B12 vitaminlərinin sübut olunmuş çatışmazlığı ilə müşayiət olunan sistem nevroloji xəstəliklər.
Əks göstərişlər
- Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq; - dekompensasiya olunmuş ürək çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bevitron preparatını hamiləlik zamanı qəbul etmək məsləhət görülmür. Laktasiya dövründə preparatın təyin edilməsi zərurəti yarandıqda, döşlə əmizdirməni dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrinin sürücülərində və potensial təhlükəli mexanizmlərlə işləyən şəxslərdə preparatın istifadəsinə dair heç bir əks göstəriş yoxdur.
BEVİTRON istifadə qaydası və dozası
Preparat dərin əzələdaxili yeridilmək üçün nəzərdə tutulub. Ağır hallarda və kəskin ağrılar zamanı - gündə 1 dəfə 2 ml; kəskinləşmə aradan qaldırıldıqdan sonra, eləcə də xəstəliyin yüngül formalarında - həftədə 2-3 dəfə 2 ml olmaqla təyin edilir. Müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müəyyən olunur.