PharmEd

Pharmed

BETADIN 200MG N14 SAM

BETADİN

Beynəlxalq patentləşdirilməmiş adı: Polyvidone-iodine (PVP-iodine, povidone-iodine)

 

BETADİN Tərkibi

Təsiredici maddə: 1 şamın tərkibində 200 mq polividon-yod vardır. Köməkçi maddələr: makroqol 1000.

 

Farmakoloji xüsusiyyətləri

Elementar yod mikroorqanizmlərə məhvedici təsir göstərir. O, bakteriyaları, göbələkləri, sporları, virusları, ibtidailəri (birhüceyrəli orqanizmləri) sürətlə məhv edir.

ATC kodu: G01AX11.

 

İstifadəsinə göstərişlər

- Kəskin və xroniki vaginal infeksiyalar (kolpit);

- qarışıq infeksiyalar;

- qeyri-spesifik infeksiyalar (Gardenerella vaginalis mikroorqanizmlərinin törətdikləri bakterial vaginoz);

- göbələk infeksiyaları;

- antibiotiklərlə və steroid preparatlarla aparılan müalicədən sonra meydana çıxan vaginal infeksiyalar;

- trixomoniaz (sistem müalicə ilə birlikdə). Uşaqlıq yolu üzərində cərrahi əməliyyatlardan və/və ya diaqnostik proseduraların aparılmasından əvvəl profilaktika məqsədi ilə təyin olunur

 

Əks göstərişlər

Aşağıdakı hallarda Betadin preparatının vaginal şamlarını istifadə etmək olmaz:

- yoda və ya içlik vərəqənin “Tərkibi” bölməsində göstərilmiş preparatın digər köməkçi maddələrinə qarşı allergiya;

- qalxanabənzər vəzinin funksiyasının yüksəlməsi (hipertireoz);

- qalxanabənzər vəzinin digər kəskin xəstəlikləri;

- dərinin herpesəbənzər iltihabı (herpesəbənzər Dyurinq dermatiti);

- qalxanabənzər vəzi xəstəliklərinin müalicəsindən və radioaktiv yodun istifadəsi ilə aparılan izotop müayinəsindən (ssintiqrafiyadan) əvvəl və sonra;

- yeniyetməlik yaşından kiçik uşaqlarda Betadin preparatının vaginal şamlarının istifadəsi əks göstərişdir;

-hamiləlik və laktasiya dövrü.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Betadin preparatının vaginal şamlarının istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Betadin preparatının vaginal şamlarını müntəzəm istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır. Litium preparatlarından istifadə edən pasiyentlərdə Betadin preparatının vaginal şamlarından müntəzəm istifadə etmək tövsiyə olunmur. Preparatın istifadəsi, dərinin qıcıqlanmasına səbəb ola bilər, nadir hallarda isə ağır dərəcəli dəri reaksiyaları meydana çıxa bilər. Yerli qıcıqlanma və ya həssaslıq əlamətləri meydana çıxdığı halda, preparatın istifadəsini dayandırmaq lazımdır. Betadin preparatının vaginal şamlarını istifadə etməzdən əvvəl, onları qızdırmaq olmaz! Preparatı uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Rəngsizləşmə preparatın aktivliyinin aşağı düşməsini təsdiq edir. Yodun orqanizmə əhəmiyətli miqdarda yeridilməsi, qalxanabənzər vəzi xəstəliklərindən, məsələn, zobdan, düyünlü zobdan və ya qalxanabənzər vəzinin digər qeyri-kəskin xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə hipertireozun meydana çıxmasına səbəb ola bilər. Belə pasiyentlərdə Betadin preparatının vaginal şamlarının istifadə müddətini məhdudlaşdırmaq lazımdır. Hətta, müalicə sona çatdıqdan sonra belə, hipertireoz simptomlarının inkişaf etməsi mümkündür. Müalicə müddətində və ya müalicə kursu sona çatdıqdan sonra hipertireoz əlamətləri meydana çıxdığı halda, qalxanabənzər vəzi funksiyasını yoxlamaq lazımdır. Ssintiqrafiyadan əvvəl və sonra və həmçinin, qalxanabənzər vəzi karsinomasının radioaktiv yodla müalicəsi aparıldıqda, preparatı istifadə etmək olmaz. Uşaqlar və yeniyetmələr Yeniyetməlik yaşından kiçik uşaqlarda Betadin preparatının vaginal şamlarının istifadəsi əks göstərişdir. Povidon-yodun təsadüfən, xüsusilə, uşaqlarda ağıza düşməsindən və ya preparatın daxilə qəbul edilməsindən (udulmasından) çəkinmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Zədələnməmiş və ya zədələnmiş selikli qişa vasitəsi ilə orqanizmə daxil olan yod, qalxanabənzər vəzi funksiyaları tədqiqatlarının nəticələrinə təsir göstərə bilər. Povidon-yodu civə-, gümüş-, taurolidin-, hidrogen peroksid-tərkibli dezinfeksiyaedici preparatlarla eyni zamanda istifadə etmək olmaz, çünki bu, hər iki preparatın effektivliyini aşağı salır. Həmçinin, povidon-yodun qələvi maddələrlə birlikdə istifadəsi uyğun deyil. Povidon-yodun oktenidin-tərkibli antiseptik preparatlarla birlikdə və ya ardıcıl istifadəsi, bu preparatlar istifadə olunan dəri səthinin müvəqqəti tündləşməsinə səbəb ola bilər. Povidon-yodun izləri, nəcisdə və ya sidikdə qanın və həmçinin sidikdə qlükozanın aşkar olunması üçün aparılan bəzi tədqiqat növlərinın yanlış-müsbət nəticələrinə gətirib çıxara bilər. Hal-hazırda və bir müddət əvvəl istifadə olunan və ya istifadəsi planlaşdırılan istənilən dərman preparatları barədə pasiyent həkimi və ya əczaçını məlumatlandırmalıdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Döl və yenidoğulmuş üçün yodidə qarşı yüksək həssaslıq xarakterikdir. Həmçinin, yodidlər ana südündə toplanırlar. Povidon-yodun istifadəsi, embrionda və ya yenidoğulmuş körpədə qalxanabənzər vəzi funksiyasının müvəqqəti aşağı düşməsinə (hipotireoz) səbəb ola bilər. Uşaqda qalxanabənzər vəzi funksiyasının tədqiqatının aparılması üçün zərurət meydana çıxa bilər. Uşaqlarda preparatın təsadüfən ağıza düşməsinə və ya onun təsadüfən udulmasına yol vermək olmaz. Reproduktiv funksiyaya təsiri: Şamlar spermisid (kişi cinsiyyət hüceyrələrinə (spermaya) məhvedici təsir) təsirə malik ola bilər və bu səbəbdən, hamiləlik planlaşdırıldığı halda preparatdan istifadə etmək tövsiyə olunmur. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman preparatının istifadəsindən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Betadin preparatının vaginal şamları, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmirlər.

 

BETADİN İstifadə qaydası və dozası

Bu dərman preparatını bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının göstərişlərinə ciddi riayət edərək istifadə etmək lazımdır. Göstərilən preparatın istifadəsi ilə bağlıvəlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozalanma rejiimi: Müalicə kursu adətən, gündə 1 şam olmaqla 7 gün təşkil edir. Kifayət qədər effektivlik əldə olunmadığı halda, müalicə kursunu gündə 1 şam olmaqla, daha 7 gün davam etdirmək olar. Davamlı, uzunmüddətli infeksiyalar müşahidə olunduqda, mualicə müddətini uzatmaq və sutkalıq dozanı 2 şama qədər artırmaq olar. Müalicənin davametmə müddəti müalicənin nəticələrindən asılıdır və həkim tərəfindən fərdi müəyyən edilir. Müalicə kursu fasiləsiz aparılmalıdır. Uşaqlar və yeniyetmələr: Yeniyetməlik yaşından kiçik uşaqlarda Betadin preparatının vaginal şamlarının istifadəsi əks göstərişdir. İstifadə qaydası: Preparat yerli vaginal istifadə üçün nəzərdə tutulmuşdur. Şamları axşam, yuxuya getməzdən əvvəl istifadə etmək lazımdır. Betadin preparatı şamlarını örtüyündən çıxarmaq və əsaslı islatdıqdan sonra uşaqlıq yoluna dərinə yeritmək laızmdır. Şamların su ilə isladılması, təsiredici maddənin maksimal çıxışını təmin edir və yerli qıcıqlanmanın inkişaf etməsinin qarşısını alır. Müalicə müddətində menstruasiya baş verdiyi halda, müalicəni təyin olunan müddət ərzində fasiləsiz davam etdirmək lazımdır. Müalicə müddətində gigiyenik bezlərin istifadəsi tövsiyə olunur. Betadin preparatı şamlarının istifadəsinin ötürülməsi Ötürülən dozanın əvəzolunması üçün ikiqat dozadan istifadə etmək olmaz. Betadin preparatı vaginal şamlarının istifadəsinin vaxtından əvvəl dayandırılması İlkin şikayətlərin residivlərinin qarşısını almaq üçün, infeksiyanı tamamilə aradan qaldırmaq vacibdir. Bu səbəbdən, hətta pasiyentin vəziyyəti yaxşılaşdıqda belə, Betadin preparatı şamlarının istifadəsini həkim tərəfindən müəyyən edilən müddətdən tez dayandırmaq olmaz! Müalicəni dayandırmaqdan əvvəl, hər zaman həkimlə məsləhətləşmək lazımdır. Göstərilən preparatın istifadəsi ilə əlaqəli əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

 

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu preparat da əlavə reaksiyaların meydana çıxmasına səbəb ola bilər, lakin bu reaksiyalar hər pasiyentdə müşahidə olunmur. Əlavə effektlərin tezlik parametrləri aşağıda göstərildiyi qaydada müəyyən olunmuşdur: nadir hallarda

– 10000 pasiyentdən 1-10-da müşahidə olunur, çox nadir hallarda

– 10000 pasiyentdən 1-dən azında müşahidə olunur, məlum deyil - əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil.

Nadir hallarda: yüksək həssaslıq, dərinin iltihabı (kontakt dermatit) (məsələn, dərinin qızarması, qaşınma, kiçik qovuqcuqların əmələ gəlməsi).

Çox nadir hallarda:

- anafilaktik reaksiya (tənəffüsün çətinləşməsinə/təngnəfəsliyə, başgicəllənməyə və qan təzyiqinin aşağı düşməsinə səbəb ola bilən ağır dərəcəli allergik reaksiya);

- əvvəllər qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə hipertireoz (iştahanın artmasına, bədən kütləsinin aşağı düşməsinə, tər ifrazının yüksəlməsinə, ürək döyüntülərinin sürətlənməsinə və ya narahatlığa səbəb ola bilən qalxanabənzər vəzi funksiyasının yüksəlməsi);

- angionevrotik ödem (üz və boğaz nahiyəsinin ödemi ilə müşayiət olunan ağır dərəcəli allergik reaksiya).

Məlum deyil:

- uzunmüddətli istifadə zamanı hipotireoz (yorğunluğa, bədən kütləsinin yüksəlməsinə, ürək döyüntülərinin ləngiməsinə səbəb ola bilən, qalxanabənzər vəzi funksiyasının aşağı düşməsi) inkişaf edə bilər;

- elektrolit balansın pozulması, metabolik asidoz (orqanizmdə turşuluğun yüksəlməsi);

- kəskin böyrək çatışmazlığı;

- povidon-yodun əhəmiyyət kəsb edən miqdarı orqanizmə sorulduqda, qanın osmolyarlığının (qanda həll olan hissəciklərin konsentrasiyasının) pozulması inkişaf edə bilər. Şamlar spermisid (kişi cinsiyyət hüceyrələrin məhv olunması) təsirə malik ola bilərlər və bu səbəbdən, hamiləlik planlaşdırıldığı halda preparatdan istifadə etmək tövsiyə olunmur. Əlavə effektlər barədə məlumatlar: Yuxarıda sadalanan əlavə effektlər aşkar olunduqda və ya göstərilən içlik vərəqədə qeyd olunmayan effektlər meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə effektlər barədə həmçinin, bilavasitə əlavə effektlərin milli qeydiyyat sisteminə məlumat vermək mümkündür. Əlavə effektlər barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox əlavə məlumat əldə etmək mümkündür.

 

Doza həddinin aşılması

Betadin preparatı şamlarından tələb olunandan artıq dozada istifadə etdikdə (doza həddinin aşılması) – şamı xaric etmək lazımdır. Uzun müddət ərzində orqanizmə əhəmiyyətli miqdarda yod sorulduqda, zob, qalxanabənzər vəzi funksiyasının yüksəlməsi və ya aşağı düşməsi inkişaf edə bilər. Əhəmiyyət kəsb edən miqdarda yodun orqanizmə sorulması, çoxsaylı arzuolunmayan effektlərin meydana çıxmasına səbəb ola bilər: ağızda metallik dad, ağız suyu ifrazının yüksəlməsi, ağızada və ya udlaqda yanğı və ya ağrı hissi, gözlərin qıcıqlanması və ödemi, dəri reaksiyaları, mədədə dolğunluq hissi, diareya, tənəffüsün çətinləşməsi, ağciyər ödemi, maddələr mübadiləsi pozğunluğu (metabolik asidoz və qanda natriumun miqdarının yüksəlməsi), böyrək funksiyalarının pozulması.

 

Buraxılış forması

7 vaginal şam, ağ plastmass (PVX) blisterdə. 1 və ya 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.