Pharmed
BETADIN 100MG 20GR MELHEM
BETADİN
Beynəlxalq patentləşdirilməmiş adı: Povidone-iodine
BETADİN Tərkibi
Təsiredici maddə: 20 q məlhəmin tərkibində 2 q povidon-yod vardır. Köməkçi maddələr:natrium bikarbonat, polietilenqlikol 400, 1000, 1500, 4000, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün geniş təsir spektrinə malik antiseptik vasitədir.
ATC kodu: D08AG.
İstifadəsinə göstərişlər
Betadin məlhəmi yerli istifadə üçün geniş təsir spektrinə malik antiseptik vasitədir, eləcə də, xırda kəsiklər və çapıqlar, həmçinin kiçik yanıqlar zamanı infeksiyanın profilaktikasında istifadə edilir. Preparat göbələk və bakterial infeksiyaların, eləcə də, yataq yaraları və trofik xoraların infeksiyası zamanı məsləhət görülür.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- qalxanabənzər vəzinin hiperfunksiyası (hipertireoz);
- qalxanabənzər vəzinin digər kəskin xəstəlikləri;
- dərinin herpetik formalı xəstəlikləri (herpetik formalı Dyurinq sindromu);
- qalxanabənzər vəzinin terapiyasından əvvəl və sonra və radioaktiv yodun istifadəsilə izotop müayinədən sonra.
- 2 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəstəliyin simptomları bir neçə gün ərzində yaxşılaşmadıqda və ya əksinə, pisləşdikdə, həkimə məlumat vermək lazımdır. Betadin məlhəmini istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır
. - Xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə Betadin məlhəminin müntəzəm istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
- Betadin məlhəminin litium preparatları qəbul edən pasiyentlərdə müntəzəm istifadə etməmək məsləhət görülür. Məlhəmdən uzun müddət istifadə, dərinin qıcıqlanmasına səbəb ola bilər, nadir hallarda isə dəri tərəfindən ağır reaksiyalar baş verə bilər. Yerli qıcıqlanma və həssaslıq yarandıqda, məlhəmdən istifadəni dayandırmaq lazımdır. Məlhəmi istifadədən əvvəl qızdırmaq olmaz. Zob, düyünlü zob və ya qalxanabənzər vəzinin digər qeyri-kəskin xəstəlikləri kimi qalxanabənzər vəzinin xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə yodun əhəmiyyətli dərəcədə miqdarı hipertireoza səbəb ola bilər. Belə pasiyentlərdə Betadin məlhəminin istifadəsinin vaxtı və dəri səthinin işlənmə nahiyəsi məhdudlaşdırılmalıdır. Dərinin geniş nahiyəsində preparatın uzun müddət istifadəsi (məsələn, yanıqlar zamanı geniş nahiyənin zədələnməsi və ya yaralar) yodun əhəmiyyətli dərəcədə miqdarının sorulmasına səbəb ola bilər ki, bu da, yoda həssas pasiyentlərdə hipertireoza səbəb ola bilər. Dərinin geniş sahəsi bədən səthinin 10% səthi, uzun müddətli müalicə isə 14 gündə artıq istifadə hesab edilir. Yodun sorulması əhəmiyyətli dərəcədə fərdi fərqlərə malikdir, bu səbəbə görə dəqiq tövsiyələr mövcud deyil. Belə hallarda qərar qalxanabənzər vəzinin funksiyasına nəzarətdən və həkimin rəyindən asılıdır. Müalicə kursu dövründə hipertireozun simptomları yarandıqda, qalxanabənzər vəzinin funksiyasına nəzarət vacibdir. Yanıqdan sonra povidon-yodun geniş nahiyədə istifadəsi zamanı elektrolit balansın pozulması, qan zərdabının osmolyarlığının dəyişməsi, kəskin böyrək çatışmazlığı və metabolik asidoz inkişaf edə bilər. Preparatı sintiqrafiyadan əvvəl və sonra, eləcə də, radioaktiv yodla qalxanabənzər vəzinin karsinomasının müalicəsi zamanı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Povidon-yodu tərkibində civə, gümüş, taurolidin, hidrogen peroksid və benzoy turşusunun tunkturası olan dezinfeksiyaedici preparatlarla eyni vaxtda istifadə etmək olmaz, belə ki, hər iki preparatın effektivliyi azalır.
- PVP-yod kompleksi, eləcə də, bərpaedici maddələrlə, turşularla reaksiyaya girə bilən tərkibində qələvi metalların duzları və maddələri olan preparatlarla uyuşmur.
- Povidon-yodun tərkibində oktenidin olan antiseptik vasitələrlə birlikdə və ya davamlı istifadəsi, dəri səthinin (üzərində bunların istifadə edildiyi nahiyə) müvəqqəti tündləşməsinə səbəb ola bilər.
- Zədələnməmiş dəridən və ya yara səthindən absorbsiya olunan yod, qalxanabənzər vəzinin funksiyasının tədqiqatının nəticələrinə təsir edə bilər.
- Povidon-yodun izi, nəcisdə və ya sidikdə qanın, eləcə də, sidikdə qlükozanın aşkar edilməsinə aid bəzi tədqiqat növlərinin yanlış-müsbət nəticəsinə səbəb ola bilər. Hazırda, bir qədər əvvəl qəbul edilən və qəbul edilməsi planlaşdırılan istənilən dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik :Hamiləlik və laktasiya dövründə povidon-yodun istifadəsi, yalnız ciddi göstərişlərə əsasən təyin oluna bilər, bu zaman preparatın minimal miqdarı istifadə olunmalıdır, beləki, yodun absorbsiya olunan ionarı plasentar baryerdən keçib və ana südünə nüfuz edə bilər. Bundan başqa, döl və yenidoğulmuş yoda qarşı yüksək həssaslığa malik olduğu üçün preparatın əhəmiyyətli dərəcədə miqdarını hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Laktasiya: Yodun ana südündə konsentrasiya olunması vacibdir. Preparatın istifadəsi müvəqqəti hipotireoza (qalxanabənzər vəzinin funksiyasının azalması) səbəb ola bilər. Uşaqlarda qalxanabənzər vəzinin funksiyasının tədqiqinə ehtiyac ola bilər. Preparatın təsadüfən uşaqların ağız boşluğuna və mədəbağırsaq sisteminə düşməsinə yol vermək olmaz. Hamiləlik və laktasiya dövründə hər hansı bir dərman vasitəsini istifadə etməzdən əvvəl müalicə həkiminizlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Uşaqlarda və yeniyetmələrdə istifadəsi :Yenidoğulmuşlarda və kiçik yaşlı uşaqlarda yodun yüksək dozalarının istifadəsindən çəkinmək lazımdır, belə ki, onların dərisi daha yüksək keçiriciliyə malikdir və onlarda yoda qarşı həssaslıq daha çox müşahidə edilir ki, bu da, hipertireozun inkişafı riskini artırır. Yenidoğulmuşlarda və kiçik yaşlı uşaqlarda povidon-yodun mümkün kiçik dozasını istifadə etmək lazımdır. Ehtiyac olduqda, uşaqlarda qalxanabənzər vəzinin funksiyasına nəzarət etmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Betadin məlhəmi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
BETADİN İstifadə qaydası və dozası
Preparatı həmişə içlik vərəqədə göstərilən təlimatlara və ya həkimin və ya əczaçının təlimatına uyğun şəkildə istifadə etmək lazımdır. Əgər hər hansı bir sualınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Preparat yerli istifadə edilir. İnfeksiyaların müalicəsi 14 gündən artıq olmamaqla, gündə 1 və ya 2 dəfə yataq yarası olan nahiyəyə sürtülür. İnfeksiyaların profilaktikası Eytiyacolduğu müddətdə həftədə 1-2 dəfə istifadə edilir. Zədələnmiş nahiyəni təmizləmək və qurutmaq lazımdır, bundan sonra zədələnmiş nahiyəyə Betadin məlhəmi sürtülür. Dərinin işlənmiş nahiyəsini sarğı ilə örtmək olar. Betadin məlhəminin istifadəsi unudulduqda Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Betadin məlhəminin qəbulu dayandırıldıqda Əvvəlki şikayətlərin qayıtmamasının qarşısını almaq məqsədilə infeksiyanı tamamilə aradan qaldırmaq lazımdır. Bu səbəbə görə Betadin məlhəminin istifadəsini həkim tərəfindən təyin edilən vaxtdan əvvəl dayandırmaq olmaz, hətta pasiyentin vəziyyəti yaxşılaşdıqda belə. Pasiyent müalicəni dayandırmaq istədikdə, həkimlə məsləhətləşməlidir. Preparatın qəbuluna aid əlavə sual meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Digər dərman preparatları kimi, bu preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin onlar bütün pasiyentlərdə yaranmır. Əlavə təsirlər onların rastgəlmə tezliyinə görə aşağıdakı kimi təsnif olunur: nadir hallarda: 10000 pasiyentdən 1-10-da rast gələn. Çox nadir hallarda: 10000 pasiyentdən 1-dən azında rast gələn.
Tezliyi məlum olmayan: mövcud məlumatlara görə tezliyi təyin etmək mümkün deyil.
Nadir - Yüksək həssaslıq, məlhəmin istifadəsilə əlaqədar dəri iltihabı (kontekt dermatit) (məsələn, dərinin qızarması, övrə, qaşınma, kiçik qabarcıqların yaranması).
Çox nadir - Anafilaktik reaksiyalar (tənəffüsün çətinlşməsinə/təngnəfəsliyə, başgicəllənməyə və qan təzyiqinin enməsinə səbəb olan ağır allergik reaksiya).
- Əvvəllər yodun əhəmiyyətli dərəcədə artıq miqdarını qəbul etdikdən sonra qalxanabənzər vəzinin xəstəlikləri yaranan pasiyentlərdə hipertireoz (qalxanabənzər vəsinin funksiyasının iştahanın artmasına, bədən çəkisinin azalmasına, ürəkdöyünmənin güclənməsinə və ya narahatlığıa səbəb olan artması)(məsələn, yara və ya yanıqların müalicəsi üçün uzun müddət povidon-yoddadn istifadə zamanı).
- Angionevrotik ödem (üzün və boğazın ödemilə ağır allergik reaksiya).
Məlum deyil - Povidon-yodun geniş səthlərdə uzun müddət istifadəsi zamanı hipotireoz inkişaf edə bilər (qalxanabənzər vəzinin funksiyasının yorğunluğa, bədən çəkisinin artmasına, ürəkdöyünmənin ləngiməsinə səbəb olan azalması).
- Bəyrəklərin funksiyasının pozulması.
- Elektrolit balansinın* pozulması, metabolik asidoz*(orqanizmdə turşuluğun pozulması).
- Kəskin böyrək çatışmazlığı*.
- Qanın osmolyarlığının pozulması*(povidon-yodun əhəmiyyətli dərəcədə miqdarının sorulması zamanı inkişaf edə bilər). 1. *yodun əhəmiyyətli dərəcədə miqdarının istifadəsindən sonra müşahidə edilə bilər (məsələn, yanıqların müalicəsi zamanı). Əlavə təsirlər haqqında məlumatın verilməsi İçlik vərəqə qeyd edilən və ya göstərilməyən əlavə təsirlər yarandıqda, həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Əlavə təsir barədə məlumatı dərman vasitələrinin əlavə təsirlərinin milli qeydiyyat sistemi vasitəsilə çatdırmaq olar. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox məlumatın əldə olunmasına kömək edir.
Doza həddinin aşılması
Yodun artıq miqdarının sorulması zamanı (kəskin intoksikasiya) mədə-bağırsaq sistemi tərəfindən baş verən simptomlar inkişaf etməsi, sidiyəgetmənin (anuriya) dayanması, qan dövranı çatışmazlığı, ağciyərlərin ödemi və maddələr mübadiləsinin pozulması baş verə bilər. Doza həddinin aşılmasına şübhə olduqda, dərhal həkimə müraciət etmək lazımdır. Bu antiseptik preparat, yalnız xaricə istifadə üçün nəzərdə tutulub. Məlhəmin artıq miqdarını silmək lazımdır.
Buraxılış forması
20 q məlhəm, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.