Pharmed

BENAZOL 40MG 10ML DAMLA

BENAZOL

Beynəlxalq patentləşdirilməmiş adı: Albendazole

 

BENAZOL Tərkibi

Təsiredici maddə: 10 ml suspenziyanın tərkibində 400 mq mikronizəolunmuş albendazol vardır.
Köməkçi maddələr: şəkər, makroqol 400, kalium sorbat, kalium asesulfam, polisorbat 80, benzoy turşusu
 (E210), ksantan kitrəsi, qliserin, portağal ətirləndiricisi, vanilin, təmizlənmiş su.
 

Farmakoterapevtik qrupu

Antihelmint preparat.

ATC kodu: P02CA03.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Albendazol benzimidazol sinfinə aid olan geniş təsir spektrli antihelmint və antiprotozoy dərman
vasitəsidir. Albendazol biokimyəvi proseslərin gedişini pozur: qlükozanın utilizasiyasını və ATF
sintezini tormozlayır, helmintlərin mikrotubulyar apparatının quruluşunu pozur, nəticədə helmintləri
məhv edərək orqanizmdən xaric edir.
Albendazol nematodlar daxil olmaqla, bağırsaq infeksiyalarını törədən parazitlərə və dəri sindromu
törədən Larva Migransa (miqrasiya edən sürfə sindromu) qarşı aktivdir.
Preparat aşağıdakı nematodlara qarşı təsir göstərir: Ascaris lumbricoides (girdə qurd), Trichuris trichiura
(tükbaş), Enterobius vermicularis (bizquyruq qurd), Ancylostoma duodenale (ankilostoma), Necator
americanus (nematodlar), Strongyloides stercoralis; sestodlara: Hymenolepsis nana (cırtdan soliteri),
Taenia solium (donuz soliteri), Taenia saginata (öküz soliteri); trematodlar: Opisthorchis viverrini və
Clonorchis sinensis; ibtidailərə: Giardia lamblia (bağırsaq və duodenal).
Albendazol toxuma parazitlərinə qarşı, o cümlədən Echinococcus granulosus və Echinococcus
multilocularis invaziyası ilə törədilən kistoz və alveolyar exinokokkozlara qarşı aktivdir.
Albendazol Taenia solium sürfə invaziyası ilə törədilən neyrosistoserkozun və Capilaria philippinensis
invaziyası ilə törədilən hepatikolyozun, Gnathostoma spinigerum, Echinococcus granulosus,
Echinococcus multilocularis invaziyası ilə törədilən qnastomozun müalicəsində effektivdir.
Farmakokinetikası:
Absorbsiyası:
Daxilə qəbul olunduqdan sonra albendazol mədə-bağırsaq traktından zəif absorbsiya olunur. Sistem
farmakoloji təsiri yağlı qida ilə qəbulu zamanı güclənir, bu zaman albendazolun absorbsiyası və
bioyararlılığı 5 dəfə artır. Hidatid kistası olan 6 xəstədə albendazolun yağlı qida ilə qəbulu zamanı,
albendazol sulfoksidin plazmadakı maksimal konsentrasiyası 1,31mkq/ml təşkil etmişdir və 2-5 saatdan
sonra təyin olunmuşdur.
Albendazol plazmada az konsentrasiyada aşkar olunur yaxud tamamilə aşkar olunmur, çünki sistem qan
dövranına sorulana qədər albendazol sulfoksid metabolitinə çevrilir. Albendazolun sistem antihelmint
təsiri ilkin metaboliti olan albendazol sulfoksid ilə əlaqəlidir.
Paylanması:
Albendazol sulfoksidin qanın zülalları ilə birləşməsi 70% təşkil edir. Albendazol sulfoksidin əhəmiyyətli
miqdarda öddə, qaraciyərdə, onurğa beyni mayesində, sidikdə, helmint sistlərinin maye və kistalarında
aşkar olunur. Plazmadakı konsentrasiya sista mayesindən 3-10 dəfə və onurğa beyni mayesindən isə 2-4
dəfə daha yüksəkdir. İn vitro aparılmış klinik tədqiqatların nəticələrinə görə, albendazol sulfoksid plazma
ilə müqayisədə sistalardan ləng xaric olunur.
Metabolizmi:
Albendazol qaraciyərdə metabolizmə uğrayır və antihelmint xüsusiyyətli ilk metaboliti (albendazol
sulfoksid) yaranır. Albendazol sulfoksid albendazol sulfona (ikinci metabolit) və digər oksidləşmiş
məhsullara çevrilir.
Albendazol sulfoksidin T1/2 8-12 saat təşkil edir. Əsasən ödlə aktiv metabolit şəklində xaric olunur, az
miqdarda sidiklə xaric olunur.
Xüsusi klinik hallarda farmakokinetikası:
Böyrək funksiyasının pozğunluğu: Albendazol sulfoksid böyrəklər ilə 1%-dən az xaric olunduğundan
böyrək funksiyasının pozğunluğu olan xəstələrdə klirensi dəyişmir.
Biliar sistemin pozğunluğu: Qaraciyərdən kənar obstruksiyası olan xəstələrdə albendazol sulfoksidin
plazmada maksimal konsentrasiyası (Cmax) - 2 dəfə, farmakokinetik əyri altında sahə (AUC) - 7 dəfə,
qanda maksimal konsentrasiya (T max) - 10 saata qədər artır, yarımxaricolma dövrü isə ( T1/2) 31,7 saata
qədər uzanır.
Pediatriyada istifadəsi:
Exinokokk kistaları olan pediatrik xəstələrin (6-13 yaş) 3-də acqarına və 2-də yeməkdən sonra
albendazolun 200-300 mq birdəfəlik qəbulu zamanı albendazol sulfoksidin farmakokinetikası qida qəbul
etmiş böyüklərlə oxşardır.
Yaşlılarda:
Bu yaş qrupunda albendazol sulfoksidin farmakokinetikasına dair tədqiqatlar aparılmamışdır, ancaq 26
hidatik kistalı xəstələrdə (79 yaşdan aşağı) farmakokinetik göstəriciləri cavan xəstələrin göstəriciləri ilə
uyğun olmuşdur.

 

İstifadəsinə göstərişlər

• Exinokokkoz
• Neyrosistoserkoz
• Askaridoz
• Enterobioz
• Ankilostomoz
• Strongiloidoz
• Trixosefallyoz
• Nematodoz
• Tenioz
• Trixinelyoz
• Klonorkoz
• Uşaqlarda lyamblioz

 

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
- 1 yaşa qədər uşaqlar
- Gözün torlu qişasının patologiyaları
- Hamiləlik və laktasiya.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Albendazolun istifadəsi zamanı nadir hallarda mülayim və geriyə dönən qranulositopeniya və
pansitopeniya, qaraciyər sınaqlarının dəyişiklikləri müşahidə oluna bilər. Hər 28 günlük müalicə
kursunun əvvəlində və 2 həftədən bir qanın formalı elementlərinin sayılması aparılmalıdır. Qanın formalı
elementlərinin miqdarı dəyişmirsə və ya cüzi dəyişiklik müşahidə olunursa albendazolun qəbulu davam
oluna bilər.
Albendazolun qəbulu zamanı xəstələrin təxminən 16% -də qaraciyər fermentlərinin səviyyəsinin geriyə
dönən yüngül və mülayim dərəcədə artması qeyd oluna bilər. Preparatın qəbulu dayandırıldıqda bu
göstəricilər normallaşır. Hər müalicə kursun əvvəlində qaraciyərin funksional testlərinin səviyyəsini
yoxlamaq lazımdır. Qaraciyər fermentlərinin göstəriciləri əhəmiyyətli dərəcədə artdıqda albendazolun
qəbulu dayandırılır. Qaraciyər fermentləri normal göstəricilərə çatandan sonra preparatın qəbulu
təkrarlanır və laborator müayinələr daha tez-tez aparılır.
Albendazol hamilə qadınlarda istifadə olunmur, ancaq alternativ müalicə metodu olmadığı zaman
təyinatı məqsədəuyğundur. Albendazolun qəbulu bitdikdən sonra birinci ay müddətində qadınlar hamilə
qalmamalıdırlar. Əgər hamiləlik baş verirsə, bu zaman albendazolun qəbulu dərhal dayandırılmalıdır.
Ehtiyatla:
Xəstələr üçün məlumat:
• Albendazol teratogen təsirlərə malik olduğundan, reproduktiv yaşda olan qadınlara, albendazolun
təyinatından əvvəl hamiləlik testi keçirilməlidir.
• Albendazolun müalicəsi bitdikdən sonra 1 ay müddətində hamilə qalmaq təhlükəlidir.
• Albendazol yağlı qida ilə qəbul olunur.
• Neyrosistiserkoz xəstəliyi olan xəstələr bu preparatı qəbul edən zaman parazitlərin ölməsi ilə əlaqədar
iltihabı prosesin inkişaf etməsi nəticəsində kəllədaxili təzyiqin artması və qıcolma halları müşahidə oluna
bilər; bu zaman qıcolma əleyhinə preparatlar istifadə oluna bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Teofillin ilə birgə istifadəsi zamanı teofillinin səviyyəsi kontrol altında saxlanılmalıdır.
Təsdiq olunmuşdur ki, deksametazon, simetidin və prazikvantelin qəbulu zamanı albendazolun aktiv
metabolitinin plazmada konsentrasiyası artır.
Ritonavir, fenitoin, karbamazepin və fenobarbitaln albendazolun aktiv metabolitinin plazma
konsentrasiyasını aşağı sala bilərlər. Bu halın klinik əhəmiyyəti məlum deyil, lakin bu, xüsusilə sistem
helmint infeksiyaların müalicəsi aparıldıqda, effektivliyin aşağı düşməsinə gətirib çıxara bilər. Alternativ
dozalanma rejimlərinin və ya müalicənin tələb oluna bilməsini nəzərə alaraq, pasiyentlərdə müalicənin
effektivliyinə nəzarət etmək lazımdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda albendazolun qəbulu ilə əlaqədar dəqiq və nəzarətli klinik tədqiqatlar aparılmamışdır.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Albendazol minimal təsir göstərir. Albendazolun qəbulu zamanı başgicəllənmə yarana bilər, bu zaman
ehtiyatlı olmaq lazımdır.

 

BENAZOL İstifadə qaydası və dozası

Echinococosus granulosus ilə törədilən exinokokk kistaları və Taenia solium ilə törədilən
neyrosistoserkoz zamanı müalicə sxemı.
BENAZOL suspenziyanın flakonunu istifadədən əvvəl çalxalayın. BENAZOL yağlı qida ilə qəbul
olunur.
Exinokokk kistası
(hidatik xəstəlik)
60 kq yaxud artıq 400 mq albendazol gündə 2
dəfə qida ilə qəbul olunur
28 gün, fasilə 14
gün, müalicə 3 kurs
60 kq aşağı Gündəlik doza 15mq/kq təşkil davam edilməlidir.
edir, gündə 2 dəfə qida ilə
qəbul olunur (gündəlik
maksimal doza 800 mq)
Qeyd: Sistalı formaların cərrahi müalicəsindən əvvəl və sonra maksimal antiparazitar effekti əldə etmək
üçün 2 müalicə kursu aparılmalıdır.
Neyrosistoserkoz 60 kq yaxud artıq 400 mq albendazol gündə 2
dəfə qida ilə qəbul olunur
8-30 gün
60 kq aşağı Gündəlik doza 15mq/kq təşkil
edir, gündə 2 dəfə qida ilə
qəbul olunur (gündəlik
maksimal doza 800 mq)
Digər helmintozlar zamanı
Bağırsaq helmintozları:
2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün:
Enterobioz, askaridoz, ankilostomoz, trixosefallyoz, nekatoroz zamanı
Albendazol 400 mq birdəfəlik dozada qəbul olunur
Strongiloidoz, tenioz zamanı
Albendazol 400 mq birdəfəlik dozada 3 gün qəbul olunur. Müalicədən 3 həftə sonra, əgər klinik effekt
müşahidə olunmursa müalicə kursu təkrarlanır.
Bağırsaq lyambliozu
2-12 yaş uşaqlarda gündəlik tövsiyə olunan doza 400 mq təşkil edir, doza birdəfəyə qəbul olunur,
müalicə kursu 5 gün təşkil edir.
Trixinelyoz
Böyüklər: Tövsiyə olunan doza 400 mq təşkil edir, gündə 2 dəfə təyin olunur, müalicə kursu 10-15 gün
təşkil edir.
6 yaşdan böyük uşaqlara
Tövsiyə olunan doza gündəlik 15mq/kq təşkil edir, doza 2 dəfəyə qəbul olunur (maksimal doza 800
mq/gün təşkil edir), müalicə kursu 10-15 gün təşkil edir.

 

Əlavə təsirləri

Albendazolun qəbulu zamanı əlavə təsirləri nadir hallarda müşahidə olunur.
MBT-yə: qarın nahiyyəsində ağrı, ürəkbulanma, qusma, diareya, qaraciyər transaminazalarının
aktivliyinin artması, hepatit.
MSS-ə: baş ağrıları, başgicəllənmə, meningeal simptomlar.
Qan-damar sisteminə: leykopeniya, qranulositopeniya, aqranulositoz, trombositopeniya, pansitopeniya.
Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma, övrə, yüksək həssaslıq.
Sidik-çıxarıcı sistemə: böyrək funksiyasının pozğunluğu, kəskin böyrək çatışmazlığı.
Digər: hipertermiya, arterial təzyiqin artması, alopesiya, eksudativ polimorf eritema, Stivens-Conson
sindromu.

 

Doza həddinin aşılması

Həddindən artıq dozanın qəbulu haqda heç bir məlumat yoxdur. Həddindən artıq dozanın qəbulu ehtimal
olunduqda simptomatik müalicə (mədə yuyulmalıdır) aparılmalıdır.

 

Buraxılış forması

BENAZOL 400mq peroral suspenziya.
10 ml suspenziya, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.