Pharmed
BEKOVIT 2ML N10 AMP
BEKOVİT, inyeksiya üçün məhlul
BEKOVİT tərkibi
Təsiredici maddə: 1 ampulda (2 ml) 10 mq tiamin hidroxlorid (B1 vitamini), 40 mq nikotinamid (B3), 4 mq riboflavin fosfat (B2), 4 mq piridoksin hidroxlorid (B6), 6 mq dekspantenol (B5) vardır.
İstifadəsinə göstərişlər
− Suda həll olan B qrupu vitaminlernin hipo- və ya avitaminozu − Cərrahi əməlliyatlardan sonra kompleks müalicənin tərkibində − Antibiotik müalicəsindən və ya diuretiklərlə müalicədən sonra stress vəziyyəti − Cərrahi əməliyyatdan əvvəl va ya sonra komkleks müalicənin tərkibində − Mədə-bağırsaq traktının pozulmaları, suda həll olan vitaminlərin sorulmasının çətinləşməsi − Uzunmüddətli və ya zəifləməkdə olan xəstəliklər: diabet, yanıqlar, infeksion xəstəliklər, bəzi psixi xəstəliklər, qaraciyər xəstəlikləri, nevrit və nevralgiyalar və s.
Əks göstərişlər
Dərmanın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq Xüsusi göstərişlər və ehtiyyat tədbirləri BEKOVİT- bədxassəli anemiya və ya digər formalı 1-ci və 2-ci dərəcəli anemiyaların müalicəsi üçün nəzərdə tutulmayıb BEKOVİT-in tərkibində konservant kimi benzil spirti olduğundan yeni doğulmuş və vaxtındanəvvəl doğulmuş uşaqlar üçün istifadəyə yararlı deyil
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə dair hər hansı əks göstəriş yoxdur. Buna baxmayaraq istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dərman vasitəsinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri müşahidə edilməmişdir.
BEKOVİT istifadə qaydası və dozası
Fərdidir. Günaşırı 2 ml (1 ampul) əzələdaxili və ya venadaxili yeridilir.